DÜNYANIN SONU BARƏDƏ YENİ FƏRZİYYƏ
Tarix: 4-11-2012, 12:58 | Çap et
SƏN DEMƏ, ADƏM VƏ HƏVVA DA BU TARİXDƏ YERƏ ENİB
Dekabrın 21-22-də bir neçə planetin bir istiqamətdə paralel toplanması hadisəsinin Yerə təhlükə yaradacağı haqda fikirləri bir neçə gün öncə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası rəsmi şəkildə təkzib elədi. Rəsədxananın belə bir açıqlama verməsi Tibetin dini lideri Dalay Lamanın 21 dekabrla bağlı “qorxulu proqnozlar”ından qaynaqlanmışdı.
Geofizik Vaqif Behbudoğlu da hesab edir ki, Tibet dini liderinin Ayın Günəşin qarşısına keçməsi nəticəsində Yerdə 4-5 gün qaranlığın çökməsi və insanların kütləvi tələfatı barədə mülahizələrinin heç bir elmi əsası yoxdur.
Qeyd edək ki, Mayya təqvimləri üzrə 2012-ci ilin sonuncu ayında insanların yaşadığı 5-ci sivilizasiyanın sona çatması barədə fikirlər də səslənir. Mütəxəssislər Azərbaycanda yaşayan insanların üstəlik bu cür təşviş doğuran xəbərlərdən ağır psixoloji gərginlik keçirməsindən narahatlıqlarını ifadə edirlər.
Publika.az-a danışan V.Behbudoğlu eyni zamanda bu cür fərziyyələrin hansı mənbədən qaynaqlanması, eləcə də Mars planetində həyatın olub-olmaması barədə elmi mülahizələrlə bağlı fikirlərini bildirdi.
Astronomik hadisələr, qalaktikamızda baş verən proseslər zaman-zaman insanların diqqətində olduğundan, güman edirik ki, V.Behbudoğlunun oxuculara təqdim etdiyi fikirləri də maraq doğuracaq.
“Bizim qalaktikanın mərkəzi kiçik Ayı bürcünün baş ulduzudur. Qalaktikamızda sonuncu katakilizm hadisəsi 13 min il bundan əvvəl baş verib. Marsla Yupiterin arasında ölçüsü Yerin diametrindən 5,9 dəfə böyük olan planet hansısa bir səbəbdən partlayıb. Partlayış nəticəsində Mars odlu kürə ilə yanıb, məhv olub. Planetlər arasında Yerlə Marsın öz oxu ətrafında fırlanma sürəti çox yaxındır. Yerin bir sutka ərzində fırlanması 23 saat 56 dəqiqə 11 saniyədir. Marsın fırlanması isə bir sutkada 24 saat 37 dəqiqə 11 saniyədir. Yəni bu oxşar cəhətlərə görə, hər iki planet hər kvadratmetrə Günəşdən eyni miqdarda enerji alır. Bu əsaslar da sübut edir ki, həmin vaxta qədər Marsda canlı həyat olub. Bununla əlaqədar Amerika alimləri tədqiqatlar aparıb, yaxın 20 il ərzində bu hadisəni sübuta yetirəcəklər. Çünki hazırda Marsa birinci kosmik aparatlar göndərilib və planetin relyefi çəkilir, tərkibi öyrənilir.
Həmin partlayan planetdən Günəşə qədər olan məsafə 495 kilometr, hərəkət sürəti saniyədə 14 kilometr olub. Bu partlayış nəticəsində Günəş sistemində katakilizm baş verib. Günəş sistemindən kənarlaşdıqca Yupiter, Saturn, Uran, Neptun planetlərinin ətrafında xeyli sayda asteroidlər əmələ gəlib. Marsla Yupiter arasında milyonlarla asteroidlərin hərəkətləri başlayıb, bəziləri Günəş tərəfindən cəlb edilib, udulub, bəziləri Ayın, bəziləri Marsın səthinə düşüb. Hazırda iki asteroid Fobus və Demus 35 min kilometr məsafədə Marsın ətrafında fırlanır. Əslində isə həmin asteroidlərin kürəşəkilli olmaması sübut edir ki, bu, partlayan planetin qalıqlarıdır. Digər tərəfdən, bu planetlərin 1 milyon, 2 milyon yaşı olsaydı, uzun müddətdə fırlanma sürəti nəticəsində kürəvi şəkil alardılar”.
Həmsöhbətimiz dedi ki, dini mənbələrə də istinad edilsə, Adəmlə Həvvanın Yerə enişi də 13 min il əvvələ təsadüf edir: “Amma ümumilikdə, Yer üzündə antropogen amilin yaranması 2,5 milyon ildir. Katakilizm prosesində insanların şüuru silinir. Ona görə də dini mənbələrdə belə qəbul edilib ki, insanın başlanğıcı Adəmlədir və Adəmlə Həvvanın Yer üzünə enişi 13 min il əvvəl olub”.
