İnam Kərimovun YARMARKA BİZNESİ - Büdcə oğurluğunun "aqrar üsulu"...
Tarix: 12-07-2019, 09:41 | Çap et
Paytaxtın müəyyən rayonlarında kənd təsərrüfatı məhsullarının daimi və vaxtaşırı yarmarkaları təşkil edilir.
Fermerlər və sahibkarlar müxtəlif çeşiddə kənd təsərrüfatı məhsullarını yarmarkalara çıxararaq ucuz qiymətə şəhər sakinlərinə təklif edirdilər. Belə yarmarkanın təşkilində əsas məqsəd bazarın və istehlakçıların tələbatının öyrənilməsi, malların seçilməsi, optimal qiymətlərin müəyyən edilməsi və digər bu kimi məsələlərdir. Pərakəndə və topdansatış məntəqələrindəki qiymətlə yarmarkalarda satılan məhsulların qiyməti arasında təqribən iki dəfəyə qədər fərq olur. Məhsullarının istehsalı ilə məşğul olan fermerlər öz məhsullarını ikinci-üçüncü tərəfin iştirakı olmadan birbaşa yarmarkada sata bildiyi üçün qiymətlər də nəzərəçarpacaq dərəcədə aşağı olur.
Bəzən yerlərdə yerli icra orqanları tərəfindən də bu cür yarmarkalar təşkil edir. Maraqlıdır, bu yarmarkaların keçirilməsində əsas rolu hansı qurum oynayır?
Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin mətbuat katibi Mayis Musayev “Cümhuriyət” qəzetinə bildirib ki, MMC mütəmadi olaraq “Kənddən şəhərə” yarmarkası təşkil edir: “Sözügedən yarmarkalar ötən ilin dekabr ayının 1-dən başlayıb. Ötən il - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində 10 gün satış yarmarkası təşkil etmişdik. Bundan əlavə, Novruz bayramı ərəfəsində 12 rayonda 14 yerdə yarmarka təşkil olundu. Bu, ölkə başçısının tapşırığına əsasən, bayram öncəsi bazarlarda məhsul bolluğu yaratmaq, eyni zamanda süni qiymət artımın qarşısının alınması məqsədi ilə təşkil olunmuş bir yarmarka idi. Bu yarmarkalardan 4-ü “Kənddən şəhərə” yarmarkası adlanırdı və birbaşa “Dövlət Aqrar Ticarət Şirkəti”nin təşkilatçılığı ilə təşkil olunmuşdu. Daha sonra Qara Qarayev metrosunda, Nizami və Yasamal rayonlarında Ramazan bayramı ərəfəsində də yarmarkalar təşkil olundu. Həm fermerlərin, həm də vətəndaşların müraciətləri nəzərə alınaraq Yasamal rayonundakı yarmarka gündəlik fəaliyyət göstərir. İyul ayından etibarən şənbə və bazar günləri Binəqədi rayonunda “Kənddən həhərə” yarmarkası təşkil olunur. Yarmarkalar həm Kənd Təsərrüfatı Nazirliyinin, həm “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin, həm də rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilir”.
Mayis Musayev “Kənddən şəhərə” yarmarkasını digərlər yarmarkalardan fərqləndirən cəhətlərindən də danışıb: “Bu yarmarkada fermerlər özləri birbaşa iştirak edir. Qeyd edim ki, fermerlərin bu yarmarkada iştirak etməsi üçün əlavə ödəniş haqqı və yerpulu tələb olunmur. Yarmarka iştirakçıları pulsuz xüsusi formalarla, tərəzilərlə və piştaxtalarla təmin olunurlar. Təbii ki, qurum olaraq qiymətlərə hər hansı bir təsir mexanizmimiz yoxdur. Amma ümumilikdə digər bazarlarda apardığımız araşdırma əsasında pərakəndə və topdansatış qiymətləri ilə bağlı məlumatlar əldə edirik. Bundan sonra fermerlərə yarmarkanın məqsədinin qiymət artımın qarşısının almaqdan ibarət olduğunu bildiririk. Yəni bir növ tövsiyə xarakterli tapşırıqlar veririk ki, fermerlər məhsulu alıcılara digər bazar qiymətlərindən münasib təklif etsinlər. Fermerlərin qiyməti digər bazarlardan aşağı qiymətə təklif etməsinin əsası var.
Çünki bu yarmarkada iştirakı etməsi üçün fermerdən əlavə vəsait tələb olunmur. Yəni onlardan iştirak haqqı, yerpulu və digər ödənişlər alınmır. Bu xərclər məhsulun maya dəyərinin üzərinə gəlmir və fermer bazara çıxardığı məhsulu vasitəçilər olmadan satdığına görə, digər satış məntəqələrindən aşağı qiymətə təklif edir. Əminliklə deyə bilərik ki, bu gün “Kənddən Şəhərə” yarmarkasında satışa çıxarılan məhsulların qiyməti fermerlərin özü tərəfindən təyin olunur və digər bazara qiymətlərindən 20-30 faiz aşağı təklif olunur”.
Dövlət Aqrar Ticarət Şirkətinin sözçüsü hazırda paytaxtın digər rayonlarında da icra strukturlarının təşkilatçılığı ilə yarmarkalar təşkil olunduğunu, ancaq bunun təmsil olunduğu quruma heç bir aidiyyətinin olmadığını da deyib: Hazırda “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin təşkil etdiyi “Kənddən Şəhərə” yarmarkası Yasamal rayonunda gündəlik, Binəqədi rayonunda həftə sonu fəaliyyət göstərir. Yarmarkaların sayının artırılması məsələsi gündəmdədir. Növbəti həftələrdən etibarən paytaxtın digər rayonlarında “Kənddən şəhərə” yarmarkaların təşkili olunacaq”.
Qurum rəsmisi onu da əlavə edib ki, bu cür yarmarkaları təşkili yerli icra orqanları ilə razılaşma əsasında olur: “Biz özbaşına gedib xoşumuz gələn yerdə çadır qurub yarmarka təşkil etmərik. Əvvəlcədən rayon icra strukturları ilə danışıqlar gedir, müvafiq yer onlar tərəfindən ayrılır, bundan sonra təşkilatı məsələlərlə məşğul oluruq. Biz bu yarmarkaları icra strukturları ilə birgə təşkil edirik”.
DİA.AZ-a danışan məlumatlı mənbə isə bunun tam əksini söyləyir. Mötəbər qaynaq iddia edir ki, əslində “Kənddən Şəhərə” yarmarkaları adı altında bu gün KTN rəhbərliyi külli miqdarda vəsaiti həm vergidən yayındırır və həm də şəxsi qazanclarına çevirirlər.
Mənbənin diaaz.space-a söylədikləri: "Bütün bu yarmarka oyunları əslində qeyri-leqal olaraq bazar fəaliyyətidir. Onlar heç bir vergi ödəmədən və qiymətlər baxımından ənənəvi satış nöqtələrindən fərqlənmədən fəaliyyət göstərirlər. Əvəzində isə həmin bazarlarda satışı həyata keçirənlər külli miqdarda qazanc əldə edirlər. Bu gün məsələn, Yasamal rayonu ərazisində "Space" telekanalının yaxınlığında yerləşən “Kənddən Şəhərə” yarmarkası adı altında əslində bir bazar açılıb. Və bu bazar həmin ərazidə yerləşən əvvəlki "Şüşəli bazar"ı demək olar ki, əvəz etməkdədir. Qiymətlər isə vəd olunduğundan fərqli olaraq hətta bəzi hallarda marketlərdən bahadır, nəinki ucuz..."
İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
|