Yerlərdəki hökumətlərin "Elektron hokumət" qorxusu nə ilə bağlıdır? - "Elə qurumlar, nazirliklər var ki"...
Tarix: 21-10-2014, 11:23 | Çap et
Bir çox rayon icra hakimiyyətləri ölkədə "elektron hökumət"in tətbiqindən xəbərsizdirlər?! Azərbaycanda bəzi rayon icra hakimiyyətlərinin saytları faktiki olaraq qeyri-işlək vəziyyətdədir. Həmin saytlar arasında elələri var ki, hətta iki ilə yaxındır yenilənmir.
Məsələn, Qusar rayon İcra Hakimiyyətinin saytı sonuncu dəfə 21.12.2012-ci il tarixdə yenilənib. Əvvəlki aylarda da məlumatlar azlıq təşkil edir. İcra başçısı haqqında qısa məlumat var, şəkil yoxdur. Video qalereya bölməsi ümumiyyətlə aktiv deyil. Oğuz rayon İcra Hakimiyyətinin saytında isə bir ildir heç bir yenilənmə yoxdur. Son dəfə sayta 27.12.2013-cü il tarixdə informasiya yerləşdirilib. Video qalereya bölməsi ümumiyyətlə aktiv deyil. İcra başçısı haqqında məlumat və şəkli var. Sabirabad rayon İcra Hakimiyyətinin saytı son olaraq 13.06.2014-cü il tarixdə yenilənib. Video qalereya bölməsi ümumiyyətlə aktiv deyil. İcra başçısı haqqında geniş məlumat və şəkli yoxdur.
Xatırladaq ki, "Elektron hökumət"in tətbiqi prosesinin geniş miqyasda həyata keçirilməsi ilə bağlı ilk dövlət proqramı 2005-2008-ci illəri əhatə edib. Bu illərdə əsas istiqamət "Elektron hökumət"in tətbiqinə hazırlıq proseslərinə yönəldilib. Prezident İlham Əliyev 2010-cu il avqustun 11-də "Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda dövlət idarəçiliyinin bütün səviyyələrində İKT-nin tətbiqi, dövlət orqanlarının göstərdiyi xidmətlərin operativliyinin və keyfiyyətinin artırılmasının zəruriliyi öz əksini tapıb. Ölkə başçısının 2012 il aprelin 16-da Nazirlər Kabinetinin iclasında "elektron hökumət"in qurulması sahəsində aparılan işlərin vəziyyətinə münasibəti də diqqətəlayiqdir. Dövlət başçısı elektron xidmətlərin geniş şəkildə tətbiq edilməsinin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə çox böyük amil olduğunu deyib, ölkədə elektron quruculuğu sahəsində vəziyyətin ürəkaçan olmadığını vurğulayıb: "Elə qurumlar, nazirliklər var ki, tam şəkildə, elektron xidmətləri göstərir. Məndəki siyahıda elə qurumlar var ki, elektron xidmətləri, qismən, göstərir. Elə qurumlar da var ki, ümumiyyətlə, elektron xidmət göstərmir. Mən o qurumların adlarını, hələ ki, çəkmək istəmirəm, iki həftə vaxt verirəm, hər bir dövlət qurumunda elektron xidmət yaradılmalıdır". Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin yerli icra hakimiyyəti başçısının vəzifələri ilə bağlı 3-cü maddəsinin 3.1.21 bəndində deyilir: "Yerli icra hakimiyyəti orqanının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, yerli icra hakimiyyətinin internet saytının yaradılmasını, malik olduğu və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın yeniləşdirilməsini təmin edir, ilin yekunları ilə bağlı yerli icra hakimiyyətinin fəaliyyətinə dair hesabatı dərc etdirir, öz fəaliyyətində ictimai rəyi nəzərə alır". Bütün bunlardan sonra ölkənin hələ də bir çox rayon icra hakimiyyətlərinin saytlarının biabırçı durumda olması anlaşılmır. Bunu həmin rayonların icra başçılarının ölkə rəhbərliyinin iradəsinə qarşı çıxması kimi də dəyərləndirmək olar. "Elektron hökumət"lə bağlı bu qədər ciddi addımların atıldığı, sərəncamların imzalandığı vaxtda icra başçılarının rəhbərlik etdikləri rayon icra hakimiyyətlərinin saytlarının işləkliyini təmin etməməsi təəccüb və təəssüf doğurur. Eyni zamanda araşdırmalar göstərib ki, rayon və şəhər icra hakimiyyətlərinin əksəriyyətinin saytında başçı haqqında məlumatlar çox qısadır. Hətta bəzilərinin, sadəcə, doğum tarixi və ölkə başçısının onun rəhbər təyin olunması ilə bağlı sərəncam verməsi qeyd edilib. Bəs görəsən, sakin bilməli deyil ki, onun rayonuna və ya şəhərinə rəhbərlik edən şəxsin ali təhsili, elmi dərəcəsi, iş təcrübəsi nədən ibarətdir?. Prezidentin rəsmi internet saytında ölkə başçısının geniş tərcümeyi-halı qeyd olunduğu halda görəsən niyə bəzi rayon icra hakimiyyətləri başçıları vətəndaşlardan "gizlənirlər"?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|