670 min insan Rusiyadan geri göndərilə bilər .....                     Bu gün məktəblərdə qış tətili başa çatır .....                     "Elə bilir Allahın ona borcu var..." .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, .....                     USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır .....                     Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                 

“Oğurluq bacarmırsansa, orqanını sat” – “Unibank”dan əcaib təklif
Tarix: 19-04-2016, 09:04 | Çap et
“Oğurluq bacarmırsansa, orqanını sat”
Bu yaxınlarda sosial şəbəkələrdə "Unibank”ın müştərisi ilə bağlı ilginc xəbər yayılıb. Məlumata görə, bank əməkdaşı borcunu ödəyə bilməyən müştərisini hədələməklə yanaşı, böyrəyini sataraq borcu qaytarmağa məcbur edib.

diaaz.space xəbər verir ki, Tərəfdar.az saytı yayılan məlumatın nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmaq üçün barəsində məlumat yayılan müştəri ilə əlaqə saxlayıb. 38 yaşlı Bayramov Mübariz İsaxan oğlu sualları cavablandıraraq haqqında yayılan məlumatla bağlı qaranlıq məqamlara aydınlıq gətirib.

– "Unibank”dan sonuncu dəfə nə vaxt və nə qədər kredit götürmüsünüz?

– Mən özüm usta işləyirəm, ev təmir edirəm. Axrıncı dəfə 3 il bundan öncə 1000 manat pul götürdüm. Orada 1800 manat pul yazdılar, qalıq borclarımı silib mənə 800 manat pul verdilər.

– Siz "Unibank”dan kredit götürəndə həmin pulun qarşılığında hansı sənədləri təqdim etmişdiniz?

– Heç bir sənəd təqdim etməmişdim. Tək şəxsiyyət vəsiqəsi ilə, usta kimi fəaliyyət göstərdiyimə görə vermişdilər. Həm də bu kreditdən əvvəl götürdüyüm kreditlərin hamısını vaxtlı-vaxtında ödəyirdim deyə onların daimi müştərisi idim. Sadəcə son zamanlar işim olmadığından maddi vəziyyətim pisləşdiyinə görə kredit ödəmələrim altı ay gecikdi. Amma həmin altı ay müddətində də pulum olduqca xırda-xırda ödənişlər eləmişəm.

– Sonuncu kreditinizi "Unibank”ın hansı filialından götürmüşdüz?

– Səməd Vurğun bağının yanında yerləşən filalından götürmüşdüm.

– Altı ay gecikməniz olduğunu söyləyirsiz. Bu altı ay ərzində sizi bankdan ödənişlə bağlı narahat edən olub?

– Bəli, gecikmələrimlə bağlı dəfələrlə banka çağırıblar. Hər dəfə də getmişəm. Axrıncı dəfə isə Xətayi rayonu ərazisində yerləşən "Unibank”dan mənə zəng gəldi. Özünü bankın problemli şöbəsinin hüquqşunası kimi təqdim edən şəxs məni təcili banka çağırdı. Mən də öz növbəmdə həmin şəxsin dəvətini qəbul edib banka getdim. Ora çatan kimi mənimlə telefonda danışan şəxs məni hədələməyə və təhqir etməyə başladı. Sonra otaqda ciblərimi axtararaq, cibimdəkiləri boşaltdı.

– Qanunda belə bir şey nəzərdə tutulmur axı borclu olan müştəri banka dəvət olunsun və bankın əməkdaşı onun üzərində axtarış aparsın. Siz niyə icazə verdiniz ki, o, bu hərəkəti etsin?

– Mən qorxurdum, çünki orda tanıdığım heç kəs yox idi ki, mənə kömək etsin. Hələ bundan başqa o mənə "orda olan şkafı görürsən, ödənişi etmədiyin üçün səni ora salacam və polis çağırıb dələduz kimi təhvil verəcəm”,- dedi. Onun bu sözlərindən çox qorxmuşdum, heç nə də edə bilmirdim, çox əlacsız idim.

– O, şəxsin adını bilirsiniz?

- Yox, adı yadımda deyil, bilmirəm. Amma əlaqə nömrəsi var.

- Siz qeyd etdiniz ki, sizi hədələyən şəxs sizi "şkafa” salacağını və polisə təhvil verəcəyini söyləyib. Daha sonra nə oldu?

– Yox, o, polis çağırmadı amma mənim telefonumu əlimdən alıb ailə üzvlərimin nömrələrini götürdü. Sonra qardaşıma və qohumlarıma zəng edib, mənim kreditimi ödəmələrini əmr etdi. Qardaşım danışandan sonra bankda olan, tanımadığım şəxs ondan məni buraxmasını istədi. Və dedi ki, burax amma vaxt al gətirib ödəsin. O da mənə "indi səni buraxıram, get, hardan dilənirsən dilən, amma 100 manat gətir, krediti ödə”, -deyib buraxdı. Mən də orda ona söz verdim ki, hardan pul tapsam gətirib ödəyəcəm. Sonra gedib komputerim var idi, onu satıb 50 manat aparıb ödədim, onlar da mənə çek verdilər.

– Sosial şəbəkədə belə bir məlumat yayılıb ki, bankın əməkdaşı sizi böyrəyinizi satıb, krediti ödəmənizə təhrik edib. Bu məlumat doğrudur?

– Hə, düzdü. Axrıncı ödənişimin vaxtından 1 ay keçdi. Bir aydan sonra "Amay”ın yanındakı filiallarına çağırıb məni hədələyən oğlan yenə zəng etdi. Bu dəfə də məndən ödəniş etməyimi tələb etdi. Mən də ona dedim ki, qardaş, vallah imkanım yoxdu. O da pulun yoxdu, get, oğurluq elə, bank yar, nə istəyirsən elə, gətir pulu ödə deyə cavab verdi. Mən etiraz edərək bildirdim ki, onu bacarmaram. O da mənə əgər onu bacarmırsansa, get, orqanını sat dedi. Mən də imkansızlıqdan əlacsız qalıb, razılaşdım ki, yaxşı, orqanımı satıram, amma hara satım?…

– O, sizə orqan dedi, yoxsa…?

– Hə, orqan dedi. Sonra mən ondan hansı xəstəxanaya müraciət etməyimi soruşdum. Dedim ki, "Semaşko” (1 saylı şəhər klinik xəstəxanası- red) xəstəxanasını deyirsiniz?Dedi hə, get ora, mənim adamım var ona deyəcəm səni qarşılayacaq. Mən alıram böyrəyini. Mən də dedim ki,sən alırsan? Dedi hə. Dedim neçəyə? Qiymətin demədi. Dedim yaxşı 20 dəqiqəyə ordayam. Evə də qorxumdan getmirəm ki, gəlib tutub apararlar. Mən də məcbur qalıb getdim xəstəxanaya. Çatana yaxın həmin şəxs mənə zəng edərək çatıb-çatmadığımı soruşdu. Dedim hə, çatıram orada hara girim? Hansı palataya, neçənci mərtəbəyə istəyirsən de girim. Mənə dedi ki, gözlə bir dəqiqəyə sənə zəng edib xəbər edəcəm. Bir müddət keçdi zəng etmədi. Xəstəxanaya daxil olub pilləkəni qalxanda iki həkim keçirdi, onlardan soruşdum ki, "Unibank”ın xəstəxanası burada hansıdır? Zəhmət olmasa deyin də mənə. Onlar da məndən nə olub deyə soruşduqda böyrəyimi satıb bankın borcunu bağlamaq istədiyimi dedim. Həkimlər mənə "get burdan, bunu kim eşitsə səni həbs edər” dedilər. Mən də özüm özümə təəccüblənərək inanmadım. Oradan ayrılıb dayanacağa yaxınlaşdım. Dayanacaqda iki cavan oğlan dayanmışdı. Onlardan da soruşduqda elə bir yeri tanımadıqlarını dedilər. Mən də daha bank əməkdaşına zəng etmədim və evə gəldim. Ondan sonra da nə qədər zəng etdi, sözün açığı qorxumdan cavab vermədim. Onu da deyim ki, o, hər dəfə zəng edəndə məni xoşagəlməz, təhqiredici sözlərlə söyüb, hədələyirdi.

– Adını bilmədiyiniz şəxsi görsəniz yəqin ki, tanıyarsınız?

– Bəli, tanıyaram…

Bankın əməkdaşı ilə əlaqə saxlayan jurnalist onun barəsində deyilən sözlərin və məsələnin nə dərəcədə doğru olub-olmadığını öyrənməyə çalışıb. Adını təqdim etməkdən çəkinən bank əməkdaşı məsələnin yalan olduğunu bildirib: "Yox xanım, elə bir şey olmayıb. O insanı görmüsünüzsə onda çatışmamazlıq var. Müştəri mənə deyib ki, mən həkimə getməliyəm, mən də demişəm banka yaxınlaş, məsələni həll et sonra həkimə gedərsən”.

Jurnalist məsələni işıqlandıracağı bildirdikdə isə, bank əməkdaşı belə cavab verib: "Daha eləmisiniz də, bütün hər yerə yaymısınız. Bundan artıq da etmək istəyirisinizsə, daha öz probleminizdi, edin”.

Sonda onu da qeyd edək ki, bankın "işgüzar” əməkdaşları öz "xeyirxah” əməlləri ilə dəfələrlə "Unibank”ın adının müxtəlif problemlərdə hallanmasına səbəb olub. Yəni, sözügedən bankın əməkdaşları ilə müştəri arasında bu cür hadisələrin yaşanması birinci dəfə deyil. Müştərilər borcu ödəyə bilmədikdə, bankın müxtəlif filiallarında çalışan əməkdaşları tərəfindən ciddi qanunsuzluğa və təzyiqlərə məruz qalırlar. Onlar öz hədə-qorxuları ilə, müxtəlif vasitələrə əl atmaqla müştərilərin borclarını ödətdirmək istəyirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09
Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04
"Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24
Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru