Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? .....                     Ucuz ev, yoxsa oyun? .....                     "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" .....                     "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı .....                     Jan Noel Baro niyə bu qədər narahatdır? .....                     Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” .....                     "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                 

Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Tarix: Bu gün, 09:46 | Çap et
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir
“Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və tərəflər arasında sülh sazişinə hazırlıq Cənubi Qafqazda qeyri-sabitliyin aradan qaldırılması yolundakı addımların mərkəzi aspekti olaraq qalır”.

Bunu keçirdiyi brifinq zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Mərkəzləşdirilmiş Qərargahının rəisi Andrey Serdyukov deyib. “Qərb ölkələrinin Cənubi Qafqazda öz nüfuzunu möhkəmləndirmək cəhdləri bölgədə gərginliyə səbəb olur”, - Qərargah rəisi əlavə edib.

“Hraparak” nəşri isə yazıb ki, Marqara və Ani-Pemziysk rayonlarında Rusiya sərhədçilərinin tərkibində xidmət edən erməni sərhədçilər artıq yeni iş axtarırlar. Nəşrin iddiasına görə, rus sərhədçilərin sözügedən ərazidən çıxarılması gündəmdədir və birgə imzalanmış sazişə uyğun olaraq, ABŞ sərhədçilərindən ibarət qrup fevralda Ermənistana gələcək: “Bu o deməkdir ki, Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində gömrük və sərhəd nəzarəti amerikalı mütəxəssislər tərəfindən həyata keçiriləcək. Qonşu İranın buna necə reaksiya verəcəyini avropalı müşahidəçilərin fəaliyyətinə verdiyi reaksiyalarla qiymətləndirmək olar. Tehran hesab edir ki, Ermənistan İrana qarşı kəşfiyyat məlumatları toplamaq üçün öz ərazisini Qərbə verir”.

KTMT-nin Güney Qafqazla bağlı xəbərdarlığı nəyin anonsudur? Ermənistanın bölgəyə avropalı və amerikalı qüvvələri yerləşdirməsi yeni münaqişəyə gətirib çıxara bilərmi?

Yada salaq ki, Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Brüsseldə qurumun Ermənistandakı müşahidəçi missiyasının müddətini daha iki il (2027, fevral) uzadılması barədə qərar qəbul ediblər.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, hal-hazırda İrəvan üzərindən Cənubi Qafqaz regionunda gərgin geosiyasi rəqabət gedir: “Rəsmi Brüssel və Vaşinqton öz maraqları kontekstində Ermənistandan plasdarm kimi istifadə edir. Onların əsas niyyəti Ermənistana hərbi qüvvələr yerləşdirməklə Rusiyanı bölgədən çıxartmaq və İranla Türkiyə sərhədində nəzarəti ələ keçirməkdir. Aydındır ki, Aİ missiyası və ABŞ sərhədçilərinin gələcək fəaliyyəti casusluq, kəşfiyyat, agentura və militarist məzmunlu işlər toplusundan ibarət olacaq. Artıq Avropa İttifaqı missiyası yeni mandatında hərbi texnikalar və silah sursatla təmin ediləcək. Bu isə ”binokl diplomatiyası"nın fərqli müstəviyə keçid etdiyinin sübutudur. Bütün bunlar Avropa İttifaqının Cənubi Qafqazda yalnız siyasi deyil, həm də hərbi cəhətdən möhkəmləmək niyyətindən xəbər verir".

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu prosesin daha çox sülh sazişini uzatmağa hesablandığını düşünür: “Aİ və Ermənistan həmin razılaşmanı dəfələrlə pozaraq faktiki olaraq Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan addımları atmaqda davam edir. Sözü gedən missiya təəssüf ki, Azərbaycana qarşı casusluq etməklə və birtərəfli mövqe tutmaqla öz mandatından tamamilə uzaqlaşıb. Bu isə təbii olaraq həm region ölkələrinin, həm də Azərbaycanın ciddi etirazı ilə qarşılanıb. Ermənistan təkcə bununla kifayətlənməyib bölgəyə ABŞ-ı fəal şəkildə cəlb etməkdədir. Birləşmiş Ştatlarda imzalanmış strateji müttəfiqlik sazişinə uyğun olaraq Ermənistanın bir sıra sərhəd bölgəsində ABŞ hərbçilərinin yerləşdirilməsi eskalasiya riskini artırır. Bu həm də gələcəkdə regiona nəzarət uğrunda rəqabət aparan dövlətləri, ələlxüsus də, Rusiyanı münaqişəyə cəlb etməklə nəticələnə bilər. Hadisələrin axarı onu deməyə əsas verir ki, Cənubi Qafqaz İrəvanın yanlış və təxribatçı xarici siyasəti sayəsində hərbi poliqona çevrilə bilər. Artıq Moskva bəzi xəbərdarlıqlarını etməkdədir. Rusiyanın dominantlığı altında olan KTMT-nin Ermənistanda hərbi mövcudluğunu seyrçi mövqedə izləyəcəyini düşünmək sadəlövhlük olardı. Paşinyan iqtidarı baxmayaraq ki, ehtiyatlı davranaraq Rusiyanı hiddətləndirmədən məqsədinə çatmağa çalışır. Tədricən Rusiyanın yerini Qərblə doldurmaq və özünə yeni təhlükəsizlik çətiri yaratmağa çalışır. Ancaq Qərbin simasında buna nail olacağı inandırıcı görünmür. Ermənistanı öz yaratdığı forpost dövləti Moskvanın asanlıqla Qərbə verəcəyi absurd səslənir. İrəvan KTMT-dən inciyib və narazılığını da dəfələrlə açıq şəkildə ifadə edib. Ancaq qurumdan çıxmağa risk etmir. Bir-birinə qarşı duran hərbi güclərlə də balans yaratmaq indiki dönəmdə faktiki mümkün deyil. Ermənistan hazırda özünü labirintə salıb. Həmin labirintdən isə, məncə Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmaqla, həmçinin sülh sazişinin bağlanması ilə çıxa bilər”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin sözlərinə görə, Cənubi Qafqazda regional kommunikasiyaların açılması və bu kommunikasiyalar üzərində Rusiyanın nəzarət rolunun aradan qaldırılması Qərb üçün həyati əhəmiyyət daşıyır: “Bu, sadəcə qlobal Şərq-Qərb dəhlizindən Avropanın və ABŞ-ın öz payına düşəni alması demək deyil, daha böyük məna daşıyaraq Qərbin bölgəyə daha rahat yerləşməsini özündə ehtiva edir. Avropa onsuz da ”sərhəd nəzarət missiyası" (EUMA) adı altında bölgədə 2023-cü ilin yanvarından etibarən təmsil olunur. Buradan Rusiya sərhədçilərinin çıxarılması, əvəzində Ermənistan-Türkiyə sərhəddinə ABŞ sərhədçilərinin yerləşdirilməsi prosesin məntiqi davamı olub, həmçinin imzalanan müqavilənin reallaşdırılmasıdır. Xatırlayaq ki, ötən ilin sonunda, daha dəqiq 30 dekabrda Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindən də çıxmışdılar. Paşinyan bəyan etmişdi ki, Agarak-Nurduz sərhəd keçid məntəqəsində fəaliyyət artıq sadəcə Ermənistan sərhədçiləri tərəfindən təşkil olunacaq. 14 yanvar müqaviləsindən sonra bəlli oldu ki, Ermənistan-İran sərhədinə də amerikanlar gələcək. Lakin biz nə ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişindən sonra İrandan sərt reaksiya görmədik, nə də indi bu sərhəddə amerikanların yerləşməsi ilə bağlı xəbərə. Ermənistan XİN müavini bu günlərdə açıqlama verdi ki, İran tərəfi ABŞ-ın sərhəd nəzarəti üzrə işçi qrupunun ölkəyə gəlməsinə hər hansı narahatlıq ifadə etməyib. Xüsusilə Tramp tərəfindən edilən, İranın nüvə təsislərinin İsrail tərəfindən vurulması ilə bağlı xəbərdarlıqdan sonra da İranın buna sərt reaksiya verməməsi, İran XİN başçısı Abbas Əraqçinin bu təhdidi qeyri-real hesab etməsi onu göstərir ki, ABŞ və İran arasında hansısa gizli sövdələşmə ola bilər. Ümumiyyətlə İranın mövqeyi onu göstərir ki, o, Cənubi Qafqaz mövzusunda Rusiya ilə həmfikir deyil. Görünən odur ki, Qərbin Cənubi Qafqazda möhkəmlənmək cəhdi bölgədə sadəcə Rusiya tərəfindən narahatlıqla qarşılanır və bunun ən bariz göstəricisi Rusiya və KTMT rəsmilərinin bəyanatlarıdır. Lakin burada əlavə bir qeyd etməliyik ki, Qərb regional kommunikasiyaları dövlətlərin suveren hüquqları prinsipi çərçivəsində açmaqda maraqlı olub, Azərbaycanın tələb etdiyi “maneəsiz hərəkət” prinsipinə əsaslanmayan şərtlər irəli sürər ki, bu, nəticə etibarilə Azərbaycan üçün qəbuledilməzdir. Məhz bu kontekstdə yanaşdıqda, Qərbin Ermənistanın əli ilə bölgəyə yerləşməsi, o cümlədən Qərbin Ermənistanı silahlandırması, regional kommunikasiyaların açılmasında Qərb layihəsinin ön plana çıxması milli maraqlarımızın həyata keçirilməsi üçün maneə adlandırıla bilər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru