"İcra başçısına yaxınlaşmaq olmur..." - İmişlidən ŞİKAYƏT
Tarix: 24-03-2021, 09:34 | Çap et
“Ömrüm boyu bu dövlətə xidmət etmişəm, vergi vermişəm. Hətta könüllü fəaliyyətlərim olub. Oğlum Birinci Qarabağ Müharibəsində başından yaralanıb, kantuziya alıb. Heç normal müalicə də etdirməyiblər. İllərlə pul tökdüm ki, heç olmasa özünü idarə edə bilsin. Axırda bircə günün içində müflis oldum, hər şeyim yandı və ağız açdım, həmin dövlətim mənə hər hansı kömək etmədi”.
DİA.AZ xəbər verir ki, 84 yaşlı İmişli rayon sakini Cavanşir Kərimov belə deyir. O, İmişlinin Alış Məmmədov küçəsində, Neft Bazasının yaxınlığında yaşayır. Evi 2017-ci ildə yanıb və ondan sonra yazmadığı, kömək istəmədiyi dövlət qurumu qalmayıb: “Bir kömək edən tapılmadı. Qalmışam bircə otağın içində. Onun da hər yerindən damır. Bir çarpayım, bir də qonşuların verdiyi, yorğan-döşəyim var, hamısı suyun içindədir. Ev yanandan ailəm də pərən-pərən düşüb. Oğlum ailəsi ilə kirayəyə çıxıb. Qızımla yoldaşım da Bakıda ucuz bir ev tapıb kirayədə qalır. Mən isə burdayam, bir balaca yer də olsa, dam vurub, otururam. Amma yaman soyuqdur, dözmək olmur”.
Cavanşir Kərimov problemi ilə bağlı dəfələrlə İmişli Rayon İcra Hakimiyyətinə müraciət edib. Deyir, Vilyam Hacıyevin dövründən icra hakimiyyətinin yolunu əzbərləyib. Yeni başçının da bir dəfə qəbulunda olub, ancaq faydası olmayıb: “Bu millət orda işləyənlərin heç birinin vecinə deyil. Nə az, nə çox, aidiyyatı qurumlara düz 2550-dən artıq məktub göndərmişəm, baxan yoxdur. Nolar, yaşlı adamam, bundan sonra işləyib özümə şərait quran yaşım deyil. Hər şeyim yanıb, sıfırdayam. Elə dövlətə göstərdiyimiz xidmətlər qarşılığında bizə bir kömək etsinlər”.
Kərimovlar ailəsinin evi qısaqapanmadan yanıb. Bilən kimi Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Ancaq hava küləkli olduğundan ev elə sürətlə yanıb ki, yanğınsöndürənlər gələnəcən hər şey külə dönüb: “Evdən də heç nə çıxara bilmədik. İmkanlı ailə idik. Pulumuz, bahalı əşyalarımız qalmadı, hamısı yanıb kül oldu. Təmiz müflis olduq. Yeni gəlin gətirəcəkdik. Oğlumun toy ərəfəsi idi. Gəlinin cehizi də yandı kül oldu. Rayonun özündən kreditə götürmüşdülər. Az qala 30 minlik əşya idi”.
Cavanşir Kərimov təqaüdə çıxana qədər Avtomobil Bazasında iritonajlı avtomobillərin təmirçisi olub: “İllərdir Neft Bazasının avtomobillərinin təmiri ilə məşğul olmuşam. Birinci Qarabağ Müharibəsi başlayanda böyük oğlumu da götürüb getdim ki, döyüşə göndərin. Oğlumu göndərdilər, amma mənə dedilər ki, arxa cəbhədə daha faydalı ola bilərsən. Nə isə, mən uzun müddət döyüşdə olan əsgərlərin ailələrinə çörək daşımışam. Oğlum da müharibədə kantuziya alıb, əsəbidir. Tez-tez müalicəyə ehtiyacı olur, inanın, daha imkanımız da yoxdur. Kiçik oğlumun da dizlərində problemlem var, heç əlillik də ala bilmir”.
Cavanşir Kərimov deyir ki, icra başçısına yaxın düşə bilmir. Axırıncı dəfə İmişli Rayon İcra Hakimiyyətinə etdiyi müraciətə “pul yoxdur, dövlət bizə bir qəpik vermir, get hara deyirsən, de”, - cavabını alıb. Artıq nə edəcəyini bilmir. Son çarə olaraq Prezident İlham Əliyevə müraciət edir: “Ondan xahiş edirəm. 3 övlad atası kimi, mənə kömək etsin. İşdir, gəlib başıma, nolar, məni küçədə qoymasın. Acınacaqlı durumda qalmışıq, ailəm pərən-pərən olub. Rayon rəhbərliyinin yanına gedirəm, yaxınlaşmalı deyil. Ətrafdakı küknar ağaclarının dibindən belə polis çıxır. İcra başçısı idarədən 4 mühafizəçi ilə çıxır. Bir göz qırpımında maşına minib qaçır. Yaxınlaşmaq istəyəndə polis adamı mühasirəyə alır. Qucaqlarına alıb rəhmətlik Heydər Əliyevin heykəlinin yanına aparıb qoyurlar. Tək çarəm sizsiniz, cənab Prezident, mənə kömək edin”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06 |
|
|
|
|