AZAD RƏHİMOVUN LƏNKƏRAN SƏRGÜZƏŞTİ
Tarix: 4-04-2013, 14:23 | Çap et
NAZİRİN RƏSMİ SƏFƏRİNİN QEYRİ-RƏSMİ TƏRƏFİAprelin 2-də Gənclər və İdman naziri Azad Rəhimov Cənub bölgəsinin 6 rayonun 50-dən çox vətəndaşını qəbul edib. Qəbul Heydər Əliyev mərkəzində keçirilib. Həmin gün, hələ səhər saatlarında mərkəzin foyesində qələbəlik var idi. Burada şikayətçilərdən çox Gənclər və İdman nazirliyin yerlərdəki idarələrin işçiləri gözə dəyirdi. Ora rayonlarda idmanla bağlı adamlar da dəvət olunmuşdular. Nazirlə görüşmək istəyənləri də qeydə alırdılar. Polis gözə dəymirdi. Lənkəran Gənclər və İdman idarəsinin direktoru Yalçın Əhmədov AzadlıqRadiosuna bildirdi ki, nazirlə görüşmək istəyənlərin hamsı qeydiyyatdan keçib. Şikayətçilərin bir neçəsi ilə görüşdük. QONŞUDAN ŞİKAYƏT.... Lənkəran sakini Turab Nağıyev nazirə yol ilə bağlı şikayətə gəldiyini bildirdi. «Yolumu qonşum daraldıb. Elə daraldıb ki, oradan yüklü maşın və yaxud yanğın maşını keçə bilmir. Müxtəlif təşkilatlara müraciət eləmişəm ki, əks tərəf yolumu açmır. Ona görə sizdən xahiş edirəm mənim şikayətimə şərik olasınız, məni bu bəladan qurtarasınız. İcra hakimiyyətinə müraciət eləmişəm. İcra hakimiyyətindən də nümayəndələr gəlib, əsasən icra hakimiyyətinin hüquq şöbəsindən». Turab Nağıyevin sözlərinə görə, yerli icra orqanları bu məsələni həll etməkdə acizlik göstərirlər. Buna görə də nazirə şikayət etmək fikrindədir. «İRANDA ƏMƏLİYYAT OLUNMUSAN, BİZLİK DEYİL» Digər şikayətçi Lənkəran şəhər sakini Gülzar Dadaşova deyir ki, belindən əməliyyat olunub, iş qabiliyyətini itirib. Əlil statusu almaq istəyir. Lakin onun səsinə səs verən yoxdur: «Sənədlərin hamısını gətirmişəm. Təzyiqim yüksək, qolum sınıq, ürəyim xəstə. Hansı qapıya gedirəm, deyirəm mənə kömək edin əhəmiyyət vermirlər. İmkanım yoxdur, həddindən artıq pis vəziyyətdəyəm. Hansı qapıya gedirəm məni pensiyaya çıxardın, məni yaxına buraxmırlar. Mən İrana yük aparırdım, belimdən zədə aldım, yük götürəndə .Orda məni Tehrana apardılar, Tehranda əməliyyat olundum. Apardım sənədləri pensiya yerinə. Hamı deyir ki, İranda əməliyyat olunmusan, bizlik deyil. Atırlar üstümə kağızları». Gülzar Dadaşova nazirin onun məsləsinə reaksiya verəcəyinə əmindir. Lənkəran rayonun Gərmətük kənd sakini Seymur Kərimov isə deyir ki, nazirin şikayətçiləri dinləyəcəyini indi eşidib və bura gəlib. İki gözünü də itirən, birinci qrup əlil Seymur Kərimovun sözlərinə görə maddi cəhətdən çətinlik çəkir. O nazirdən kömək istəyir: «BANKLARA GEDİRƏM MƏNƏ DEYİRLƏR Kİ, ƏLİLSƏN KREDİT VERMİRLƏR» «Dünya işığına həsrətəm. 2012-ci ilin yanvar ayında mən prezident aparatına getdim . Orda Azər adlı şəxs məni qəbul etdi. Dedim birinci qrup əliləm, evim yox, mənə torpaq verilsin. Məni yolladılar Lənkəran rayon icra başçısının yanına. Onun qəbulunda da oldum, o vaxtları Tofiq İbrahimov idi. Kənd bələdiyyəsinə tapşırdı ki, bunu torpaqla təmin etsin. Bu günə kimi bələdiyyə mənə torpaq verməyib. İkinci problem odur ki, imkanım yoxdur. Vəziyyətim bərbaddır. Banklara gedirəm mənə deyirlər ki,əlilsən kredit vermirlər. Bilmirəm nə təhər dolanım, özüm üçün iş fəaliyyəti yaradım ki, mən bu küçələrdə nə qədər olaram». Şikayətçilərin oxşar problemləri var. Bunların arasında idman meydançası istəyənə də rast gəldik. Gənclər və İdman naziri Azad Rəhimov vətəndaşların qəbuluna səhər saat 11 radələrində başladı. Verilən məlumata görə, müraciət edənlərin hamısı nazirin qəbulunda olub. QƏBULUN PƏRDƏ ARXASI... Bu qəbuldan sonra şikayətlərin nəticəsini bilmək üçün nazirin qəbuluna yazılmış Gərmətük kənd sakini Seymur Kərimovla əlaqə saxladıq. Onun dediyənə görə, jurnalistlər işlərini görüb gedəndən sonra rayon icra aparatın işçiləri onları da mərkəzdən uzaqlaşdırıblar: «İcra hakimin işçiləri girdilər içəri, dedim problemlərim var. Bizi çıxartdılar oradan. Dedilər gəl gedək icra hakimi sizə köməklik edər. Onlar tapşırmışdılar. Bizi gətirdilər icra hakmiyyətinə, telefon nömrələrini yazdılar, dedilər yaxşı olar. Nahardan sonra getdim, dedilər gedin kəndə, bələdiyyə sizə köməklik edəcək. Bələdiyyə də mənə 30 manat pul verdi» Lənkəran rayon Gənclər və İdman idarəsinin direktoru Yalçın Əhmədov isə bu deyilən iradlarla razılaşmır. Onun bildirdiyinə görə, nazirin qəbulunda heç bir problem yaşanmayıb. İstənilən vətəndaş onun qəbulunda olmaq imkanına malik olub. Yalçın Əhmədov deyir ki, qəbulda təkcə şikayətlər yox, təkliflər, istəklər də səslənib. Onun deməsinə görə, nazirlik səviyyəsində olan şikayətlərə nazirlik, qalan məslələrə isə yerlərdə baxılacaq. Direktorun deməsinə görə, Seymur Kərimov qəbula yazılsa da nazirin yanına girməyib.
«BU SEÇKİ İLİNƏ HESABLANMIŞ MƏSƏLƏDİR» «Cənub Ziyalılar Birliyi»in sədri İltifat Rəhimzadə isə yüksək vəzifəli məmurların rayonlarda qəbul keçirmələrini müsbət hal hesab edir. Lakin o belə düşünür ki, bütün bunlar əhalinin problemlərin həllinə xidmət etmir, prezident seçkisinə hesablanıb: «Hakimiyyət strukturları elə qurulub ki, onların yerlərdə qurumları var. Həmin qurumlar əhalinin arzu, şikayət və tələblərini yuxarı qurumlara çatdırmalıdır. Hazırda nazirlərin yerlərdə gəlib əhalinin şikayətlərinə, tələblərinə qulaq asması, mənim fikrimcə bu seçki ilinə hesablanmış bir məsələdir. Hakimiyyətin xalqa yaxınlığını nümayiş etdirirlər. Yerlərdə yerli hakimiyyət orqanları ümumiyyətlə əhalinin şikayətlərinə qulaq asmırlar».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
|