Ağcabədidə 2 metrlik torpaq sahəsi davası bir ailənin faciəsinə çevrilib... - Özbaşınalıq...
Tarix: 21-11-2015, 09:52 | Çap et
Artıq bir neçə dəfədir ki, Ağcabədi rayonu Həzi Aslanov küçəsi ev-224 ünvanında yaşayan Məmmədov Nuşirəvan Məhərrəm oğlu redaksiyamıza üz tutur, üzləşdiyi problemlərin mahiyyətindən bəhs edir. Amma, nə qədər çalışsa da, üzləşdiyi problemlərin mahiyyətini ictimailəşdirsə də, o, hələ də haqqına qovuşa bilməyib. Bu dəfə isə, onun üzləşdiyi problemin mahiyyəti sırf sosial xarakterlidir. Nuşirəvan Məmmədov redaksiyamıza ünvanladığı müraciətində yazır ki, “qızım Mətanət, həyat yoldaşım Əhmədova Nazilə Əhməd qızı və öldürülən oğlum Elnur Məmmədov vaxtilə Üzeyir Hacıbəyov adına kolxozda işlədiyimizə görə, 1984-cü ildə ailəmizə sovxozun qərarı ilə 6 sot həyətyanı torpaq sahəsi verilmişdir. Və həmin torpaq sahəsinə aid qərar, şəhər sovetindən verilmiş lazımi sənəd, dövlət aktı, torpaq sahəsinin kupçası və.s bizdə olduğu halda, qonşum Zeliyev Zeni Süleyman oğlunun torpaq sahəsi olduğu halda, o, bizim ailəyə məxsus torpaq sahəsində bu günə qədər də yaşamayıb və həmin torpaq sahəsini Moskva şəhər sakini, kifayət qədər də var-dövlətə sahib olan Nəsirov Yaşar Səfər oğluna satmışdır. Torpaq sahəsinin alqı-satqısı haqda məlumatlardan xəbər tutduqdan sonra, problemin varlığına aydınlıq gətirməyə çalışdım. Həmin vaxt Ağcabədidə vəzifə daşıyan bəzi şəxslər mənə bildirdilər ki, “baxmayaraq bildirmisiniz ki, biz onları tanımırıq, amma siz onları mütləq tanımalısınız” dedikdə, bizi təəccüb bürüdü. Necə bəyəm, kimsə kimi məcbur tanımalıdır? Bu gün həmin torpaq sahəsində bir kimsə yaşamır. Onu da deyim ki, satılan torpaq sahəsindəki tikintiyə aid heç bir sənəd də yoxdur desəm, yəqin ki, yanılmaram. Amma, bütün bunlara baxmayaraq, 15 aprel 2009-cu il tarixdə Ağcabədi rayon Məhkəməsinin hakimləri Fərhadov Xanlar Zalı oğlu və İbrahimov Zamin Vəliyəddin oğlu tərəfindən qanunsuz, ədalətsiz, bir qədər də ötkəm desəm Allahsız qərar çıxarılır ki, bu da 158 bənddən ibarət Konstitusiyamızla birbaşa ziddiyyət təşkil edir. Qərarda göstərilir: Zeniyev Zeni Süleyman oğlunun yeddi sot, Zeniyev Bəhruzun isə 6 sot həyətyanı torpaq sahəsi var. 15 aprel 2015-ci il tarixdə çıxarılmış qərarda qeyd olunur ki, hər ikisinin evi də var, hər ikisi də evində də yaşayırlar. Onların ailələrinə, övladlarına, itlərinə, hətta pişiklərinə belə bu azad ölkədə yaşamağa, guya Nuşirəvan Məmmədovun ailəsi imkan belə vermir. Təəssüf doğuran hal odur ki, 15 aprel 2009-cu il tarixdə Ağcabədi rayon Məhkəməsinin hakimi Zamin İbrahimovun çıxartdığı qərar qanunsuz olduğu üçün, məhkəmə qərarından Şirvan Apeliyasiya Məhkəməsinə şikayət etsək də, sənədlərimizə heç bir baxış keçirilmədən, sorğu məktubu ünvanlanıb cavab məktubu alınmadan, lazımınca araşdırma işi aparılmadan çıxarılmış məhkəmə qərarı qüvvədə saxlandı. Biz bunula da razılaşmadıq və təkrar Ali Məhkəməyə müraciət etməyə məcbur olduq. Müraciətimizdə bildirdik ki, bizə aid 16 aprel 2010-cu il tarixdə 515 nömrə ilə uçota alınan A N-266453 nömrəli, 1469,42 kvm sahəsi olan mülkiyyətimizi, hakim Zamin İbrahimov hansısa maraqları çərçivəsində bizdən alınması haqda qərar çıxarıb. Hörmətli redaksiya və çoxsaylı oxucular! Çıxarılmış qərarda o da göstərilir ki, Moskva şəhər sakini, milyonçu, hansı ki, sifətini görmədiyimiz Nəsirov Yaşar Səfər oğlu tərəfindən zəbt olunmuş torpağımız 2 metr açılmalı idi. Mülkiyyətimdə olan torpaq sahəmdə 1984-cü ildə quraşdırdığım darvazamı da özüm sökməli olduğum halda, onu məhkəmə icraçıları polislərin köməkliyi ilə darmadağın etdilər. Bildirim ki, həmin vaxt hadisə yerində Müşfiq adlı sahə müvəkkili də iştirak edirdi. Biz 2 metr torpaq sahəmizin açılmasını tələb etdikdə, məhkəmə icraçısı Alıyev Gəray Seyrəddin oğlu həyat yoldaşımı yerə yıxıb təpiklədi. Vurulmuş zədə ilə bağlı həyat yoldaşımın həkim arayışı da var. Məni isə, Yaşar Nəsirovun nümayəndəsi və qardaşı İslam adlı şəxs yumruqla vurdu. Məni eyni zamanda Yaşarın qardaşıoğlu da təpiklə vurub yerə yıxdı. Baş verənləri polis əməkdaşları öz gözləri ilə gördülər və bunlarla bağlı 23 iyun 2012-ci il tarixdə Ağcabədi rayon Polis Şöbəsinə şikayət etdikdə, şöbədən məni müayinədən keçmək üçün həkim yanına göndərdilər. Müayinə olunduğum zaman həkimlər də bitərəfli mövqe tutdular və xəsarət almamağım haqda arayış da yazdılar. Ağcabədili həkimlərin bu cür addımlarına baxmayaraq, 25 iyun 2012-ci il tarixdə təkrar həkim müayinəsindən keçmək məqsədilə Mingəçevirə getdim. Bir qədər müalicə olunduqdan sonra, baş verənlərlə bağlı polis şöbəsində qeydiyyata da alındım. O halda sual oluna bilər ki, görəsən Ağcabədidə polis əməkdaşları, həkim kollektivi yox idimi ki, müayinə olunmaq mən Mingəçevirə üz tutdum? Onu da qeyd edim ki, bu gün də mülkiyyətimdə olan eni 8 m 78 sm, uzunluğu isə 38 m, 48 sm-lik torpaq sahəm açılmayıb. Hal-hazırda eni 5m 30 sm olan torpaq sahəsi istifadəmizdədir. Görəsən səbəb nədir ki, icraçılar icranı yerinə yetirərkən darvazamı darmadağın etdilər, bir hissəsini oğurladılar, bir hissəsini isə əzib pis hala saldılar. Ağcabədidə məhkəmə qərarları bu cür icra olunur. Başımıza gətirilən olaylardan biri də, digər oğlum Elsevər Məmmədovu 7 nəfərin oğurlayıb meşədə döymələri və döydükdən sonra da, onu darvazamızın ağzına atıb getmələri oldu. Hadisə 26 noyabr 2012-ci tarixdə bir qrup şəxslər tərəfindən törədilir. Həmin şəxslər Camal Məmmədov, Tofiq Soltanov, Soltanov Səbuhi Tofiq oğlu, Soltanov Surxay Tofiq oğlu, Allahverdiyev Müşfiq Məhəmməd oğlu, Qasımov Xəlil Zamin oğlu, Qasımov Sadiq Sahib oğlu oğlumun belinə, sifətinə, çənəsinə, gözünə ağır bədən xəsarətləri yetirirlər. Baş verən hadisədən sonra oğlum 22 gün Ağcabədi rayon Xəstəxanasında müalicə olundu. Rayonun əksər vəzifə sahibləri hadisədən dəqiq məlumatlı olsalar da, son anda baş verənləri ört-basdır etməyə çalışdılar. Baş verənlərlə bağlı ayrı-ayrı məhkəmə instansiyalarında baxış keçirilsə də, heç bir halda haqq-ədalət öz yerini tapa bilmədi. 13 sentyabr 2013-cü il tarixdə Baş Prokuror cənab Zakir Qaralov Ağcabədidə, 15 may 2015-ci ildə Ədliyyə Naziri cənab Fikrət Məmmədov Ağdam rayonunun Quzanlı qəsəbəsində olarkən, başımıza gətirilən müsibətləri onlara bildirsəm də, bu günədək heç bir nəticə yoxdur. 30 may 2015-ci il tarixdə isə, Daxili İşlər Naziri cənab Ramil Usubov Bərdə şəhərində olarkən ona teleqram vursam da, bir qrup Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları onunla görüşümə imkan vermədilər. Axı, ölkə rəhbəri cənab İlham Əliyev hər zaman bildirir ki, “Azərbaycan vətəndaşlarına hər yerdə hörmət olunmalıdır, dövlət qurumları tərəfindən normal rəftar olmalıdır, onlar təhqir edilməməlidirlər, incidilməməlidirlər. Amma, belə hallar bu gün də var. Kim bunları edir? Əlbəttə ki, dövlət məmurları? Kim vətəndaşları incidə bilər? Dövlət məmurları? Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını vəzifəyə təyin edərkən, yaxud da onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Hər birinə deyirəm ki, hörmət edin insanlara. Amma, əksər hallarda mən bunları görürəm. Görəndə də dərhal tədbirlərimi görürəm. Məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu kimi hallar var, bunlar da aradan qaldırılmalıdır”. Cənab Prezident bu kimi müdrik sözlər Sizin dilinizdən çıxsa da, bunlar Ağcabədinin icra başçısı Şahin Məmmədova sanki aid deyil. Hörmətli media təmsilçiləri! “Mən və həyat yoldaşım bu gün düşünürük ki, bizi fiziki cəhətdən də aradan götürə bilərlər. Odur ki, ailəmizin təhlükəsizliyinin təmin olunmasını, bizim adımızdan ölkə rəhbəri cənab İlham Əliyevə çatdırasınız. Odur ki, bizim Konstitusiya ilə təmin olunan hüquqlarımız pozulduğuna, həyat yoldaşımın qanunsuz olaraq 1 il müddətinə islah işlərinə cəlb olunduğuna, üzləşdiyimiz problemlərlə bağlı çıxarılmış məhkəmə qərarlarının 6 il ərzində yerinə yetirilmədiyinə və məhkəmə qərarlarına hörmətsizlik edənlərin cəzalandırılmadığına görə, ailəmizlə birlikdə başqa bir dövlətdə yaşamaq haqda düşünürük. Biz istəyirik ki, ömrümüzün qalan hissəsini rahat yaşaya bilək. Mən bu günə qədər dövlətimizin ayrı-ayrı qurumlarına, xarici ölkələrin diplomatik korpuslarına, bəzi beynəlxalq təşkilatlara, insan haqları müdafiə komitələrinə, əksər televiziya kanallarına və.s üst-üstə 878 ərizə və müraciətlər ünvanlamışam. Bütün bunların qarşılığında isə, hələ də haqqıma qovuşa bilmirəm. İstəyirəm ki, mənim haqq səsimi hər kəsə, ən əsası ölkə rəhbəri cənab İlham Əliyevə çatdırasınız”. Bəli, bütün bunlar bir ağsaçlı valideyinin fəryadı, haqq-ədalətə qovuşmaq arzusuyla apardığı mübarizəsidir. Amma, nə etmək olar! Bu gün bu məmləkətdə elə vəzifə sahibləri var ki, onlar qanunların aliliyinə məhəl qoymurlar, verilmiş tapşırıqlara biganə yanaşırlar, daşıdıqları vəzifəyə isə, sanki gəlir mənbəyi kimi də yanaşırlar. Amma, bir həqiqəti də unutmaq olmaz ki, kimsə öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində qurursa, çox zaman onların sonrakı taleyi acı sonluqla da nəticələnir. Odur ki, bir qədər düşünmək, düşündükcə də götür-qoy etmək gərəkdir. P.S. Məqalədə adları çəkilən hər bir şəxslə bağlı səslənən ittihamlar, Ağcabədi rayonu Həzi Aslanov küçəsi ev-224 ünvanında yaşayan Məmmədov Nuşirəvan Məhərrəm oğluna məxsusdur. Belə bir səbəb üzündən də, kimlərinsə səslənən iradlarla bağlı barışmadığı anlar olarsa, mövqeyini redaksiyamıza çatdıra bilər. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
|