Bazar günü, 2 mart 2025, 18:23:03  
   İran dəyişikliyə gedir... .....                     “Putini dayandırmasaq, bu ölkələrə girə bilər” .....                     Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin… .....                     Ağ Evdəki davanın ən üzücü nəticəsi: .....                     Rasizadə bunu bizə qadağan etmişdi .....                     Azərbaycanın strateji rolu dünya gündəmində .....                     “Hikmət Hacıyev ilə Benyamin Netanyahunun müzakirə edəcəyi çox şey var” .....                     Azərbaycanda siyasətçi vəfat etdi .....                     "Növbəti qar mövsümünədək vəzifədə qalsanız, nəzərə alın" .....                     Zəngəzura görə hərbi müdaxilə… .....                     "Baş verəcək hadisələrə təsir göstərmək imkanımız yoxdursa..." .....                     Azərbaycanda federasiya rəsmisi qəfil vəfat etdi .....                     Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq .....                     Azərbaycanlı müğənni 3-cü dəfə ailə qurur .....                     Zelenskinin Ağ Evdə “va-bank” gedişi: Kimə güvənir? .....                     "Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara isə..." .....                     "Yazıçının oğlunun evdən qaçmasının günahkarı…" .....                     Sumqayıtda bu təhsil ocağında BAZAR AÇIBLAR .....                     “Bu söhbətlərlə Çimnazın atasına zərbə vurursuz, ailəsi aciz deyil ki...” .....                     Tramp-Zelenski qalmaqalında Putini narahat edən detal: Bakı ehtiyatlı olmalıdır .....                     Norveç ABŞ gəmilərinə xidmət göstərmir .....                     Nə ər, nə də arvad pensiya alar: Yeni təklif mübahisə yaratdı .....                     Tramp Ukraynaya hərbi yardımın dayandırılma imkanını araşdırmağı tapşırıb .....                     Axtarışa verilən meyxanaçıdan xəbər var .....                     Ağ Evdəki fiaskodan sonra BÖYÜK ANLAŞMA .....                     Siyasi partiyaların hakimiyyətlə əməkdaşlığı... .....                     Ah, Amerika..! .....                     Məhəmməd Məmmədovun adı QARANLIQ İŞLƏRDƏ... .....                     Elvin nazirliyə və AFFA-ya müraciət etdi .....                     Naxçıvanda sabiq sədr saxlanıldı .....                     Bu, öncədən hazırlanan pusqu idi, ya da... .....                     İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir .....                     Qarın yaratdığı fəsadlar: .....                     Trampla Zelenskini üz-üzə qoyan KÖHNƏ SOLÇU kimdir? .....                     Zelenskiyə qarşı çevriliş planı hazırlanır? .....                     Azərbaycana kosmetik sülh müqaviləsi lazım deyil .....                     Əmək müqaviləsinə xitam verilərkən .....                     Kreditlərin həcmi də artır, faizi də: Zatən çox idi .....                     Norveç Ukraynaya maliyyə yardımını artıracaq .....                     Vens iki həftə əvvəl demişdi... .....                 

Cavid Qurbanov KƏLBƏCƏRİ İNHİSARA ALIB? - ŞOK İDDİA
Tarix: 9-06-2021, 10:07 | Çap et
Cavid Qurbanov KƏLBƏCƏRİ İNHİSARA ALIB?
"44 GÜNLÜK VƏTƏN SAVAŞI"nın ardından erməni işğalından azad edilərək Azərbaycana təhvil verilən Kəlbəcərdə "soyuq küləklər" əsməyə başlayıb. Rayonda öz korporativ maraqlarını diqtə etməyə çalışan tanınmış fiqurantlar qrup halında yeni səpkidə savaşa, Kəlbəcər ərazisinin münbit yerlərini qəsbə, talançılığa "start" veriblər.
"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, bir ucu rayonun sabiq deputatı, baş dəmiryolçu Cavid Qurbanova və onun yaxınlarına (deputat Aqil Məmmədov və icra başçısı Azər Qocayev-O.N) dayanan şəbəkə Kəlbəcərdə özlərinin çeşidli qanunsuz işlərini həyata keçirmək üçün qolları çirməli halda iş başındadırlar. Deyəcəksiniz ki, olsun də, lap elə Dədə Şəmşirin bütün qohumları Vənklidən ya da Dəlidağdan başlamış düz Ağdabanadək, İstisu qarışıq bütün Kəlbəcər kəndlərini "özəlləşdirməyə" müvəffəq olsunlar - SƏNƏ NƏ?! Bəlkə də belə fikirləşdinizsə haqlısınız da, amma bu tanınmış şair-manıs nəslinin parlaq nümayəndələri məqsədlərinə varmaq üçün hələ ki, mövcud olan rəsmi qadağaları, ölkə başçısının müvafiq göstərişlərini heçə saymaq istəyirlər, Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haqverdi Əkbərovun vəzifə səlahiyyətlərinin icrasını belə iflic edib qarşılarına keçənlərə qarşı təzyiq göstərirlərsə, bax bu hal yolverilməzdir. Azından buna bir "DUR!" deyək, bir də...

Aldığımız məlumata görə, rəisə savaş açmış məmur-şəbəkəsi üzvləri Göygöl rayonunun Toğanalı kəndində yeni qurulmuş stasionar polis postundan istədikləri vaxt keçib Kəlbəcərə gedərək orada öz istirahətlərini təşkil edir, eləcə də qazanc və gəlir məqsədilə kəndlərdə rast gəlinən müxtəlif adda əlvan metal - tonlarla dəmir, alüminium və mis toplayaraq Gəncəyə gətirməklə satışını həyata keçirirlər. Bunların "həm ziyarət, həm ticarət" eşqi Kəlbəcərə qanunsuz səfərlərlə oralarda ermənilərin qoyub getdikləri avtomobillərə, növbənöv ehtiyyat hissələrinə də qeyri-qanuni yollarla sahib çıxmaqla aşıb-daşır.

Səhih bilgilərə görə, əksər hallarda Kəlbəcərə keçmək üçün DİN-in elektron informasiya portalında "rəsmi icazə" almağı da bacaran "Qurbanovçular" son günlər ərzində özlərinin iri və xırdabuynuzlu mal-qara sürülərini də dağlara qaldırıblar. İddialara görə, hazırda Kəlbəcərdə olan 10-larla at və uzunqulaqlar da işbazlar tərəfindən ələ keçirilib. Baş verənlərin durdurulması isə sanki mümkünsüz görünür.

Məlumata görə, ötən ilin dekabrından Ali Baş Komandan İlham Əliyevin fərmanı və DİN rəhbərliyinin əmrinə əsasən, həm də Kəlbəcər rayonunun komendantı olan polis rəisi Haqverdi Əkbərov hər dəfə postda və Kəlbəcərdə qeydə alınan məqsədli prosesi durdurmaq gücündə deyil. Əksinə, Kəlbəcər ərazisinə sözügedən icazəsiz səfərlərin qarşının alınmasına səy göstərdikcə məmur təyziqlərilə qarşılaşır. İş o qədər qəlizləşib ki, ötən həftə polis rəisi Kəlbəcər İHB-də icra başçısı Azər Qocayevin məsələ ətrafında verdiyi qanunsuz tapşırıqlarına narazılığını bildirib, tərəflərə arsında mübahisə də yaranıb. Və icra başçısı polis rəisini işdən qovulması üçün təqdimat yazacağını bildirib.

Kəlbəcər ərazisində insanların həyatına qarşı mövcud olan təhlükələr, xüsusilə erməni təxribatçılarının əməlləri aradan qalxmamış, asayiş tam təmin edilməmiş prezidentin səlahiyyətli nümayəndəsinin və Cavid Qurbanovun ətrafının belə özfəaliyyətlər etməsi anarxiyadan başqa bir şey deyil. Hər vəchlə zərurət olmadıqca Kəlbəcərə gediş-gəlişin qarşısının alınması üçün hökumət polis rəisinə dəstək olmalıdır. Komendant rejiminin şəffaf təminatı istiqamətində elə Cavid Qurbanov da, sərəncam və qərarların yerdəki icraçısı Azər Qocayev də Haqverdi Əkbərovdan ancaq qanuni iş tələb etməlidir!

Son günlərdə jurnalistlərin də içində bulunduqları avtomobilin Kəlbəcərin Susuzluq kəndində tank əleyhinə minaya düşməsi, nəticədə xidməti vəzifələrinin icrası ilə əlaqədar 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı) və Arif Əliyevin (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olması, digər 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almaları ərazidəki qəliz təhlükələrdən xəbər verir.

Onu da xatırladaq ki, Kəlbəcərə qanunsuz səfərlərdə əsas boşluq Tooğanalı postundakı boşluqlarla da bağlıdır ki, həmin əraziyə də nəzarəti Göygöl RPŞ-nin əməkdaşları həyata keçirir. Əsaslı səbəb olmadan "portal icazəsi" alanlardan əlavə, dağ-dərə, meşə yolu ilə Kəlbəcərə gedənlərə də rast gəlinir. Belə olduqda, Kəlbəcər ərazisində icazəsiz tutulan şəxslərə polis tərəfindən yalnız inzibati cərimə protokolunun yazılıb vətəndaşların sərbəst buraxılmaları da situasiyanı qəlizləşdirir. Təsadüfi deyil ki, tanınmış idmançı Kamil Zeynallıdan başqa, sözügedən cəhdə və əmələ görə hansısa vətəndaşa inzibati həbs qərarının verilməsinə də rast gəlinmir.

