Azərbaycanlı aktrisa: "Öpüş səhnəsinə çəkilərəm, amma..."
Tarix: 24-09-2014, 09:06 | Çap et
Aktrisa Flora Hüseynovanın Milli.Az-a müsahibəsi.
- Flora xanım, yaradıcılığınızda hansı yeniliklər var? - Nüşabə rolunu oynadığım “Sonuncu fəsil” serialı tətildədir, təkrarı gedir və yəqin ki, davamı da çəkiləcək. Hazırda isə gənc rejissorlar Elvin Rüstəmzadə və Anar Məmmədəliyevin işi olan “Səadət” serialında məktəb direktoru Gülşən xanım roluna çəkilirəm. - Zamanında Naxçıvan Musiqili Teatrında çalışmısınız və indi heç bir teatrda işləmirsiniz. Amma adətən aktyorlar deyirlər ki, sənətkar teatrda yetişir. Nə əcəb indi teatrda çalışmırsınız?
- Mən teatrda işləyəndə övladlarım kiçik idi. Digər aktyor və aktrisaların övladlarının yaşadığı məhrumiyyətləri gördüm və teatrdan uzaqlaşdım. Övladlarımı teatra qurban vermək istəmədim. Amma düşünmürəm ki, teatrdan uzaqlaşmaq yaradıcılığıma təsir edib. Çünki mədəniyyət mərkəzində işləmişəm və orada da teatr olub. Özümü bu sahədən uzaqlaşmış kimi saymıram. - Övladlarınız böyüyüblər. Bəs indi niyə teatra getmirsiniz? - Teatr mənim həyatımdır və indi mənimçün daha məsuliyyətlidir. Səhnəyə çıxmaq, tamaşaçıyla canlı ünsiyyət çox maraqlıdır. Razıyam ki, teatr aktyoru formalaşdırır, yetişdirir. Amma yəqin, siz də razı olarsınız ki, çəkiliş vaxtı bəzi həmkarlarımız teatral, pafoslu oynayırlar. Bunu rejissorlar da dəfələrlə deyiblər. Belə çıxır ki, bəzən teatr kino sahəsindəki yaradıcılığa mane olur. - Amma etiraf edək ki, teatrdakı məvacibin azlığı da öz sözünü deyir. Məsələn, siz min manat əməkhaqqı alsaydınız, teatrdan uzaq düşməzdiniz və indi belə deməzdiniz.
- Bu barədə mübahisə etməyəcəyəm və sizin dediyinizdə həqiqət var. Bizim nə qədər aktyorumuz maddi təminatsızlığa görə teatrdan uzaqlaşıb. Sənət gözəldir, vacibdir, amma insanın yaşamağı da lazımdır. - Teatrda yetişmədən davamlı olaraq filmə, seriala çəkilmək aktyorun bazasının tükənməyinə gətirib çıxarmır ki? - Əsla. İşlədiyim mədəniyyət evində xalq teatrı var və bu dediklərinizi özümə aid etmirəm. Mən teatrın sırf içindəyəm. İnsan öz üzərində işləyirsə, heç vaxt tükənmir. - Sizin içərisində olduğunuz teatr əsl teatrla müqayisədə dərnək, yaxud özfəaliyyət səviyyəsində deyilmi?
- Özfəaliyyət səviyyəsində ola bilər, amma mənim ona yanaşmam özfəaliyyət səviyyəsində deyil. - Niyə hər zaman sizə varlı, vəzifəli kişilərin xanımı obrazları həvalə olunur?
- (gülür) Təzəlikcə yeni bir serial haqda söhbət gedirdi. Dedim, xahiş edirəm, mənə daha belə bir obraz verməyin. Mən özüm də bundan narahatam. Hər bir aktrisa istəyər ki, oynadığı obrazın daha geniş əhatəsi olsun, müxtəlif xarakterləri oynasın. Təvazökarlıqdan uzaq olmasın, amma hərdən deyirlər ki, siz biçimdə, siz intellektdə aktrisalarımız azdır. - Kənardan belə təəssürat yaranır ki, hər dəfə özünüzü oynayırsınız... - Belə deməzdim. Bu fikirlər o vaxt dağılacaq ki, mənə tamam başqa ampluada olan obraz həvalə edəcəklər. - Məsələn? - Mənfi, əks xarakterli, pislik edə bilən bir insanı oynamaq istərdim. - Çətin olmaz?
