RAMİL SƏFƏROV MARKARYANI NİYƏ ÖLDÜRÜB? - YENİ FAKTLAR
Tarix: 10-11-2012, 12:48 | Çap et
ERMƏNİ MƏTBUATI AÇIQLADIMacarıstanda erməni zabitini qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan, 8 il 6 ay cəza çəkdikdən sonra Azərbaycana ekstradisiya olunan və prezident tərəfindən azadlığa buraxılan Ramil Səfərovun işi ilə bağlı şok təfərrüatlar yayılıb. Modern.az bilririr ki, bu barədə musavat.com məlumat yayıb.
Belə ki, Ermənistanın "Panorama.am“ saytı ilk dəfə olaraq Azərbaycan zabitinin məhkəmə qərarını açıqlayıb. Saytın iki hissəyə ayırdığı yazıda bəlli hadisə ilə bağlı şok təfərrüatlar yer alıb. Bu məqamlara keçməmişdən qeyd edək ki, məhkəmə qərarını təbii ki,ermənilər öz istəklərinə uyğun şəkildə təfsir ediblər. Buna baxmayaraq, bu sənəd rəsmi xarakter daşıdığından manupulasiya imkanları xeyli məhdudlaşıb. İstənilən halda, nəzərdə saxlamaq lazımdır ki, bu xəbər erməni mediasına istinadən hazırlanıb, yəni doğru olmayan və ya saxtalaşdırma məqamlarının olması da istisna edilməməlidir... Lakin indiyədək heç kəsin bilmədiyi (bir neçə nəfər istisna olmaqla) bu məlumatlar rəsmi məhkəmə protokollarıdır və bunlar R.Səfərov-Q.Markaryan münaqişəsinə işıq tutur.
****
Belliklə, 2004-cü ilin fevralın 19-də baş vermiş olayın səbəbləri barədə məhkəmənin qərarında deyilir ki, cinayət guya, xüsusi qəddarlıqla, əvvəlcədən planlaşdırılıb. Qeyd edilir ki, cinayətkar ikinci şəxsi də öldürməyə cəhd edib. Bunu nəzərə alaraq məhkəmə ömürlük həbs qərarı verib. Məhkum yalnız 30 il sonra əfv olunmaq üçün dövlət orqanlarına müraciət edə bilərmiş.
“NF, 3383/2004/ 16-I” nömrəli cinayət işində Ramil Səfərov haqqında geniş məlumat verilir: ”14 yaşında Bakı Hərbi Məktəbinə daxil olub. Bir il sonra Türkiyədəki hərbi məktəbə göndərilib. 4 il orada oxuduqdan sonra, 4 il də hərbi akademiyada təhsil alıb. Daha 1 il təkmilləşmə ilə bağlı Türkiyədə qalıb. Cinayət törətdiyi vaxt baş leytenant rütbəsində olub və Azərbaycanın Ali Hərbi Məktəbində xidmət edib. Əvvəllər məhkum olunmayıb”.
Qeyd olunur ki, R.Səfərov cinayəti ayıq başla törədib. Psixoloji problemi olmayıb. Daha sonra məhkəmə qəraraında cinayətin səbəbləri sadalanır. Bu hissədə də maraqlı məqamlar var: ”Dağlıq Qarabağ Azərbaycanın cənub-qərbində, Qarabağ dağının şərqində, Ermənistana yaxın ərazidə yerləşir. Qarabağ xanlığının keçmiş ərazisi olan bu coğrafiyada 1923-cü il iyunun 7-də Dağlıq Qarabağ Müxtar Respublikası yaradılıb. Qurum Azərbaycanın tabeliyində olub. 1988-ci ildə müxtar vilayətin statusu ləğv olunub. Nəticədə Qarabağla Azərbaycan arasında (?) müharibə başlayıb. 1993-cü ildə əraziyə nəzarət bütövlükdə erməni əhalinin əlinə keçib. Bir il sonra Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olunub. 1996-cı ildə Dağlıq Qarabağ öz müstəqilliyin elan edib. Müttəhim Dağlıq Qarabağın yaxınlığındakı Cəbrayıl kəndində (?) doğulub.
