Dövlətin təyin etdiyi sığorta vəsaitləri niyə ünvanına çatmır? - NARAZILIQ VAR...
Tarix: 21-01-2016, 09:13 | Çap et
Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş hərbi qulluqçuların və şəhidlərin ailə üzvlərinə dövlət tərəfindən sığorta pulu verilir. Sığorta pulunun verilməsi üçün qanuna müvafiq surətdə itkin düşənin ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmalıdır. 1991-1994-cü illərdə yenicə yaranmaqda olan Milli Ordu hissələrinin tərkibində torpaqlarımızın müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında xeyli sayda hərbi qulluqçumuz itkin düşüb. 1994-cü ilin may ayında atəşkəs elan olunduqdan sonra itkin düşən hərbi qulluqçularımızın axtarışı üçün aidiyyəti dövlət qurumları tərəfindən işlər görülüb. Lakin əlaqədar təşkilatların köməyi ilə də aparılan axtarışlar heç bir nəticə verməyəndə 1997-ci ildən başlayaraq itkin düşən hərbçilərin ailələri döyüş əməliyyatlarında itkin düşən ailə üzvləri barəsində sənədləşmə aparmaq məqsədilə məhkəmələrə üz tutmağa başladılar. Həmin vaxtdan başlayaraq indiyə qədər bu kateqoriyadan olan xeyli sayda hərbi qulluqçu məhkəmə qaydasında ölmüş elan olunub. Qanunla da itkin düşənin ölmüş elan edilməsi barəsində məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün həmin şəxsin öldüyü gün hesab olunur. Şəhid ailələri və Qarabağ əlilləri artıq neçə müddətdir ki, sığorta pulunun ödənilməsində yaranan problemlərə etiraz edirlər. Belə ki, 2006-cı ilə qədər sığorta haqqını ala bilməyən şəhid ailələri və müharibə əlilləri indi onlara qanundakı son dəyişiklikdə qeyd edilən məbləğin ödənilməsini tələb edirlər. Qeyd edək ki, 1997-ci ilin may ayının 20-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun qəbul edilib. Orada göstərilib ki, Azərbaycan ordusunun əsgər və zabitləri yaralananda və ya şəhid olanda ona sığorta haqqı verilməlidir. Həmin qanunda yazılıb ki, qanun qüvvəyə minənədək sığorta hadisəsi baş verdiyi andan 3 il müddətinə qədər sığorta pulu ödənilməlidir. 2006-cı ildə verilən qərara əsasən, şəhid olan şəxsin ailəsinə sığorta pulu 11 min manat məbləğinə qaldırıldı. Birinci qrup əlil olanlara həmin məbləğin 80 faizi - 8800 manat, ikinci qrup əlil olanlara 60 faizi - 6600 manat, üçüncü qrup Qarabağ əlillərinə 40 faizi - 4400 manat ödənilməlidir. Ancaq hazırda bu pullar həmin şəxslərə ödənilmir. "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 27-ci maddəsinə əsasən, hərbi xidmətə çağırılan hər bir şəxs dövlət tərəfindən məcburi qaydada sığorta olunur. Həmin hərbi qulluqçunun həyatına dəyən ziyandan asılı olaraq dövlət ona sığorta ödənilməsini öhdəsinə götürür. Qanunun bu tələbi 1 yanvar 1992-ci il tarixdən indiyə qədər qüvvədədir. Sadəcə olaraq keçən illər ərzində sığorta məbləğində dəyişikliklər olub. Təəssüf ki, bu gün bu kateqoriyadan olan insanların müəyyən bir hissəsi bu məbləği adi qaydada yox, məhkəmə yolu ilə almaq məcburiyyətindədirlər. Dövlət Sığorta Şirkəti heç bir qanuni əsas olmadan, 1997-ci ildə qəbul olunmuş "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununu əsas götürərək həmin kateqoriyadan olan hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulan sığortanın verilməsindən imtina edir. İmtinanı da onunla əsaslandırır ki, guya 1997-ci ilə qədər hərbi qulluqçulara sığortanın verilməsi üçün heç bir hüquqi sənəd olmayıb. Halbuki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununda olan "Hərbi qulluqçuların dövlət tərəfindən məcburi sığortalanması" adlı maddə, həmin qanun qəbul edilən vaxtdan, yəni 25 dekabr 1991-ci il tarixindən mövcuddur və həmin vaxtdan da bu qanun hərbi xidmətə başlayan bütün hərbi qulluqçuların dövlət tərəfindən məcburi sığortalanması üçün hüquqi əsasdır. Belə ki, hərbi qulluqçuların sığorta edilməsı barəsində olan qanunun 27-ci maddəsində göstərilir ki, "Hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmək), xəsarət almaq (yaralanmaq, kontuziya almaq), səhhəti korlanmaq, hərbi xidmət keçirilməsi ilə bağlı bədbəxt hadisələr və ya xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəkildə sığortalanmalıdırlar. Bu da onu göstərir ki, 1991-ci ilin dekabrından, yəni Silahlı Qüvvələrimiz yarandığı gündən onun sıralarında xidmət edən hər bir hərbi qulluqçu iradəsindən asılı olmayaraq dövlət tərəfindən məcburi sığorta olunmalıdır. Bütün bunlar qarşı tərəfin sığortanın ancaq 1997-ci ildən sonra xidmət edənlərə düşməsi ilə əlaqədar şəxsi maraqlarına xidmət edən mülahizələrinin əsassız olduğunu təsdiq edir. Lakin bütün bunlara baxmayaraq, bu kateqoriyadan olan onlarla şəhid ailəsinin hüquqları sözügedən şirkət tərəfindən pozularaq onlara ödənilməli olan sığorta məbləği indiyə qədər ödənilməyib. Ümidvarıq ki, yuxarı instansiyalar bu məsələ ilə maraqlanıb incidilən şəhid ailələri və Qarabağ əlillərinə sığorta pulunun ödənməsini təmin edəcəklər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|