Aktrisa Dəniz Tacəddin: "Ürəyim bu gedişlə boş qalacaq"
Tarix: 7-05-2015, 09:38 | Çap et
DİA.AZ aktrisa Dəniz Tacəddinin Milli.Az-a müsahibəsini təqdim edir:
- Dəniz xanım, son zamanlar sizi seriallarda az-az görürük. Bunun özəl bir səbəbi var?
- Xeyr, elə bir səbəb yoxdur, sadəcə son bir ildə bir neçə filmə çəkildim. Bu baxımdan, vaxt məni çox sıxırdı.
- Hansı filmlərə çəkildiniz?
- “Eliza”, “Skripkaçı” və “Əli və Nino” filmlərinə dəvət aldım.
- Demək ki, bu il sizin üçün kifayət qədər məhsuldar keçib…
- Bəli, elə hesab etmək olar. Düşünürdüm ki, cansıxıcı olacaq, amma həqiqətən də, bu il mənə çox düşərli oldu.
- “Əli və Nino” filminə seçilən iki azərbaycanlı aktrisadan biri də siz oldunuz. Necə bir hiss yaşadınız?
- Gözəl hisslər idi. Çox şadam ki, seçilən aktrisalardan biri də məhz mən oldum. Çox gözəl kollektivimiz var. Dünyaca məşhur aktyorlarla eyni filmdə oynamağın da bir ayrı zövqü var (gülür). Çəkilişlər hələ davam edir. Mayın sonuna qədər tam hazır olmalıdır, inşallah.
- Ümumi götürsək, xarici rejissorlarla bizim rejissorların fərqini nədə gördünüz?
- Müqayisə etmək istəmirəm, ancaq bircə bunu deyə bilərəm ki, kəmiyyət olmayan yerdə keyfiyyət də olmur.
- Bəs “Skripkaçı” filminə dəvət almağınız məhz skripkaçı olmağınız ilə bağlıdır?
- Xeyr, təsadüfdür. Mən o filmdə skripkaçını oynamıram. İlqar Fəhminin ssenarisi əsasında lentə alınan qısametrajlı filmdir. Çox maraqlıdır.
- Sizin üçün iki “qarpız”ı bir əldə tutmaq çətin olmur? Bir yandan aktrisalıq, o biri yandan da musiqi… İki yoldan birini seçmək fikriniz yoxdur?
- Aktrisalıq mənim ruhuma işləyib sanki. Zövq alıram filmlərə çəkilməkdən. Özümü çox rahat hiss edirəm. Amma mən musiqini heç vaxt atmaram. Böyük planlarım var. Hətta xaricdə təhsil almağı da planlaşdırıram. Bir də ki, mən hər iki sənətə ciddi iş və qazanc mənbəyi kimi baxıram. Sözümün canı odur ki, nə aktrisalığa, nə də musiqiyə hobbi kimi baxmıram.
- Sırf skripkaçı kimi konsert vermək ağlınızdan keçib?
- Pis olmazdı. Amma konsert vermək, ona hazırlaşmaq və s. kifayət qədər zaman tələb edir. Mən isə o zamanı indi “şamla axtaran”lardanam (gülür).
- Ola bilərmi ki, nə vaxtsa sözügedən bu iki sahədən uzaqlaşıb tamamilə ayrı bir sahəyə yönələsiniz?
- Ola bilər, hər şey qismətə bağlıdır.
- Nə çatışmır?
- Azadlıq…
- Necə yəni azadlıq?..
- Daxili azadlıq… Sözün düzü, mən bir müddət tək yaşamaq istəyirəm. Öz ayaqlarım üzərində durmağı bacarıb-bacarmadığımı bilmək üçün. Amma valideynlərim mənim üçün çox dəyərlidirlər. Bir tərəfdən də düşünürəm ki, bu, mənim üçün çox çətin olar.
- Geyim baxımından sərbəst olduğunuzu bilirdim. Amma yaş artdıqca daha çox qapanmağa üstünlük verənlərdənsiniz, yoxsa?..
- Geyim tərzimi özüm müəyyən edirəm. Amma bura Azərbaycan olduğuna görə mən istirahətə, çimərliyə, əyləncə məkanlarına və s. yerə geyinilən libaslarla günün günorta çağı şəhərdə gəzə bilmərəm.
- Hələ də ürəyiniz boşdur?
- Ürəyim boşdur, bu gedişlə boş qalacaq (gülür). Zarafat bir yana qalsın, hələ tez olduğunu düşünürəm. Həm də mənim əqidəmdə olan bir insan qarşıma çıxmayıb, sözün düzü.
- Sizin əqidəniz necədir ki?
- Mənim əqidəm bölünməzdir, dəyişməzdir. Yalandan, ağılsızlıqdan və s. uzaq bir əqidə…
- Siz özünüz rejissor olsaydınız, hansı mövzuda film çəkmək istərdiniz?
- Psixoloji baxımdan insanın içərisini tərpədən bir film çəkmək istərdim.
- Sizin daxilinizi tərpədən nədir bəs?
- Mənim daxilimi silkələyən bəzi şeylər var. Amma açıqlamaq istəmirəm…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|