İnanırıq ki, çaldığımız HƏYƏCAN TƏBİLİ DİN rəhbərliyi vədigər adıçəkilən şəxslər tərəfindən qərəzə yozulmayacaq, əksinə, Kəlbəcərə qayıdış naminə başladılan prosesdə hər birinin işinə stimul verəcək.
Hər kəsin mövqeyinə sayğılarla...
Demokratik.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran dəyişikliyə gedir... - Prezident günahı sistemin üzərinə yıxır
Bu gün, 15:14
“Putini dayandırmasaq, bu ölkələrə girə bilər” - Makron
Bu gün, 15:10
Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin… - Abramyan
Bu gün, 13:47
Ağ Evdəki davanın ən üzücü nəticəsi: - “Şantaj” başladı
Bu gün, 13:44
Rasizadə bunu bizə qadağan etmişdi – NK-nın sektor müdiri
Bu gün, 13:43
Azərbaycanın strateji rolu dünya gündəmində - İNCƏLƏMƏ
Bu gün, 12:42
“Hikmət Hacıyev ilə Benyamin Netanyahunun müzakirə edəcəyi çox şey var” - AKTUAL
Bu gün, 12:36
Azərbaycanda siyasətçi vəfat etdi - DOSYE
Bu gün, 12:34
"Növbəti qar mövsümünədək vəzifədə qalsanız, nəzərə alın" - ETİRAZ
Bu gün, 12:31
Zəngəzura görə hərbi müdaxilə… – İrəvandan gözlənilməz sərhəd həmləsi
Bu gün, 12:28
"Baş verəcək hadisələrə təsir göstərmək imkanımız yoxdursa..." - deputat
Bu gün, 12:24
Azərbaycanda federasiya rəsmisi qəfil vəfat etdi
Bu gün, 10:48
Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq - BŞTİ
Bu gün, 10:45
Azərbaycanlı müğənni 3-cü dəfə ailə qurur
Bu gün, 09:16
Zelenskinin Ağ Evdə “va-bank” gedişi: Kimə güvənir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
"Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara isə..."
Bu gün, 08:48
"Yazıçının oğlunun evdən qaçmasının günahkarı…" - ŞOK AÇIQLAMA
Bu gün, 08:45
Sumqayıtda bu təhsil ocağında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Bu gün, 08:27
“Bu söhbətlərlə Çimnazın atasına zərbə vurursuz, ailəsi aciz deyil ki...” - ETİRAZ
Bu gün, 08:21
Tramp-Zelenski qalmaqalında Putini narahat edən detal: Bakı ehtiyatlı olmalıdır - NƏ BAŞ VERİR?
Bu gün, 08:18
Norveç ABŞ gəmilərinə xidmət göstərmir - SƏBƏB ZELENSKİDİR
Bu gün, 08:14
Nə ər, nə də arvad pensiya alar: Yeni təklif mübahisə yaratdı - NƏ ETMƏLİ?
Bu gün, 01:51
Tramp Ukraynaya hərbi yardımın dayandırılma imkanını araşdırmağı tapşırıb
Bu gün, 01:47
Axtarışa verilən meyxanaçıdan xəbər var - “10 ildən çoxdur ki...”
Bu gün, 01:44
Ağ Evdəki fiaskodan sonra BÖYÜK ANLAŞMA - London Kiyev üçün bu addımı atdı
Bu gün, 01:00
Siyasi partiyaların hakimiyyətlə əməkdaşlığı... GƏRƏKLİDİRMİ?
Bu gün, 00:48
Ah, Amerika..! - Ukraynanın taleyi necə olacaq?
Bu gün, 00:44
Məhəmməd Məmmədovun adı QARANLIQ İŞLƏRDƏ... - TƏFƏRRÜAT
Bu gün, 00:25
Elvin nazirliyə və AFFA-ya müraciət etdi - FOTO
Bu gün, 00:20
Naxçıvanda sabiq sədr saxlanıldı - MR-da NƏ BAŞ VERİR?
Bu gün, 00:15
Bu, öncədən hazırlanan pusqu idi, ya da... - "Tayms"
Bu gün, 00:10
İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir - ŞƏRH
Dünən, 19:00
Qarın yaratdığı fəsadlar: - “Məmurların tamahı Bakını bu günə qoyub"
Dünən, 18:58
Trampla Zelenskini üz-üzə qoyan KÖHNƏ SOLÇU kimdir? – Hədəfi prezident olmaqdır
Dünən, 18:23
Zelenskiyə qarşı çevriliş planı hazırlanır? - “Ehtimallar kifayət qədər...”
Dünən, 18:08
Azərbaycana kosmetik sülh müqaviləsi lazım deyil - ONA GÖRƏ DƏ...
Dünən, 18:00
Əmək müqaviləsinə xitam verilərkən - Ekspert danışır...
Dünən, 17:51
Kreditlərin həcmi də artır, faizi də: Zatən çox idi - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:44
Norveç Ukraynaya maliyyə yardımını artıracaq - Baş nazir
Dünən, 17:38
Vens iki həftə əvvəl demişdi... - cəmi 40 gün ərzində...
Dünən, 17:36
Dehli bu siyasətini dəyişdirməyəcək - GƏLİŞMƏ
Dünən, 17:34
Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan - Nizami Qocayevdən sensasion açıqlamalar
Dünən, 15:02
Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivləri hesabına birgə silah istehsalını təklif edib
Dünən, 14:58
Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində "prezident seçkiləri" keçirilir
Dünən, 14:57
Fatimə Mövlamlı həbs edildi
Dünən, 14:54
Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır - GƏLİŞMƏ
Dünən, 14:00
Sərhədlərin delimitasiyası: - Hansı dövrün xəritəsinə uyğun aparılacaq?
Dünən, 13:58
Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib
Dünən, 12:09
Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? - Görünəni odur ki...
Dünən, 11:46
Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi - ÖZBAŞINALIQ!
Dünən, 11:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru