Ermənistan silahlı münaqişə ilə üzləşə bilər .....                     Makronun Bakıya qarşı oyunu pozuldu: .....                     Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq .....                     Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu .....                     Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var .....                     Daha bir vətəndaş “TikTok”da aldandı: .....                     Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı .....                     Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? .....                     İşğaldakı 3 kənd Azərbaycana qaytarılır .....                     Neft ölkələri üçün SOS! .....                     Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu .....                     Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: .....                     Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək .....                     Hökumənin həyat yoldaşı kompensasiyadan .....                     "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, .....                     Paşinyan separatçıları ona görə müdafiə etmir ki... .....                     "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" .....                     Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib .....                     Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA .....                     Ermənistanın ikibaşlı oyunu: .....                     “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, .....                     AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib .....                     Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: .....                     Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? .....                     Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış .....                     “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu .....                     Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: .....                     “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib .....                     Nazirlik Salyan rayonunda 103 minə .....                     Üzeyirin 3 övladı var imiş .....                     Kukla teatrına müdir düzəldən rəis .....                     “Oktyabrdan bəri maaşımızı vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib .....                     Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri .....                     "Hər yoldan ötənə medal verilməməlidir" .....                     Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib .....                     Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib .....                     ETSN təftiş olundu VƏ... .....                     Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb .....                     OBA-da hadisə əslində NECƏ OLUB?.. .....                 

“9 İLDƏ HƏR ŞEYİ KAMERA İLƏ QEYD ETMİŞƏM”
Tarix: 27-09-2012, 10:01 | Çap et
“9 İLDƏ HƏR ŞEYİ KAMERA İLƏ QEYD ETMİŞƏM”

ELŞAD ABDULLAYEVDƏN İLGİNC AÇIQLAMALAR

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev sentyabrın 25-də deputat Gülər Əhmədovanın ondan rüşvət tələb etdiyini göstərən video yayıb. “Azadlıq” radiosu hazırda Fransada yaşayan Elşad Abdullayevə bununla bağlı suallar ünvanlayıb.

- Gülər Əhmədova video görüntünün montaj olunduğunu deyir, sizin onu şantaj etdiyinizi bildirir.

- Mənim kimisə şantaj etməkdə marağım yoxdur. Mən qardaşım oğurlanana qədər Gülər xanımı tanımamışam. Qardaşım Mahir Abdullayev – MTN mayoru 2002-ci ilin 13 oktyabrında oğurlanıb. Oktyabrın 14-də işə gələndə, Gülər Əhmədova və Sevinc Babayevanı qəbul otağında görmüşəm. Hələ qardaşımın oğurlandığını bilmirdim. Gülər Əhmədova dedi ki, nə işin, problemin olsa deyərsən, Ramiz Mehdiyevlə həll edərəm. İlk mənə xidmətini təqdim edən Gülər Əhmədova oldu. Bunlar notariusla pul alırlar, bunu da etiraf etmirlər. Dövlət orqanının rəsmi sənədinə də etiraz edirlər, şantaj adlandırırlar. Özü də pulu ona hər şeydən qabaq qardaşımın geri qaytarılması üçün vermişəm.

- Amma bu pulu həm də deputat olmaq üçün verdiyinizi demisiz...

- Özüm hər deputat seçkisində iştirak etmişəm. Hüquq elmlər doktoru kimi parlamentdə olmaq istəmişəm. Amma gördüm ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə dövlətin gücündən mənə qarşı istifadə edir. Baxmayaraq ki, özüm dövlətin içində olmuşam, müəyyən vəzifələr tutmuşam. Amma bunlara heç bir şey sübut etmək mümkün olmur. Buna görə də 9 ildə hər şeyi kamera ilə qeyd etmişəm. Adam oğurluğu ilə məşğul olan təşkilat dövlət içində, dövlət strukturlarında oturub. Hacı Məmmədovun dövründə onlar çayxanalarda otururdular. Ona görə bu işi açmaq çətindir. Ona görə cəsarətlə deyirlər ki, video montaj olunub. Montaj olunmayıb, bunu hüquqşünas kimi deyirəm. Yalan deyirəmsə, məsuliyyətə cəlb etsinlər. Montajdır? Qoy ekspertlərə versinlər. Azərbaycandakı ekspertlərin durumu aydındır. Ancaq beynəlxalq ekspertlər asanlıqla müəyyən edə bilərlər ki, burda videomontaj yoxdur.

- Siz deyirsiz ki, Gülər Əhmədovaya 2 milyon manat pul vermisiz. Dərhal bir sual gündəmə gəldi ki, haradandır ABU rektorunda bu qədər pul? Elə Gülər Əhmədova da bu sualı səsləndirib. Sual edir ki, bu pulları leqal biznesdən qazanıbsa, vergisi hanı? Daha sonra deyir: “Orqan mafiyasının başçısı daha neyləməlidir ki?”.

- Mən qardaşımın oğurluğu ilə bağlı kimə nə vermişəm, prokurorluqda dindirmə protokolunda hamısı var. Qohum-əqrəbam mənə kömək edib. İkincisi, mənim Bakıda tikinti şirkətlərində payım olub, mənzil payım. Bunu da satmışam. Bununla bağlı alqı-satqı müqavilələrim var. Yəni hamısının mənbəyi var. Mən onlar kimi camaatı təhdid edib var-dövlətini almamışam. Mənim əlimdən alıblar. Azərbaycanda 10 mindən çox sahibkar var, hamısı lal olub, kar olub. Eləsi var məndən betər müsibətlərlə üzləşib, biri də ağzını açıb danışmır. Bu nə ölkədir? Mən ləyaqətimin tapdanmağındansa ölkəmi tərk etmişəm.

- Siz bu ölkənin vəziyyətindən danışırsız, amma özünüz də son 20 ildə iqtidar partiyasının üzvü olmusuz. Yəni sizin də baş verənlərdə günah payınız yoxdurmu?..

- Heydər Əliyev Bakıya gələndə biz həqiqətən də qurban kəsmişik. Demişik ki, Allaha şükür, biz bu problemlərdən qurtulduq, Qarabağımızı da qaytaracaqlar. Bu işlərə də canla-başla kömək eləmişəm. Mən qısa müddətdə böyük işlər qurdum. Uşaq bağçası açdım, orta məktəb, kollec açdım, universitet, akademiya açdım. Bunu da qısqandılar. Qardaşımı girov götürüb bunları bir-bir geri tələb etdilər. Mən bununla bağlı bütün instansiyalara, Avropa Məhkəməsinə müraciət etmişəm ki, bu özbaşınalığa son qoyulsun. Bu boyda özbaşınalıq olar? Mən elə YAP-ın üzvü kimi danışıram. Ən böyük ziyanı da Azərbaycan müxalifətindən çox YAP-çılar çəkib. Ziya Bünyadov, Fərəməz Maqsudov qətlə yetirilib.

- Necə bilirsiz, bütün bunlardan sonra YAP hakimiyyətdə qalmalıdırmı? Deyirsiz ki, vəziyyət pisdir, cinayətkarlar hakimiyyət başındadır...

- Nə partiyası olur olsun, xalqın etimadını itirməməlidir. Onu itirdinsə, qalmaq şansı da azalır. Mən Heydər Əliyevə heykəl qoymuşam, onun adına mərkəz yaratmışam. Mən dövlətimizə xidmət etmişəm. Amma mən dövlətimdən dəstək görmədim.

- Siz universitet rektoru olmusuz. Gülər Əhmədova da sizi rüşvətdə, ali məktəbə saxta yolla qəbul aparmaqda ittiham edir. Bu yöndə sizinlə mübarizə apardığını bildirir.

- Məndə Gülər xanımla 5 saatlıq danışığımızın çəkilişi var. Orda bu söhbətlərin biri də olmayıb. Tam iftiradır. ABU universitetlərin reytinq göstəricisinə görə özəl universitetlər arasında birinci yerdə olub. Son illər Ermənistanda 72, Gürcüstanda 75, Azərbaycanda isə 77 özəl universitet yarandı. Qonşu ölkələrdə bu universitetlər yenə də fəaliyyət göstərir, amma Azərbaycanda 77 universitetin hamısı bizimki kimi sıradan çıxarıldı və birləşdirildi son yaranmış ailə universitetlərinə. Səbəb budur. Mən iki ildir gəlmişəm, gündə bir müəllim tuturlar. Dillər Universiteti dəbdədir, onun əleyhinə kampaniya gedir. Əsas problemi yaradanlar kənardadır. Kənardan baxıb millətə gülürlər.

- Yəni universitetdə rüşvət olmayıb?

- Hələ mənim dövrümdə bir nəfər rüşvətə görə məhkəməyə cəlb olunmayıb. Mən gedəndən sonra rüşvət məsələsi çıxdı, qara transplantasiya məsələsi gündəmə gəldi. Mən universitet nəzdində xəstəxana açmışam və onu icarəyə vermişəm. Baş həkim cinayət edirsə... Hesab edirəm ki, bu da saxta işdir. Mən Bakıdan çıxandan bir il sonra baş prokuror deyib ki, Azərbaycanda qara transplantasiya yoxdur. Sadəcə, bu yolla mənə təzyiq edirlər. Hələ universitet fəaliyyət göstərəndə qardaşımın işiylə bağlı Avropa Məhkəməsinə müraciət etdim. Mənim ərizəm artıq qeydiyyata götürüldü. Bundan sonra təzyiqlər başlandı. Dedim ki, qardaşımı qaytarın, ərizəmi geri götürüm. Olmadı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Bu gün, 21:00
Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Bu gün, 20:56
Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Bu gün, 20:46
Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 20:40
Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Bu gün, 19:39
Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Bu gün, 19:28
Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Bu gün, 19:15
Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Bu gün, 19:07
İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Bu gün, 19:02
Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Bu gün, 19:00
Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 18:58
Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Bu gün, 18:35
Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Bu gün, 18:29
Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Bu gün, 18:26
"Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Bu gün, 18:24
Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Bu gün, 18:12
"Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Bu gün, 18:07
Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Bu gün, 17:58
Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Bu gün, 17:53
Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Bu gün, 17:41
“İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Bu gün, 17:39
AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Bu gün, 17:27
Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Bu gün, 17:22
Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:19
Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08
Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04
“Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58
Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48
Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45
Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43
“Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39
Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35
Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32
"Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25
Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23
Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00
ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55
Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44
OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Bu gün, 14:15
Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00
Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58
Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09
Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04
Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58
Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39
Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34
Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30
Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru