"Sirkin ərazisi texniki sənədlərə görə zəbt olunub, biz təcrid vəziyyətdəyik".. - ŞİKAYƏT VAR
Tarix: 26-06-2015, 11:17 | Çap et
...Belə bir iddianı Bakı Dövlət Sirkində çalışan və hələki adının çəkilməsini istəməyən işçilərdən biri “Təzadlar”a göndərdiyi məktubunda irəli sürüb... Şikayətçinin yazdığına görə, Bakı Dövlət Sirkinin fəaliyyəti neçə illərdir ki, məhdudlaşdırılıb, ərazisi zəbt olunub, sirkin havalandırma sistemi buradakı “Görüş” adlı restoranın kabab tüstüsündən iflic vəziyyətdədir: “...Biz neçə gün əvvəl xəbər tutduq ki, qəzetinizdə bu barədə bizim üçün olduqca ciddi bir məsələyə toxunmusunuz. Bəli, dəfələrlə bu restoranın sahibinə deyilib ki, Sirkin ərazisi texniki sənədlərə görə zəbt olunub, biz təcrid vəziyyətdəyik... Hətta mən şəxsən xatırlayıram ki, əvvəlki direktorumuz Maqbet Bünyatov bu məsələnin üstünə ciddi şəkildə getdi, “Görüş” restoranının, səhv etmirəmsə, Vaqif adlı sahibi ilə bağlanmış müqaviləni pozmaq istədi, Vaqif adlı həmin şəxs direktoru az qala hədələtdi, üstünə “Səlib yürüşü” etdi, sonda direktorumuzu işdən şıxardılar...
“Sirkə körpə balalarımız gəlir, burada restorandan qalxan kabab tüstüsü ətrafa yayılır, uşaqlar isə qışqırıb valideynlərindən kabab tələb edirlər”
Axı belə də haqsızlıq olar? Sirkə körpə balalarımız gəlir, burada restorandan qalxan kabab tüstüsü ətrafa yayılır, uşaqlar isə qışqırıb valideynlərindən kabab tələb edirlər. Bu səbəbdən də son illər sirkə gələn uşaqların sayı azalıb, çünki valideynlər kabab istəyən uşaqlarının öhdəsindən gələ bilmirlər. Ən dəhşətlisi, biz iki il əvvəl buraya canavarlar gətirmişdik... Bir aydan çox müddətə bu heyvanlar ipə-sapa yatmadılar. Butün günü ulayır, əti yemirdilər. Onlara qulluq edən zootexnik bizə dedi ki, heyvanlar dəli olub, təcili başı çıxan həkim çağırmalıyıq. Sonra birdən bir nəfər təsadüfən, yazığı gəlib əlindəki buterboradın arasındakı lüləkababı boz canavarlara atdı, onlar tələskən halda yedilər və səslərini kəsdilər.
"Yazıq canavarlar burnunu havaya tutub ulayır, dişlərini qıcayırdılar, burunlarını kabab tüstüsü gələn tərəfə tutub zingildəyir, qəribə səs çıxarırdılar..."
Məlum oldu ki, “Görüş” restoranından gələn kabab iyi canavarların qəfəsinin istiqamətindədir. Yazıq canavarlar burnunu havaya tutub ulayır, dişlərini qıcayırdılar, burunlarını kabab tüstüsü gələn tərəfə tutub zingildəyir, qəribə səs çıxarırdılar. Biz qəfəsin yerini dəyişdik, bəla sovuşdu... Amma mənbə hələ də buradadır, “Görüş” restoranı ərazimizi zəbt edib. Sizdən xahiş edirik, Mədəniyyət və Turizm Nazirliyinə, Dövlət Əmlak Komitəsinə rəsmi sorğu göndərin, görəcəksiniz ki, bu restoran icarə müqaviləsi əsasında fəaliyyət göstərir, ərazini isə müqavilədən xeyli çox sahədə zəbt edib... Vaqif adlı şəxs (sonradan öyrəndik ki, Mərhum Prezident, görkəmli dövlət xadimi Heydər Əliyevin 20 avqust 1993-cü il tarixli fərmanı ilə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilmiş, lakin Prezidentin 14 avqust 1995-ci il tarixli digər bir fərmanı ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Vaqif Şıxəliyevdən söhbət gedir) buranı özəlləşdirmək istəyib, amma imkan verməyiblər... Hörmətli “Təzadlar”, sizə inanırıq, Bakı Dövlət Sirkinin rəhbərliyinə də rəsmi sorğu göndərin, müqaviləni tələb edin. Onda hər şey üzə çıxacaq”. Şikayət ərizəsi ilə bağlı dünən adı çəkilən ünvanlara- Mədəniyyət və Turizm Nazirliyinə, Dövlət Əmlak Komitəsinə və Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadəyə rəsmi sorğu göndərdik. Qanunvericiliyin tələblərinə görə, qısa vaxtda alacağımız rəsmi cavablarla bağlı oxucuları məlumatlandıracağıq. Həmçinin şikayətdə adı çəkilən Vaqif Şıxəliyevlə də telefon əlaqəsi yaratmağa çalışdıq. Lakin V.Şıxəliyevə çox yaxın olan şəxslərdən biri onun mobil telefonunu bizə verməkdən imtina etdi... Bu isə o demək idi ki, üzdə V.Şıxəliyevi canı-dildən dəstəkləyən adını çəkmək istəmədiyimiz həmin şəxs, əslində, hansısa səbəb və ya maraqlarından onun ziyanına işləyir, mövqeyini öyrənməyimizə mane olur, bununla da daha bir qalmaqala son verilməsini istəmir... Deməli, kimlərəsə, belə bir qalmaqal lazımdır... Mövzuya mütləq qayıdacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
|