Polis rəisinin ardından Qubanın icra başçısı da Bakıda vəzifəyə gəlmək istəyir - Amma özünü hədəfə çevirib...
Tarix: 5-11-2014, 11:48 | Çap et
2012-ci ilin 15 mart günü Quba rayonu və onun problemli sakinlərinin həyatı üçün yeni dövrün başlanğıcı kimi yadda qaldı. Həmin gün axşam saat 17:00-də Mübariz Ağayev rayon ictimaiyyətinə təqdim olundu. Bu təyinata qədər Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Mübariz Ağayevin Qubanın icra strukturunun rəhbəri təyin edilməsi sakinlər tərəfindən maraqla qarşılanırdı. Çünki onlar bu məmurun rayondakı problemləri həll edəcəyini düşünürdülər. Bir sözlə, Quba rayonuna əslən bu rayondan olan şəxsin icra başçısı təyin ediləcəyi barədə ehtimallar doğrulmadı.
Son vaxtlar ölkə mətbuatında Quba rayonu ilə bağlı tənqidi materialların dərci daha da intensivləşməsi onu göstərir ki, qubalıların Mübariz Ağayevlə bağlı ümidləri puç olub. Bu informasiyaların və materialların böyük əksəriyyəti həm kütləvi informasiya vasitələrinə, həm də digər instansiyalara əsasən yerli mənbələr tərəfindən təqdim olunan məlumatlar əsasında hazırlandığını nəzərə alsaq, onda rayonda durumun getdikcə daha pis vəziyyətə yaxınlaşması barədə aydın təsəvvür formalaşdırmaq olar. İlk növbədə, xüsusi olaraq qeyd etmək istərdik ki, bu gün rayon sakinlərini ən çox narahat edən məsələlər rayonda bir sıra problemlərin, ayrı-ayrı məmurlarla bağlı korrupsiya hallarına dair şübhəli məqamların artmasıdır. Sakinlərin sözlərinə görə, rayonun sosial inkişafı ilə bağlı büdcədən ayrılan vəsaitlər şəxsi məqsədlər üçün istifadə olunur. Bütün bunlar isə rayonun bərbad hala düşməsinə gətirib çıxaran səbəblərdəndir. Sakinlər deyir ki, icra başçısının dəyişməsindən sonra Qubada vəziyyət daha da pisləşib. Bir sıra məmurların rayonun mərkəzi hissələrində yerləşən yaşıllıq sahələrini məhv edərək yerini müxtəlif iş adamlarına satdığı deyilir. Bildirilir ki, Qubanın mərkəzində yaşayan əhali istirahət etməyə yer tapmır. Mövcud olan istirahət parklarının ərazisində qanunsuz tikinti işləri həyata keçirilir. Ağacları qıran şəxslərin əksəriyyəti icra strukturunun adamlarına arxalanırlar. Sakinlərin sözlərinə görə, Mübariz Ağayevin rayona icra başçısı təyin edilməsindən sonra Qubanın bəzi yerlərində abadlaşma adı altında, habelə rayonun mərkəzində və kəndlərində adı "Qırmızı Kitab"a düşən 296 "Xan çinar" adlanan ağacları kəsilib. Sakinlərlə görüşündə onların təsəvvüründə xoş təəssürat yaratmağa çalışan icra başçısı vəzifəyə yenicə təyin olunanda kənd yollarının təmir ediləcəyinə və ucqar yaşayış massivlərində qaz, işıq və su probleminin aradan qaldırılacağına dair söz versə də, hələ də bu vədlərə əməl olunmayıb. Xüsusən Qubanın kənd yolları olduqca bərbad durumdadır. Əvvəllər Mingəçevir şəhərinin icra başçısı vəzifəsində çalışmış bu məmur Qubaya icra başçısı təyin olunandan indiyə kimi prezident tərəfindən bir neçə dəfə rayon icra hakimiyyətinə külli miqdarda vəsait ayrılıb. Maraqlıdır, bəs hanı o pullarla görülən işlər? Alma diyarı nəyə görə bu hala düşüb? Sakinlər bildirirlər ki, normal şəkildə qaz, işıq və su ilə təmin olunmurlar: "İcra strukturunun rəsmiləri bildirirdilər ki, rayonun guya kanalizasiya xətləri yenidən qurulub. Yağış yağan kimi bütün sistem sıradan çıxdı. Mübariz Ağayev bizə verdiyi vədlərin hamısına əməl etmədi. O, icra başçısı vəzifəsinə təyinat aldığı ilk günlərdə dövlət başçısının etimadını doğrultmağa çalışacağını deyirdi. Həmin vaxt rayonumuzda yaranmış vəziyyəti dəyərləndirən yeni icra başçısı daha Qubada narazılıqların olmayacağına əminliyini ifadə edirdi. Bildirirdi ki, narazılıqlar köhnə rəhbərliyə qarşı idi. Artıq o yoxdur və vəd edirdi ki, daha heç bir narazılıq gözlənilmir. Biz sakinlərə münasibətinə gəlincə, Mübariz Ağayev deyirdi ki, fəaliyyətində insanların etimadını qazanmağı düşünür. Hətta demişdi ki, mən cənab prezidentin etimadını doğrultmaqla yanaşı, çalışacağam ki, insanların da etimadını qazanım. Bəs nə oldu? İki il səkkiz ay Qubadakı problemləri həll etmək üçün kifayət qədər böyük zaman müddətidir. Görünür, Mübariz Ağayev sadəcə, rayon sakinlərində özü barəsində müsbət təsəvvür formalaşdırmağa çalışırmış".
