Mustafa Babanlı universitet əməkdaşlarına problem yaradıb - Təhdid olunan alim prezidentdən kömək istəyir
Tarix: 22-11-2018, 09:31 | Çap et
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Sənaye iqtisadiyyatı və menecment” kafedrasının dosenti Teyyub Qəni oğlu Əliyev prezident İlham Əliyevə və təhsil naziri Ceyhun Bayramova müraciət edib. Buna səbəb ADNSU-nun rektoru, professor Mustafa Babanlının Əmək Məcəlləsinin tələblərini pozmasıdır.
Teyyub Əliyev Reyting.az vasitəsi ilə etdiyi müraciətində yazır ki, ADNSU-nun rektoru M. Babanlı universitetdə çalışan professor-müəllim heyətinin öz vəzifələrinə yenidən seçilmək üçün mövcud olan qanunvericiliyin tələblərinə əməl etmir.
Dosent qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması ilə əlaqədar 8 noyabr 2018-ci ildə Azərbaycan prezidentinə müraciət ünvanlamasına baxmayaraq, təəssüf ki, rektor qeyd edilən nöqsanları aradan qaldırmayıb. Əvəzində onları nəinki eyni qayda ilə davam etdirir, hətta qanunsuzluqda daha da irəli gedir:
“Cənab Prezident!
Sizə ərizə yazdığım üçün rektor məni və ADNSU-nun “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının dosenti işləyən qızım Şəms Əliyevanı müxtəlif vasitələrlə təhdid edir, bizə iş prosesində problemlər yaradılacağı ilə bağlı mesajlar göndərir. Ən utanverici haldır ki, bəzi fakültə dekanları və kafedra müdirlərinin vasitəsilə bizə qarşı start verdiyi qarayaxma kampaniyasına dərs dediyimiz 19-20 yaşlı tələbələri də cəlb etməyə cəhdlər göstərilir (eşq olsun tələbələrə ki, onlar bu kampaniyaya qəti etiraz edirlər). Rektorun vecinə deyil ki, bu, gənclərin mənəvi tərbiyəsinə kökündən ziyan vurur.
Rektor M. Babanlı işlədiyimiz “İqtisadiyyat və menecment” fakültəsinin professor-müəllim heyətini də bizə qarşı qaldırmaq istəyir: mesajlar göndərir ki, əgər biz onun istəyini yerinə yetirməsək fakültə bağlana, kafedralar, ixtisaslar ixtisara düşə bilər, müəllimlərə problemlər yaradılar.
Rektorun birbaşa göstərişi ilə məni və qızımı işdən çıxarmaq üçün qeyri-qanuni, utanverici bir prosesə də artıq start verilib. Belə ki, 8 noyabr 2018-ci ildə Sizə göndərdiyim ərizədə qeyd etdiyim kimi, rektorun təşəbbüsü ilə ADNSU-nun Elmi Şurası tərəfindən 23 dekabr 2015-ci ildə qəbul edilmiş və cəmi iki il qüvvədə olduğuna baxmayaraq, professor-müəllim heyətinin 5 illik fəaliyyətinə qiymət vermək üçün əsas götürülən "Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elmi işçilərin dərəcələrinin artırılması və təyinatı üzrə Təlimat"a (?) uyğun olaraq mən və qızım Ş. Əliyeva öz vəzifəmizə yenidən seçilmək üçün tələb olunan balları artıqlaması ilə toplamışıq. Bunu nəzərə alaraq “Respublika” qəzetinin 01 may 2018-ci il tarixli 96 (6129) sayında mənim işlədiyim “Sənaye iqtisadiyyatı və menecment” kafedrasında və Ş. Əliyevanın işlədiyi “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında vakant dosent vəzifəsini tutmaq üçün elanlarda - hər iki kafedrada - iki yer nəzərdə tutulmuşdur. Biz müsabiqədə iştirak etmək üçün ərizələrimizi müvafiq qaydada təqdim etmişik və ərizələrimiz qəbul edilib. Ancaq qeyri-qanuni istəyinə nail olmayan rektorun təşəbbüsü ilə, əməkdaşların müsabiqədə iştirakının əngəllənməsi üçün "Respublika" qəzetinin 01 iyun 2018-ci il tarixli 121 (6154) sayında ADNSU-da vakant yerləri tutmaq üçün verilmiş müsabiqə elanı kifayət sayda ərizələrin verilməməsi səbəbindən (?) ləğv etdirilmiş və müsabiqənin qanunauyğun şəkildə (?) keçirilməsi üçün yeni elanın müvafiq zamanda veriləcəyi qeyd edilmişdi. “Respublika” qəzetinin 21 noyabr 2018-cil tarixli 260(6293) sayında artıq belə elan verilmişdir”.
