Elmar Məmmədyarovun kürsüsü laxlayır: Yeni XİN rəhbəri kim olacaq? - Ən real üç namizəd...
Tarix: 7-07-2020, 08:53 | Çap et
Ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xarici İşlər Nazirliyində əməliyyat keçirib. Əməliyyatın təfərrüatları yalnız dünən açıqlanıb. DTX-nın açıqlamasına əsasən, “XİN-in bəzi vəzifəli şəxsləri öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol veriblər”.
Bəyanatın davamında bildirilir ki, “nazirliyin ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və s. hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər İdarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyənləşib”.
Qeyd edək ki, DTX-nın əməliyyatından əvvəl “Facebook” və KİV-də Xarici işlər naziri Elmar Məmmədyarovun oğlunun ABŞ-da 4.2 milyon dollara mülk alması barədə ifşaedici məqalə peyda olub. Nazir Məmmədyarov DTX-ya müraciət edərək özü və övladları haqqında media və sosial şəbəkələrdə səslənən fikirlərə görə təqsirkarların cəzalandırılmasını istəyib.
Müraciəti mətbuatda yayan nazirliyin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi olaraq, şəxsi məsələləri şərh etmir və bu barədə əvvəl də münasibətini sərgiləyib: “Lakin son günlərdə Xarici İşlər Nazirliyinə qarşı bilərəkdən yalan və böhtan kampaniyasının aparıldığını müşahidə edirik. Bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Dövlət Təhlükəsizliyi Xidmətinə rəsmi müraciət edilib".
Leyla Abdullayeva deyib ki, vətəndaşın şərəf və ləyaqəti Konstitusiya və digər qanunvericilik aktları ilə qorunur. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir. Şəxsi həyata müdaxilə edərək təhqir və böhtan xarakterli məlumatları yayanlar məsuliyyətə cəlb olunmalıdırlar.
“Xarici İşlər Nazirliyinin həyata keçirdiyi vəzifələr strateji əhəmiyyətlidir və bilərəkdən bu mühüm dövlət orqanı barədə yalan və qərəzli məlumatların dövriyyəyə buraxılması dövlətin milli maraqlarını ciddi təhdid etməklə yanaşı, müstəqil respublikamızın beynəlxalq nüfuzuna da xələl gətirir. Bu səbəblərdən qarayaxma kampaniyasının araşdırılmasını və Azərbaycan qanunvericiliynə uyğun olaraq müvafiq tədbirlərin görülməsini zəruri hesab edirik", – deyə Leyla Abdullayeva fikirlərini yekunlaşdırıb.
XİN rəhbəri haqqıda ifşaedici yazılar və nazirlikdə keçirilən DTX əməliyyatından sonra əksər şərhçilər Elmar Məmmədyarovun “kitabının bağlanması”nın labüdlüyünü dilə gətirir. 2 aprel 2004-cü ildən Xarici işlər naziri vəzifəsini icra edən Məmmədyarovun yerini tuta biləcək şəxslərin qeyri-rəsmi siyahısında bir neçə ad var.
Reyting.az öz mənbələrinə istinadla xəbər verir ki, siyahıdakı ilk sıralarda üçlüyü təqdim edir. Namizədlər siyahısında, birinci pillədə duran şəxs Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevdir.
Hikmət Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub və BDU-nun beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin bakalavr və magistr pillərini bitirib. NATO-nun Müdafiə Kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal Mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur.
Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində, o cümlədən müxtəlif illərdə Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində çalışıb. 2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub. 2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə dönüb. 2014-cü ildən 2018-ci ilə qədər XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edib.
O, 18 sentyabr 2018-ci ildən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edib, 26 noyabr 2018-ci ildə isə bu şöbənin rəhbəri vəzifəsinə təyin olunub.
XİN rəhbəri vəzifəsinə ikinci namizəd Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovdur. Süleymanov 1970-ci ildə Bakıda anadan olub. O, BDU və Moskva Dövlət Universitetinin məzunudur. 1992-ci Ohayoda (ABŞ), Toledo Universitetinin dövlət idarəetməsi fakültəsinin magistatura pilləsinə daxil olub və 1994-cü ildə oranı bitirib. Elin Süleymanov, həmçinin Massaçusets ştatında yerləşən Fletçer Hüquq və Diplomatiya Məktəbinin beynəxalq təhlükəsizlik və beynəlxalq hüquq ixtisasında təhsil alıb.
Diplomatik xidmət orqanlarında fəaliyyətə başlamazdan əvvəl o, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və 1995 1997-ci illər ərzində Praqada, Açıq Media Araşdırma İnstitutunda çalışıb.
Xarici İşlər Nazirliyində diplomatik fəaliyyətə qəbul edildikdən sonra Azərbaycanın ABŞ səfirliyində mətbuatla əlaqələr attaşesi təyin edilib. Daha sonra Prezident Administrasiyası xarici əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.
Elin Süleymanov 14 noyabr 2005-ci ildə fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsiylə Azərbaycan Respublikasının Los-Ancelesdə yeni açılan Baş Konsulluğuna ilk baş konsulu təyin edilib və 2011-ci ilə qədər bu vəzifəni tutub. 26 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
XİN rəhbərliyinə üçüncü namizəd energetika naziri Pərviz Şahbazovdur. O, 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. 1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi münasibətlər şöbəsində, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, habelə 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra digər vəzifələrdə işləyib.
O, 1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir, 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından 2016-cı ilin sentyabrına qədər Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri vəzifəsini tutub.
Pərviz Şahbazov 12 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının energetika naziri təyin edilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
|