Ailə üzvlərinin hamısı əlil olan evsiz vətəndaş Sahil Babayevə müraciət etdi - “Dördümüz də ikinci qrup əlilik”
Tarix: 13-12-2018, 09:36 | Çap et
Ölkədə kifayət qədər eviz ailə var. Bunu kirayə bazarında hazırda evlərə təlabatın çox yüksək olması da sübut edir. Kirayə mənzillərin qıtlığı Bakı şəhərində gedən söküntü işləri ilə bağlı olsa da, bu, ölkədə evsiz ailələrin çoxluğu ilə də bağlıdır. Bu evsiz ailələr içində əlil insanların olması isə daha ağır haldır. Çünki iş qabiliyyətini itirmiş insanların həm kirayə pulunu ödəməsi, həm də dolanışığını təmin etməsi indiki bahalıq şəraitində çox dözülməz bir vəziyyətdir. Lakin təəssüf ki, bu gün kirayədə yaşayan ailələr içərisində hətta ailə üzvlərinin hamısının əlil odluğu ailələr də var.
Dərdini “Hürriyyət”lə bölüşən bu ailə başçılarından biri də Zeynalov Yusif Soltan oğlunun ailəsidir ki, bu ailənin dövlətin qayğısına ehtiyacı var. Nəzərə alsaq ki, ailə üzvlərinin hamısı əlil olan ailələr çox az sayda olar, onda dövlətin də bu cür ağır durumda olan insanları evlə təmin etməsi çətin olmaz.
“Dördümüz də ikinci qrup əlilik”
Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265, mənzil 42-də kirayə yaşayan Yusif Zeynalov deyir ki, 2016-cı ildən Yasamal rayonunda əllilər üçün güzəştli mənzil növbəsinə dayanıblar: “Bu yaxınlarda icra başçısının müavini, həm də Mənzil Komissiyasının sədri Elçin Rzayevin yanında olmuşam. O, mənə izah edib ki, vəziyyət belədir... Deyirəm ki, Elçin müəllim 318 və 319-cu nömrələrlə 3 ilə yaxındır növbədəyik, biz bu evi nə vaxt alacağıq? Özü də mənim ailə üzvlərim 4 nəfərdir. Dördümüz də ikinci qrup əlilik. Heç birimiz işləmirik. Elə dövlət verdiyi 600 manat təqaudlə yaşayırıq. İki oğlum var, ikisi də xəstədir. Böyük oğlum ruhi xəstədir. Şizopatik pozuntu diaqnozu var. Himayəsində iki məktəb yaşlı uşağı var. Ailəsi İsmayıllı rayonunda yaşayır. Özü xəstə oldğuna görə bizimlə yaşayır. Özü da daima həkim nəzarətindədir. Aldığımz 600 manatın yarısını da kirayəyə verirəm, qalanını da ərzağa, dərman veririk”.
“2013-cü ildən Yasamal Rayon Polis İdarəsində qeydiyyatdayıq”
Y.Zeynalov qeyd etdi ki, onun əvvəllər evi olub: “Mən bu xəstələrə görə evimi satmalı oldum. 2008-ci ildə evimi satdım, bu xəstələri ölümdən qurtardım. Mən dövlətdən pul istədim, ala bilmədim, məcbur oldum ki, evimizi satım. İndi də küçələrdə qalmışıq. 2013-cü ildən Yasamal Rayon Polis İdarəsində qeydiyyatdayıq. Demək olar, ev üçün bütün qurumlara, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. 2013-cü ildən bizi ev üçün qeydiyyata götürmürdülər, əlillərə ev vermirdilər. Sonradan dedilər prezidentin fərmanı var. Bu fərmandan sonra sənədləri Yasamal Rayonun İcra hakimiyyətinə təqdim etdik. Bizim sənədlərimizi götürdülər, qeydiyyata aldılar”.
“Məsələ Yasamal rayonunda düyünlənir”
“Bu işlə əlaqədar mən ərazi üzrə millət vəkili Aytən Mustafazadəyə müraciət etmişəm. Onun işə münasibətini bəyənirəm. O, rayon icra hakimiyyətinin qəbulunda olub, məndən ötrü xahiş edib. Sonra Milli Məclisin üzvü, Sosial Siyasət Komissiyasının sədri Hadı Rəcəbliyə yazmışam. Onun da cavabı məni qane edir. Ancaq məsələ Yasamal rayonunda düyünlənir, mənə qanedici cavab vermirlər. Axırıncı dəfə bu ayın 5-də icra başçısı Əziz Əzizovun yanında olmuşam. Onu da Aytən xanım zəng edib deyib, onun xahişi ilə məni qəbul edib. Məni qəbul etdi, dedi ki, biz mənzil vermirik, vətəndaşı mənzillə nazirlik təmin edir. Ancaq doğrusunu deyim, mən indiki nazirə müraciət etməmişəm. Biz əvvəl Səlim Müslümova müraciət etmişik”,-deyə evsiz qalan vətəndaş əlavə etdi.
“Mən Sizdən xahiş edirəm ki, aztəminatlı, dövlət qayğısına ehtiyacı olan ailə kimi bizi mənzillə təmin edəsiniz”
“Hüriyyət” qəzeti vasitəsilə indiki nazir Sahil Babayevə müraciət edən Y.Zeynalov bidirdi: “Hörmətli nazir, bizim ailə üzvləri 4 nəfərdən ibarətdir, dördümüz də ikinci qrup əlilik. Böyük oğlum Etibar Zeynalov ruhi xəstədir, həkim nəzarətindədir. Özü xəstə olduğu üçün bizimlə yaşayır, yoldaşı və uşaqları İsmayıllı rayonunda kirayədə yaşayır.
Mən Sizdən xahiş edirəm ki, aztəminatlı, dövlət qayğısına ehtiyacı olan ailə kimi bizi mənzillə təmin edəsiniz. Biz 2016-cı ildən əlillər üçün güzəştli mənzil növbəsində dayanmışıq. Nömrələrimiz də 318 və 319-dur. Növbədə dayandığımız 3 il ərzində heç bir irəliləyiş yoxdur. Biz də bilmirik neyniyək. Yasamal Rayon İcra Hakimiyyətinə gedirik. Onlar bizi Sizin nazirliyin üzərinə, sizin əməkdaşlarınız isə rayon icra hakimiyyətinə yollayr. Mən dəqiq bilmək istəyirəm, bizi hansı qurum, Sizin nazirliyiniz, yoxsa Yasamal Rayon İcra Hakimiyyəti mənzillə təmin etməlidir?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|