Sahil Babayevin özünəməşğulluq oyunu: - Yeyintilərin ört-basdır edilməsinin yeni metodları
Tarix: 21-06-2021, 15:34 | Çap et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən gerçəkləşdirilən özünüməşğulluq proqramının icrasında olduqca böyük qanunsuzluqlar haqda xəbərlər səngimək bilmir, gah imkansız vətəndaşlara verilən ünvanlı sosial yardımların kəsilməsi, gah xəstə və qazilərin əlillik dərəcələrinin ləğv edilməsi, gah da pandemiya ilə əlaqədar 190 manat işsizlik müavinətinin ağlasığmaz səbəblərlə verilməməsi barədə çoxsaylı xəbərlər bir-birini əvəz edir. Son vaxtlar bu sadalananlara nazirliyin yerli strukturlarında işləyən əməkdaşların qanunsuz işdən azad edilmələri ilə bağlı xəbərlər də əlavə edilib. Nazirlik ümumilikdə ölkə əhalinin geniş narazılığına səbəb olan və mövçud iqtidarın əhali arasında nüfuzuna ciddi zərbə vuran bu hallar barədə məsələyə ya “korrupsiyaya qarşı mübarizə aparılır” ya da, köklü islahatlar aparılır, dövlət büdcəsinin vəsaitlərinə qənaət olunur” kimi pafoslu münasibətlər bildirir. Reallıq isə başqadır. Bütün imkanlar məhz baş verən qanunsuzluqların, yeyintilərin ört-basdır edilməsi üçün səfərbər edilib. Təqdim etdiyimiz elektron məktub Nazirlik rəhbərliyinin “korrupsiya ilə mübarizə”ni hansı şəkildə aparıdığını ortaya qoyur. Nazirliyin şöbə müdiri, Layihələrlə iş mərkəzlərinin kuratoru Adil Abdullayev məktubunda Mərkəz müdirlərinə yazır: “Hörmətli Mərkəz müdirləri! Bildiyiniz kimi Dövlət Məşğulluq Agentliyi Azərbaycan Banklar Assosasiyası ilə birlikdə “Özünüməşğulluğa dəstək” layihəsi həyata keçirdir. Layihə çərçivəsində Kommersiya Bankları 1000 nəfər vətəndaşı özünüməşğulluğa cəlb edib, aktivlə təmin etməlidir. 2020-cı il ərzində Kommersiya Bankları artıq 800 vətəndaşa aktivlər təqdim edib. Aktiv təqdim olunan vətəndaşlar haqqında məlumatlar və təqdimetmə zamanı imzalanmış sənədlər MAS-a yüklənməsi üçün müvafiq ƏMM-lərə yönləndırilib. Qeyd edim ki, Kommersiya Banklarının daxili prosedur qaydalarına əsasən benefisiar ilə bağlanmış Aktda aktivlərin qiymətləri göstərilməlidir. Lakın Agentliyin daxili prosedur qaydalarına əsasən MAS-a məlumat yüklənən zaman heç bir sənəddə qiymət göstərilməməlidir. Bununla əlaqədar olaraq sizdən xahiş olunur ki, layihə çərçivəsində tərtib olunmuş aktları sistemə yükləyən zaman əməkdaşlarınıza qiymət göstərilən aktların nüsxəsində qiyməti pozaraq (ağartmaq, kağız yapışdırmaq, onlayn düzəliş etmək və s.) sistemə yükləmələrinə dair tapşırıq verəsiniz.
Qeyd 1: Bu qayda ancaq Kommersiya Bankları ilə həyata keçirilən layihəyə aiddir. Qeyd 2: Qiymət yazılan hissə maksimum səliqəli formada silinməlidir kı, düzəliş olunması hiss olunmasın. Hətta imkan olsa qiymət yazılan hissə tamamilə aktdan çıxarılsın. Hörmətlə, Adil Abdullayev Şöbə müdiri”.
Bu məktub Sahil Babayevin rəhbərlik etdiyi nazirlikdə dövlətin özünəməşğulluq proqramlarına ayırdığı, illik 70 milyon manata çatan vəsaitlərin hansı üsullarla təyinatından yayındırıldığına, bunun üçün hansı qanunsuz göstərişlərin verilməsini ortaya qoyur. Təsəvvür edin ki, təkcə vətəndaşlara özünüməşğulluq proqramları çərçivəsində verilən istixanalar faktiki olaraq istifadəyə yararsızdır. Çünki adına istixana deyilən bu qurğularda faktiki olaraq istinin olması, olandan sonra orada istinin qalması mümkün deyil! Çünki vətəndaşlara təqdim olunan istixanalar elə proyektləşdirilib ki, yan hissələri açıq qalır və bu deffektin aradan qaldırılması ümumilikdə istixananın fəaliyyətinə mane olur. Yan hissələri açıq olan istixanaların içində isə qışın günü külək oynayır. İstixanaların isidilməsi üçün özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara təqdim olunan isitmə avadanlıqları isə 200 kvadrat metrlik istixananı qızdırmaq gücündə deyil! Bu isə o deməkdir ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşa Azərbaycan dövləti adından verilən istixanalar istifadəyə sadəcə yararsızdır. Üstəlik ƏƏSMN rəsmiləri vətəndaşlara torpaqlarında quraşdırdıqları istixanaların təhvil-təslim aktlarını da təqdim etmirlər. Akt niyə təqdim olunmur? Akt olsa, bilinəcək ki, sənəd üzərində istixana 25 min manatı aşan bir qiymətə rəsmiləşib. Faktiki isə vətəndaşa 3 min manatlıq istixana quraşdırılıb. Bu cür hallar isə özünüməşğulluq proqramlarının icrasının əsasını təşkil edir. Yəni akt tərtib olunsa, orada dövlətin vəsaiti hesabına vətəndaşın özünüməşğulluğu üçün təqdim olunan istixananın dəyəri bilinəcək. Aktda yazılmalıdır ki, bu akt ƏƏSMN ilə vətəndaş Filankəsovla bağlanıb, ona aktivlər təqdim olunub. Aktivlərin qiyməti – məsələn istixana 18 min manata alınaraq vətəndaşa təqdim olunub. Hər bir istixanadan – ağartmaq, kağız yapışdırmaq, onlayn düzəliş etmək yolu ilə nə qədər vəsait payi-mal olub? Təqdim olunan məktub ötən il Nazirliyin Məşğulluq Xidməti tərəfindən yerli Məşğulluq Mərkəzlərinə yazılıb. Məlumatlı olanlar bilir ki, ötən il ölkə rəhbəri özəl banklara müraciət etdi ki, onlar da imkanları daxilində aztəminatlı ailələrə öz vəsaitləri hesabına mal, qoyun, avadanlıq versinlər. Banklar da təxminən min ailəyə bu cür yardım etdilər. Amma bankların əhaliyə verdiyi aktivlər məşğulluğun verdiyi aktivlər dən daha dəyərli və keyfiyyətli idi. Üstəlik, qiymətlər müqayisə olunduqda məlum olur ki, məşğulluqdan verilən aktivlərin qiyməti banklardan verilən aktivlərin qiymətlərinə nisbətdə bir neçə dəfə şışirdilib. Məsələn bankın verdiyi bir inək min manata olduğu halda, məşğulluğun verdiyi xəstə, arıq və ya sağılmayan düyə 2 min nanata rəsmiləşib. Eləcə də bankdan verilən qoyun 100 manata, məsğulluqdan verilən qoyun 240 manata, bankdan verilən qoç 150-200 manata, məşğulluqdan verilən qoç 320 manata, bankdan verilən keçi 80 manata , məşğulluqdan verilən keçi 180 manata rəsmiləşdirilib! Sözün qısası, özəl bankların bu işə qoşulması Sahil Babayevin nazirliyinin maxinasiyalarını ifşa edib. Bankların aldığı aktivlərin qiyməti vətəndaşlara açıqlandığı təqdirdə onu hansı aqibət gözlədiyini bildiyindən Sahil Babayev yerlərə bu cür rüsvayçı tapşırıq verdirib! //REPORTYOR.İNFO//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06 |
|
|
|
|