Azərbaycanlı müğənni: "İçimdə bir uşaq var..."
Tarix: 29-09-2014, 08:54 | Çap et
DİA.AZ müğənni Sevinc Musayevanın Milli.Az-a müsahibəsini təqdim edir: - Sevinc Musayeva - bu ad çoxlarına nə dərəcədə tanışdır? Bəlkə, bunu özünüz deyəsiniz?
- Əslində, özüm barədə danışmağım bir az düz çıxmaz. Amma demək olar ki, məni tanıyanlar tanıyır. Sənətə qalmaqalla gəlməmişəm. Ən azından, çoxlarından fərqli olaraq musiqi təhsilim var. Düzgün oxunuş qaydalarına bələdəm. Məncə, bunlar mənim necə müğənni olduğuma kifayət qədər dəlil, sübutdur. - Yəni düşünürsünüz ki, özünüzü kifayət qədər sübut edə bilmisiniz... - Sübut etməmiş olsa idim, bu gün istər efirlərdə, istərsə də “toy bazarı”nda adı çəkilən müğənnilər arasında olmazdım. - Toylara ildə bir dəfə, yoxsa tez-tez dəvət alanlardansınız? - Şükür Allaha ki, toylarım olur. Həm bütöv toyu idarə edirəm, həm də yarım saatlıq proqramlara gedirəm. Publikanı əla almağı bacardınsa, toyların da bol olacaq. Təkcə səs deyil, səhnə mədəniyyəti də önəmlidir. Bu, əsas amildir. - Hər bir müğənninin peşə fəaliyyətinə onun möhürünü vuran bir mahnı olur. Daha doğrusu, loru dildə desək, onunla “tutuzdurur”. Bəs sizin məşhurluğunuzu birə-beş artıran hansı mahnınız oldu?
- Düşünürəm ki, “Əziz müəllimim” adlı mahnı ilə mən öz sənətimə möhür vurdum. - Çox maraqlıdır, o mahnını məclislərdə sifariş edirlər? - İnandırıcı gəlməsə də, edirlər. Hətta elə olub ki, mən içəri girən kimi məndən birinci o mahnını ifa etməyi xahiş ediblər. - Soyunmaqla gündəmə gələnlərdən olmadınız. Bu vaxta qədər də sizin açıq-saçıq şəkillərinizi nə bir göz gördü, nə də ki qalmaqallarınızı qulaq eşitdi. Bu nədən irəli gələn bir amildir?
- Uşaq vaxtından məndə formalaşan xarakterdən irəli gəlir. Şou-biznesin çirkinliklərindən qorunmağı bacardım. Ona görə də atılan “daşlar” həmişə məndən yan keçdi. - Bəlkə, elə buna görədir ki, indiyə qədər sponsorunuz yoxdur? Hər şeyi öz hesabınıza edirsiniz? - Tamamilə razıyam. Mənim indiyə qədər sponsorum olmayıb. Toylardan, məclislərdən qazandığım pulları sənətimi inkişaf etdirmək üçün sərf etmişəm. Heç kimə heç nə üçün ağız açmamışam. Yalnız Allahıma güvənmişəm. Ümumiyyətlə, bizdə sponsor anlayışını çox ucuzlaşdırıblar. - Ucuzlaşan başqa nədir?
- Mənim gözümdə hər şey ucuzlaşıb, heç nə üçün narahat olmuram. Dünya evinin həqiqətən də fani olduğunu dərk edən insanlar, yəqin ki, mənimlə həmfikir olarlar. - Efirlərə çıxmaq üçün tələb olunan pula görə verilişlərdə az-az görünürsünüz, yoxsa buna bir o qədər də can atmırsınız? - Bunu sırf maddiyyatla bağlamaq olmaz. Efirlərə tez-tez dəvət almasam da, amma az da çıxıram demək olmaz. Sözün düzü, mənim üçün məşhurluğun “pik nöqtəsi”nə çatmaq bir o qədər də önəmli deyil. Milyonların arasından seçilmək əsas deyil, əsas olan milyonların arasından birini seçməkdir. Bu daha çətinidir. - Siz bunu bacarmısınız?
- Dediyim kimi, bu asan məsələ deyil. Hələ ki, buna cəhd edirəm. - Ona görə hələ də subaysınız?
- Xeyr, mən o mənada demədim, ümumilikdə dedim (gülür). - Mən isə məhz onu nəzərdə tuturam... Nə əcəb hələ də subaysınız? - Bu işdə tələsmək olmaz. Hər şeyi zamana həvalə edirəm. - Zaman sizə nə göstərdi ki? - Zaman məni çox şeydən agah elədi. Öz yolumu tapdım. Ruhum azadlıq tapdı. Bəndələrdən yox, Allahdan “yapışdım”. Hər gün onunla danışdım. İndi də danışıram. - İbadət əhlisiniz? - Bəli, artıq xeyli zamandır ibadət edirəm. - İbadətlə müğənnilik nə dərəcədə uyğun gəlir? - Düzdür, mən əslində, içki məclislərinə getməməliyəm, kişilər olan yerdə oxumamalıyam. Amma bu mənim sənətimdir. Allah tərəfindən verilən bir istedaddır. Bu bacarıqdan bacardığım qədər düzgün isitfadə etəməyə çalışıram. Bilmək olmaz, bir də görərsiniz ki, Sevinc Musayeva tamamilə örtündü. - Siz daxilən çox sakit və rahat insansınız, deyəsən... - Bəli, bayaq da dediyim kimi, ruhum tam azaddır. İçimdə bir uşaq var. Hərdən mənə elə gəlir ki, mən mən deyiləm. Bütün hərəkətlərim, danışığım o uşağa məxsusdur...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
|