Akif Səlimov şikayətçiləri hədələtdirməklə nəyə nail olmaq istəyir? - QALMAQAL
Tarix: 1-09-2015, 10:25 | Çap et
DİA.AZ: - Laçın rayonunda yerli məmurlarla vətəndaşlar arasında gərginlik səngimək bilmir. Qeyd edək ki, az əvvəl Laçın RİH adından diaaz.space-a ünvanlanan şikayət məktubuna olan reaksiyanı təqdim etmişdik. Dünən isə RİH-in mövqeyinə narazı tərəfdən reaksiya gəlmişdi və həmin reaksiyanı diqqətinizə çatdırdıq.
Yeri gəldiyindən həmin müraciəti diaaz.space olaraq olduğu kimi təqdim edirik:
"Sizin saytınızda gedən "Cənab Prezident bizi A.Səlimovun zülmündən xilas edin" başlıqlı yazıyla bağlı Laçın Rayon İcra Hakimiyyətinin açıqlamasında heç bir əsas olmadan adımın hallanması məni həddindən çox narahat etdi.Əvvəla onu deyimki rayonumuzdakı hazırki vəziyyətə uyğun olaraq hər hansı bir vəzifə əldə etməyim üçün maddi imkanım yoxdur və buna görədə vəzifə iddiasında deyiləm.Gələcəkdə maddi durumum yaxşılaşarsa xahişsiz filansız pulumu verib vəzifəmi alaram.Bir rayondakı saxta əmək kitabçası düzəltməklə, Kişini qadın yerinə analıq məzuniyyətinə çıxardanı, saxta diplomlunu və.s vəzifə verilirsə xa hişə ehtiyac yodur. Sadəcə Al-ver. Laçın RİH-dən vəzifələrin pulla verilməsi iddiama etiraz edilərsə A.Səlimovun "kadırları" haqda sizə təkzibolunmaz faktlar təqdim edəcəyəm. İnanıram ki, bu faktlar qarşısında aidiyyatı orqanlar susmayacaq. Əsas məsələ odur ki, nədən məhz mənim adım hallanır. 2012-ci ildə Laçın RİH-nın sabiq Başçısı R.Cəbrayılovla münasibətlərim pozulmuşdu.Həmin vaxtı Laçın RİHA-da Ümumi Şöbə müdiri işləyən E.Qasımov gizli yollarla bizə faktlar ötürürdü. Hətda xeyriyyə fondunundan dolayı yollarla çıxarılmış pulların cədvəllərinin surətlərinidə bizə ötürmüşdü. Sonradan R.Cəbrayılov biləndəki bizə məlumatları E.Qasımov ötürür onu dərhal dövlət sirrini yayma maddəsi ilə tutduğu vəzifəsindən uzaqlaşdırdı.R.Cəbrayılovun görəvindən götürülməsini planlaşdıran və şikayətçilərə fakt ötürməyi E.Qasımova tapşıran qüvvələr A.Səlimov Başçı təyin olunduqdan sonra E.Qasımovu yenidən Ümumu şöbəyə müdir təyin etdirdilər. Lakin E.Qasımov hesab edir ki, həmin vaxtlarda E.Qasımovun bizə fakt ötürməsini R.Cəbrayılova kimsə bizim ailədən deyib.Bunun üçündə bizim ailədən qisas almaq istəyir. Göstərdiyim məsələlərin hansı rayonlarda və kimlərin evlərində təşkil olunması, təşkilatçılar və rayondakı icraçılar barədədə yaxın günlərdə mətbuata geniş məlumat verəcəyəm. Laçın Rayonunun Şeylanlı kənd sakini Baxışov Müqabil Baxış oğlu"
DİA.AZ bildirir ki, daha bir adından təkzib xəbəri yayılan Laçın sakini redaksiyamıza etirazını ünvanlayıb. Həmin müraciəti də olduğu kimi təqdim edirik:
"Hörmətli Dünya İnformasiya Agentliyi! Laçın rayon İcra Hakimiyyəti rəsmisinin sizin agentliyə verdiyi açıqlamada göstərib ki, guya mənimlə əlaqə saxlanıb və mən bildirmişəm ki, Cənab preziden t bizi A.Səlimov zülmündən xilas edin başlıqlı yazıdan xəbərim yoxdur.Əvvəla həmin yazını internet portallarına verdiyimiz günü mən pasportumla Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarına və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya teleqramla müraciət etmişəm. Adıgedən yazı saytlarda dərc olunduqdan sora Laçın İcra Hakimiyyətinin Ümumu Şöbə müdiri E.Qasımov mənə zəng etdi Məhkəməyə verəcəyi ilə məni hədələdi və mən israrla bildirəndəki yazını biz yazmışıq onda mənə bildirdi ki, sənə maddi köməklik edəcəyik yazılı məlumat ver ki həmin yazıdan mənim xəbərim yoxdur. Mənsə E.Qasımova etirazımı bildirərək dedimki yazını özümüz vermişik və şikayət ərizələri ilədə müraciət etmişik. Onuda xüsusi olaraq qeyd edirəm ki, Həmin yazıdan M.Baxışovun xəbəri olmayıb.Laçın İcra Hakimiyyəti yenə də kimisə şantaj etməklə bizi susdurmaq istəyir. Laçın Rayonun Şeylanlı kəndindən məcburi köçkün Mayılov Lətif Şəmil oğlu AZE -03331902"
Onu da xatırladaq ki, az əvvəl Laçın RİH adından göndərilən müraciətdə belə deyilirdi: "Laçın rayonunun Şeylanlı kənd sakinləri və yaxın qohumlar olan Baxış Baxışovun, Lətif Mayılovun, İntiqam Baxışovun, Baxşeyiş Xudayarovun, Rəmziyyə Baxışovanın, Bəhruz Baxışovun adından saytınızda dərc olunmuş yazı ilə bağlı bildiririk ki, həmin yazı şəxsi istəklərə dolayı yollarla nail olmaq üçün yazılmış, yalan, böhtan və iftiradan ibarətdir. Müraciətdə adı qeyd olunmuş Lətif Mayılovla əlaqə saxlanılmış, o, belə bir müraciətdən məlumatsız olduğunu və bu məsələdən hiddətləndirdiyini bildirmişdir. Göründüyü kimi Lətif Mayılovun adı həmin müraciətə məqsədli şəkildə əlavə edilmişdir. Məlumat üçün bildiririk ki, İntiqam və Bəhruz Baxışovlar Baxış Baxışovun oğlu, Rəmziyyə Baxışova qızı, Baxşeyiş Xudayarov əmisioğludur. Məlum olmuşdur ki, Baxşeyiş Xudayarov yay mövsümü ilə bağlı Daşkəsən yaylaqlarında olduğu üçün həmin müraciətə ümumiyyətlə imza atmamışdır. Yaxın qohum olan bu ailələr demək olar kİ, hər il dövri olaraq ayrı-ayrı şəxslərdən yerli-yersiz şikayət ərizələri yazır, diqqəti cəlb etmək, məsələni qabartmaq üçün heç nədən çəkinməyərək heç cür məqbul hesab edilməyən məzmunlu şikayətlər yazmağı özlərinə şərəf bilirlər. Müəyyən edilmişdir ki, həmin müraciəti Baxış Baxışovun oğlu Müqabil Baxışov təşkil edərək ayrı-ayrı saytlara göndərmişdir. Müqabil Baxışov 2014-cü 1 may tarixədək Laçın Rayon Təhsil şöbəsində metodist vəzifəsində işləmiş, həmin tarixdə iş yerinə heç bir məlumat vermədən xarici ölkəyə getmiş, 11 aydan sonra, yəni 2015-ci il 15 aprel tarixdə müvəqqəti məskunlaşdığı Ağcabədi rayonuna qayıtmışdır. O, üzrlü səbəb olmadan uzun müddət iş yerinə gəlmədiyi üçün Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən daşıdığı vəzifədən azad edilmişdir. Müqabil Baxışov xarici ölkədən qayıtdıqdan sonra Laçın Rayon Təhsil şöbəsində qəbulda olmuş, iş yerinə qaytarılmasını bildirmişdir. Lakin o, üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə vəzifədən azad olunduğuna görə onun həmin vəzifəyə qaytarılması mümkün olmamışdır. Müqabil Baxışov bundan sonra Laçın Rayon Təhsil şöbəsinin müdiri Malik Vəlievin barəsində ayrı-ayrı saytlarda onun işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən məlumatlardan ibarət həqiqətə uyğun olmayan yazılar göndərmiş, bundan sonra sonuncu özünün şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı Laçın Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda həmin işə məhkəmə qaydasında baxılır. Müqabil Baxışov, atası Baxış Baxışov və qardaşı İntiqam Baxışovla birlikdə 2015-ci il 26 avqust tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuşlar. Onlar Müqabil Baxışovun arzusunda olduqları məsul bir vəzifə üzrə iş məsələsi həll olunmadığı təqdirdə arasıkəsilməz şikayətlərə başlayacaqlarını bildirərək çıxıb getmiş və bundan sonra heç bir fakta əsaslanmadan reallıqdan qat-qat uzaq olan, özlərinə məxsus uydurmalardan ibarət məlumatlar dolu şikayətlər yazaraq “diaaz.space” saytına və digər xəbər portallarına göndərmişlər. Baxışovların müraciətində yazılanlar yalan, böhtan və iftiradan ibarət məlumatlar olduğundan onların belə haqsız yazılarına sosial şəbəkələrdə də sağlam düşüncəli vətəndaşlar real münasibətlə yanaşaraq onların düzgün olmayan belə hərəkətlərini kəskin şəkildə pisləmişlər".
DİA.AZ yenə də bütün maraqlı tərəfləri dinləməyə hazırdır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
|