Şəmkirin "Kor Xəlifəsi"... - "Şəxsi mülkümüzü viran qoyublar..."
Tarix: 27-08-2019, 08:54 | Çap et
“İlyarımdır ki, hasarlarımızı dağıdıb, şəxsi həyətyanı sahəmizi zəbt ediblər. Qazıntı, tikinti işləri aparırbar. Deyirlər, burda rəssamlıq məktəbi tikirik”. DİA.AZ-ın məlumatına görə, Şəmkir rayon sakini Leyla Cəfərova danışır ki, rayonun icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov onlara məxsus olan yaşadıqları evin həyətyanı sahəsini başqasına verib. Onun sözlərinə görə, ilyarım əvvəl Rəssamlar İttifaqının üzvü Fərman Hüseynov yerli icra hakimiyyətinin işçiləriylə yaşadıqları ünvana – Səməd Vurğun küçəsi 194-ə gəlib. Bildirib ki, onlara məxsus həyətyanı sahə rəssamlıq məktəbi üçün ayrılıb. Leyla Cəfərovanın sözlərinə görə, onlara bu barədə nə rəsmi bildiriş gəlib, nə də kompensasiya ödənilib.
Söhbət ondan gedir ki, bir müddət əvvəl Rəssamlar İttifaqının üzvü, Şəmkirdə yaşayan rəssam-heykəltəraş Fərman Hüseynov şəxsi rəssamlıq emalatxanasının və Alman Mədəniyyət Muzeyinin yaradılması üçün icra başçısına ərizə ilə müraciət edib. İcra hakimiyyətindən bildirilib ki, başçı da rəssamın müraciəti əsasında Səməd Vurğun küçəsində qeyd olunan ünvanda alman zirzəmisi olmasını nəzərə alaraq, 180 kvadratmetrlik boş, istifadəsdiz torpaq sahəsini bu məqsəd üçün ayırıb, tikinti işlərini də rəssama tapşırıb. Ancaq Cəfərovlar ailəsi iddia edir ki, sərəncamda qeyd olunan ünvan əslində başqa ərazidə yerləşir. Faktiki hasarları dağıdılmış və söküntü işləri aparılmış həyətyanı sahə isə 50 ildən çoxdur ki, onların istifadəsindədir. Ailə üzvü Leyla Cəfərova danışır:
“Heç bir sənəd təqdim etmədən, bizimlə razılaşdırmadan, kompensasiya ödəmədən şəxsi mülkümüzü viran qoyublar. Ötən ilin mayında isə işi dayandırıb, gediblər. Bircə onu deyirlər ki, Fərman Hüseynov başçıya rəssamlıq məktəbi tikilməsi üçün bizim ərazidən yer ayrılmasını xahiş edib, başçı da sərəncam verib. Mən sərəncama baxmışam, orda göstərilən ünvan bizim ünvanla üst-üstə düşmür”.
Leyla Cəfərova iddia edir ki, Fərman Hüseynov rəssamlıq məktəbi adı altında zəbt etdiyi əraziləri bir müddətdən sonra öz adına rəsmiləşdirir və istifadə edir. Cəfərovlar ailəsi ilyarım ərzində müxtəlif qurumlara müraciət edib, ancaq heç bir müsbət cavab almayıb. Əksinə, hər dəfə müraciətlərindən sonra ailə üzvləri rayon polis şöbəsi tərəfindən təzyiqlərə məruz qalır. Leyla xanım sözünə davam edir:
“Dəfələrlə polis şöbəsinə aparılmışıq, şöbədə tələb olunub ki, razılığa gələk və heç yerə şikayət etməyək. Yəni istədikləri odur ki, ailəmiz 50 ildən artıq yaşadığı mülkün bir hissəsindən – həyətyanı sahədən könüllü imtina etsin. Hədələyirlər ki, şikayətçi olsaq, hələ bu harasıdır, bizi mülkümüzün qalan hissəsindən – mənzildən də məhrum edəcəklər və sair. Fərman Hüseynov və icra hakimiyyətinin Şəmkir şəhər icra nümayəndəsi Elşən Quliyev bu məsələdə prezidentin adından istifadə edir. Ağzımızı açan kimi deyirlər, sən prezidentin göstərişinə qarşı çıxırsan? Bizsə inanmırıq ki, prezident vətəndaşın şəxsi, qanuni mülkünü dağıdıb yerində məktəb tikilməsinə göstəriş verə...”
Leyla xanımın sözlərinə görə, yerli icra hakimiyyətinin nümayəndələri və Fərman Hüseynov ona məktəbin binası tikildikdən sonra prezidentin açılışa gələcəyini bildirirlər:
“Halbuki, araşdırmışıq, nə prezidentin belə göstərişi, nə də Mədəniyyət Nazirliyinin bu işlərdən xəbəri var. Bir rayonun icra başçısıyla bir rəssam rayonda rəssamlıq məktəbinin tikintisi ilə bağlı ikilikdə qərar veriblər. Məktəbi dövlət tikirsə, bunun smeta sənədi, aidiyyəti üzrə nazirliyin sifarişi olmalıdır. Bu, necə dövlət tərəfindən tikilən binadır ki, məhəllənin o başındakı 3-4 nəfəri qara fəhlə kimi işlədirdilər. Dövlətin gördüyü iş belə olmur axı... Nəinki mənim həyətimdə, heç rayon ərazisində rəssamlıq məktəbinin tikintisi ilə bağlı başçının sərəncamından başqa Bakıdan rəsmi heç bir qərar, göstəriş yoxdur”.
Leyla xanımın sözlərinə görə, həyətyanı sahənin dağıdılması ailə üzvlərinin normal yaşayışını da pozub:
“Həyətimizin bar verən 12 ağacını kəsib atıblar. İki hinimizi ləğv ediblər. Hasarı uçurublar deyə, axşamlar küçə itləri həyətimizə doluşur, evdən çölə çıxa bilmirik. Həyətdə daş-qalaqdan addım atmaq mümkün deyil. Uşaqlar həyətə çıxan kimi daşlara ilişib yıxılır, əzilirlər. Həyətdə qazılmış dərin zirzəmi quyusu hər an faciəyə səbəb ola bilər. Uşaqları şəxsi həyətimizə buraxa bilmirik”.
diaaz.space olaraq bütün tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
|