«Ulduz səfir olmaq çox məsuliyyətli və çətin bir işdir»
Tarix: 14-05-2015, 08:48 | Çap et
Bakı-2015 Birinci Avropa Oyunlarının başlanmasına тяхминян бир ай галыб. Azərbaycan bu mötəbər beynəlxalq yarışlara layiqli ev sahibliyi etmək üçün çox ciddi hazırlaşır. Qeyd edək ki, sözügedən oyunların daha yaddaqalan və daha çox tamaşaçı auditoriyası toplaması üçün təbliğat və təşviqat kampaniyasının aparılması da mühüm rol oynayır. Bu məqsədlə bu ilin yanvar ayının 14-də Bakı Muğam Mərkəzində Bakı 2015 Avropa Oyunlarının ulduz səfirləri seçilib. Həmin səfirlərin fəaliyyəti barədə ətraflı məlumat almaq və bu barədə oxucularımıza geniş məlumat vermək üçün «Həftə içi» qəzeti «Ulduz səfirlərimiz» adlı yeni rubrikasını təqdim edir. Rubrikamızın ilk qonağı isə Avropa Oyunlarının ulduz səfirlərindən biri olan Respublikanın Əməkdar artisti, sevimli aktyor və şoumen Murad Dadaşovdur.
- Murad müəllim, əvvəlcə Bakı-2015 barədə fikirlərinizi bilmək istərdik… - Birinci Avropa Oyunları Азярбайъан üçün çox mühüm bir hadisədir. Mən həmin yarışların ölkəmizdə keçirilməsini bir şans kimi dəyərləndirirəm. Çox sevincli, xoşbəxt və həyəcanlı anlar yaşayırıq. Bu anları bizə yaşadan, belə bir şansı bizə verən Avropa Olimpiya Komitəsi və ölkə prezidenti İlham Əliyevdir. Bildiyiniz kimi uzun illərdir beynəlxalq aləmdə Azərbaycana qarşı informasiya müharibəsi aparılır, uydurma, qondarma iddialar irəli sürülür. Müəyyən qüvvələr dövlətimizin əldə etdiyi nailiyyətlərə kölgə salmağa, ökəmizin adına ləkə gətirməyə, beynəlxalq nüfuzumuza зярбя вурмаьа çalışırlar. Lakin dövlətimizin başçısı başda olmaqla həmişə bu cür qüvvələrə, anti-Azərbaycan kampaniyası aparanlara layiqli cavab verilib. Bakı-2015 Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi də məhz bu cür addımlardan biridir. Bu oyunlar təkcə xalqımız və idman cəmiyyətimiz üçün deyil, həm də siyasi uğurlarımızın davamlı olması, iqtisadi cəhətdən daha da qüdrətlənməyimiz, turizmin inkişafı və sair üçün daha da faydalı olacaq. Ona görə də mən təkcə tanınmış şəxs kimi deyil, həm də Azərbaycanın bir sıravi vətəndaşı olaraq da haqqında bəhs edilən yarışların ölkəmizdə, doğma paytaxtımızda keçirilməsini ürəkdən dəstəkləyir və alqışlayıram. Mən gənc yaşlarımdan Azərbaycanın mədəni-mənəvi irsinin qorunub-saxlanılmasında və təbliğatında yaxından iştirak etmişəm. Təkcə ölkəmizdə deyil, digər dövlətlərdə də keçirilən müxtəlif müsabiqələrdə, «KVN» səhnələrində iştirak etməklə, çıxışlarımda, müsahibələrimdə, açıqlamalarımda mədəniyyətimizi, incəsənətimizi, ölkəmizi təbliğ və reklam etmişəm. Bütün bunlara görə də bir vətənpərvər olaraq belə bir yarışın respublikamızda keçirilməsi yüksək qiymətləndirir və dəstəkləyirəm.
- Avropa Oyunlarının su idman növü üzrə yalnız sizin ulduz səfiri seçilmənizi necə qiymətləndirirsiniz? - Əvvəlcə bildirim ki, ulduz səfirlərin seçilməsi şou-biznes, ictimaiyyət və televiziya nümayəndələri arasında baş tutub. Seçilmiş ulduzların hər biri bir idman növünü təmsil edəcək. Mən də su idman növünü təmsil edəcəyəm. Ulduz elçilər iyunun 12-də başlayacaq idman tədbirləri haqqında müraciətlərini və mesajlarını bölüşmək məharətindən istifadə etməklə, Bakı-2015 Birinci Avropa Oyunlarının Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq. Sualınıza gəlincə, mən özüm su idmanı ilə uşaqlıqdan məşğul olmuşam. Uşaqlıq illərindən üzgüçülüyü çox sevirəm. Bu səbəbdən də məni bu idman növü üzrə ulduz səfir seçiblər. Onu da bildirim ki, su idmanı, üzgüçülük çox maraqlıdır. Çünki çəkisindən, boyunun ölçüsündən və yaşından asılı olmayaraq, hər kəs bu idman növü ilə məşğul ola bilər. Bu baxımdan da son illərdə Azərbaycanda üzgüçülüyə, su idmanına maraq göstərilir. Bu maraq nəzərə alındığı üçün su idman növünün inkişaf etdirilməsi üçün xüsusi kompleks tikilib. Su İdman Sarayının açılışında rəsmi şəxslərlə birlikdə iştirak etmişəm. Orada üzgüçülüklə məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılıb. Üstəlik, Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün adıçəkilən sarayda bütün hazırlıqlar yüksək səviyyədə həyata keçirilib. Ümidvaram ki, həmin yarışların yekunu olaraq bizim çempionlarımız çox olacaq. Bakı-2015 başa çatdıqdan sonra sözügedən kompleksin vətəndaşların, ictimaiyyətin ixtiyarına verilməsi də istər-istəməz bu idman növünə marağı artıracaq. Eyni zamanda, gələcəkdə su idman növü üzrə yeni-yeni uğurların əldə olunmasında, çempionların yetişdirilməsində və onların sayının artırılmasında Su İdman Sarayı xüsusi çəkiyə malik olacaq və mühüm rol oynayacaq.
- Ulduz səfir kimi öz üzərinizə düşən vəzifənizin öhdəsindən gələ bilirsinizmi? - Çox məsuliyyətli və çətin bir işdir. Ancaq buna baxmayaraq, bu işi layiqincə yerinə yetirə biləcəyəm. Söhbət ondan gedir ki, ulduz səfir kimi mənim üzərimə düşən əsas vəzifə su idmanı növü ilə bağlı təbliğatı yüksək səviyyədə qurmaq, bu idmana marağı artırmaqdır. Mən respublikanın Əməkdar atristiyəm. Bir neçə filmə çəkilmişəm. Bir çox verilişlərin aparıcısı olmuşam. «KVN» səhnələrində iştirak etmişəm. Bütün bunlara görə də həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda məni sevənlər çoxdur. Tamaşaçılar arasında mənə böyük inam və etibar var. Mən də öz ictimai nüfuzumdan istifadə etməklə, bu inamı doğrultmağa çalışacağam. İyun ayında su idman növü ilə bağlı ictimaiyyətə çoxsaylı müraciətlər ünvanlayacağam və pərəstişkarlarımı, məni sevənləri həm Avropa Oyunlarına, həm də su idmanının inkişafına dəstək və maraq göstərməyə səsləyəcəyəm.
- Gələcək dövrlər üçün su idman növünün inkişafını, bu idmanın gələcəyini necə xarakterizə edə bilərsiniz? - Ölkəmiz, paytaxtımız Xəzər dənizinin sahilində yerləşir. Əksər insanlar öz yay istirahət vaxtlarını dəniz sahilində keçirirlər. Bu baxımdan bizim ölkədə üzgüçülük daha çox inkişaf etməliydi. Ancaq nədənsə bizim ölkəmizdə belə bir proses baş verməyib. Yəni bu sahədə əldə edilən nailiyyətlər digər idman növlərində qazanılan uğurlardan çox azdır. Ancaq bununla belə düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan su idmanının inkişafında yeni mərhələyə qədəm qoyacaq. Həm Su İdman Sarayı, həm də su idmanı üzrə digər komplekslərin tikilməsi ölkəmizdə üzgüçülüyə böyük maraq yaradacaq, bu idman növü üzrə çoxsaylı çempionlar qazanacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|