"Nə əlcək verirlər, nə maska..." - Tövuz səhiyyəsində BİABIRÇI MƏNZƏRƏ
Tarix: 9-07-2020, 10:59 | Çap et
Tovuzun Təcili Yardım Stansiyasının Qovlar bölməsinin bir qrup həkim və tibbi heyəti tibb məntəqəsində ciddi problemlərlə üz-üzə olduqlarını deyirlər. Tibb işçilərinin sözlərinə görə, mümkün koronavirusla təmas halında onlar təhlükə qarşısında "əliyalın" - maskasız, əlcəksiz dayanıblar. Adının açıqlanmasını istəməyən tibb işçisi BBC News Azərbaycancaya deyib ki, bu günlərdə o korononavirus əlamətləri olan bir nəfəri qorxu içində müayinə edib.
"Koronavirus əlamətləri idi və hərarəti də vardı. Qorxa-qorxa müayinə etdim. Nə əlcək verirlər, nə maska. İşlətdiklərimizi də öz cibimizin puluna alırıq. Evə bu qorxu ilə qayıtmışam, amma bilmirəm, övladıma necə yaxın gedim?",- Qovlar Təcili Tibbi Yardım bölməsində çalışan tibb işçisi deyib. Təcili Tibbi Yardımda çalışan həkim və tibbi personalın üzvləri həm qoruyucu vasitələrin əksikliyindən, həm də prezidentin qərarı ilə koronavirusla mübarizədə iştirak edən tibbi heyətin əmək haqqlarına nəzərdə tutulan artımın onlara verilməməsindən şikayətçidirlər. Tovuz rayon Mərkəzi xəstəxanasının Baş həkimi Paşa Muradov deyib ki, təcili tibbi yardım bölməsindən olan şikayətdən xəbərdardır, amma onların iddialarını "əsassız" hesab edir. "Oradakı işçilər əsassız iddialar irəli sürürlər ki, bizə hansısa pullar verilməlidir. Ona görə də düşünürəm ki, oradakı işçilər yerində deyil. Amma Təcili Tibbi Yardımın vəziyyəti yaxşıdır",- Paşa Muradov deyib. "Dəfələrlə rayon xəstəxanasına və TƏBİB-ə, İcbari Tibbi Sığorta Agentliyinə bildirmişik ki, biz virusa yoluxma təhlükəsi ilə üzləşirik. İlk təmas edənlərdənik, müayinə etdiyimiz şəxsdə sonradan virus tapılması halları çox olub. Amma fayda vermir, şikayətimizə baxan yoxdur",- təcili tibbi yardım həkimi deyib.
Onlar iddia ediblər ki, vəsaitin ödənməməsindən və qoruyucu vasitələrin verilməməsindən şikayət etdikdə Tovuz rayon Mərkəzi xəstəxanasının Baş həkimi Paşa Muradovun "təzyiq və təhqiri" ilə üzləşiblər. "Biz qadınıq, anayıq, şikayət edəndə bizə deyilən ifadələrdən utanırıq, ismətimizi, abrımızı qoruyuruq. Şikayət edəndə də deyir get hara istəsən şikayət et, onsuz da mənim sözümü deyəcəklər, qorxudur bizi", - təcili tibbi yardımda çalışanlardan biri deyib. Paşa Muradov isə bu iddiaları rədd edir və hesab edir ki, "onların başqa məqsədləri var, onlar pul əldə etmək üçün hər vasitəyə əl atırlar, amma nail olmayacaqlar. "Onların tələbi artıq puldur. O da olmayacaq. Mən qaydaları poza bilmərərm. Onlar mənə təzyiq etmək istəyirlər, amma bu alınmayacaq. Bu nə biyabırçılıqdır, mediaya şikayət edirlər? Niyə bunu tələb edirlər? Bu ali savadlı həkimlər başa düşmürlərsə, biz nə edək", - rayon mərkəzi xəstəxanasının Baş həkimi deyib. Həkimlərdən biri deyir ki, onlar on ilə yaxındır qanunən 7 növbə işləməli olduqları halda əksər vaxtlarda 8 növbə işləyirlər və əlavə növbənin pulu onlara ödənilmir. "Şikayət edib tələb edəndə də deyirlər ki, 168 saatdan artıq işə görə ödəniş edə bilmərik. Sual edirəm bəs artıq işlədəndə niyə bunu nəzərə almırsınız, amma pulu ödəməyə gələndə iş vaxtı limiti yadınıza düşür?",- Qovlarda işləyən həkim deyib.
Başqa bir təcili tibbi yardım həkiminin sözlərinə görə, Qovlar təcili yardım bölməsində işləyən 17 nəfərin hanmısı, dörd həkim, dörd sürücü və doqquz tibbi heyət bu problemləri yaşayırlar. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən BBC News Azərbaycancaya verilən məlumata əsasən, Tovuzun Təcili Yardım Stansiyasının Qovlar bölməsinin "həkimlərinin heç biri koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində yaradılan təcili yardım briqadalarının tərkibində iştirak etməyiblər". Agentlik bildirib ki, bu məlumatı onlara Tovuz Rayon Mərkəzi Xəstəxanasından göndəriblər. Rəsmi məlumata görə koronavirusla mübarizədə çalışan həkim və tibbi personala ödənilən əlavə vəsait "müddətli əlavə" adlanır.
"Onlar digər təcili və təxirəsalınmaz tibbi çağırışlar üzrə tibbi xidmət göstəriblər. Nazirlər Kabinetinin qərarına əsasən müddətli əlavələr koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə şamil olunur", - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında deyilir. Agentlik onu da bildirib ki, tibb müəssisələrindən göndərilən siyahılara uyğun olaraqmüddətli əlavələr hər bir tibbi heyət üzvünə ödənilir. Məlumata görə, agentlik tərəfindən tibb müəssisələrindən göndərilən siyahılara uyğun olaraq müddətli əlavələr ödənilir.
Baş həkimin sözlərinə görə, Qovlardakı təcili yardımda çalışanlar "pul istəyirlər o da onlara düşmür, çünki onlar prosesdə iştirak etmirlər". "Mərkəzi rayon xəstəxanasında bir briqada var və onlar gedib koronavirusa görə yaxmalarla məşğul olur. Qovlardakı təcili yardım koronovirusla mübarizədə iştirak etmir, bu işə təhkim olunmuş ayrıca briqada var",- Baş həkim deyib. İş növbəsindən əlavə işləməyə görə ödəniş olunmaması iddialarına cavab olaraq isə Paşa Muradov deyib ki, təcili yardım heyəti iş vaxtından əlavə növbəyə çıxmır. "Mənim işim onlardan çoxdur, mən Baş həkiməm 500 manat alıram, onlarsa 1200 manat alırlar, amma yenə də əlavə pul istəyirlər", Paşa Muradov deyib.
Qoruyucu vasitələrin bol olduğunu və Qovlar təcili yardım bölməsinin də hər bir vasitə ilə təmin olunduğunu deyən Baş həkim sonuncu dəfə ora nə qədər tibbi ləvazimat verilməsi sualına cavab verməyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
|