Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                 

"RabitəBank"ın da adı maxinasiyalarda hallanır... - ŞİKAYƏT VAR
Tarix: 3-12-2015, 09:23 | Çap et
"RabitəBank"ın da adı maxinasiyalarda hallanır...
Son illər ölkəmizin bank sektorunda müştərilərin sayı gündən-günə artsa da, yaşanan problemlərin də sayı durmadan artmaqda davam edir. Buna səbəb, təkcə banklardan verilən kreditlərin faiz göstəricilərinin yüksək olması deyil, həm də bank əməkdaşlarının qol qoyduqları maxinasiyalar da, çoxsaylı problemlərin əmələ gəlməsinə səbəb olan amillərdən biridir. Bu gün belə bir problemlərdən biri haqda danışmağa çalışacağıq. Belə ki, 2008-ci ildə “Rabitə Bank”ın Yasamal filialında çalışan əməkdaşlar, Qəşədərova Almara Oruc qızının başına elə bir müsibətlər açıblar ki, o, bu gün də küçələrdə qalmaqdadır. Üz-üzə qaldığı problemlə bağlı nə qədər qapıları döysə də, vəzifə sahiblərinə sayı-hesabı bilinməyən müraciətlər ünvanlasa da, hələ ki, onun dərdinə əlac edən bir kimsə tapılmayıb.
Bir faktı da qeyd edək ki, hələ qəzetimizin ötən saylarının birində “Rabitə Bank” əməkdaşlarının qol qoyduqları başqa bir maxinasiyalardan da bəhs etmişdik. Düzdür, dərc etdiyimiz açıqlama birbaşa Almara Qəşədərovaya aid olmasa da, o məqaləni oxuduqdan sonra “Gündəm Xəbər” qəzetinin redaksiyasına üz tutmaq haqda qərarını verir. Və o, çox keçmir ki, redaksiyamıza təşrif buyurub, üz-üzə qaldığı maxinasiyaları açıq-aydın şəkildə əməkdaşımıza danışır və “Gündəm Xəbər” qəzetinin redaksiyasına yazılı ərizəsini də təqdim edir. O, redaksiyamıza təqdim ərizəsində bildirir ki, “2008-ci ildə “Rabitə Bank”ın Yasamal filialında Sumqayıt şəhər sakini, hal-hazırda CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə axtarışda olan və əslən Şəmkir rayonundan olan Abdullayev Şəlalə Yaqub qızı ilə bank arasında kredit müqaviləsi bağlanır. Müqavilə şərtinə əsasən, ona 22% olmaqla 24 ay müddətinə 30 min manat kreditə pul verilir. Abdullayeva Şəlalə Yaqub qızı Yasamal filialının o zamankı müdiri Əliyev Şəmsəddin Camalxan oğlu, bankın sabiq əməkdaşları Azad, Azər və Məhərrəm adlı şəxslərlə cinayət əlaqəsinə girərək, kredit müqaviləsi üzrə öhdəliyin təminatını, mülkiyyətimdə olan Sumqayıt şəhəri 4-cü məhəllə ev-18/15 mən-8 ipoteka yüklü edərək mənzilimə yönəldirlər. İmzalanmış müqavilə sənədləri Bakı şəhəri 32 saylı notariat kontorunun notariusu vəzifəsini daşımış Mirzəyev Ziyafət Sabir oğlu tərəfindən də təsdiq olunur. Onu da qeyd edim ki, istər 30 min manat kredit pulun “Rabitə Bank”dan götürülməsində, istərsə də müqavilə sənədlərinin notariat kontorunda təsdiqləməsində iştirakım olmayıb. Yəni, baş verənlər mənim iştirakım və xəbərim olmadan həyata keçirilib ki, bu da birbaşa cinayət əməlinin törədildiyini göstərir. Belə bir addımlarının nəticəsidir ki, Ziyafət Mirzəyev qol qoyduğu çoxsaylı qanunsuzluq əməlləri ilə bağlı, hələ bir neçə il bundan əvvəl məsuliyyətə də cəlb olunur. Üz-üzə qaldığım problemin varlığı ilə bağlı, dəfələrlə hüquq-mühafizə orqanlarına müraciətlər etsəm də, çox təəssüflər olsun ki, bu günədək heç bir nəticə olmayıb. Baxmayaraq ki, Səlalə Abdullayevaya Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə cinayət isi açılmıs və 69598 saylı cinayət isində zərərçəkmis kimi mən tanınmışam. Cavabdeh Şəlalə Abdullayeva bankdan göturdüyü pulları, yəni 30000 manatı bankın isçiləri il ələ keçirmiş və öhdəliyini yerinə yetirə bilmədiyi üçün, borc mənim yasadıgım mənzilə yönəldilmişdir.
