Səfər Mehdiyevin işçiləri camaata qan uddurur... - Daha bir gömrük özbaşınalığı
Tarix: 4-10-2018, 09:14 | Çap et
Azərbaycan vətəndaşına məxsus “Shacman” markalı yük nəqliyyat vasitəsi bir neçə gündür ki, “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində saxlanılır. Bu haqda redaksiyamıza məlumat verən maşını baş etibarnamə ilə idarə edən sürücü deyir ki, ondan yüksək məbləğdə vəsait tələb olunur. Səbəb isə odur ki, nəqliyyat vasitəsi verilmiş müddətdən çox Gürcüstanda qalıb. Ancaq gömrük əməkdaşları nəqliyyat vasitəsinin Gürcüstanda təmirdə olmasını nəzərə almadan, bu cəriməni tələb edirlər.
Maraqlıdır ki, nəqliyyat vasitəsinə verilmiş müddətdən artıq Gürcüstanda qaldığı üçün bu qədər cərimənin tətbiq olunması nə dərəcədə doğrudur? Və yaxud bunun hüquqi əsası varmı?
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat Xidmətinin rəhbəri Natiq Axundov “Hürriyyət”ə bildirdi ki, sözügedən “Shacman” markalı yük nəqliyyat vasitəsi 13.10.2016-cı il tarixində Tovuz Gömrük İdarəsində bəyannamə tərtib edilməklə, Gürcüstan Respublikasının vətəndaşı tərəfindən mal qismində Gürcüstan Respublikasına aparılıb: “Nəqliyyat vasitəsinə verilmiş müddət 13.10.2017-ci il tarixində bitməsinə baxmayaraq geri gətirilməmiş və bununla da müvəqqəti ixrac gömrük prosedurunun tələbləri pozulub. Beləliklə nəqliyyat vasitəsini verilmiş müddət ərzində geri gətirilmədiyinə görə onu aparan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəqliyyat vasitəsinin dəyərinin 20 %-dən 50 %-ə kimi cərimə olunmaqla inzibati məsuliyyətə cəlb olunmalıdır”.
“Digesta” hüquq firmasının rəhbəri, nəqliyyat məsələləri üzrə eksprt Ərşad Hüseynov isə “Hürriyyət”ə dedi ki, İnzibati Xətalar Məcəlləsinə bu məcəllə salınıbsa, deməli, qərar qanunidir: “Ancaq həmin şəxs maşını daimi duracaqda, ya təmir müəssisənin bazasında, onun həyətində təmirə qoyduğu texnika kimi arayış ala bilərsə, yəni maşın təmirlə əlaqədar orada qalıb. Məhkəmədə o sənəd təqdim edilməklə, rəsmi qaydada problemin həlli hakimin qərarı ilə ola bilər. Yəni hakim bu töycünü götürə bilər. Amma ustanın həyətində saxlayıbsa, onda tətbiq olunan qərar hüquqi yetərlidir”.
“Əgər maşın rəsmi təmir yerində olubsa, oradan arayış alsınlar”
“Qanunda 20 %-dən 50 %-ə qədər cərimənin olması nə dərəcədə doğrudur? Konkret bir rəqəm müəyyən olunması doğru deyildimi” sualına Ə. Hüseynov belə cavab verdi: “O cərimə sanksiyasıdır. Milli Məclisdə belə təklif olunub, belə də qəbul olunub. Heç kim buna don geyindirə bilməz. 20 %-dən 50 %-ə kimi cərimə müəyyən ediblər. Əgər maşın rəsmi təmir yerində olubsa, oradan arayış alsınlar, bunu məhkəməyə təqdim etsinlər. Və yaxud məhkəmə artıq baş tutubsa, apellyasiya şikayəti versinlər. Apellyasiya şikayətinin müddəti bitibsə, onda yenidən sübut və dəlilin əlavə edilməsi ilə əlaqədar yenidən məhkəmə baxışına nail olsunlar, məhkəmə baxışının müddəti bərpa edilsin, sübut edilsin ki, belə bir sənəd var. Yəni “maşın bizdən aslı olmadan orada qalıb. Maşını yerimədiyi üçün gətirə bilməmişik. “Shacman” böyük maşındır. Vaqonda və yaxud kiminsə kuzasuna qoyub, gətirə bilməzdim. Ona görə, bu maşını gətirə bilmədim. Onu “buksirovat” etməyə icazə vermədilər və maşın orada qaldı”. Belə bir sənəd də əldə etsin”.
“Gərək, ictimai təşkilatlardan kimsə ictimai vəkalətlə Milli Məclis qarşısında çıxış etsin”
“Cərimə yükünün bu qədər çox olması anormallıq deyilmi” sualına gəlincə, ekspert dedi ki, “Dediyim kimi, bu, bizdən, sizdən və yaxud hakimdən asılı deyil. O İnzibati Xətalar Məcəlləsinə düzəliş üçün Milli Məclisə təqdim olunub. Milli Məclisdə də “ağıllılarımız” onu qəbul ediblər. 100 faiz desələr, 100, 200 faiz desələr, 200 olacaqdı. Təqdimat edən belə edib, onlar da onu belə təsdiq ediblər. Əlbəttə, bu qədər cərimənin olması anormallıqdır. Ona görə, gərək, ictimai təşkilatlardan kimsə ictimai vəkalətlə Milli Məclis qarşısında çıxış etsin, konkret faktlar gətirsin. “Bu boyda sanksiya olmaz. Sərhəd bunu tutub saxlayır, bu qədər bizim üzərimizə toycü qoyur”,-desin. Əlbəttə ki, bunu mübahisələndirmək məhkəmənin və qeyri-tərəfin işi deyil. Bunu Mili Məcilis qəbul edib, deputatlarla danışınlar, müzakirəyə çıxartsınlar və deputatlar bunu azaltsın. Ancaq həmin şəxs dediyim o iki sənədi əldə etsin. Birincisi, maşın rəsmi hansı təmir müəssisəsinin həyətində olub, hansı “nakladnoy”la təmirə qoyulub. İkincisi də QAİ o maşının “buksirovat” edilərək dəmir yoluna gətirilməsi üçün icazə verməyib. Ya dəmir yolundan, ya da onların QAİ-sindən belə bir sənəd alsınlar. Bu həmin məbləğin götürülməsi üçün əsas səbəb olacaq. Əgər məhkəməyə müraciət olunmayıbsa, vaxtı gedə bilər. Ancaq yeni sübutun ortaya çıxması ilə əlaqədar məhkəmənin keçirilmiş müddəti bərpa edilə bilər və iş məhkəmə baxışına qaytarıla bilər”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 499-cu maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə cərimələr tətbiq olunur:
499.1.1. on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir;
499.1.2. on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir;
499.1.3. bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir;
499.1.4. üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir;
499.1.5. bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir.
499.2. Aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. \\hurriyyet.org\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|