Bu gün, fevralın 1-də vətəndaşlar ictimai nəqliyyatda gediş haqqının artırılmasını boykot edirlər.
Moderator.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.
İrəvan Ağsaqqallar Şurasının “Ana Ermənistan” fraksiyası boykota qoşulub və onun üzvləri insanları ictimai nəqliyyatda gediş haqqı üçün 100 dram ödəməyə çağırıb.
Ağsaqqallar Şurasının “Ana Ermənistan” fraksiyası, İrəvanın keçmiş meri Hayk Marutyan və “Ermənistan” fraksiyasından olan parlamentin üzvü Qarnik Danielyan yol pulu üçün 100 dram tələb edərək küçələrə çıxacaqlar.
Xatırladılır ki, İrəvan Ağsaqqallar Şurası 33 lehinə səs verərək, vahid bilet sisteminin paketlərinin də bir gediş üçün 150 dram məbləğinin təsdiq edilməsi barədə qərar qəbul edib.