T. Əliyev yazır ki, dövlət başçısına müraciətindən hiddətlənən rektor həm onun özünün, həm də qızının bu müsabiqədə iştirakını əngəlləmək üçün “Respublika” qəzetinin 01 may 2018-ci il tarixli sayındakı elandan fərqli olaraq, bu elanda, “Sənaye iqtisadiyyatı və menecment” kafedrasında və “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında vakant dosent vəzifəsini tutmaq üçün iki yox, bir yer ayırıb(?). Eyni zamanda onlara bildirilir ki, siz bu müsabiqədə iştirak edə bilməzsiniz:
“Məqsədləri odur ki, mənə və qızım Ş. Əliyevaya işimizdə süni problemlər yaratmaqla, müxtəlif bəhanələrlə töhmətlər verib işdən azad edilməmiz üçün “əsaslar” yaratsınlar.
Möhtərəm Prezident, bunları Sizə yazmaqda məqsədim nədənsə çəkinməyimlə bağlı deyil, haqsızlığın qarşısının alınması üçündür. Mən, 32 il, qızım isə 22 ildir ki, fasiləsiz olaraq ADNSU-da işləyirik. Bu müddət ərzində universitetin qabaqcıl, təşəbbüskar, intizamlı işçiləri kimi imic qazanmışıq. Mən 119, o cümlədən son beş ildə 35 (onlardan 14-ü xaricdə), qızım 75, o cümlədən son beş ildə 41 (onlardan 11-i xaricdə) dərsliyin, dərs vəsaitlərinin, monoqrafiyanın, məqalələrin müəllifiyik. Xaricdə nəşr olunmuş məqalələrimizə çoxsaylı istinadlar vardır. Keçirilmiş açıq dərslərdə həmişə yüksək ballar toplamışıq. Bu gstəricilərə görə nəinki fakültənin, eləcə də ADNSU-nun professor-müəllim heyəti sırasında ən öncül mövqelərdən birinə sahibik. Kollektivdə, eləcə də, tələbələr arasında yüksək nüfuzumuz və hörmətimiz vardır. İndi rektor M. Babanlının qeyri-qanuni istəyi ilə razılaşmadığımıza və bu barədə Sizə müraciət etdiyimə görə bizə qarşı ədalətsiz mövqe sərgilənməlidirmi və öz vəzifəmizə yenidən seçilmək üçün süni əngəl yaradılmalıdırmı?
ADNSU-nun rektoru M. Babanlının əsassız, düşünülməmiş qərarlarına etiraz etdikdə “Məni bu vəzifəyə cənab Prezident təyin edib”, - deyə cavab verir. Bununla da, özünün toxulmaz, qanunvericiliyə riayət etmədən istədiyi qərarı qəbul etməkdə və yerinə yeritməkdə “sərbəst” olduğunu nümayiş etdirir, Sizin imicinizə kölgə saldığını vecinə almır.
Hörmətli Prezident!
Təbiidir ki, rektorların təyinatı Sizin səlahiyyətinizə aiddir. Ancaq bu, professor M. Babanlıya ADNSU-nu “öz istəyi ilə” idarə etməyə əsas verirmi? Axı şahid olmuşuq ki, Siz dəfələrlə məmurlara tapşırıq, göstəriş vermisiniz ki, fəaliyyətinizdə qanunları əsas tutun, işçiləri əsassız yerə incitməyin, kollektivdə işgüzar mühit yaradın. Məgər bunlar ADNSU-nun rektoruna M. Babanlıya aid deyilmi?”
ADNSU rektorunun Əmək Məcəlləsinə və “Təhsil haqqında” Qanuna zidd hərəkətlər etdiyini yazan T. Əliyev müraciətinin sonunda Azərbaycan prezidentindən xahiş edir ki, M. Babanlının qeyri-qanuni hərəkətlərinə, özünə və qızı Ş.Əliyevaya qarşı təhdidlərinə son qoyulması üçün müvafiq göstərişlər versin.
diaaz.space saytı professor M. Babanlının fikirlərinə hörmətlə yanaşır və məsələyə münasibətinə yer ayırmağa hazırdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|