Elə ki, bankla Şəlalə Abdullayeva arasında ciddi problem yaranır, yəni o, heç bir halda krediti ödəyə bilmir, çox keçmir ki, iş məhkəmə müstəvisinə də çıxarılır. Nəticə o oldu ki, 2/105/53/2011 saylı icra vərəqəsi icraya yönəldildi və 07 noyabr 2012-ci il tarixdə anam və iki azyaşlı uşagımla birlikdə, həmin mənzildən zorla, döyulə-döyulə bayıra cıxarıldıq. Təəssüf doğuran hal odur ki, mülkiyyətimdə olan mənzil 40 min manata qiymətləndirilərək “Respublika Xammal və Əmtəə BirjasI Kulək” MMC tərəfindən, heç bir halda xəbərim olmadan acıq hərraca çıxarılaraq satılır. İlk əvvəl mənzilimi “Rabitə Bank” ASC-i almiş və adıma olan mülkiyyət hüququm da müdaxilə etmişdir. DƏDRX-i Sumqayıt Ərazi İdarəsi isə, “Rabitə Bank” ASC-nin mülkiyyət hüququnu 03 avqust 2012-ci il tarixdə qeydiyyata alır və dövlət reystrindən banka çıxarış da təqdim edir. Onu da bildirirəm ki, 28 min manat borc ola-ola evimi bank əvvəlcə öz işçisinin adına, sonra isə Məmmədova Nailə Rüstəm qızı adlı bir şəxsə 43 min manata satır. Atılmış addımdan da acıq-askar görünür ki, bank mülkiyyətimə bilərəkdən qəsd etmiş və bununla da mülkiyyət hüququmu pozmuşdur. Ötən illər ərzində müraciət etmədiyim, şikayət məktubları ünvanlamadığım bir kimsə də qalmayıb.
Bu gün iki azyaşlı övladımla, yetmiş yaşlı xəstə anamla qohumların evində qalırıq. Onu da qeyd edim ki, iki dəfə Bas Prokuror cənab Zakir Qaralovun qəbulunda olmuşam. Amma, verilən vədlər üzləşdiyim problemin həllinə heç bir halda təsir etməyib. Ötən illər ərzində ölkə rəhbəri İlham Əliyev cənablarına, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya yazdıgım ərizə ve teleqramların da, bu günədək heç bir nəticəsi olmayıb. Çox güman ki, ünvanladığım məktub və teleqramlar ünvanı üzrə çatdırılmır. Dəfələrlə Yasamal rayon Prokurorluğuna da müraciətlər etmişəm və şəxsən rayon prokurorunun qəbulunda da olmuşam. Bu gün də adları çəkilən şəxslər Azad, Azər, Məhərrəm və sabiq müdir Şəmsəddin Əliyev barəsində heç bir ölçü götürülməyib.
Onu da qeyd edim ki, bu gün Əliyev Şəmsəddin Camalxan oğlu “Ekspresskredit Bank”da, Azər və Azad isə “Milli Bank” da işləyirlər. Baxmayaraq ki, “Rabitə Bank” adı çəkilən şəxsləri 02 mart 2010-cu il tarixdə tutduqları vəzifədən azad etmişdir. Bu barədə, hətta Sumqayıt Apelliyasiya Məhkəməsinin 01 fevral 2011-ci il tarixli 2/105- 53/2011 saylı qətnaməsində də var.
Diqqəti cəlb edən digər hal da odur ki, Sumqayıt şəhər Polis İdarəsinə Şəlalə Abdullayeva ilə bağlı ünvanladığım şikayət ərizəsinə hər zaman cavab olaraq bildirilib ki, “onun Azərbaycan Respublikası CM-nin 320.1 və 178.3.2-ci maddələri ilə təqsirləndiriməsi və istintaqa cəlb edilməsi barədə 12 noyabr 2009-cu il tarixli qərar da qəbul edilmişdir. Amma, o, ölkə hüdudlarından kənarda olduğuna görə və istintaqdan gizləndiyi üçün, ona həmin maddələrdə nəzərdə tutulan ittihamı elan etmək mümkün olmur. Ona görə də, təqsirləndirilən şəxs Şəlalə Abdullayevanın tapılaraq istintaqa cəlb olunması üçün, onun barəsində axtarış da elan edilmişdir. Bundan əlavə, 23 avqust 2010-cu il tarixdə Sumqayıt şəhər Məhkəməsi onun barəsində həbs qətiimkan tədbiri də seçmişdir”.
Daha çox diqqəti cəlb edən hal odur ki, 05 may 2014-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsində hakim İlyas Mahmudovun sədrliyi ilə keçirilən prosesdə belə bir qətnamə də çıxarılır ki, cavabdeh Abdullayeva Şəlalə Yaqub qızından 40000 (qırx min) manat, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, hüquqi yardımla bağlı ödənilmiş 3500 (üç min beş yüz) manat, ümumilikdə 43530 (qırx üç min beş yüz) manat pul alınsın və iddiaçı Qəşədərova Almara Oruc qızına verilsin.
Bütün bunlar bir daha onu söyləməyə əsas verir ki, “Rabitə Bank”ın sabiq əməkdaşlarının qol qoyduqları əməllər, birbaşa cinayət əməlləridir. Necə ola bilər ki, Almara Qəşədərovanın xəbəri və iştirakı olmadan Abdullayev Şəlalə Yaqub qızı 30 min manat kreditə pul götürür və onun evi banka girov da qoyulur. Hətta, onun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə cinayət isi açılsa da, o bu gün də istintaqdan yayına bilir və hüquq-mühafizə orqanı əməkdaşları onun istintaqa cəlb olunmasında maraqlı görünmürlər. Eyni zamanda 05 may 2014-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsi onun barəsində qətnamə çıxarsa da, məhkəmə icraçıları da çıxarılmış qətnaməyə məhəl qoymadan 07 noyabr 2012-ci il tarixdə, Almara Qəşədərovanı, onun anasını və iki azyaşlı övladını yaşadıqları mənzildən zorla, döyulə-döyulə bayıra cıxarırlar.
Bu yöndə araşdırmalarımız davam etdiyindən, növbəti sayımızda ictimaiyyətə daha ətraflı məlumatlar verməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru