YENİ TİKİLƏN GÖYƏDƏLƏN UÇA BİLƏR
Tarix: 30-09-2012, 14:29 | Çap et
“KASPİ” QƏZETİ AZƏRBAYCANDA İNŞAAT İŞİNİN BƏRBADLIĞINDAN YAZDI
Azərbaycanda tikinti sahəsinin hələ tam formalaşmadığını ekspertlər dəfələrlə vurğulayıblar. Bunlara baxmayaraq, bu işlə məşğul olan şirkətlər öz istədikləri kimi tikinti aparırlar. Dünən səhər şahidi olduğumuz bir mənzərə vəziyyətin necə təhlükəli olduğunu bir daha göstərdi. Əvvəlcə qeyd edək ki, bu günlərdə redaksiyamıza bir məlumat daxil olmuşdu. Məlumatı verən Bakı şəhər sakini Həzi Aslanov mertostansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsində yaşayır. O, şikayətində bildirirdi ki, yaşadığı bina ilə üzbəüz binanın qarşısında dərin bünövrə qazılıb. Bu, köhnə binaya bitişik olduğundan, mövcud hündürmərtəbəli binanın özülü qazılıb və bir neçə aydır ki, belə də qalır. Dünən sözügedən ünvanda olduq.
Vəziyyət həqiqətən də məlumatda deyildiyi kimi idi. Yəni yeni qazılan bünövrə köhnə hündürmərtəbəli binanın özülünü dərinliyə doğru açıb. Bir neçə sakinlə söhbət zamanı məlum oldu ki, bu özül təxminən iki aydır ki qazılıb. Amma tikintiyə yeni başlanılıb. Onu da öyrəndik ki, tikinti “Babək” MMC-yə məxsusdur. Tikintinin sahibi isə hər kəsin “hacı” kimi tanıdığı bir şəxdir. Yerli sakinlərin məlumatına görə, bu şəxsin insani keyfiyyətləri demək olar ki, yoxdur. Bir az sona özümüz də onun qeyri-insani keyfiyyətlərinin şahidi olacaqdıq.
Ərazi ilə tanış olarkən bir neçə şəkil çəkdim. Sən demə, “hacı” deyilən şəxs məni görübmüş. Sonuncu şəkli çəkəndə özülün o biri başında məni çağırdı və mənə doğru addımladı. Sakit şəkildə ona yaxınlaşdım. “Sən kimsən ki, şəkil çəkirsən?”- deyə, qolumdan tutdu: “Burda yaşayırsan, niyə çəkirsən, davay cəhənnəm ol burdan”. Onun bizimlə təhqiramiz danışdığını xatırladıb, lazımi cavabı verərək həddini bildirdim və sakit tərzdə ərazini tərk elədim. Amma görünür, yamanca səksəkəyə düşmüşdü. Çünki onun necə çəkindiyini gözlərindən görmək mümkün idi. Düşündüm ki, əgər bu insan qanun çərçivəsində öz işini görürsə, bəs niyə adi bir şəkildən qorxur? Yaxud niyə ətrafdakı sakinlərə orada nə tikiləcəyi ilə bağlı məlumat vermir? Hətta ərazinin komendantı belə bu barədə heç nə bilmədiyini deyir.
Qeyd edək ki, ekspertlər paytaxtda bu kimi qeyri-qanuni tikililərin çox olduğunu təsdiqləyir. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov bizimlə söhbətində xatırlatdı ki, mövcud tikinti normaları var. Bu normalara görə, yan-yana olan binalar arasındakı məsafəyə o qədər də tələb yoxdur. Amma üz-üzə tikilən binaların arasındakı məsafə isə hündürlüyünün 1.5 misli qədər olmalıdır: “Ancaq dediyiniz məqama gəldikdə isə, deyə bilərəm ki, əgər eyni yerdə iki binanın tikintisi nəzərdə tutulursa, sonradan digər binan özülünü qazmamaq üçün hər ikisinin bünövrəsi əvvəlcədən qazılmalıdır. Əks halda, bunlar yolverilməzdir”.
Dövlət Tikinti və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin bildirdiyinə görə, Bakı şəhərində inşa olunmuş hündürmərtəbəli yaşayış binalarının əksəriyyətində memarlıq, şəhərsalma, tikinti normaları ilə bağlı çoxlu problemlər var: “Binaların əksəriyyətinə kommunal xidmət qurğularının olmaması səbəbindən yanacaq verilməsi mümkün olmur. Bu binalara qaz xətləri çəkilsə də, daxili şaxta və havatəmizləyici sistemi olmadığından qaz verilmir. Hətta çoxmərtəbəli binaların, insanların kütləvi şəkildə istifadə etdikləri obyektlərin bir çoxu təsadüfi, tikinti sahəsində müvafiq bilik və təcrübəyə malik olmayan şəxslər tərəfindən inşa edilib. Dövlət ekspertizasından keçməyən, heç bir kommunal şəraiti olmayan və kommunikasiya xətlərinə qoşulmayan yaşayış evlərinin istismara verilməsi halları çoxalıb”. C.Qocayevin sözlərinə görə, bir çox şirkət hələ də sovet dövründən qalma normativlərlə işləyir. Şirkətlər 5 və 9 mərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmuş qaydalardan 12, 14, 16 mərtəbəli yaşayış binalarının tikintisində istifadə edirlər”.
Müstəqil Memarlar Assosiasiyasının prezidenti Zemfira Budaqova isə qeyd etdiyimiz problemə belə şərh verdi: “Bir bina ilə üzbəüz müvafiq məsafə olmadan bina tikilməməlidir. Onlar arasındakı məsafə 2 H-a bərabərdir. Yəni binanın yerdən təpəsinə qədər olan məsafə qədər. Əgər binalardan biri hündür, biri alçaqdırsa, hər ikisinin hündürlüyü toplanır və bu qədər araları olmalıdır. Bu, şəhərsalmanın qanunudur. Dediyiniz ünvan əgər sürüşmə zonasıdırsa, bu, ümumiyyətlə, çox təhlükəlidir. Hər binanın torpağa düşən ağırlığı var. O torpağın ideologiyasına görə həmin ağırlığa dözə bilən konstruksiyası olmalıdır. Bina tikilib başa çatıbsa, demək, onun oturuşmuş konstruksiyası var. Yaxınlıqda tikilən yeni bina da elə məsafədə tikilməlidir ki, əhatə elədiyi torpağın dözümlülüyünə görə otursun. Əgər bu ağırlıq oturmursa, özbaşınalıq edib həmin binaya bitişik başqa tikili tikirlərsə, bu çox təhlükəlidir, həmin bina istənilən vaxt sürüşə bilər”. Z.Budaqova vurğuladı ki, bünövrəni bünövrəyə yapışdırmaq olmaz. Əgər o binaya bitişik bir, ya iki mərtəbəli market, yaxud yeraltı anbar tikirlərsə, bunun təhlükəsi yoxdur. Amma orada yeni hündürmərtəbəli binanın tikilməsi ağlagəlməz bir şeydir, mümkün olan şey deyil”.
Yaxın günlərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) tikinti şirkətlərinin rəhbərlərinə etdiyi xəbərdarlığı xatırlatmaq yerinə düşər. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində ölkədə lisenziya almış tikinti təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə agentliyin rəisi Cəbrayıl Xanlarov tikinti şirkətlərinin rəhbərlərinə bildirib ki, obyektlərdə tikinti işlərinin başlanılması yalnız onun layihə-smeta sənədlərinin hazırlanması, razılaşdırılması və dövlət ekspertizasından keçirilməsindən və qanunvericiliyin digər tələblərinə riayət olunduqdan sonra mümkündür. Bundan başqa, bir çox hallarda seysmik zonalarda tikinti işlərinə başlamazdan əvvəl bərkitmə işlərinin aparılmaması, eyni zamanda, işlərin sürətlə başa çatdırılması məqsədilə həyata keçirilən tikinti işləri zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsinin obyektlərin keyfiyyətsiz inşası və gələcək istismarının təhlükəliliyinə səbəb olduğu bildirilib.
Haqqında danışdığımız məsələni FHN-in də nəzərinə çatdırmaq istədik. Amma telefon bağlantısı qura bilmədik. Ümidvarıq ki, bu yazıdan sonra FHN və digər aidiyyəti qurumlar sözügedən ünvanda yenidən yoxlamalar aparacaq. \ kaspi.az \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Bu gün, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Bu gün, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Bu gün, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Bu gün, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Bu gün, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Bu gün, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Bu gün, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Bu gün, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Bu gün, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Bu gün, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Bu gün, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Bu gün, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Bu gün, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Bu gün, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Bu gün, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Bu gün, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Bu gün, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Bu gün, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Bu gün, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Bu gün, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Bu gün, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Bu gün, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39 |
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34 |
|
|
|
• Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30 |
|
|
|
• Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22 |
|
|
|
|