Azərbaycanda siqaretlərin qiyməti bahalaşdı .....                     Qoy böyüklük bizə qalsın, AZERCELL... .....                     "Heyif ki məhsulu nəğd almışdım..." .....                     `Kontakt Home`un müştərisi oldunsa... .....                     Pulgir Tramp buna razılaşacaq... .....                     Əmək müqavilələri bağlamadan fiziki şəxslərin... .....                     London OYUNU DƏYİŞƏ BİLƏCƏKMİ? .....                     "Dövlətdən aldığım əlillik pensiyası ilə yaşamışam..." .....                     "Oskar" mükafatının qalibləri məlum olub .....                     Mətin Eynullayev sahibkarın BAŞINA OYUN AÇIR... .....                     Avropanın kabusu: Tramp 20 min qoşunu çıxarda bilər .....                     Oskar Kino Mükafatı mərasimində .....                     Zelenski ölkəsinin ABŞ ilə münasibətlərdəki gərginliyi aradan qaldıra biləcəyinə əmindir .....                     Ermənistan Zəngəzuru “təmizlədi”: müharibə çağırışı .....                     "Niyaməddin müəllim mənə dedi ki, 50-100 mahnım sənə qurbandır" .....                     Rubio Rusiyanın Ukraynaya dair mümkün güzəştləri ilə bağlı şərh verməkdən imtina edib .....                     Sərkisyan və Köçəryan təkrar meydanda: Paşinyan üçün anons verildi .....                     Zelenski sülh üçün ərazi güzəştləri ideyasını rədd edir .....                     Deputat Mübariz Qurbanlının təklifi cavabsız suallar doğurub .....                     Cavad Zərif istefa verdi .....                     "Pis işlərlə məşğul olmuram, pis şeylərə baxmıram..." .....                     " 'Balım' Uşaq Bağçası pulumu aldı, 2 yaşlı uşağıma baxmadı..." .....                     Rusiya Kiyevin İrəvan və Bakı ilə münasibətlərini pozmaq üçün informasiya əməliyyatına başladı... .....                     Azərbaycanlı ailə İsveçrədən qovuldu .....                     Oval ofisdəki mübahisə və ya ABŞ-ın məğlubiyyətinə doğru daha bir addım .....                     “Yalnız Azərbaycan deyil, Ermənistan və Rusiya qanunvericiliyi də bu şəxslərin cəzalandırılmasını tələb edir” .....                     "Əvvəl evli kişi ilə münasibəti gizlədirdilər, indi efirdə danışırlar" .....                     Arestoviçin Əliyevlə bağlı tarixi sözləri: O, nəyi nəzərdə tutdu? .....                     Moskvadan ermənilərin Vardanyanla bağlı sualına cavab .....                     İran dəyişikliyə gedir... .....                     “Putini dayandırmasaq, bu ölkələrə girə bilər” .....                     Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin… .....                     Ağ Evdəki davanın ən üzücü nəticəsi: .....                     Rasizadə bunu bizə qadağan etmişdi .....                     Azərbaycanın strateji rolu dünya gündəmində .....                     “Hikmət Hacıyev ilə Benyamin Netanyahunun müzakirə edəcəyi çox şey var” .....                     Azərbaycanda siyasətçi vəfat etdi .....                     "Növbəti qar mövsümünədək vəzifədə qalsanız, nəzərə alın" .....                     Zəngəzura görə hərbi müdaxilə… .....                     "Baş verəcək hadisələrə təsir göstərmək imkanımız yoxdursa..." .....                 

Azərbaycanın strateji rolu dünya gündəmində - İNCƏLƏMƏ
Tarix: Dünən, 12:42 | Çap et
Azərbaycanın strateji rolu dünya gündəmində
İsrail mətbuatının verdiyi xəbərə görə, Azərbaycan “Avraahamrazılaşması”na qoşula bilər, bu da regiondakı siyasi münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.

"The Jerusalem Post"-un məlumatına görə, Azərbaycanın Prezidentinin köməkçisi Hikmət Hacıyev İsraildə Baş nazir Benyamin Netanyahu ilə əhəmiyyətli danışıqlar aparıb. Bu görüş, İsrail və ABŞ arasında baş tutmuş strateji dialoqdan yalnız 48 saat sonra baş verib və Azərbaycanın “Avraahamrazılaşması”na daxil olma ehtimalının artdığını göstərir. “Avraaham razılaşması” 2020-2021-ci illərdə İsrailin ərəb ölkələri ilə bağladığı normallaşma müqavilələridir.

Bu müqavilələr ilk növbədə BƏƏ, Bəhreyn, Mərakeş və Sudanı əhatə edib. Lakin Azərbaycanın İsraillə olan əlaqələri burada xüsusi bir vəziyyət yaradır. Çünki Azərbaycan heç vaxt İsraillə münaqişəyə girməyib, beləliklə, burada söhbət sadəcə olaraq mövcud olan əlaqələrin yeni bir səviyyəyə daşınmasından gedir.

Azərbaycanın strateji rolu

Azərbaycan İsrail ilə uzun illərdir ki, güclü əməkdaşlıq edir. İsrailli rəsmilərin dediyinə görə, Azərbaycan regiondakı təhlükəsizlik üçün önəmli bir tərəfdaşdır. ABŞ-nin Atlantik Şurası da Azərbaycanın İsrail ilə olan əlaqələrini genişləndirməyə çağırır və bu əlaqələrin ABŞ-nin Mərkəzi Asiya və Xəzər bölgəsindəki təsirini artıracağına inanır. İnteqrasiya İsrail və ABŞ, Azərbaycanın regional iqtisadi layihələrdə iştirakını təmin etmək, həmçinin texnologiya və investisiya sahələrində əməkdaşlıq qurmaq və bunu müdafiə, süni intellekt və kibertəhlükəsizlik sahələrində daha da dərinləşdirmək niyyətindədir.

Bu, Tramp administrasiyasının çoxsahəli əməkdaşlıq strategiyasına uyğun gəlir və ABŞ-nin regional layihələrə olan maliyyə yükünü azaltmağa yönəlib. Lakin bu cür əməkdaşlığın qarşısında bəzi hüquqi maneələr də var. 1992-ci ildən ABŞ-də qüvvədə olan “907-ci düzəliş” Azərbaycanın bu ölkədən hərbi və iqtisadi yardım almasını məhdudlaşdırır. Bu maneə aradan qaldırılsa, ABŞ və İsrail Azərbaycanın potensialını daha effektiv istifadə edə bilərlər.

Azərbaycan: İsrail və islam dünyası arasında körpü

İsrailli politoloq YuriBoçarov Azərbaycanın “Avraahamrazılaşmaları”nda iştirakından daha çox PR (İctimaiyyətlə Əlaqələr - PublicRelations-müəll.) xarakteri daşıdığını bildirib. Onun sözlərinə görə, İsrail- Azərbaycan münasibətləri uzun müddətdir strateji tərəfdaşlıq səviyyəsindədir, bura xalq diplomatiyasından tutmuş hökumətlərarası əməkdaşlığa qədər sabit və mehriban münasibətlərlə səciyyələnir:

“Azərbaycan azsaylı müsəlman dövlətlərindən biridir ki, İsrail ilə açıq şəkildə əməkdaşlıq edir. İkitərəfli əlaqələr enerji, müdafiə sənayesi və texnologiya da daxil olmaqla geniş sahələri əhatə edir. İsrail Azərbaycanın neftinin ən böyük alıcılarından biridir, eyni zamanda, Azərbaycan İsraildən pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, qabaqcıl hərbi texnologiyalar alır.

2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 2 milyard dollar təşkil edib ki, bu da sıx iqtisadi əməkdaşlığı vurğulayır. Ərəb dünyasında, xüsusən Yaxın Şərqdə, İsrailə qarşı ictimai rəy mürəkkəb və mənfi qalır. Bu, uzun illər ərzində KİV-dəki anti-İsrail ritorikası və hələ də həll olunmamış Fələstin məsələsindən irəli gəlir. Bu, İsraillə münasibətləri normallaşdırmağa çalışan ərəb liderləri üçün çətin şərait yaradır.

Hətta Səudiyyə Ərəbistanı kimi, seçki proseslərini sərt şəkildə nəzarət altında saxlayan ərəb ölkələrində belə, hakimiyyət ictimai rəyi nəzərə almağa məcburdur. Məsələn, Səudiyyə Ərəbistanında rəsmi hakimiyyət İsraillə əlaqələrin tədricən yaxınlaşmasını göstərsə də, əhali arasında buna qarşı böyük bir şübhə və tərəddüd qalmaqdadır. “Avraahamrazılaşmaları”nın genişlənməsi kontekstində, Azərbaycanın iştirakı mühüm simvolik rol oynaya bilər. İsrail və onun Qərb müttəfiqləri ərəb dünyasına göstərmək istəyirlər ki, yəhudi dövləti ilə əməkdaşlıq faydalıdır.

Azərbaycan güclü iqtisadiyyatı və inkişaf etmiş diplomatik korpusu ilə müsəlman ölkə olaraq, İsraillə uğurlu tərəfdaşlığın gözəl nümunəsidir. Bundan əlavə, Yaxın Şərqin bir çox sakini, xüsusən Körfəz ölkələrindən olanlar artıq Azərbaycanla turizm sahəsindən tanışdır. Bakı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytdən minlərlə turist cəlb edir ki, bu da bu ölkəni və onun xarici siyasətini daha yaxşı anlamağa kömək edir.

Azərbaycanın İsraillə uğurlu əməkdaşlıq modelini görən ərəb dövlətləri, bunu etimadsızlıq dərəcəsini azaltmağa və münasibətlərin tədricən normallaşmasına kömək edəcək müsbət bir presedent kimi qəbul edə bilərlər. Beləliklə, Azərbaycanın “Avraahamrazılaşmaları”nın genişlənməsi prosesinə cəlb edilməsi yalnız diplomatik bir strategiya deyil, həm də ərəb dünyasında müsbət ictimai rəyin formalaşdırılmasına yönəlmiş böyük bir kampaniyanın hissəsidir.

Bu, müsəlman bir ölkənin İsraillə uğurlu əməkdaşlıq edə biləcəyini və bununla yanaşı, öz suverenliyini və milli maraqlarını itirmədiyini nümayiş etdirir. Bu kontekstdə Azərbaycan İsrail və islam dünyası arasında mühüm bir körpü rolunu oynayır və regionda sabitliyin və qarşılıqlı anlaşmanın güclənməsinə kömək edir".

Politoloq bildirib ki, Azərbaycanın “Avraahamrazılaşmaları”nda iştirakı Türkiyə ilə münasibətlərinə də təsir göstərə bilər:

“Türkiyə Azərbaycanın yaxın müttəfiqi olmaqla yanaşı, İsrailə qarşı mürəkkəb bir siyasət yürüdür. Tarixən müsəlman dünyası ilə formalaşmış əlaqələri və praktik iqtisadi maraqları arasında bir tarazlıq yaratmağa çalışır. Soyuqluq dövrlərinə baxmayaraq, Türkiyə və İsrail diplomatik və ticarət əlaqələrini saxlayır, son illərdə Ankara Təl-Əvivlə dialoqun normallaşmasına doğru addımlar atır.

