“ADY” QSC- -də milyonluq maliyyə maxinasiyasının nəticələri - "Bermud Üçbucağı"nın mühasibləri iş başındadır
Tarix: 25-05-2016, 08:41 | Çap et
Bir müddət bundan əvvəl “Gündəm Xəbər”ə daxil olan məlumatlara görə, 2015-ci ilin ilk altı ayının yoxlamaları zamanı "ADY"QSC-nin Gəncə istiqamətində, uzun illərdən bəri davam edən maliyyə maxinasiyalarının nəhayət üstü açılıb. Biz bununla bağlı əvvəllər də, müəyyən açıqlamalarla çıxışlar etmişdir. Yəni, bu ilin fevral ayında "ADY"QSC-nə yeni sədr təyin olunan Cavid Qurbanovun göstərişi ilə, aparılan yoxlamalar zamanı o da məlum olmuşdur ki, tək Gəncədə deyil, bir neçə dəmir yolu idarələrində ciddi maliyə maxinasiyaları aşkara çıxarılıb. Sən demə uzun illər imiş ki, Gəncədən Qərb istiqamətinə yük daşıyan Yükdaşıma Departamentinin (sabiq rəis Füzuli Kərimov, nəqliyyat naziri Ziya Məmmədovun qohumu, eyni zamanda nazirin qardaşı Nəriman Məmmədovun yaxını və onun bölgədəki informatoru) lokomotiv deposunda (sabiq rəisi Fəxrəddin Rzayev) və infrastruktur departamentinin 5 saylı müəssisəsində müdhiş maliyə maxinasiyaları davamlı şəkildə həyata keçirilirmiş. Maliyyə maxinasiyalarının aparıldığı idarə və müəssisələrdə, büdcə vəsaitinin çatışmazlığı ilə bağlı ixtisarlaşma aparıldığı bir zamanda, büdcənin bir neçə şəxs tərəfindən görünməmiş şəkildə talanmasından ola bilməz ki, yuxarı instansiyaların xəbəri olmasın. Aparılan "maliyyə əməliyyat"larının davamlı şəkildə olmasının maraqlı məqamı isə ondan ibarətdir ki, "ADY" QSC-nə Cavid Qurbanovun sədr təyin olunmasına qədər, maliyyə sektoruna nazir Ziya Məmmədovun qardaşı oğlu, sabiq deputat Elton Məmmədovun oğlu olan Elşən Məmmədovun adı, illərdən bəri davam edən müdhiş maxinasiyalarda hallanmasa da, Gəncə Dəmir Yolu İdarələrində baş vermiş maliyyə maxinasıyalarını kimlərin , hansı zamanlarda həyata keçirməsi artıq məlumdur. Cavid Qurbanovun təyinatından sonra aparılan yoxlamaların nəticəsi olaraq, 2015-ci ilin ilk altı ayı ərzində yükdaşıma, infrastruktur departamentlərində və o cümlədən, Gəncə Lokomotiv Deposunda bir milyon manata yaxın vəsaitin kimlər tərəfindən mənimsənilməsi aşkar olunub. Mənimsənilən vəsaitlər tam olmasa da, həmin məbləğin müəyyən hissəsinin "ADY"QSC-nin büdcəsinə qaytarılması baş tutub. İşin maraqlı tərəfi ondadır ki, adı gedən müdhiş maliyyə maxinasiyanın təşkilatçıları, hələ də iş başındadırlar. Bunlar kimlərdirlər və dəmiryolu idarələrində kimlərin himayədarlığı ilə bu gün hansı vəzifəni daşımaqdadırlar? Məlumat üçün onu bildirək ki, 1998-ci ildən 2015-ci il uyul ayına qədər Gəncədə dəmir yolu yalnız bir rəhbər şəxsin, Qərb istiqamətinə yük daşıyan Yükdaşıma Departamentinin rəsmisi Füzuli Kərimovun “fitfası ilə çalışıb” desək, yəqin ki, yanılmarıq. Nəqliyyat naziri Ziya Məmmədovun qohumu, onun qardaşı Nəriman Məmmədovun isə yaxın dostu olan Füzuli Kərimov, bütün zamanlarda nəinki Gəncəni, eləcə də ona yaxın olan rayonları da uzun müddət "əlində saxlamağı” bacarsa da, artıq o, daşıdığı vəzifəsindən azad olunub. Ona qol qoyulan maxinasiyalarda