ETSN rəsmisinin müflis etdiyi iş adamından şok faktlar - "Əvvəllər pulu nazirlikdə alırdı, dedi ki, bu dəfə evə gətirərsən"
Tarix: 4-09-2014, 11:36 | Çap et
Qəzetimizin ötən saylarında bir sıra podratçı şirkətlərin bəzi dövlət orqanlarının rəsmiləri tərəfindən aldadılmalarının, haqsızlığa məruz qalmalarının artıq təbii hala çevrildiyini yazmışdıq. Bildirmişdik ki, növbəti belə haqsızlığa məruz qalmış və bununla bağlı qəzetimizə müraciət etmiş "Bak Terminal Komp LTD" tikinti şirkətinin rəhbəri Seyidağa Mirzəyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbəri Vaqif Cavadov tərəfindən aldadıldığını, məmurun ona qarşı bir sıra hərəkətlərinin şirkət rəhbərinə baha başa gəldiyini deyir.
Qeyd edək ki, öz fəaliyyəti ilə seçilən "Bak Terminal Komp LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət sifarişli layihələrin tikintisini həyata keçirir. 12 ilə yaxındır fəaliyyət göstərən bu şirkət Bakı şəhərində və Azərbaycanın ayrı-ayrı bölgələrində bir sıra layihələri reallaşdırıb. Lakin qeyd etdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri iş adamını aldadaraq ona külli miqdarda ziyan vurub. Nazirliyin rəsmisi - Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbəri Vaqif Cavadov Seyidağa Mirzəyevi 365 min manatdan artıq xərcə salıb.
"Bak Terminal Komp LTD" tikinti şirkətinin rəhbəri Seyidağa Mirzəyev əlavə etdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbəri Vaqif Cavadov ona bir sıra villaları göstərərək həmin mülklərin bəzi vəzifəli şəxslərə məxsus olduğunu bildirib: "Vaqif Cavadov deyirdi ki, biz bu pulları mənimsəmirik. Bax, villalar tikmişik. Bütün bunlar tapşırıqlardır. Növbəti müsahibədə həmin villaların fotoşəkillərini və Vaqif Cavadovun hansı vəzifəli şəxslərin adlarını hallandırırdısa, bunları açıqlayacam. Ən azından həmin yoldaşlara müraciət edəcəyəm ki, Vaqif müəllimin mənə qarşı etdiyi ədalətsizliklərə münasibət bildirsinlər".
Ədalətsiz məhkəmə qərarı ilə üzləşdiyini deyən şirkət rəhbəri bununla barışmayacağını dilə gətirdi: "Məhkəmənin qərarı bundan ibarət oldu ki, Vaqif Cavadovun iddiası təmin edilsin. Yəni "Forma-2" və "Forma-3" ləğv olunsun. Bankdan 200 min manat pul əlavə dəyər vergisi ilə birlikdə Vaqif Cavadovun hesabına qayıtsın. Çox gülməli haldır. Bu şəxs iddia edir ki, naşı olmuşam, bilməmişəm və "Forma-2" və "Forma-3"-ə qol çəkmişəm. Yaxşı, naşı adamın bu boyda departamentin başında dayanmağa haqqı varmı? O, həmin sənədlərin bütün detallarına qədər bilir. Sadəcə, guya bu fikirlərlə özünə bəraət qazanmaq istəyir. Amma düşünmür ki, "Forma-2" və "Forma-3" ləğv olunursa, mən necə məsuliyyət daşıyıramsa, o da qanun qarşısında məndən də artıq məsuliyyət daşıyır".
Sual olunur: - belə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbəri Vaqif Cavadovun bu məsələləri öz üzərindən atmasında məqsəd nədir? "Bak Terminal Komp LTD" tikinti şirkətinin rəhbəri Seyidağa Mirzəyev bildirdi ki, Vaqif Cavadovun bu günahları öz üzərindən atmağa çalışmaqla nazirlik rəhbərliyindən gizli işlərini məxfi saxlamağa çalışır: "Düşünürəm ki, onun mənimlə bağlı bir sıra işlərindən nazirin xəbəri olmayıb. Özünə bəraət qazandırmaq istəyir. Guya mən pulu almışam, amma işləməmişəm. Lakin əksinə olub. Belə ki, Vaqif Cavadov pulun 42 faizini məndən alıb. Və öz hesabıma mənə təkrar-təkrar işlər gördürüb. Məsələn, Şabran rayonunda Şahdağ Milli Parkının inzibati binasını tikmişəm. Orada bir yarımçıq bina da var idi. Heç inzibati binadan geri qalmırdı. Onu müfəttiş bina adlandırırdılar. Dedi ki, o binada heç bir təmir işi aparılmayacaq. Çünki onun təmirini başqasına vermişdi. O adamın da pulunu ödəməmişdi. Həmin şəxs də gecə-gündüz gəlirdi, ondan şikayətçi idi. Söhbətimiz belə olmuşdu. O adam da müqaviləsiz görmüşdü. Həmin adamın pulunu verməmişdi. Bizim hesabımıza pulu köçürdü. Onun gördüyü işləri "Forma-2"-ə saldı. Onun pulunu da məndən aldı. Dedi ki, bu işi sən görməmisən. Həmin binanın fotoşəkillərini sizə təqdim edə bilərəm. Gedib baxış keçirə bilərik. Vaqif Cavadov həmin binanı mənə ideal şəkildə təmir etdirdi. Bizim bu işlərə ən azı 65 min manat xərcimiz çıxdı. Yeni tikdiyimiz binadan geri qalmasın deyə, həmin binanı da müasir vəziyyətə saldıq".
"Bak Terminal Komp LTD" tikinti şirkətinin rəhbəri Seyidağa Mirzəyev bildirdi ki, binanı aqlay daşı ilə üzləyiblər. Çölünü, içini və hətta həyətini təmir ediblər: "Orada əvvəldən nəzərdə tutulmayan işləri gördük. Həmin kompleksə çox gözəl giriş qapısı tikdik. Habelə onun yanında növbətçi, nəzarətçi otaqları. O giriş qapısını Şamaxı rayonunda tikəcəyimiz giriş qapısıyla əvəzlədik. Amma indi mənə böhtan atır ki, Şamaxı rayonunda özümüz tikmişik. Təbii ki, özün tikmədin, dəyişdirdin. Bu adamlar nə layihəyə, nə ekspertizanın rəyinə istinad edirlər. Layihəni alıb verirlər, amma sonradan özlərinin istədikləri formada tikdirirlər. Bu, bir xəstəliyə çevrilib - sifarişçi nə tələb edirsə, onu yerinə yetirməlisən. Bu məsələlər qalır sifarişçinin öhdəsində. Sifarişçi isə maraqlanmır ki, həmin işlərin xərci nə qədərdir, neçəyə başa gəlir. Binaları istədikləri vaxt sökdürür, istədikləri vaxtda da inşa etdirirlər. Amma buna çəkilən xərcləri - fəhlələrin əmək haqlarını, materialların pullarını nəzərə almırlar".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbəri Vaqif Cavadov özü də söylədikləri ilə özünü təkzib edib: "Bir yerdə ifadə işlədib ki, mən işlədiyim rayonlarda dükanlara borclu qalmışam. İşçilərin pulunu verməmişəm. Onun bu sözləri də sübut edir ki, mən həmin işləri görmüşəm və dükanlara borclu qalmışam. Əgər mən həmin yerlərdə işləməsəydim, giriş qapıları düzəltməsəydim, fəhlələrə və dükanlara necə borclu qala bilərdim?"
Təəssüf ki, bu məsələlər cəmi 10 dəqiqəlik məhkəmə prosesində öz əksini tapmayıb. Seyidağa Mirzəyev vurğuladı ki, hakimin qərarı ilə razı deyil: "Təbii ki, mən bunlarla razılaşmıram və razılaşmayacam da. Bütün aidiyyəti qurumlara müraciət edəcəm. Çünki Vaqif kimi şəxslər o qədər çoxalıb ki, ədalətli insanlar da onların kölgəsində ləkələnirlər. Artıq apellyasiya şikayəti vermişik və hüquqlarımızın qorunmasını tələb edəcəyik".
Onun sözlərinə görə, Vaqif Cavadov guya məsələləri anlaşıqlı yolla həll etmək istəyini ifadə edib: "Guya məsələləri normal şəkildə həll etmək istəyini ifadə edib. Mən danışıqlardan qaçmıram. Hər şeyin həlli danışıq yoludur, sülh və razılaşmadır. O vaxt da onlara bildirmişdim ki, məndən sonra nəsə işləmisinizsə, obyektə xərciniz çıxıbsa, gəlin siz də, mən də xərclərimizi ortaya qoyaq. Əgər əlavə nəyi isə düşünmüsünüzsə və xərciniz çıxıbsa, bu, başqa məsələ".
"Bak Terminal Komp LTD" tikinti şirkətinin rəhbəri Seyidağa Mirzəyevin sözlərinə görə, ona başqa obyektin tikintisi ilə bağlı aldadıcı vədlər verilib: "Söz verdilər ki, sənə əlavə obyekt verəcəyik. Onunla bu məsələni bağlayacağıq. Mən o nöqteyi-nəzərdən bu işlərə getdim ki, yəqin növbəti obyektlərdə bunları nəzərə alarlar. Bu da olmadı. Çünki onların adətidir: - sifarişlə iş görən bütün iş adamlarına meşə qıran, tarla yandıran şəxslər kimi baxırlar. Bizə də bu gözlə baxırdılar. Vaqif Cavadovun bu hərəkətlərindən sonra şirkətimiz çox geri getdi. Şəxsən mən hələ özümə gələ bilməmişəm. Həm məhkəmə prosesi, həm də bizim özümüz üçün də yaxşı deyil ki, sifarişçi ilə konfliktə girək. Axı digər sifarişçi bilmir ki, haqlı kimdir, nahaq kim. Amma respublikamızda bu məsələlərdə ən çox adı hallandırılan qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Təsəvvür edin: - hər 10 sifarişçidən 9-u bu vəziyyətə salır".
Seyidağa Mirzəyev sonda qarşı tərəfə öz xəbərdarlığını da ünvanladı: "Mən gözləyirəm. Səmimi şəkildə dəvət etsələr, dəvətlərini qəbul edib, bu məsələləri müzakirə edərəm. Əgər Vaqif müəllim ədalətsiz mövqeyindən əl çəkməsə, aidiyyəti orqanlara müraciət edəcəm. Ən sonda cənab prezidentə üz tutacam. Qeyd edim ki, xəzinədarım öz əliylə ona 128 min 500 manat pul verib. Şəxsən mənim xəzinədarım həmin pulu Vaqif Cavadova evində çatdırıb. Əvvəllər pulu nazirlikdə alırdı. Mən ona zəng vuranda dedi ki, bu dəfə pulu nazirliyə yox, evə gətirərsən. Göstəriş verdim və xəzinədarım iki işçiylə həmin pulu ona Əhmədli qəsəbəsində yerləşən evində verdi. Yeri gəlmişkən, onun Qusardakı evini "prorav"ım - iş icraçım tikib. 6 ay onun evinə gedib gəlmişəm. Şahdağ kompleksini tikən iş icraçım Vaqif Cavadovun da evini tikdi. Vaqif Cavadovun göstərdiyi villaların da fotoşəkillərini təqdim edəcəm və onun bu mülklərin sahibi kimi kimlərin adlarını hallandırdığını açıqlayacam. Vaqif Cavadov deyirdi ki, bu villaları biz tikmişik". \\ gundelik-bakı \\ Qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|