- Əsla çətin olmaz və çox gözəl alınar. Daxilimdə o potensialı hiss edirəm. - Sizi şəxsən tanıyan biri kimi düşünürəm ki, bəlkə də çətin olar.
- Hər birimizin içində mənfilik də var, pislik də. Yetər ki, ona zəmin yaransın. Hərdən elə bir insandan elə hərəkət görürük ki, özümüz məəttəl qalırıq. Heç birimiz ideal deyilik. Mənə qarşı kimsə pislik edirsə, mənim də cavab verə biləcəyim pislik var. - Oynamaq istəmədiyiniz, imtina edəcəyiniz, oynaya bilməyəcəyiniz rol var?
- Oynaya bilməyəcəyim rol yoxdur. - Hansısa gənc insanın sevgilisi olan, komplekslərdən uzaq qadın obrazını qəbul edərsiniz?
- Bu barədə düşünmək gərəkdir. Oynaya bilməyəcəyim yox, özümə rəva görəcəyim, yaxud görə bilməyəcəyim obrazlar, rollar ola bilər. - Bu tip rolları oynayan aktrisalarımız var. Onlar deyirlər ki, rolun fərqi yoxdur.
- Çünki aktyor özünü oynamır. Belə bir rol oynasam da, özüm deyiləm və sadəcə göstərirəm. - Şablon da səslənsə, soruşmaq istərdim ki, açıq-saçıq hesab olunan rolları qəbul edərsinizmi? - Hansısa sənət əsərini tamaşaçıya çatdırmaq üçün açıq-saçıq səhnə olmasa belə, gözəl sənət əsəri tamaşaçını özünə çəkir. Təbii ki, zəmanə dəyişib: hər şey oynanılır, göstərilir. Yataq səhnəsi oynamaram. - Nəyə görə? - Yalandan deyə bilmərəm ki, oynayaram. Amma hansısa ştrixlərlə çatdırmaq lazım olarsa, qəbul edərəm. Yetərincə müasir insan olsam da, bunu nə dünya kinosunda, nə də Azərbaycan kinosunda qəbul eləmirəm. Belə bir anlayış yoxdur ki, həmin yataq səhnəsi olmasa, bu film batdı. Bu, müəyyən kütlənin diqqətini cəlb etmək məqsədi daşıyır. - Tutaq ki, tərəf-müqabiliniz sizi öpməlidir. Belə olarsa, yenə imtina edəcəksiniz?
- (gülür) Yəqin ki, olar. Öpüş səhnəsinə çəkilərəm. - Yataq səhnəsini qəbul etmirsiniz, amma öpüş səhnəsini qəbul edirsiniz. Niyə bu olar, digəri yox?
- Çünki özüm də baxanda sevmirəm. Yataq səhnəsi heç bir sənət əsərinin pik nöqtəsi deyil. - Geyimlə bağlı düşüncəniz necədir? Bu barədə kompleksiniz var?
- Qətiyyən kompleksim yoxdur və şükür ki, kompleksin olmağına da bir səbəb görmürəm. Həyatda da çox müasir geyinən insanam. - Bildirdiniz ki, geyim kompleksiniz yoxdur. Yəni bu qədər güvənməyin səbəbi nədir? - Bizim Azərbaycan qadınlarında mənfi bir xüsusiyyət var ki, öz qüsurlarını ört-basdır etməyi bacarmırlar. Bu, mənim subyektiv fikrimdir. Həyatda da, səhnədə də belə qadınlar var. - Yəni qüsurlarınız var, gizlədə bilirsiniz, yoxsa qüsursuzsunuz? - Özümə fikir verən xanımam və aktrisa kimi də bunu özümə borc bilirəm. Hara gedirsənsə, özünə, xarici görünüşünə diqqət etməlisən. Ona görə də hansı tipdə geyinsəm, məndə qüsur şəklində görünməyəcək. Amma bəzi şeylər var ki, yaraşmadığına görə geyinmək istəməzdim. - Məsələn?
- (gülür) O mənim sirlərimdir. - Bilmək maraqlıdır...
- Dekolte geyinmirəm. Qüsurum yoxdur, geyinə bilərəm. Amma elə şeylər var ki, onu 18-19 yaşlı qız geyinəndə tamam başqa cür görünür, mən geyinəndə başqa. Düzdür, dekolte də geyinə bilərəm. Sadəcə geyinməyəcəyim geyimlər var. Sabah hansısa qüsurum olsa, buna ciddi nəzarət edəcəyəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
|