Fədayə Laçın: "Ona görə istəmədim ki, Tacirdən uşağım olsun"
Tarix: 9-02-2015, 09:00 | Çap et
diaaz.space tanınmış müğənni Fədayə Laçının Milli.Az-a müsahibəsini təqdim edir: - Fədayə xanım, yaradıcılığınızda nə yeniliklər var?
- Rəhmətlik Rübabə Muradovanın ifasında eşitdiyimiz “Heydərbabaya salam” mahnısını hazırlayıram. İnşallah, tezliklə tamaşaçıların ixtiyarına verəcəyəm. Artıq aranjman prosesi bitmək üzrədir. - Bu mahnıya klip çəkdirməyi düşünürsünüz?
- Elə bir fikrim yoxdur. Ümumiyyətlə, klip həvəskarı deyiləm. - Yeri gəlmişkən, elə də çox klipiniz yoxdur...
- Marağım yoxdur, canlı oxumağı daha çox xoşlayıram. Efirə çıxanda da soruşuram ki, canlı ifa olacaq? Verilişin formatı imkan verəndə öz ansamblımı aparıram. Mən belə düşünürəm ki, klipə ehtiyac yoxdur. Məgər Zeynəb Xanlarovanın klipi var idi? - Amma musiqili çarxları var idi.
- Mən elə hesab edirəm ki, o dövrdə yaşayıram. Sosial şəbəkələrdə yoxam, belə işlərlə də maraqlanmıram. Sovet dövrünün yetirməsiyəm. - Müsahibəni oxuyanlar elə biləcəklər ki, sizin ən azı 55 yaşınız var...
- Mənim 38 yaşım var. Amma deyirlər ki, insan yeddisində necədirsə, yetmişində də elə olur. - Bir müddət öncə başınız atanıza qarışmışdı, səhhəti ağır idi. Hazırda vəziyyəti necədir?
- Atam xəstəxanadaydı, indi yaxşıdır, həkim evə yazıb. - Sizinlədir?
- Yox, digər həyat yoldaşından olan bacımla - Jaləylə qalır. - Bacınız İlahə Fəda atanızı bağışlamaq istəmir. Olubmu ki, bu barədə onunla danışasınız və bağışlamasını istəyəsiniz?
- İlahə məndən üç yaş böyükdür. Mən atamı bağışlamışam. Amma hər kəsin öz fikri, düşüncəsi var. Bəlkə, o bağışlamaq istəmir. Mən onun fikrinə müdaxilə edə bilmərəm. Ümumiyyətlə, bu barədə İlahə ilə söhbətimiz olmayıb. Sadəcə, bu məsələdə mən qabağa düşmüşəm. Düzdür, o da maraqlanır, amma atam məni axtarıb. İnsanın insana işi düşəndə necə kömək etməmək olar? Öz atam olmasaydı, əmim, yaxud dostumun atası olsaydı belə, mən ona kömək edəcəkdim. Bir adamın gümanı mənə gəlirsə, kömək etməliyəm. - Ümumiyyətlə, xəyanəti bağışlayan insansınız?
- (düşünür) Mən hər şeyi bağışlayan insanam. Əgər söhbət atamın bizi atıb getməyindən gedirsə, onu da bağışlamışam. Hər zaman onun qızı olduğum üçün fəxr etmişəm. Çünki ziyalı bir insanın övladıyam. - Bəs sevgilinizin, dostunuzun xəyanətini necə, bağışlayarsınız?
- İndiyə kimi cəmi bir dəfə ürəyimdən qısqanclıq hissi keçib. Oğlum bir qızla yazışırdı. Gördüm ki, çox mehriban söhbətləşirlər, ürəyimdən qısqanclıq keçdi. Elə bildim ki, oğlumu məndən alacaq (gülür). Oğluma da dedim ki, bax ha, birdən qız səni mənim əlimdən alar. - Oğlunuzun neçə yaşı var?
- İyirmi yaşı var, Odlar Yurdu Universitetinin üçüncü kursunda oxuyur. Özü də şairdir, qəzəllər yazır. Atası bakılı olduğuna görə əruz vəzni, qəzəl onun qanındadır. Çox istedadlıdır, efirə də çıxartmışam, yazdıqları bəyənilib. - Son zamanlar geyimlərinizdə sanki inqilab edirsiniz. Məsələn, 30-35 yaşa qədər geyinmədiklərinizi indi geyinirsiniz...