Katakilizm nəticəsində Yerdə və Günəşdə nə baş verib?
V.Behbudoğlu bildirdi ki, 13 min il əvvəl baş verən hadisə nəticəsində Yer kürəsində ani buzlaşma olub: “Təqribən 1-2 saat ərzində baş verən buzlaşma prosesində tropik iqlimdə yaşayan heyvanların, o cümlədən fil, mamontların cəsədləri Maqadanda, Kola yarımadasında, Saxalində, Alyaskada və Yeni Torpaq adalarında tapılıb. 1966-cı ildə ilk belə mamont cəsədi Kola yarımadasında tapıldı, Cexoslovakiyada analizlər aparıldı və sübut edildi ki, mamont cəsədinin 13 min il yaşı var. Sonradan tapılan donmuş cəsədlərin də eyni vaxtda aid olduğu məlum oldu”.
O ki qaldı Günəş tutulması nəticəsində Yerdə həyatın dayanmasına, V.Behbudoğlu bildirdi ki, burada heç bir elmi əsas yoxdur: “Ayın Günəşin qarşısına keçərək 4-5 sutka qalması üçün ya Günəşin, Yerin, digər planetlərin fırlanma sürətləri eyniləşməli, planetlər eyni ox ətrafında düzülməlidir, ya da planetlərin hərəkətində qəflətən tormozlanma baş verməlidir. Bu da mümkün olan məsələ deyil. Günəş şüasının qarşısını almaq üçün fəzada çox böyük enerjiyə malik qüvvələr var. Bunlar yüksək qara enerjiyə malik səma cisimləridir ki, ona kvazavr deyilir. Bu enerji mənbəyi qalaktikamızın, eləcə də, qonşu qalaktikaların mərkəzində olur.
Tez-tez belə ifadəyə rast gəlirik ki, Günəşdə qara ləkələr əmələ gəldi. Həmin qara ləkələr Günəşin mərkəzindəki qara enerjidən qaynaqlanır. Amma təəssüf ki, orda milyonlarla dərəcə istilik var. Qrinviç vaxtı ilə hər gün saat 16.00-da kvazavrlardan Yerə elektromaqnit, radiomaqnit siqnalları gəlir. Baxmayaraq ki, kvazavrlar 1 milyon işıq ilinə bərabər məsafədədir, amma kosmosda o qədər böyük proseslər baş verir ki, Yerə bu siqnallar gəlib çatır. Amma qonşu qalaktikadan bu cür qara enerji bizim qalaktikaya daxil olsa və təhlükə baş versə, bu, ən azı 10 milyon ildən sonra gəlib bizə çata bilər.
Bu təhlükəni isə NASA-nın 30 milyon işıq ilinə bərabər olan məsafələrdən siqnallar qəbul edən radioteleskoplar dərhal hiss edəcək. Bütün bunlar deməyə əsas verir ki, Yer üçün belə təhlükə gözlənilən deyil. Onu da deyim ki, kosmosdan gələn şüalara qarşı Yer kürəsinin şüa arsenalı daim planetimizi müdafiə edə bilir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şahin Bağırovun TAM FİASKOSU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 03:32 |
|
|
|
• Trampın yeni sanksiya təhdidinə laqeyd görünən Kreml narahat olmalıdırmı? - GƏLİŞMƏ
Bu gün, 03:19 |
|
|
|
• İrəvanın KTMT oyunu: həm çıxmaq istəyir, həm risk etmir - Görünəni odur ki...
Bu gün, 03:12 |
|
|
|
• “Bayden Azərbaycana qarşı hər zaman qərəz nümayiş etdirdi” - deputat
Bu gün, 03:10 |
|
|
|
• “Əsəbi vaxtıma düşəndə efirdən baxıb onları söyürəm də...” - Ofeliya Sənani
Bu gün, 03:05 |
|
|
|
• Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır - Trampın nümayəndəsi
Bu gün, 00:27 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Dünən, 23:33 |
|
|
|
• Cavan olmam bir də mən... - VİDEO
Dünən, 23:29 |
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Dünən, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Dünən, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Dünən, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Dünən, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Dünən, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Dünən, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Dünən, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Dünən, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Dünən, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Dünən, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Dünən, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Dünən, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Dünən, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Dünən, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Dünən, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Dünən, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Dünən, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Dünən, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Dünən, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Dünən, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Dünən, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Dünən, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Dünən, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Dünən, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Dünən, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Dünən, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Dünən, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Dünən, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Dünən, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Dünən, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Dünən, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Dünən, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Dünən, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Dünən, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
|