Dövlət miqrasiya xidmətində qohumbazlıq siyasəti - İlginc iddialar
Tarix: 20-04-2016, 08:40 | Çap et
Keçmişi unutmaq, olub-bitənlərin üzərindən xətt çəkmək, deyilənləri silib-süpürmək hər kəsə nəsib olmur Bu gün fəaliyyətində ciddi nöqsanlar müşahidə olunan qurumlardan biri də Firudin Nəbiyevin rəhbərlik etdiyi Dövlət Miqrasiya Xidmətidir. Mənbə qeyd edir ki, Firudin Nəbiyev Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevin kadrı kimi tanınsa da, nədənsə son zamanlar onun da xahişlərinə əhəmiyyət vermir. Belə ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin 2001-ci ildə Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə, 2003-cü ildə isə Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini postuna gətirildiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, müəyyən səbəblər üzündən hazırda onunla Elçin Quliyev arasında soyuq küləklər əsir: «Artıq çoxlarına bəllidir ki, Firudin Nəbiyev general Elçin Quliyevin kadrı, onun yaxın adamlarından olub. Deyilənlərə görə, ona məhz Dövlət Sərhəd Xidmətinin rəisinin dəstəyi ilə general-mayor hərbi rütbəsi verilib, qısa müddət ərzində karyerasında xeyli irəliləməyə müvəffəq olub. Belə ki, onun Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini, Sərhəd Qoşunlarının Baş Qərargah rəisi, daha sonra isə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində gətirilməsində Elçin Quliyevin əvəzsiz rolu olub. Lakin nədənsə son zamanlar o, Sərhəd Qoşunlarının komandanının onun üçün etdiklərini bir kənara qoyaraq özünü tamam fərqli formada aparmağa başlayıb. Qeyd olunur ki, Firudin Nəbiyev o qədər dəyişib ki, artıq Elçin Quliyevin belə, xahişlərinə məhəl qoymur, deyilənləri eşitmir. Görünür, Dövlət Miqrasiya Xidmətinin rəisi bu illər ərzində hardan gəldiyini tamam unudub». Əldə etdiyimiz informasiyada həmçinin, o da deyilir ki, Firudin Nəbiyev bir sıra yollara baş vuraraq rəhbərlik etdiyi qurumda uzun illərdən bəri çalışan peşəkar kadrları uzaqlaşdıraraq onların yerinə öz yaxın adamlarını təyin edib. Belə ki, xidmət rəisinin kadr siyasətini düzgün qurmadığını deyən mənbə bildirir ki, o, bir müddət öncə polkovnik, müharibə iştirakçısı, Miqrasiya Xidmətinin qurucularından olan, iki qardaşı şəhid olmuş Yunus Əsgərlini, polkovnik, uzun illər polis orqanlarında xidmət edən, müharibə iştirakçısı Zakir Məmmədovu, polkovnik, Baş RMİ-nin keçmiş rəisi, hüquqşünas, xidmətin yaradıcılarından biri olan Muxtar Məmmədovu tutarlı səbəbə gətirmədən vəzifədən kənarlaşdırıb: «Bundan başqa, o, Dövlət Miqrasiya Xidmətində İmiqrasiya Nəzarəti şöbəsinin rəisi işləmiş, hüquqşünas, iqtisadçı, dövlət qulluğunda fərqlənməyə görə prezident mükafatçısı Toğrul Əliyevi, xidmətin Vətəndaşlıq İdarəsinin rəisi işləmiş elmlər namizədi, beynəlxalq layihələrin icrası üzrə ekspert Elnur Abbaszadəni, Deportasiya şöbəsinin keçmiş rəisi, polkovnik, 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinin qarşısının alınmasında şücaətlər göstərmiş, qardaşları Daşaltı və Qarabağ döyüşlərində iştirak etmiş Əfrasuv Aşurbəyovu da işdən uzaqlaşdırıb. Onların yerinə isə öz qohumu, Dövlət Sərhəd Xidmətindən uzaqlaşdırılmış Rövşən Səfərovu, heç bir xüsusi xidmətləri olmayan Hidayət Rüstəmovu, polkovnik-biznesmen, şadlıq evləri və imarətlər şəbəkəsi olan, kirvəsi və biznez şəriki İntiqam Məmmədovu, polkovnik, Dövlət Sərhəd Xidmətindən təqaüdə çıxmış zabit Qüdrət Məmmədovu, kapitan, ali təhsil diplomu müəmmalı olan Cəmil Hüseynovu, sürücüsünün yaxın qohumu Vüqar Zeynalovu təyin edib. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Firudin Nəbiyev bu gün Dövlət Sərhəd Xidmətini tam şəkildə öz əlində cəmləyir, adamlarını ən mühüm postlara yerləşdirməyə nail olub. Elə bu səbəbdən də heç kimlə hesablaşmamaq qərarına gəlib». Katibənin xidmət rəisinə açdığı yol… Bu arada, onu da nəzərinizə çatdıraq ki, hər zaman olmasa da, əksər hallarda mühüm postda təmsil olunan şəxslərin katibələri bəzi məqamlarda onlara yaxından yardım göstərir, bir sıra məsələlərin yoluna qoyulmasında canfəşanlıq nümayiş etdirirlər. Bir sözlə, bəzən katibələr elə qapıları, elə yolları açır ki, bu sayədə bir çox arzular reallaşır. Bu səbəbdən də katibələrin açdığı yollar və qapılar yəqin ki, çoxlarına məlumdur. Bütün bu qeyd olunanları göz önünə alaraq, qəti əminliklə demək olar ki, katibənin xidmət rəisi üçün açdığı qapı heç vaxt, ən azından bu tezliklə bağlanan deyil. Çünki onun açılmasında katibənin misilsiz xidmətləri olub. Görünən odur ki, katibənin xidmət rəisi üçün etdiklərini indiyədək heç kim etməyib və ya edə bilməyib. Yeri gəlmişkən, bu məqamda onu da vurğulamaq lazımdır ki, əksər hallarda bəzi şəxslərin katibələri özlərini yüksəkdən aparır, digərlərinə yuxarıdan aşağı baxırlar. Ancaq bir məqamı nəzərə almaq lazımdır ki, keçmişi unutmaq, olub-bitənlərin üzərindən xətt çəkmək, deyilənləri silib-süpürmək hər kəsə nəsib olmur… P.S. Növbəti sayımızda xidmət rəisinin üzünə taybatay açılan qapının kimin katibəsinin vasitəsilə açılması haqda geniş yazı dərc edəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|