birbaşa yardımçı olan baş mühasib Həsən Mehdiyev isə, hələ də iş başındadır. Bütün bunlardan başqa, maxinasiya əməliyyatında iştirak edən daha bir üzvü, dediyinə görə 2011-ci ildən Ziya Məmmədovun təşəbbüsü ilə Ucardan Böyükkəsiyə qədər 1000 nəfərlik lokomotiv deposunun sabiq rəisi Faxrəddin Rzayevin zamanından da, əvvəl lokomotiv deposunun illərdən bəri işinin sənətkarı olan baş mühasibi Güləsər Yaib qızı Əliyeva (ləqəbi Sveta) adı gedən maxinasiyada iştirakçı olsa da, hələ ki, iş başındadır. Hal-hazırda isə, Gəncə Lokomotiv Deposunda böhran dövrünə təsadüf edən böyük bir narahatlığa səbəb olan fəhlələrin ixtisar aparılması da, Faxrəddin Rzayevin əməllərinin nəticəsidir. Belə ki, Faxrəddin Rzayev 2010-cu ildə Ziya Məmmədovun mediaya dəmir yolunda aparılacaq ixtisarlaşma ilə bağlı açıqlama verdikdən dərhal az sonra , yəni 2011-ci ildən başlayaraq lazım olmadığı halda, minimal olaraq 300 nəfər işçi qəbul etmişdi . İşçilərin hər birinin işə qəbulunu 3-5 min manat arası "tərləmə"sini nəzərə alsaq da, almasaq da hal-hazırda məhz lokomotiv deposunda elə o sayda, daha doğrusu 150 nəfər işçinin işsiz qalmasından əlavə, daha 180 nəfərin ixtisara salınması da gözlənilir. Maraqlı məqam odur ki, ixtisarlaşma son işə qəbul olunanlar arasında deyil, illər öncə işləyən fəhlələr arasında aparılır. Bu isə sonuncu qəbul olunanların “toxunulmaz”lığının, nədən və necə qaynaqlandığı anlamına aydınlıq gətirir. Hal-hazırda "ADY"-da deyil, "dağılmış dəmir yollar”ın infrastruktur departamentinin Qərb istiqamətində də, "köhnə hamam, köhnə tas" ənənəsi bu gün də davam etməkdədir. "ADY"QSC-nin infrastruktur departamentində maliyə hesabatını, Gəncədəki elektrik təchizatı sahəsinin "mexanik"i verir. "ADY" QSC-nin infrastruktur departamentinin Gəncədəki 5 saylı müəssisəsinin sabiq baş mühasibi Nurlana Hüseynova ilə qol qoyduğu maliyyə maxinasiyalarına rəğmən, görünür onun profesionallığı nəzərə alınıb və belə bir səbəb üzündən də onu nəinki cinayət məsuliyyətinə cəlb etdirməyib, işdən belə azad etmədilər. Əksinə hal-hazırda infrastruktur departamentinin rəhbərliyi Nurlana Hüseynovanın "işgüzar" lığını nəzərə alaraq, onu işdə saxlamaq xatirinə fənd işlədib onu departament daxilində başqa bir vəzifəyə “sürüşdürdü”. Hal-hazırda müdhiş maliyyə maxinasiyasının əsas hərəkətverici mexanizminin beyni sayılan Nurlana Hüseynova, infrastruktur departamentinin Gəncədəki 4 saylı elektrik sahəsində mexanik vəzifəsinə keçirilib. İnfrastruktur departamentinə son üç ayın hesabatını Gəncədən Bakıya, yenə də formal olaraq yeni təyin olunan baş mühasib deyil, elektrik təchizatı idarəsində adı mexanik gedən Nurlana Hüseynova getmişdi. Məhz, bu o Nurlana Hüseynovadır ki, onun adı nəinki dəmir yolunda bundan öncə də işlədiyi daş-çınqıl zavodunda böyük qalmaqallarda hallanıb. Bütün hallarda deyəsən ona təqaüdə çıxan polis qardaşı yardımçı olmuşdu. Onu da qeyd edək ki, hal-hazırda Nurlana Hüseynova "ADY" QSC-də apardığı maxinasiyaların hesabına, yaxın qohumlarının adına çoxlu sayda obyektlərə də sahibidir. (Bu haqda növbəti sayımızda) Nurlana Hüseynovanın uzun illərdir ki, infrastruktur departamentində söz sahibi olması onun bütün ailə üzvlərini, yəni bacıları Xankişiyeva Ceyran Sultan qızını, onun həyat yoldaşı Xankişiyev Fərhadı, bacısı Hüseynova Şirin Sultan qızını, qardaşı Hüseynov Natiq Sultan oğlunu, 2006-cı ildə "ADY" QSC-nin Gəncədəki yol istismarı idarəsinin rəisi Müzəffər Həsəncanovun köməkliyi ilə, əvvəl onların adlarını maaş cədvəlinə yazdıraraq işə qəbul etdirmiş, daha sonra yəni 2013-cü ildə oradan təqaüdə çıxartdırmışdı. Müzəffər Həsəncanovun Nurlana Hüseynova ilə işbirliyi, qarşılıqlı anlaşması maliyə maxinasiyası zamanıda özünü biruzə vermişdi. Belə ki, adı gedən maxinasiyada M.Həsəncanovun da adı keçir. Dəmir yolunun Gəncə iştiqamətində aparılan maliyə maxinasiyalarının Cavid Qurbanovun təyinatından sonra, təkcə altı ayın nəticəsi 420 000 manatının infrastuktur departamentinin payına deyil, məhz sabiq baş mühasib, hal-hazırda 4 saylı elektrik təchizatı sahəsində adı mexanik, özü yenə də baş mühasib olan Nurlana Hüsüynovanın payına düşməsi, onun Gəncədəki Poct qəsəbəsindəki şəxsi evindən, həmin evin həyətindəki şəxsi arteziandan da məlumdur. Elə ona görə də, sonuncu üç ayın hesabatını infrastruktur departamenin baş mühasibinə, idarədə adı mexanik gedən Nurlana Hüseynova verib. Görünür onun "işgüzarlığı adı gedən departament rəhbərliyinin işinə yamanca yarayır. Onu da qeyd etmək yerinə düşər ki, üç aylıq hesabatı mexanikdən qəbul edən departamentin baş mühasibi Əsgərov Rövşən isə, dəmir yolunun sabiq sədri, halhazırda nəqliyyat naziri Ziya Məmmədovun müavini Arif Əsgərovun əmisi oğludur. İnfrastruktur departamentinin Gəncədə yerləşən 4 saylı elektrik təchizatı idarəsində yenidən maxanisiyalara şərait yaradan rəis isə, bütün zamanlarda sudan quru çıxmağı bacaran Etibar Quliyevdir. "Dağılmış dəmir yollar”ın infrastruktur departamentinin Qərb istiqamətində "köhnə hamam, köhnə tas" ənənəsi təkcə 4 saylı yol idarəsində deyil, eyni zamnda 6 saylı idarəsində də davam etməkdədir. Belə ki, bu gün rəis olan Dilbazi Musayev, təkcə ölkədə deyil, bütün dünyada gedən social-iqtisadi böhrana güclə tab gətirən fəhlələri "sokraşeniya" xofuna tutdurub. Əldə olunan məlumatda deyilir ki, idarə rəisi dəmir yolunun bütün idarələrində olan mövcud ixtisar problemini hər fəhlədən cox deyil, 500 manat müqabilində aradan qaldıracağına söz verib. Bir neçə il öncə dəmir yolunun Şəki istiqamətindən Gəncəyə dəyişirilən Dilbazi Musayev, tez bir zamanda ötür-ötür ilə əvvəl 5 saylı müəssisəyə müavin, daha sonra Füzuli Kərimovun rekomendasiyası ilə dəmir yolunun YAP sədrliyinə təyin olundu. Cavid Qurbanovun gəlişindən sonra, infrastruktur departamentinin 6 saylı yol sahəsinə rəis təyin olunan Dilbazi Musayev, eyni zamanda platformaların düz kənarına "yolka ağacı” əkməklə yaddaqalan Gəncə lokomotiv deposunun sabiq rəisi Faxrəddin Məmmədovun xalası oğludur. O, həm də "Füzuli Kərimov məktəbi"nın məzunu kimi də tanınır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
|