“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                 

Harınlamış məmur övladları üçün yeni dönəm - Hədəfdədirlər...
Tarix: 14-07-2015, 09:59 | Çap et
Harınlamış məmur övladları üçün yeni dönəm
Məmur övladlarının harınlıq və qudurğanlığı qarşısı alınmaz prosesə çevrilib. Ölkə prezidentinin qudurğan, xuliqan məmur övladlarının ciddi cəzalandırılması, övladlarının hərəkətlərinə görə atalarının işdən azad olunacağı barədə səsləndirdiyi bəyanatlar cəmiyyət tərəfindən birmənalı şəkildə dəstəklənir. Bununla bağlı görülən tədbirlər, neqativ davranışlara yol verən bəzi məmur övladlarının həbs edilməsi, atalarının işdən çıxarılması və ən yüksək səviyyədə mövzunun diqqətdə saxlanılmasına baxmayaraq hələ də irad və tövsiyyələrdən lazımi nəticə çıxartmayan məmur övladları yetərincədir.

Demək olar ki, hər gün ya dövrü mətbuatda, ya da sosial şəbəkələrdə hansısa məmur övladlarının yeni sərgüzəştləri haqda çeşidli informasiyalara rast gəlirik. Bu isə belə düşünməyə əsas yaradır ki, ictimai həyatımızda baş verən neqativlərin səbəblərini dərindən analiz etmədən, milli-mənəvi dəyərlərimizlə ziddiyyət təşkil edən hadisələrin səbəb-nəticə əlaqələrini izləmədən, təlimin, tərbiyənin, tədrisin, ictimai mühitin, genoloji faktorların vəhdətindən doğan kamil insan problemini ortaya gətirmədən bu sahədə pozitiv nailiyyətlər əldə edilməsini düşünmək çox tezdir. Bu baxımdan harınlıq edən məmur övladının hərəkətinə görə məsuliyyəti ilk növbədə onun valideynləri daşıyır. Zənginlik içərisində naz-nemətlə böyüyən, həyatda hər şeyi çox asanlıqla əldə edən məmur övladlarının bu şərtlər içərisində normal Azərbaycan vətəndaşı kimi yetişməsi kifayət qədər çətindir. Pulun və atasının vəzifəsinin hər şeyi həll edəcəyini düşünən bu ərköyün uşaqlar bunun belə olmadığını dərk edəndə isə çox gec olur: ya həbsxana hücrəsində nəyi harada yanlış etdiyini düşünərək, ya da vəzifədən çıxarılmış atasının əslində qanunlar qarşısında nə qədər gücsüz olduğunu müşahidə edərək əsl həqiqətləri başa düşür. Amma daha yaxşı olardı ki, bütün bunlar baş vermədən məmur övladları qanun qarşısında hamının bərabər olması həqiqətini qəbul edə.
Belə olmayanda isə sosial qütbləşmə dərinləşir, bir qrup məmur insanları talayaraq, özlərinə şərait qurur, qanundankənar əməllərlə məşğul olur, xirtdəyə qədər koorupsiyaya batırlar. Sözsüz ki, bu da narazılığa səbəb olur. Yəni, artıq məmur və onların harınlamış övladları insanlarda qıcıq yaradır. Çox da uzaq olmayan keçmişimizdə İsmayıllıda, Qubada məhz bu kontekstdə narazılıqlar oldu.
Pulun, var-dövlətin hansı yolla, necə qazanılmasından ümumiyyətlə xəbərləri olmayan “papanın gül balaları” zənginlikləri ilə öyünür, sosial şəbəkələrdə bahalı avtomobillərinin fotolarını paylaşır, dünyanın lüks məkanlarındakı istirahətlərindən görüntülər yayınlayırlar. Sanki bir-birilə bəhsə girişiblər. Bahalı avtomobillərini, yaxtalarını, istirahət etdikləri məkanları, toy-nişan mərasimlərini və ora dəvət etdikləri Hollivud ulduzlarını, Türkiyə məşhurları ilə birgə şəkillərini, hətta qol saatlarını da bütün ölkəyə nümayiş etdirənlər də var.
Konkret misallara gəlincə isə bununla bağlı çoxsaylı faktlar göstərmək olar. Yuxarıda da qeyd etdiyimiz kimi araşdırmalardan sonra elə məlum İsmayıllı olaylarının birbaşa o zaman Əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutan Füzuli Ələkbərovun oğlu sayəsində "körükləndiyi” bəlli oldu. Sıralanmanın növbəti həlqəsində isə biz Xəzər Dəniz Gəmiçiliyinin sabiq şefi Aydın Bəşirovun oğlunu gördük. Onun ov görüntüləri və digər məcaraları gündəmi zəbt etdi. Daha sonra Bakı Şəhər Prokurorluğunun istintaqa nəzarət şöbəsinin sabiq rəisi Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadə "avtoşluq” fotolarını yaydı. Məlum oldu ki, istintaqa nəzarət etməli şəxs heç oğluna nəzarət edə bilmirmiş. Bu yaxınlarda isə millət vəkili Elton Məmmədovun oğluyla bağlı bəlli qalmaqal yaşandı. Hesab edirik ki, siyahını uzatmamaq daha yaxşıdır, ən azından ona görə ki, bütün bunlar Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir. Məsələnin maraqlı cəhəti isə bu tip olayların Azərbaycan cəmiyyətinin mənəvi düsturları ilə tərs mütənasiblik təşkil etməsidir. Belələri unudur ki, zənginlik ayıb deyil, ayıb olan zənginliyin başqalarına nümayiş etdirilməsi və insanın bununla öyünməsi, özünü başqalarından üstün, yüksək tutmasıdır. Bəzi məmurların öz ailəvi mərasimlərinə ağlasığmaz məbləğə xarici ölkələrdən müğənnilər dəvət etməsi əlbəttə ki, yalnız harınlamağın əlamətidir.Harınlıq isə əvvəl-axır istənilən insanı fəlakətə düçar edir. Elə son illərin statistikasına nəzər salsaq görərik ki, onlarla məmur övladının qudurğanlığı və harınlığının qurbanına çevrilib. İşdən azad edilənlər də var, övladları həbs edilənlər də... Amma baş verənlərdən hələ də müvafiq nəticəni çıxartmayan məmur və övladlarının çoxluğu yalnız təəssüf doğurur. Sonda ölkə prezidenti İlham Əliyevin məşhur və məlum açıqlamasını da elə onlar üçün xatırladırıq:
“Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar, yubileylər keçirdirlər. Yaraşırmı bu, dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu, yığışdırın, bəsdir! Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının da rəhbərlərinə aiddir. Hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar. Məmurlar öz işləri ilə fərqlənməlidirlər. Harınlayırlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə. Mən də lazım bildikdə çıxardacağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru