MƏKTƏB BUFETLƏRİ ŞAGİRDLƏRƏ TƏHLÜKƏDİR
Tarix: 23-10-2012, 09:28 | Çap et
ELM VERƏ BİLMƏDİKLƏRİ KİMİ, YEMƏKLƏRİ DƏ BƏRBADDIR
Ölkə prezidenti orta məktəblərin bufetlərində satılan ərzaq məhsulları ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (SMPDK) xüsusi tapşırıqlar, göstərişlər verib. Bu barədə qəzetimizə açıqlama verən SMPDK-nın mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, sözügedən göstərişdən sonra komitədə iclas keçirilib:
“İclasda məktəblərə satılan qida rasionunun nələrdən ibarət olması, məktəb bufetlərindəki hazırkı durum müzakirə olunub. Buna uyğun olaraq, orta məktəblərin bufetlərində qidalarla bağlı müvafiq standartlar hazırlanacaq və standartlar hazır olandan sonra tətbiq ediləcək, həmçinin bufetlərə nəzarət gücləndiriləcək”.
Bufetlər ictimaiyyətə qapalıdır
Təəssüflər olsun ki, orta məktəb bufetlərinə jurnalistlərin daxil olmasına, oradan reportaj hazırlamasına qadağa var. Qadağadan yalnız jurnalistlər deyil, QHT rəhbərləri də şikayətçidir. Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyir ki, yalnız təhsil nazirinin icazəsindən sonra orada monitorinq aparıla bilər: “Nədənsə orta məktəb bufetləri özlərini ictimaiyyətə qapalı müəssisə elan ediblər”.
Xatırladaq ki, hər tədris ilində 3-4 orta məktəbdə kütləvi qida zəhərlənmələri ilə bağlı məlumatlar KİV-də işıqlandırılır. Amma E.Hüseynov hesab edir ki, bu, yalnız mətbuata sızan məlumatlardır: “Kütləvi zəhərlənmələrdən əlavə, ayrı-ayrı şagirdlərin də bufetlərdən aldığı məhsula görə zəhərlənməsi halları baş verir, amma bu, mətbuatdan gizlədilir”.
Qida zəhərlənmələrinin gizlədilməsinin səbəbi varmış
E.Hüseynov ötən ay ölkə prezidentinə zəhərlənmələr, ölkədə istehlakçı siyasətinin zəif olması ilə bağlı məktub ünvanladığını dedi: “Məktub Nazirlər Kabinetinə göndərilib və İqtisadi İnkişaf Nazirliyində müzakirə edilib. Müraciətimdə Azərbaycanda zəhərlənmələrin qeydiyyatının ümumdünya səviyyəsindən dəfələrlə az göstərildiyini, qeydiyyatın düzgün aparılmadığını, zəhərlənmələrin dinamikasının öyrənilmədiyini və bunun səbəblərini də qeyd edtmişəm”.
Müsahibimizin sözlərinə görə, Azərbaycanda qida zəhərlənmələrinin cidd-cəhdlə gizlədilməsinin bir neçə səbəbi var: “Birinci səbəb budur ki, ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur, baxmayaraq ki, beynəlxalq təşkilatlar qanun layihəsini hazırlayıb parlamentə təqdim edib. İkinci səbəbə gəlincə, bildiyimiz kimi, bütün mallara Səhiyyə Nazirliyi Gigiyena və Epidemologiya Mərkəzi tərəfindən gigiyenik sertifikat verilir. Qida zəhərlənməsi olduqda insanlar səhiyyə orqanlarına üz tuturlar. Səhiyyə orqanları da xəstəyə qida zəhərlənməsi diaqnozu qoyduqda, malın adı ortaya çıxır. Ölkədə istehsal edilən və ölkəyə gətirilən bütün malların gigiyenik sertifikatı olmalıdır. Malın adı ortaya çıxanda həmin malın gigiyenik sertifikatı stolun üstünə qoyulmalıdır. Burada maraqlar konflikti var. Eyni orqan həm qida zəhərlənməsini qeyd edir, həm də gigiyenik sertifikat verir. Nə qədər ki, gigiyenik sertifikat verən orqanla Səhiyyə Nazirliyi bir-birindən ayrılmayıb, qida zəhərlənmələri gizlədiləcək. Qida zəhərlənmələri gizlədildiyindən zəhərlənmələr ictimailəşə bilmir və onun səbəbləri araşdırılmır ki, həlli yolları aransın və tədbirlər görülsün”.
