Balakən gömrüyündə hər bəhanə ilə pul yığırlar... - ŞİKAYƏT VAR
Tarix: 3-08-2015, 09:47 | Çap et
Daimi oxucularımız bilir ki, bizlər haqq tərəfdarı olaraq, redaksiyamıza hansısa qurum barədə ünvanlanmış şikayət və məlumatları hər dəfə işıqlandırmağa və gündəmə gətirməyə çalışırıq ki, ən azından şikayətçilərə problemlərinin həllində yardımçı olaq. Həmçinin hansısa qurumda edilən qanunsuzluqlara son qoyulsun. Elə bu gün redaksiyamıza şikayət məktubu ünvanlanıb ki, həmin şikayəti də dərc etməyi özümüzə borc bildik.
İlk olaraq qeyd edim ki, redaksiyamıza daxil olan şikayət Elşad Həmidov tərəfindən ünvanlanıb. Şikayətçi məktubunda qeyd edir ki, 18 İyul 2015-ci il tarixində biz üç yaxın dost yəni mən Həmidov Elşad Cavanşir oğlu, Həmzəyev Səbuhi və Hacıyev Oqtay Kamil oğlu Gürcüstanın Lagodexi sərhəd keçid məntəqəsindən Azərbaycana Balakən sərhəd keçid məntəqəsinə minik avtomobili ilə daxil olduq. Gürcüstan keçid məntəqəsində təxminən 2 dəqiqə ərzində yoxlanılmaqla Respublikamızın sərhəd keçidinə daxil olduq. Bu müddətdən sonra bizləri şoka salan hadisələr yaşadıq. Belə ki, Respublikamızın Balakən rayon sərhəd keçid məntəqəsində minik avtomobilimiz 5 saat qeyri-qanunsuz olaraq saxlanıldı. Avtomaşının sərhəd keçid məntəqəsindən buraxılmamasının səbəbi bizim Gürcüstan Respublikasından 380 lari (yəni 180 azn) və 200 lari (100 azn) dəyərində aldığımız velosipedlər olmuşdur. Əlbəttə ki, sürücünün minik avtomobilinin saxlanılması qeyri-qanuni bir əməldir. Biz bunun şahidi olduq və bütün baş verən özbaşınalıq halını tam detallı şəkildə videogörüntüyə aldıq. Videogörüntüdə Sərhəd Keçid məntəqəsinin dirnaqarası (növbə rəisi) "Mayoru" Sədi Sədilinin qeyri qanuni əməlləri danışıqları qeyd olunmuşdur. Yuxarıda adını qeyd etdiyim dövlət məmuru bizdən 115 azn tələb etdi və əlbəttəki bunun qeyri-qanunsuz olduğunu nəzərə alaraq öz etirazımızı bildirdik. Cavabında Dövlət məmuru: "burda belədir, 115 azn ödəyin özünüzə problem yaratmayın sakitcə keçin cavabını verdi". Biz bir anlıq özümüzü cinayətkar hesab etdik, halbuki, bu dırnaqarası Dövlət məmuru Azərbaycan Respublikası Nazirlər Kabinetinin ¹ 305 Qərarından bixəbərdir. Qanuna əsasən, 2. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən, gömrük ödənişlərinin alınmasının sadələşdirilmiş qaydası - 2.1. Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. 2.1.1. səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar. 2.1.2. bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra gömrük ərazisi) gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar. Şikayətçi qeyd edir ki, Balakən sərhəd keçid məntəqəsində olduğumuz zaman bir çox qanunsuzluqların şahidi olduq. Buna misal olaraq məndən 115 azn, mütəmadi olaraq bizə yaxınlaşan sərhəd keçid məntəqəsinin işçiləri, monopolistlərin bizi həmin məbləği verməyə razı salmaq, saatlarla insanların keçid məntəqəsində incidilməsi (yəni əsasız olaraq gözlədilməsi), bizə məmurların hədə-qorxu gəlməsi (burda elə oğlanlar deyib vermirik lakin sonda razılaşıb), saatlarla sürücülərin qapıda gözlədilməsi (halbuki, keçid məntəqəsində məmurların oturub siqaret çəkdiyinin şahidi olmuşuq), soruşduqda bizə cavab olaraq lazım gəldikdə çağıracağıq. Bizi o dərəcəyə gətirib çatdırdılar ki, biz aldığımız velosipedlərin burada saxlanma məntəqəsinə verilməsini istədik lakin bizə saxlanma məntəqəsi bağlıdır, səhərə qədər gözləməlisiniz cavabını verdilər. Bundan başqa bizdən istənilən məbləği verməmək üçün Gürcüstana geri dönüb digər keçid məntəqəsindən daxil olmağı istədik lakin, buna belə icazə verilmədi. Cibimizdən halal pulla aldığımız, əziyyət çəkib gətirdiyimiz əşyaları hansısa savadsız dövlət məmuruna görə sərhəd keçid məntəqəsindən keçirə bilmirik, sizcə bu acınacaqlı hal deyilmi? Kim bunlara bu səlahiyyəti verir? Nə üçün qanunlarımıza riayət olunmur? Bu şəxslər kimlərə güvənir? Başqa keçid məntəqələrini deyə bilmərəm, lakin Balakən sərhəd keçid məntəqəsində hadisələr çox acınacaqlıdır.
Məmurların insanlarla rəftarı tam etik qaydalara ziddir. Keçid məntəqəsində məmurlar insanların rahat gediş-gəlişini təmin etmək əvəzinə vətəndaşlara əziyyət verir, səbəbsiz gözlətdirir, qeyri-qanuni nəsə tələb edir, dayanacağa daxil olan hər bir avtomobilə elə hücüm çəkir ki, elə bil cinayətkar tutublar. Bizim avtomobilin sürücüsü Hacıyev Oqtay Kamil oğlu bu hadisənin şahidi olub, məmurlara "ay kişi dayanın nə edirsiz, nə baş verir? mən terrorist deyiləm, gəzməkdən gəlirəm" ifadəsini işlədib. Beş saat uzun gözləntidən sonra bizdən istənilən məbləğin verməyəcəyimizi başa düşərək bizə GMO (Gömrük mədaxil orderi) hazırladılar. Bu GMO tam əsassız, qeyri-qanuni, velosipedlərin qiyməti 220 azn qeyd edilmiş (əlimizdə malın satınalma qəbzləri oluğu halda), şişirdilmiş qiymətlər əks etdirən qanunsuz sənəd hazırlamışlar. Mən ödəyəcəyim məbləğin artıq hər hansı bir məmurun cibinə deyil, dövlət büdcəsinə keçəcəyini bildiyim üçün 90,48 azn məbləğin ödənilməsinə razılıq verdim. Razılıq verməmin səbəbi də, şənbə günü heç bir dövlət qurumlarının ( Gömrük Komitəsinin qaynar xətti, Korrupsiyaya dair mübarizə idarəsi, Prezident Aparatı, və digər güc strukturlarının) işləmədiyi üçün olmuşdur. Şikayətçi Elşad Həmidov yuxarıda qeyd olunan qanunsuzluqları nəzərə alaraq şikayətinə baxılmasını istəyir. O qeyd edir ki, haqlı olduğum sübuta yetirilərsə ödədiyim əlavə 90.48 azn məbləğin mənə geri verilməsində mənə köməklik edəsiniz. Həmçinin bilməyinizi istərdim ki, mən və dostlarım bütün güc strukturlarına bu özbaşınalıqla bağlı rəsmi məktub yazacağıq. İnanırıq ki, haqq və ədalət öz yerini tapacaq. A.Səfərli
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
|