- Başa düşdüm nə demək istədiyinizi. Bunu mənə bir jurnalist də demişdi. Mənim o qədər çıxıntılı, gözəçarpan, vulqar görünən bir yerim yoxdur. Arıq xanımam, əlli beş kiloqram çəkim var. Əyri ayaqlarıma geyinmirəm ki qısa yubkanı... Yaraşır - geyinirəm. Çox vaxt şalvara üstünlük verirəm. Amma hərdən görürəm ki, yaraşır, qısa da geyinirəm. Geyinib güzgünün qabağında özümə baxanda xoşuma gəldisə, evdən, yaxud kənardan kim nə desə də, geyinirəm. Bu fikrimi isə mütləq qeyd edin. Mənim içimi bilənlər, yaxından tanıyanlar bəs edir. Kənardan nə deyilməyi önəmli deyil. Elə kənarda qaldıqları üçün kənardan deyirlər. Arxamca danışanlar arxada qaldıqları üçün arxamca danışırlar. - Sabah sizi şortikdə efirdə görə bilərik?
- Efirə şortik geyinmərəm, amma evdə, yaxud da istirahətə gedəndə geyinirəm. - Yaraşmadığı üçün efirə geyinməzsiniz?
- Yaraşır, amma geyinmərəm. Qısa geyinmək ayrıdır. - Oğlunuz geyiminizə qarışır?
- Oğlum geyimlərimə qarışmır. İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Mənimçün sənətim önəmlidir. Sənətimi də sənətkarlar bəyənirlər, özümü tərifləmirəm. Həmişə deyirəm ki, mənim geyimimdə yox, sənətimdə səhv tutun. Məsələn, bu yaxınlarda verilişdə Fikrət Əmirovu tanımamışdım. Çünki dövrümün bəstəkarı deyil, həm də ondan oxumamışam. - Amma müğənnisiniz və onu tanımaq borcunuzdur.
- Bəli, Fikrət Əmirovu tanımaq mənim borcumdur və səhvimi boynuma alıram. Deyə bilmərəm ki, hər şeyi bilirəm. Biz musiqi dəryasında bir damla ola bilsək, böyük şeydir. - Keçmiş duet ortağınız Tacir Şahmalıoğluyla münasibətləriniz barədə qarşılıqlı açıqlamalarınız bir müddət gündəm oldu. Məsələnin bu dərəcədə şişirdilməyi məqsədli şəkildə idi?
- Taciri danışdırıblar, o da danışıb da. Mən həmişə deyirəm ki, müğənnilərin həyatı insanların gözü önündədir və burada gizlətməli bir şey yoxdur. Sadəcə, illər ötəndən sonra onu gündəmə gətirməyin adı yox idi. - Hər ikiniz etiraf etmişdiniz ki, altı il münasibətləriniz olub...
- Bəli, mən yalan danışa bilmərəm. - Nə əcəb istəmədiniz ki, bir övladınız olsun?
- Xasiyyətlərimiz düz gəlmədiyi üçün istəmədim. Nə olsun ki, altı il bir yerdə olmuşuq. “Adın çıxınca canın çıxsın” məsələsini düşünüb altı il münasibətləri davam etdirmişəm. Amma sonra gördüm ki, canım da çıxır (gülür). Onda dedim ki, adım çıxıb, heç olmasa, canım çıxmasın. - Tacir bəyin həyat yoldaşı sizin münasibətləri bilirdi?
- Bəli, bilirdi. - Onlara gedib-gəlirdiniz?
- Öz evlərinə də, anasıgilə, bacısıgilə də gedirdim. - Onlar da bilirdilər?
- Bəli, özü hamısına demişdi. Amma bu söhbətlərin indi yeri deyil. Mən o vaxt da cavab verdim ki, o bu söhbətlərlə gündəmə gəlmək istəyirsə, o, sənətkardır və belə şeylərlə gündəmə gəlməyə ehtiyacı yoxdur. - Siz həm də onun tələbəsisiniz.
- Bəli, mən ondan çox şey öyrənmişəm. - Gənc xanımsınız. Ola bilərmi ki, bundan sonra ailə qurasınız, ikinci övlad anası olmaq istəyəsiniz? - Qətiyyən. Çünki mənim 20 yaşında oğlum var və uzun illərdir həyatımı ona həsr etmişəm. Bu yaşda uşaq dünyaya gətirməyi də düşünmürəm. - Bəs vətəndaş nikahı?
- Bilmək istəyirsinizsə, mənim həyatımda heç kim yoxdur. - Və ola da bilməz?
- Bəli, ola da bilməz. Çünki oğluma görə istəmirəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
|