E.Hüseynovun fikrincə, zəhərlənmələr gizlədildiyindən orta məktəblərin bufetlərində kütləvi zəhərlənmə halları davam edəcək.
Günah həmişə zəhərlənəndə olur
AİB sədri deyir ki, hər bir ərzaq malı satışa çıxarılmamışdan əvvəl mütləq sınaqdan keçməlidir, çünki uşaqlar ərzağa həssas kiçik istehlakçılardır: “Yaxşı olar ki, gələcəyimizin sağlamlığının keşiyində durmaq üçün müəyyən qruplar yaradılsın. Məsələn, Sabirabad və Hacıqabul rayonlarında 25 məktəbdə gənc istehlakçı klubu yaratmışıq, məktəb bufetlərinə şagird və müəllimlər özləri nəzarət edirlər. Hesab edirəm ki, bu, bütün məktəblərdə olmalıdır, istehlakçı özü vəziyyətə nəzarət etməlidir”.
E.Hüseynov təəssüflə bildirdi ki, indiyədək qidadan zəhərlənənə, yaxud dünyasını dəyişənin yaxınlarına dəyən ziyana görə kompensasiya ödənilməyib: “Günah həmişə nədənsə zəhərlənəndə, öləndə olur. Orta məktəblərdə isə şagirdlərin qidadan zəhərləndiyini sübut etmək daha çətindir. Çünki bufetlərdə çek aparatı olmur. Bu zaman zəhərlənən şagirdin valideynlərinin övladının məhz bufetdən aldığı ərzağa görə zəhərləndiyini sübut etməsi çətinləşir”.
Hansısa sahədə nəsə gizli saxlanılırsa...
Bakıdakı orta məktəblərdəki bufetlərə Təhsil Nazirliyinin nə dərəcədə nəzarət etdiyini öyrənmək üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı ilə əlaqə saxladıq. O, bildirdi ki, orta məktəblərdəki bufetlərin Təhsil Nazirliyinə və onların idarəsinə heç bir dəxli yoxdur: “Orta məktəblərdə bufetlərin ərzaqla təminatını “Məktəbli şirkəti” həyata keçirir. Ərzaqların təhlükəsizliyini isə müvafiq dövlət orqanları gerçəkləşdirir. Gigiyena və Epidemologiya Mərkəzi bu işi aparır”.
Gün ərzində “Məktəbli şirkəti” ilə əlaqə yaratmağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.
Qeyd edək ki, ölkədəki restoranlarda, satış obyektlərində, eyni zamanda orta məktəblərin bufetlərində sanitar-gigiyenik qaydalara nə dərəcədə əməl olunmasına Səhiyyə Nazirliyi Gigiyena və Epidemologiya Mərkəzi nəzarət edir. İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də istehlakçılara satılan malların keyfiyyətinə və təhlükəsizliyinə məsuldur.
Səhiyyə Nazirliyi Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov qəzetimizə açıqlamasında tədris ili başlayandan orta məktəblərin bufetlərində reydlər apardıqlarını dedi. Son bir ay ərzində aparılan reydlərin nəticələrini öyrənmək istəsək də, şöbə müdiri bunun hazırda mümkünsüz olduğunu bildirdi: “Əlimizdəki məlumatları toplayıb sonra KİV-ə məlumat verəcəyik”.
Məlumatın nə vaxt toplanacağına gəlincə, bunun orta məktəblərdə 1-ci rübün sonuna hazır olacağını dedi.
Eyyub Hüseynov isə düşünür ki, hansısa sahədə nəsə gizli saxlanılırsa, deməli, orada problem var: “Burada nə var ki, hər həftə olmasa da, heç olmasa hər ay ictimaiyyətə, valideynlərə, orta məktəblərdəki bufetlərin vəziyyəti barədə məlumat verilməlidir. Bunu bilməyə istehlakçıların haqqı var. Məlumatlar vaxtında verilməlidir ki, valideynlər tədbirli davransınlar. Zəhərlənmələr olandan sonra məlumatın ictimaiyyətə təqdim olunmasının nə xeyiri olacaq?”.