Vətəndaş müharibəsi (?) zamanı ittiham olunan doğmalarını (valideynlərini, qardaşlarını) itirməyib, onların arasında yaralananlar da yoxdur. Amma hərbi əməliyyatlar zamanı müttəhim bir neçə uzaq qohumunu və yerlilərini itirib. Amma mülkü şəxslər arasında baş vermiş itkilər barədə məlumat əldə edib. Belələri arasında qadınlar, yaşlılar, uşaqlar da olub. Elə bu səbəbdən də onda ermənilərə qarşı nifrət hissi yaranıb. Vətəndaş müharibəsi zamanı o, yetkinlik yaşında olmayıb. Şəxsən müharibədə iştirak etməyib. Ancaq yaralı əsgərlərin daşınmasına yardımçı olub. O, hərbi məktəbi bitirib geri döndükdə artıq vətəndaş müharibəsi başa çatmışdı… 2004-cü ilin 11 yanvarında Ramil Səfərov 3 aylıq ingilis dili kursuna qatılmaq üçün Budapeştə gəlib. Kursa keçmiş sovet ölkələrindən (hər birindən 2 zabit olmaqla) hərbçilər dəvət olunmuşdu. O cümlədən macar zabitləri də Mikloşa Zrini adına Milli Univerisitetdə iştirak ediblər. Kursun dinləyiciləri arasında sonra zərər çəkmiş erməni zabiti leytenant Qurqen Markaryan və kapitan Qayk Makuçyan da olub”…
****
Qətlə yetirilən Markaryanın Azərbaycan bayrağını təhqir etdiyi təsdiqlənib...
Kursa gələnlər Budapeşt şəhərində, X rayonunda, Dairəvi küçə Hunqariyada 9-11 saylı binada yerləşdirilib. Binanın 3-cü mərtəbəsindəki iki nəfərlik otaqlar onların ixtiyarında olub. Yerlər bölünərkən xüsusi diqqət verilib ki, kursa gələnlər ingilisçə danışsınlar deyə, eyni yerdən gələn zabitlər müxtəlif otaqlara yerləşdirilib…
Qurqen Markaryan 218/a otağında macar zabiti Balaşam Kuti ilə olub, ikinci erməni zabit Qauk Mukuçyansa 220/b otağında litvalı zabit Palyus Salyusla qalıb. İttiham olunan şəxs - Ramil Səfərov isə ukraynalı zabitlə qalıb. Amma həmin zabit bu hadisədən əvvəl bir həftəlik məzuniyyət alıb. Cinayət törədilən zamanı R.Səfərov otaqda bu səbəbdən tək qalırmış. İkinci azərbaycanlı zabit Anar Raufsa başqa bir zabitlə üzbəüz otaqda qalırmış.
Kurs başlayarkən məlum olub ki, iki nəfər erməni zabiti də burada qalacaq. İlk günlər onlar (azərbaycanlı və erməni zabitləri) bir-birləri ilə salamlaşırmışlar. Sonra bu salamlaşma kəsilir. Onlar müxtəlif qruplarda təhsil alsalar da, eyni mərtəbədə qalırmışlar. Qarşılaşanda erməni zabitləri gülürmüşlər. Ona (R.Səfərova) elə gəlirmiş ki, ermənilər özlərini müzəffər tərəfin məğlub tərəf qarşısında aparan kimi aparırlar.
2004-cü ilin 1 fevralında kursa gələnlərin Keçkemek şəhərinə ekskursiyası təşkil olunur… Avtobus dayanarkən Markaryan Ramil Səfərovun ayağına güclü zərbə ilişdirir. Amma Səfərov buna reaksiya verməyib. Gözləyib ki, o, gəlib üzr istəsin. Ancaq Markaryan bunu etməyib. Belə olduqda müttəhim öz yerindən durub ona yaxınlaşıb və soruşub ki, hər hansı problem varmı? Markaryansa deyib ki, ayağı onun ayağına təsadüfən dəyib. Və gülüb. Müttəhim fikirləşib ki, erməni zabit çox içib və öz yerinə qayıdıb. Geri, univerisitetə döndükdə isə müttəhim eşidib ki, onun arxasınca gələn erməni zabitləri yüksək səslə mahnı oxuyurlar və gülürlər. Mahnının bəzi yerlərində “Qarabağ-Artsaq” ifədələri səslənib və daha sonra onlar ermənicə söyüş söyüblər.
Bu hadisədən bir neçə gün sonra isə Ramil Səfərov dəhlizdə Xorvatiyadan olan mayorla söhbət edərkən Markaryan basketbol topunu onların arasına güclü zərbə ilə vurub.
Fevralın 16-sı axşam saat 22:00 radələrində Ramil Səfərov dəhlizdə siqaret çəkirmiş. Bu zaman o, Markaryanın litvalı zabit Polyusla söhbətinin şahidi olub. Həmin söhbətdə Azərbaycan bayrağı məsələsi də hallanıb. Bundan bir neçə gün əvvəlsə litvalı öz ad gününü qeyd edib. Onda azərbaycanlı zabitlər hədiyyə kimi brulokda olan Azərbaycan bayrağını litvalı zabitə hədiyyə ediblər. Bundan başqa hədiyyə olaraq Laum (?) qalasının maketini də ona bağışlayıblar. Həmin söhbət zamanı Səfərov eşidib ki, Markaryan Azərbaycan bayrağını təhqir edir.
Bu məsələ ilə bağlı azərbaycanı zabitlər dil kursunun rəhbəri Demeter Atillaya məlumat veriblər. Bildiriblər ki, bəzən kurslarda müsəlman qadınlar haqqında xoşagəlməz sözlər deyilir, dərsdən sonra isə İslamın terrorla əlaqələndirilməsi istiqamətində söhbətlər olur. Amma azərbaycanlılar son məsələlərlə bağlı ermənilərin adını çəkməyiblər.
Zərər çəkmiş Qurqen Markaryan 1978-ci ildə anadan olub. Səfərovdan 1 yaş balacadır. Hadisə baş verərkən onun 27 yaşı olub. Boyu 178 cm. olan zabit idmançı cüssəyə malik sağlam adam olub və leytenant kimi erməni ordusunda xidmət edib.”
Sənədin “Cinayətə hazırlıq” bölümündə də maraqlı faktlar var: ”Dil kursunda olarkən müttəhimdə 24 fevralda belə bir fikir yaranıb ki, 1992-ci il 26 fevralda baş vermiş və mülki əhali arasında çoxsaylı qurbalarla yekunlaşmış hadisə ilə əlaqədar olaraq hər iki erməni zabitin öldürsün. Onda ermənilərə qarşı qisasçılıq və nifrət hissi getdikcə artırdı. O, artıq qeyd olunan günün ildönümünə qədər gözləmək istəmirdi. 19 fevralda səhərə yaxın onu öldürməyi düşünüb. Planını həyata keçirmək üçün 17 fevralda 19:00 radələrində o, ”TESCO-GLOBAL” hipermarketində olub. Uzunluğu 65 sm. eni 17x12,5 sм olan balta və onu itiləmək üçün yiyə alıb və baltanı öz otağında gizlədib. Növbəti gün axşam o, azərbaycanlı zabitlə öz otağında saat 22:30-a qədər söhbət edib. Sonra həmin zabit yatmaq üçün öz otağına keçib. Bundan sonra müttəhim ingilis dili ilə bağlı tapşırıqları yerinə yetirib. Sonra baltanı itiləməyə başlayıb. Vanna otağına keçib, sonra dəhlizə siqaret çəkmək üçün çıxıb. 19 fevral səhər saat 5-ə qədər gözləyib. Düşünüb ki, məhz həmin vaxt yuxu daha dərin olur".
Cinayətin törənməsi
Sənəddə daga sonra bildirilir: "Cibinə xəncər tipli bıçaq qoyan R.Səfərov əlində balta dəhlizə çıxıb. O, bilirdi ki, sağlam cüssəli Markaryan hansı otaqda yatır. Həmin otağın qapısın açır. İşığı yandırır. Qurqen Markaryanın hansı yataqda olduğunu bildikdən sonra ona tərəf gedir. Ona yaxınlaşıb baltanın iti tərəfi ilə onun başına və boynuna 3 dəfə zərbə endirir. Sonra onun sinəsinə və əzalarına də vurur. Müttəhim yaranmış səs-küyə oyanan zabit Balaş Kutini sakitləşdirir, ona bildirir ki, onunla heç bir işi yoxdur. Ramil Səfərov cinayəti törədərkən rus dilində təhqirlər səsləndirib, Qurqen Markaryanı öldürdükdən sonra siqaret yandırıb, siqareti sona qədər çəkib və kötüyünü də onun sinəsinə atıb…”.
****
Bu detallar bir daha sübut edir ki, öldürülən erməni zabiti dəfələrlə Ramil Səfərova ilişib, Azərbaycanı, azərbaycanlı qadınları və ən dəhşətlisi, Azərbaycan bayrağını təhqir edib. Kursun başlanğıcında ermənilərlə salamlaşan azərbaycanlı zabitlər məhz ermənilərin təhqiramiz, aqressiv davranışları səbəbindən az sonra onlarla salamlaşmanı kəsməyə məcbur olublar. Onların hərəkətləri barədə şikayətçi də olublar. Ramil Səfərov Markaryanın günlərlə davam edən təhqirlərinə dözməyərək, nəhayətdə, Azərbaycan bayrağını təhqir etməsi faktından sonra onu cəzalandırmaq qərarına gəlib... P.S. Bu sənəd erməni mətbuatında dərc olunub və yazıda Ramil Səfərova qarşı qərəzli əlavələrin edildiyi istisna deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06 |
|
|
|
|