Sakinlər bildirirlər ki, görünür elə bu səbəbdən Quba rayonunun sosial problemlərini həll edə bilməyən icra hakimiyyətinin başçısı Mübariz Ağayev son zamanlar bir sıra çətin problemlərlə üzləşib. Belə ki, ona göstərilən etimadı doğrulda bilməyən Mübariz Ağayev nüfuzlu məmurlardan birinin haqlı qınağına tuş gəlib. Onun Mingəçevirdən Qubaya təyinatı rayondakı problemlərin həllinə hesablansa da, icra başçısının öz səlahiyyətlərini layiqincə yerinə yetirə bilməməsi Mübariz Ağayevin fəaliyyətinin təftiş edilməsi məsələsini gündəmə gətirib. Sabiq icra başçısı Rauf Həbibovun vəzifəsindən kənarlaşdırılması fonunda Mübariz Ağayev rahatlıqla Qubaya təyinat ala bilsə də, bu yaşayış məskəninin tərəqqisinə nail ola bilməyib. Üstəlik, son dövrlər icra başçısının adının bir sıra xoşagəlməz məsələlərdə hallandırılması Mübariz Ağayevin yeni "üsullarla" çalışdığını göstərir. Deyilənə görə, o, bəzi şəxslərə qarşı aqressiv davranır, yaxud "həssaslıq" nümayiş etdirir. Bu barədə xeyli sayda məlumatlar yayılmaqdadır. Quba rayonunun icra başçısı barəsində mətbuatda yayılan xoşagəlməz məlumatlar onu deməyə əsas verir ki, Mübariz Ağayev öz fəaliyyətində xeyli arxayınlaşıb. Rayonda məmur özbaşınalıqlarının sayının artması, əhalinin gün-güzəranın pisləşməsi, işsizliyin tüğyan etməsi belə deməyə əsas verir ki, Mübariz Ağayevin karyerası sona yaxınlaşır. İcra başçısı tərəfindən rayonda fəaliyyət göstərən sahibkarların hüquqlarının bir çox hallarda tanınmaması, sahibkarlıq fəaliyyəti, icarə münasibətləri və digər qarşılıqlı münasibət formalarını tənzimləyən qanunlarının bir sıra hallarda pozulması hallarının olması onun Qubanı öz "dəst-xəttilə" idarə etməsinə dair söylənilən fikirlərin həqiqətə yaxın olduğunu ortaya qoyur.
Bununla bağlı əldə etdiyimiz digər məlumatlarda bildirilir ki, Mübariz Ağayev rəhbərlik etdiyi rayonun problemlərinin həlli ilə yetərincə məşğul olmasa da, öz rifahının yüksəldilməsini daim diqqət mərkəzində saxlayır. Buna çoxsaylı sübutlardan biri kimi də, yayılan məlumatlarda başçının rayonda özünə dəyəri milyon manatlarla ölçülən bir neçə villa inşa etməsinin vurğulanmasıdır. Bildirilir ki, icra başçısı rayonun istirahət yerlərindən sayılan Qəçrəş və İkinci Nüğədi kəndlərinin ərazisində dəbdəbəli, müasir dizaynda 3 mərtəbəli villalar inşa etdirib. Sakinlərin sözlərinə görə, Mübariz Ağayev istirahət günlərini çox vaxt Qəçrəş kəndindəki imarətində keçirir. Ona görə ki, burda rahatlıq və istirahət üçün hər cür şərait mövcuddur. Həmin malikanələrin müasir standartlara uyğun, Avropa üslubunda tikildiyi vurğulanır. Bu malikanələrin saxlanmasına da külli miqdarda vəsaitin sərf olunduğu qeyd edilir. Hətta deyilənə görə, Qəçrəşdəki villanın ətrafında çoxlu sayda izləmə kameraları quraşdırılıb, burada çoxsaylı gözətçilər xidmət göstərir.
Qubalılar ən çox rayon icra hakimiyyətinin başçısının yerli əhaliyə, xüsusən sahibkarlara ciddi problemlər yaratmaqda davam etməsindən şikayətlənirlər. Deyilənə görə, Mübariz Ağayev bu məsələlərdə Qubanın bir sıra köhnə məmurlarının da köməyindən istifadə edir. Bildirilir ki, icra başçısının müavinlərindən biri bir müddət əvvəl rayon icra hakimiyyəti tərəfindən verilmiş rəsmi sənədləri "etibarsız" kimi təqdim etməyə çalışıb. Həmin şəxs həddindən artıq şəffaf pərdənin örtüyü altında Qubada sahibkarlarına qarşı "səlib yürüşünü" davam etdirməyə səy göstərir. Qubalıların sözlərinə görə, icra başçısı Mübariz Ağayevin kadr siyasətini düzgün həyata keçirməməsi rayonun problemlərini artırıb. Deyilənə görə, icra başçısı müxtəlif üsüllarla ən mühüm vəzifələrə məhz özünə yaxın adamlarının təyin olunmasına nail ola bilib. Bu və digər bir sıra önəmli məsələlərlə bağlı redaksiyamızı bilgilərindirən rayon sakinlərinin sözlərinə görə, hazırda Qubanın bir sıra "prestijli" sahələri icra başçısına sadiq olan şəxslərə məxsusdur. Həmin səbəbdən də, onlar da Mübariz Ağayevə sadiqlikləri ilə seçilir, onun bütün göstərişlərini qeyd-şərtsiz həyata keçirirlər. Rayonda bir sıra məmurların özbaşınalıqlarının ən yüksək həddə çatması vəzifəli şəxslərin Mübariz Ağayevin onlara inamından süni şəkildə yararlandıqlarını göstərir. Sadalanan faktlar, habelə bir qəzet yazısının içinə sığa bilməyəcək qədər problemlər hazırkı icra başçısından Bakıya şikayətlərin çoxalması, rayon vətəndaşlarının sosial problemlərinin artması onu göstərir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevi Nizami rayon İcra hakimiyyətinin başçısı Məharət Mustafayevin aqibəti gözləyə bilər.
Xatırladaq ki, Mübariz Ağayev icra başçısı səlahiyyətlərinin icrasına başladığı ilk günlərdə parlament seçkiləri öncəsi seçiciləri qarşısında vədlər verən bir sıra namizədlər kimi bir sıra vədləri ilə gündəmə gəlmişdi. 2012-ci ilin martında mətbuat qarşısına çıxan yeni icra başçısı dövlət başçısının etimadını doğrultmağa çalışacağını iddia edirdi. Qubada yaranmış vəziyyəti qiymətləndirən Mübariz Ağayev daha bu rayonda etirazların olmayacağına əminliyini ifadə edirdi: "Narazılıqlar köhnə rəhbərliyə qarşı idi. Artıq o yoxdur və daha heç bir narazılıq gözlənilmir". Qubalılara münasibətinə gəlincə, Mübariz Ağayev deyirdi ki, fəaliyyətində insanların etimadını qazanmağı düşünür: "Mən cənab prezidentin etimadını doğrultmaqla yanaşı, çalışacağam ki, insanların da etimadını qazanım".
Qubalıların çoxsaylı şikayətlərinin qəbul olunmaması, qeydiyyata götürülməməsi, problemlərin həll edilməməsi, vətəndaşların haqlı narazılıqlarının dinlənilməməsi, həmin istiqamətdə müvafiq addımların atılmaması Mübariz Ağyevin karyerasının sonunu gətirə bilər. Sakinlər bildirir ki, son günlər rayonda baş verənlər yuxarı dairələrin də diqqət mərkəzindədir: "Artıq Bakıda da Qubada nələrin baş verdiyini bilirlər. Bu səbəbdən də yaxın günlərdə Mübariz Ağayevin fəaliyyəti təftiş ediləcək. Qubanın icra başçısı yuxarıların qınağı ilə üzləşməsi aidiyyəti orqanların rayonumuzda yoxlamalar həyata keçirəcəyi ilə nəticələnəcək".
Bütün bunlar onu göstərir ki, Mübariz Ağayevin fəaliyyəti Qubada abadlıq və quruculuqdan daha çox problemlər yaradır. Rayonun iqtisadiyyatı inkişafdan qalıb, ÜDM azalıb. Rayon təhsili, səhiyyəsi acınacaqlı durumdadır. Burada ünvanlı sosial yardımların verilməsi ilə bağlı bir sıra problemlərin yarandığı vurğulanır. Habelə payız mövsümünün sərt keçməsi ilə əlaqədar rayonun bir sıra dağlıq kəndlərində istilik - mavi yanacağın və elektrik enerjisinin nəql edilməsində fasilələr yaranır. Belə çıxır ki, aidiyyəti qurumların qışa hazır olmamaları Qubanın kəndlərini bu il də qazsız və işıqsız qoyacaq. Halbuki Quba Rayon İcra Hakimiyyətinin binasının yerləşdiyi rayon mərkəzində həm işıq, həm də qaz var. Rayonun vəzifəli şəxsləri elektrik enerjisi və istiliklə təchiz olunmuş geniş, rahat kabinetlərdə işləyirlər. Rayonun ucqar, dağ və dağətəyi kəndlərinin sakinləri isə Qubanın müvafiq strukturlarından kömək, yardım və azacıq diqqət istəyirlər. Bütün bunlar onu göstərir ki, Quba hələ 2012-ci ildə qalıb. Mübariz Ağayevin qeyri-qənaətbəxş fəaliyyəti rayonu tənəzzülə aparır. \\ gundelik-baku.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|