2012-2013-cü tədris ilindən başlanmasından 1 aydan çox vaxt keçsə də, İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abas Əliyev bildirdi ki, İİN yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məktəb bufetlərində şagirdlərə təqdim olunan ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinə nə dərəcədə əməl olunmasını öyrənmək üçün bu günlərdə monitorinqlərə başlayacaq.
Valideynlər nədən şikayətçidir?
Qeyd edək ki, bufetlərdə, cipsi, coca-cola, eyni yağda qızardılmış peraşkilərə şagirdlər tərəfindən daha çox maraq var. Valideynləri də narahat edən məhz budur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bizimlə söhbətində bildirdi ki, orta məktəblərin bufetləri ilə bağlı SMPDK-nın “Qaynar xətt”inə şikayətlər daxil olur. F.Talıblı dedi ki, valideynlər bufetlərdən aldıqları ərzağa görə övladlarının səhhətində fəsadlar yaranmasından, eyni zamanda bufetlərdə uşaq orqanizmi üçün təqdir olunmayan ərzaq məhsullarının satılmasından şikayətlənirlər.
Bufetlərimizdə satılan ərzaqların yaratdığı fəsadlar
Onu da deyək ki, İngiltərədə cipsi satışına qadağa qoyulub. Qadağaya səbəb insan orqanizmi üçün təhlükəli və yararsız qida məhsullarının siyahısında cipsinin birinci yer tutmasıdır. Hazırlanma texnologiyasına görə cipsinin tərkibində çoxlu sayda kanserogen maddələr yaranır ki, bu da xərçəngin yaranmasına səbəb ola bilər. Həmçinin bu məhsulun tərkibində olan yağlar qanda xolesterinin miqdarını artırmaqla infarkt və insult riskini böyüdür, ürəyin ciddi xəstəliklərinə səbəb olur.
Avropa həkimlərinin apardığı araşdırmaya görə, coca-cola da insan orqanizmi, xüsusilə də azyaşlılar üçün ziyandır. Bir stəkan coca-cola qanda şəkərin yüksəlməsinə, yüksək miqdarda insulin partlamasına səbəb olur, hətta bəzən halsızlıq yaradır.
Bildiyimiz kimi, orta məktəblərin bufetlərində eyni yağda dəfələrlə peraşki qızardılır. Hətta köhnə yağın üzərinə təzəsi əlavə edilməklə bir neçə gün də istifadə olunur. Dünya tibb alimlərinin araşdırmasına görə, belə yağda qızardılan peraşkilər xərçəng xəstəliyini qaçılmaz edir. \ kaspi.az \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şahin Bağırovun TAM FİASKOSU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 03:32 |
|
|
|
• Trampın yeni sanksiya təhdidinə laqeyd görünən Kreml narahat olmalıdırmı? - GƏLİŞMƏ
Bu gün, 03:19 |
|
|
|
• İrəvanın KTMT oyunu: həm çıxmaq istəyir, həm risk etmir - Görünəni odur ki...
Bu gün, 03:12 |
|
|
|
• “Bayden Azərbaycana qarşı hər zaman qərəz nümayiş etdirdi” - deputat
Bu gün, 03:10 |
|
|
|
• “Əsəbi vaxtıma düşəndə efirdən baxıb onları söyürəm də...” - Ofeliya Sənani
Bu gün, 03:05 |
|
|
|
• Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır - Trampın nümayəndəsi
Bu gün, 00:27 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Dünən, 23:33 |
|
|
|
• Cavan olmam bir də mən... - VİDEO
Dünən, 23:29 |
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Dünən, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Dünən, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Dünən, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Dünən, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Dünən, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Dünən, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Dünən, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Dünən, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Dünən, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Dünən, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Dünən, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Dünən, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Dünən, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Dünən, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Dünən, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Dünən, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Dünən, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Dünən, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Dünən, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Dünən, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Dünən, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Dünən, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Dünən, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Dünən, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Dünən, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Dünən, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Dünən, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Dünən, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Dünən, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Dünən, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Dünən, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Dünən, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Dünən, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Dünən, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
|