Azərbaycan Türkiyə ilə İsrail arasında vasitəçi rolunu oynaya və onların yaxınlaşmasına dəstək verə bilər. Ankara beynəlxalq arenada ənənəvi olaraq Bakını dəstəkləyir və Azərbaycanla İsrail arasındakı əməkdaşlığın güclənməsi Türkiyəni İsrailə qarşı daha praktik bir yanaşma sərgiləməyə təşviq edə bilər. Lakin Azərbaycanın “Avraahamrazılaşmaları”nda iştirakı xüsusilə Fələstin məsələsinin dəstəkləndiyi bir mühitdə, yəni Türkiyə cəmiyyətində və siyasi elitasında müəyyən narazılığa səbəb ola bilər.

Ancaq Türkiyə regionda mühüm oyunçu olaraq, Qafqaz və Mərkəzi Asiyada təsirini qorumaq istəyir, buna görə də Azərbaycanla münasibətlərdə dəyişiklik ehtimalı azdır. Ən çox ehtimal olunan hal Ankaranın Azərbaycan faktordan istifadə edərək, Yaxın Şərq siyasətində öz maraqlarını irəlilətməsi olacaq, eyni zamanda ərəb dövlətləri ilə birbaşa qarşıdurmadan qaçmağa çalışacaq.

Beləliklə, Azərbaycanın “Avraahamrazılaşmaları”nda iştirakı İsrail, Türkiyə və ərəb dünyası arasında yeni əməkdaşlıq imkanları yaradaraq, regional diplomatiyanın güclənməsinə kömək edə bilər. Əlbəttə ki, Türkiyənin regiondakı maraqlarını da unutmamalıyıq, o, həm siyasi, həm də iqtisadi layihələrin inkişafında mühüm rol oynamaq istəyir. Buna görə də Türkiyə bu razılaşmanın dəstəklənməsi üçün öz "qiymətini" tələb edəcək”.

Uzaqgörən siyasət

İsrailli digər politoloq MixailFinkel bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, düzgün və dostluq ruhunda olan qərarlarına sevindiklərini deyib:

“Bu, hər iki ölkə üçün faydalı və strateji baxımdan önəmli addımdır. Bu siyasət uzaqgörən, perspektivləri bilən, ilk növbədə öz xalqının və dövlətinin maraqlarını düşünən bir rəhbərin addımlarıdır. Bu sazişlərdə həm iqtisadi inkişaf, həm yüksək texnologiyalar, həm də iri biznes və qlobal təhlükəsizlik sahəsində böyük perspektivlər var. "Avraahamrazılaşması"nın arxasında ABŞ və Tramp administrasiyası dayanır.

Artıq bu sazişlərin uğurlu nəticələrini görürük – İsrail ilə BƏƏ, İsrail ilə Bəhreyn, İsrail ilə Mərakeş arasında imzalanan müqavilələr bu prosesin nə qədər effektiv olduğunu sübut edir. İndi isə Səudiyyə Ərəbistanı və İsrail arasında analoji bir sazişin imzalanması gözlənilir. Bunun ardınca isə digər ərəb və müsəlman ölkələrinin də bu prosesə qoşulacağı ehtimal edilir”.

Ekspert bildirib ki, BƏƏ ilə İsrail arasındakı münasibətlərin sürətli inkişafı artıq göz önündədir:

“Ticarət, kənd təsərrüfatı, tibb, texnologiya və terrorizmlə mübarizə sahələrində mühüm irəliləyişlər əldə olunub. Bu cür əməkdaşlıq təkcə Yaxın Şərqdə deyil, həm də Cənubi Qafqazda beynəlxalq təhlükəsizliyi gücləndirir. Bundan əlavə, ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü böyük qlobal ticarət dəhlizi layihəsi var. Bu layihə Hindistandan başlayaraq ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və İsrail üzərindən keçib, Aralıq dənizindən Avropaya uzanan bir iqtisadi marşrut formalaşdırmağıhədəfləyir.

Bunun üçün isə bu yolda yerləşən ölkələrin sülh şəraitində olması, bir-biriləri ilə əməkdaşlıq etməsi və terrorizmdən uzaq durması mühüm şərtdir. Azərbaycan və İsrailin münasibətləri tarixən yaxın olub. Bu, sadəcə diplomatik əlaqələr deyil – xalqdan xalqa gələn, əsrlər boyu formalaşmış bir dostluq və tərəfdaşlıqdır. Azərbaycan müstəqil dövlətdir və hər zaman öz milli maraqlarına uyğun olan yolu özü müəyyən edib”.

Azərbaycanın gələcəyi uğurlu və sabit olacaq

MixailFinkel vurğulayıb ki, Azərbaycanın siyasəti tamamilə müstəqildir, heç bir gücün təsiri altında deyil:

“Bəzən bəzi dairələr iddia edirdilər ki, guya Azərbaycan Rusiya, yaxud Türkiyənin təsiri altındadır. Ancaq reallıq göz qabağındadır. Azərbaycan yalnız öz dövlət maraqlarına uyğun qərarlar verir və müstəqil siyasət yürüdür. Bu müstəqil siyasətin uğurla davam edəcəyinə şəxsən əminəm.

Çünki Azərbaycanın sükanı arxasında müdrik və qətiyyətli lider – İlham Əliyev dayanır. Bu səbəbdən Azərbaycanın gələcəyi uğurlu və sabit olacaq. Eyni zamanda, Türkiyə ilə bağlı narahatlığa əsas yoxdur. Türkiyə NATO üzvü və ABŞ-nin strateji müttəfiqidir. Bəzi müvəqqəti fikir ayrılıqları olsa da, bunların hamısı tədricən həll olunacaq. Mən əminəm ki, bu keçici problemlər aradan qalxacaq və gələcək daha da işıqlı olacaq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda siqaretlərin qiyməti bahalaşdı - BUNDAN SONRA...
Bu gün, 08:43
Qoy böyüklük bizə qalsın, AZERCELL... - özünü "ən böyük" adlandıran şirkət...
Bu gün, 08:38
"Heyif ki məhsulu nəğd almışdım..." - ETİRAZ
Bu gün, 08:30
`Kontakt Home`un müştərisi oldunsa... - GİLEY
Bu gün, 08:27
Pulgir Tramp buna razılaşacaq... - AKTUAL
Bu gün, 08:17
Əmək müqavilələri bağlamadan fiziki şəxslərin... - Ekspert danışır...
Bu gün, 08:14
London OYUNU DƏYİŞƏ BİLƏCƏKMİ? - İNCƏLƏMƏ
Bu gün, 08:10
"Dövlətdən aldığım əlillik pensiyası ilə yaşamışam..." - İNDİ İSƏ...
Bu gün, 08:05
"Oskar" mükafatının qalibləri məlum olub
Bu gün, 08:01
Mətin Eynullayev sahibkarın BAŞINA OYUN AÇIR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 08:00
Avropanın kabusu: Tramp 20 min qoşunu çıxarda bilər
Bu gün, 07:07
Oskar Kino Mükafatı mərasimində səhnədən "Slava Ukraine" şüarı səsləndi
Bu gün, 07:05
Zelenski ölkəsinin ABŞ ilə münasibətlərdəki gərginliyi aradan qaldıra biləcəyinə əmindir - GƏLİŞMƏ
Bu gün, 07:03
Ermənistan Zəngəzuru “təmizlədi”: müharibə çağırışı – Sərhəddə böyük oyun başladı
Bu gün, 06:31
"Niyaməddin müəllim mənə dedi ki, 50-100 mahnım sənə qurbandır"
Bu gün, 06:28
Rubio Rusiyanın Ukraynaya dair mümkün güzəştləri ilə bağlı şərh verməkdən imtina edib
Bu gün, 06:26
Sərkisyan və Köçəryan təkrar meydanda: Paşinyan üçün anons verildi - Görünəni odur ki...
Bu gün, 06:24
Zelenski sülh üçün ərazi güzəştləri ideyasını rədd edir - "The Guardian"
Bu gün, 06:21
Deputat Mübariz Qurbanlının təklifi cavabsız suallar doğurub - AÇIQLAMA
Bu gün, 00:57
Cavad Zərif istefa verdi - "Fars News"
Bu gün, 00:53
"Pis işlərlə məşğul olmuram, pis şeylərə baxmıram..."
Bu gün, 00:14
" 'Balım' Uşaq Bağçası pulumu aldı, 2 yaşlı uşağıma baxmadı..." - İTTİHAM VAR...
Bu gün, 00:12
Rusiya Kiyevin İrəvan və Bakı ilə münasibətlərini pozmaq üçün informasiya əməliyyatına başladı... -Ukrayna MN Baş Kəşfiyyat İdarəsi
Bu gün, 00:06
Azərbaycanlı ailə İsveçrədən qovuldu - ŞOK DETALLAR
Bu gün, 00:04
Oval ofisdəki mübahisə və ya ABŞ-ın məğlubiyyətinə doğru daha bir addım - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
“Yalnız Azərbaycan deyil, Ermənistan və Rusiya qanunvericiliyi də bu şəxslərin cəzalandırılmasını tələb edir” - GƏLİŞMƏ
Dünən, 23:30
"Əvvəl evli kişi ilə münasibəti gizlədirdilər, indi efirdə danışırlar" - MALƏSƏF... Bu faktdır...
Dünən, 23:27
Arestoviçin Əliyevlə bağlı tarixi sözləri: O, nəyi nəzərdə tutdu? - AKTUAL
Dünən, 23:25
Moskvadan ermənilərin Vardanyanla bağlı sualına cavab - “Rusiya vətəndaşları deyil”
Dünən, 23:22
İran dəyişikliyə gedir... - Prezident günahı sistemin üzərinə yıxır
Dünən, 15:14
“Putini dayandırmasaq, bu ölkələrə girə bilər” - Makron
Dünən, 15:10
Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin… - Abramyan
Dünən, 13:47
Ağ Evdəki davanın ən üzücü nəticəsi: - “Şantaj” başladı
Dünən, 13:44
Rasizadə bunu bizə qadağan etmişdi – NK-nın sektor müdiri
Dünən, 13:43
Azərbaycanın strateji rolu dünya gündəmində - İNCƏLƏMƏ
Dünən, 12:42
“Hikmət Hacıyev ilə Benyamin Netanyahunun müzakirə edəcəyi çox şey var” - AKTUAL
Dünən, 12:36
Azərbaycanda siyasətçi vəfat etdi - DOSYE
Dünən, 12:34
"Növbəti qar mövsümünədək vəzifədə qalsanız, nəzərə alın" - ETİRAZ
Dünən, 12:31
Zəngəzura görə hərbi müdaxilə… – İrəvandan gözlənilməz sərhəd həmləsi
Dünən, 12:28
"Baş verəcək hadisələrə təsir göstərmək imkanımız yoxdursa..." - deputat
Dünən, 12:24
Azərbaycanda federasiya rəsmisi qəfil vəfat etdi
Dünən, 10:48
Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq - BŞTİ
Dünən, 10:45
Azərbaycanlı müğənni 3-cü dəfə ailə qurur
Dünən, 09:16
Zelenskinin Ağ Evdə “va-bank” gedişi: Kimə güvənir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:12
"Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara isə..."
Dünən, 08:48
"Yazıçının oğlunun evdən qaçmasının günahkarı…" - ŞOK AÇIQLAMA
Dünən, 08:45
Sumqayıtda bu təhsil ocağında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Dünən, 08:27
“Bu söhbətlərlə Çimnazın atasına zərbə vurursuz, ailəsi aciz deyil ki...” - ETİRAZ
Dünən, 08:21
Tramp-Zelenski qalmaqalında Putini narahat edən detal: Bakı ehtiyatlı olmalıdır - NƏ BAŞ VERİR?
Dünən, 08:18
Norveç ABŞ gəmilərinə xidmət göstərmir - SƏBƏB ZELENSKİDİR
Dünən, 08:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru