YAS MƏRASİMLƏRİ MİLLƏTİ NECƏ MÜFLİS EDİR?
Tarix: 18-10-2012, 10:31 | Çap et
MƏRASİM ƏNƏNƏLƏRİMİZİN SIRADAN ÇIXMASININ FƏSADLARI
“Anam rəhmətə gedəndə bilmirdim yas mərasimini yola vermək üçün çadır kirayə verənlərlə danışıb razılaşım, molla gətizdirim, qonaqları yola verim, yoxsa anamın yoxluğuna ağlayım. İnanın ki, yas məclisini yola verməyi düşünməkdən anamın yoxluğunu unutmuşdum. Çox çətin idi. Yasın düşəndə əlində heç olmasa ilkin olaraq 2-3 min manatın olmalıdır ki, yasın ilk günlərini yola verəsən”.
Bu sözləri bizimlə söhbətində anası yeni rəhmətə gedən Rauf söylədi. O, adət-ənənələrimizin yası düşənləri pis vəziyyətdə qoyduğunu dedi: “Başımı itirmişdim, inanın ki, anamı itirdiyimi belə unutmuşdum. Ancaq qonaqları necə yola salacağımı düşünürdüm”.
Ölüm haqq olsa da, ölünün yas mərasimini yola vermək üçün çəkilən haqq yetəri qədərdir. Elə buna görə də “indiki zəmanədə ölməyin də çətinləşdiyini” tez-tez eşidirik. Yas mərasimini yola vermək üçün ölü sahibi dəridən-qabıqdan çıxır, hətta çox vaxt əlində-ovcundakını xərcləyəndən sonra borca düşür. Yas mərasimlərini təşkil etmək üçün son illər xüsusi məntəqələr fəaliyyət göstərir. Həmin məntəqələrlə əlaqə saxlayıb yas mərasimlərinin qiymətləri ilə maraqlandıq.
“Yas sahibi arxayın evdə oturub öz işini, biz də öz işimizi görürük”
Məlum oldu ki, 100 nəfəri eyni vaxtda yola vermək üçün bir çadır bir gün üçün şəraitindən asılı olaraq 200-300 manata kirayəyə verilir. Qadınların ayrı, kişilərin ayrı vaxtda gəldiyini nəzərə alsaq, təxminən 200 nəfərlik məclisdə bu çadırlardan istifadə etmək mümkündür. Məclis böyüdükcə, böyük çadıra ehtiyac olur ki, bu zaman qiymətlər də böyüyüb 400-500 manata çatır. Buraya kondisionerləri də əlavə etsək, 100 manat çadırın qiymətinin üstünə gəlmək lazımdır. Yas mərasimlərini təşkil edən Asif deyir ki, 4 saat əvvəl onlara xəbər etmək kifayətdir: “Özümüz gəlib çadırı quraşdırırıq”.
Əksər hallarda ölü sahibləri çadırla yanaşı, ofisiant, çayçı və aşpaz da sifariş edir ki, onların da ayrıca qiyməti var. Məsələn, 100 nəfərlik məclisi yola vermək üçün 3 ofisiant, 1 çayçı, 1 aşpaz, 1 qabyuyan lazımdır. Bir ofisiantın haqqı 20 manat, qabyuyan – 30, aşpaz 50, çay paylayan 20 manatdır. Molla isə 50 manata başa gəlir. Ofisiantların hamısı da səliqəli görünmək üçün eyni cür geyinirlər.
Asif məsləhət gördü ki, ən yaxşısı hər şey onlardan olmaq şərtilə məclisin yola verilməsidir. 200 nəfərlik məclis molla xaric 2400 manata başa gəlir: “Bura hər şey daxildir, çadırdan, kondisioner, soba, stol, stullardan tutmuş xidmətçilərə, yeməklərə və səsgücləndiriciyə qədər. Yas sahibi arxayın evdə oturub öz işini, biz də öz işimizi görürük. Yəni tam rahat qonaqlarıyla maraqlanır, nəsə çatmadı deyə narahat olmur. Çünki biz işi elə görürük ki, bir dənə əskiyimiz də olmur”.
“Müştərilərimiz əsasən madonna servisə üstünlük verirlər”
Asif menyuya lazım olan hər şeyin daxil olduğunu dedi: “Qaralı aşdan tutmuş, dovğaya, bozbaşa, mer-meyvəyə, kətəyə, qoğala kimi hər şey var. Hətta araxisi də əskik etmirik. Adamın biri 12 manata başa gəlir. 3, 7, 40-ı da bizə həvalə edəndə qiymətdə endirim edirik. Bu zaman stulun biri 10 manata başa gəlir”.
Asif salatlar və yas mərasimi sahibinin ürəyindən keçən başqa şeyləri də menyuya daxil edə biləcəklərini dedi: “Ancaq bu zaman stolun qiyməti artır”.
Bizi müştəri bilən Asif əlindən gələn hər şeyi edirdi ki, təki “işi” onlarla görək. Asif qab-qacağın çox keyfiyyətli olduğundan da danışdı: “Məclis yiyəsinin istəyindən asılı olaraq madonna, yaxud ağ servisdən istifadə edirik. Qablarımızın hamısı avro qablardır”.
Qabın qiymətə təsirinə gəlincə isə müsahibimiz, heç bir təsir etmədiyini bildirdi: “Amma müştərilərimiz əsasən madonna servisə üstünlük verirlər”.
Asif hava soyuq olduqda qızdırıcının da xidmətə daxil olduğunu dedi: “Yağış yağsa çadıra döşəmə də vururuq ki, içəri nəmişlik keçməsin”.
Karamelli şokolad, badambura, qoğal, süd çörəyi...
Bildiyimiz kimi, Təzə Pir Məscidində də yas mərasimlərinin keçirilməsi üçün mərasim zalları mövcuddur. Sözügedən məscidlə də əlaqə saxlayıb qiymətləri öyrəndik. 100 nəfərdən artıq adamın iştirak etdiyi yas mərasimini “Təzə Pir”də yola vermək istəyənlər hər adam üçün 12 manat ödəməlidirlər. Menyuya qaralı aş, dovğa, meyvə-tərəvəz, 2 cür spirtsiz içki, karamelli şokolad, badambura, süd çörəyi, qoğal , halva. və s. təamlar var. Qadın və kişi məclisinə ayrı-ayrılıqda molla sifariş verdikdə, hər mollaya 30 manat ödəmək lazımdır.
Beləliklə 200 nəfərlik mərasim kirayə çadır verilən məntəqələr və Təzə Pir Məscidində 2400 manata başa gəlir. Nəzərə alaq ki, rəhmətə gedəndən sonra 3, 7, 40 mərasimləri verilir bu zaman ölü sahibinə 10 min manat lazımdır. Hələ buraya ölünün yuyulması, qəbir yerinin alınması, baş daşının qoyulması daxil deyil. Bir sözlə, yas mərasimini yola vermək üçün çəkilən xərclə Bakıda mənzil almaq mümkündür.
Fatmayıda yas məclislərində yeni qayda
Dinşunas alim Altay Göyüşov bizimlə söhbətində yas mərasimlərindəki dəbdəbənin sovet dövründən sonra başladığını bildirdi: “Bizdə yas mərasimləri yarışa çevrilib. Öz varını-dövlətini göstərmək üçün hamı yarışa girib ki, görən, kimin verdiyi ehsan menyusunda daha çox yemək var. Amma ehsan hələ qədimdən imkansız adamlara verilmək üçün nəzərdə tutulub. Ölü sahibi ola bilər ki, heç süfrə açmasın, amma ölüsünə dua qazandırmaq üçün imkansızların evinə yemək yollaya bilər. Bizdə isə əksinə, ehsan verəndə imkanlılar stolun baş tərəfinə keçirilir, yoldan keçən imkansız, ac-yalavac qapıdan içəri buraxılmır”.
Altay Göyüşov müsəlman ölkələrinin heç birində Azərbaycandakı təmtərağın olmadığını bildirdi: “Heç uzağa getməyək, İran və Türkiyədə stolun ütündə sudan, çaydan, xurmadan başqa bir şey görməzsən”. Müsahibimiz belə halların aradan qaldırılmasının heç də çətin olmadığını düşünür: “Təzəlikcə Fatmayıda yas mərasimində idim. Stolun üstünə ən vacib şeylər qoyulmuşdu. Orada öyrəndim ki, kəndin mollası ağsaqqallarla birlikdə yığışıb belə bir qayda qoyublar ki, mərasimlərdə konkret nə verilə bilər və imkanından asılı olmayaraq hamı bu qayda-qanuna əməl edir”.
“İslamda yas mərasimi anlayışı yoxdur”
İlahiyyatçı alim Elşad Miri deyir ki, hamını narahat etməyə başlayan təmtəraqlı yas mərasimlərinin islam dini ilə heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, ümumiyyətlə, islamda yas mərasimi anlayışı yoxdur: “Əgər bir müsəlman vəfat edərsə əsas vəzifə onun yuyulub kəfənlənməsi və dəfn olunmasından ibarətdir».
Ekspertin sözlərinə görə, insanlar bəzən bir-birilərinin qınağından qorxaraq adətlərdən kənara çıxa bilmirlər. Amma Quran buyurur ki, insanların qınağından deyil, Allahın qınamasından qorxun. E.Mirinin fikrincə, son vaxtlar yas mərasimlərinin təşkili ilə məşğul olan böyük bir biznes şəbəkəsi formalaşdırılıb. Həmin şəbəkə insanların yaxınlarını itirən zaman düşdükləri emosional durumdan peşəkarlıqla istifadə edib varlanırlar: «Mən buna sui-istifadə deyərdim. Bu qüvvələr məscidləri yalnız ölüm hadisəsi olan zaman müraciət edilən yerlərə çeviriblər”. \ kaspi.az \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şahin Bağırovun TAM FİASKOSU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 03:32 |
|
|
|
• Trampın yeni sanksiya təhdidinə laqeyd görünən Kreml narahat olmalıdırmı? - GƏLİŞMƏ
Bu gün, 03:19 |
|
|
|
• İrəvanın KTMT oyunu: həm çıxmaq istəyir, həm risk etmir - Görünəni odur ki...
Bu gün, 03:12 |
|
|
|
• “Bayden Azərbaycana qarşı hər zaman qərəz nümayiş etdirdi” - deputat
Bu gün, 03:10 |
|
|
|
• “Əsəbi vaxtıma düşəndə efirdən baxıb onları söyürəm də...” - Ofeliya Sənani
Bu gün, 03:05 |
|
|
|
• Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır - Trampın nümayəndəsi
Bu gün, 00:27 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Dünən, 23:33 |
|
|
|
• Cavan olmam bir də mən... - VİDEO
Dünən, 23:29 |
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Dünən, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Dünən, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Dünən, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Dünən, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Dünən, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Dünən, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Dünən, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Dünən, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Dünən, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Dünən, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Dünən, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Dünən, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Dünən, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Dünən, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Dünən, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Dünən, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Dünən, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Dünən, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Dünən, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Dünən, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Dünən, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Dünən, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Dünən, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Dünən, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Dünən, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Dünən, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Dünən, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Dünən, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Dünən, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Dünən, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Dünən, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Dünən, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Dünən, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Dünən, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
|