"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                 

"MÜXALİFƏT ƏN AZI 100 İL HAKİMİYYƏTƏ GƏLƏ BİLMƏZ"
Tarix: 6-05-2013, 10:07 | Çap et
"MÜXALİFƏT ƏN AZI 100 İL HAKİMİYYƏTƏ GƏLƏ BİLMƏZ"
Aydın Mirzəzadə: "Müxalifət namizədləri budəfəki prezident seçkilərində də əsasən bir-birlərinin sosial bazasını ələ keçirməyə çalışacaqlar"

Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Milli Məclisə Amnistiya Aktı layihəsi təqdim edib. Amnistiyanın 9 min nəfərə şamil ediləcəyi bildirilir. Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, deputat Aydın Mirzəzadə ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı "Reytinq"ə müsahibə verərkən, Amnistiya Aktından da danışıb.
- Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva növbəti dəfə Azərbaycan parlamentinə amnistiya elan edilməsi ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edib. Amnistiya Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin 90 illik yubileyinə həsr edilir. Bu akt təqribən 2 minə qədər məhbusun, ümumilikdə 9 minə yaxın Azərbaycan vətəndaşının taleyinə təsir göstərəcək. Ağır cinayətlər törətməyən, islah olunduğu bilinən gənc, yaşlı, qadın, ailə başçısı azadlığa çıxa biləcək. Bunun özü həm Mehriban xanımın humanist siyasətinin göstəricisdir, həm də Azərbaycan dövləti bir millət vəkili vasitəsi ilə böyük yubiley ərəfəsində, vaxtilə cinayət törətmiş, amma bu gün islah olunmuş minlərlə vətəndaşının taleyinə xoş təsir bağışlayacaq.
Bu, birinci dəfə deyil, Mehriban xanım bundan əvvəl də bir neçə dəfə amnistiya təşəbbüsü ilə çıxış edib, il ərzində bir neçə dəfə əfv fərmanları imzalanıb. Bir sözlə, bu sahədə də Azərbaycan dövləti özünün humanistliyini nümayiş etdirir.
- Ancaq müxalifət düşərgəsindən Amnistiya Aktına fərqli yanaşanlar da var. Bəziləri bildirirlər ki, siyasi məhbusların bu aktdan yararlana bilməməsi sənədin yarımçıq olduğunu göstərir...
- Təəssüf edirəm ki, müxalifət növbəti dəfə minlərlə insanın taleyinə biganəlik nümayiş etdirir. Müxalifəti ancaq özünün maraqlandığı bir qrup məhbusun azadlığı düşündürür. Amma 9 min nəfər insanın həbsdən azad olunması, onların ailələrinin sevinci nədənsə müxalifət üçün maraqlı deyil.
Azərbaycanda siyasi məhbus, siyasi əqidəsinə görə həbs edilənlər yoxdur. Əgər həmin müxalifət nümayəndələri qanunu pozub ağır cinayətlərə görə həbsdə yatırlarsa, bunun məsuliyyətini müxalifətin özü daşımalıdır. Ancaq seçkiqbağı belə bəyanatlar verməklə, onlar özlərinin elektoratını daha da azaldırlar.
- Aydın müəllim, son dövrlər beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinə qarşı tənqidi mövqe tutması mütəmadi xarakter alıb. "Freedom House"un son hesabatında Azərbaycan azad olmayan ölkələr sırasına aid edilib. Bu barədə nə deyə bilərsiz?
- "Freedom House"un illik hesabatları bir-birindən fərqlənmir. On illərdir ki, onun ortaya qoyduğu hesabatlarda Aərbaycanla bağlı həmişə mənfi fikirlər yer alır. Azərbaycanda demokratik Konstitusiya qəbul olunur, senzura götürülür, ölüm hökmü ləğv edilir, Avropa Şurasının tələbləri yerinə yetirilir, Avropa Məhkəməsinin qərarları qəbul edilir, Azərbaycan azad cəmiyyətə çevrilir, mətbuat və söz azadlığı təmin olunur, amma "Freedom House" Azərbaycanı azad saymır. Hesab edirəm ki, bu təşkilatın yanaşması qərəzlidir. Çox maraqlıdır ki, bu gün yaşamaq üçün təhlükəli olan Ermənistan belə siyahılarda azad ölkə kimi Azərbaycandan qat-qat qabaqdadır. Bu baxımdan, belə xarici QHT-lərin bəyanatları Azərbaycanda ciddi qəbul edilmir.
- BMT-nin İnsan Haqları Şurasının iclasında da Azərbaycana qarşı tənqidi fikirlər səsləndi...
- Əgər bu fikirlər hansısa bir konkret şəxs tərəfindən səslənirsə, bunu onun subyektiv fikri hesab etmək olar. Yox əgər bu, hansısa struktur tərəfindən səslənirsə, əlbəttə ki, araşdırılır, müəyyən bir nəticəyə gəlinir.
Heç kəs demir ki, Azərbaycanda hər şey idealdır. Azərbaycan normal demokratik və hüquqi dövlətdir. Ola bilsin ki, Azərbaycan hansısa məsələdə bir qədər geridə, hansısa məsələdə isə müstəqilliyin ona verdiyi şansa uyğun olaraq hələ proseslərə yeni başlayır. Bundan Azərbaycanda insan haqlarına, demokratiyaya çox ciddi yanaşıldığı qənaətinə gəlmək olar. Avropanın, digər inkişaf etmiş ölkələrin yüz illərlə getdiyi yolu Azərbaycan 20 il ərzində qət edir. Bir sözlə, Azərbaycan dünya üçün açıqdır, hər bir məsələnin müzakirəsinə hazırdır...
- Məlum olduğu kimi, 2013 seçki ilidir. Hakim partiyanın nümayəndəsi kimi seçkiqabağı mənzərəni necə dəyərləndirirsiz?
- Bütün ölkələrdə seçkiöncəsi siyasi temperatur yüksəlir, siyasi qüvvələr fəallaşır, öz platformasını açıqlayır, tərəfdarlar toplamağa çalışır. Azərbaycan da bu gün həmin prosesi keçir. Seçki kampaniyası rəsmi surətdə bir neçə aydan sonra başlasa da, artıq əsas namizədlərin adları mətbuatda səslənib, siyasi qüvvələr özlərinin mövqelərini ortaya qoyurlar. Ona görə də hesab edirəm ki, qarşıdakı seçkilərin rəqabətli olacağı gözləniləndir. Azərbaycan bir demokratik ölkə kimi seçkiləri həm öz Konstitusiyasına, həm demokratik təcrübəsinə, həm də Avropa dəyərlərinə uyğun olaraq, vətəndaşların iradəsi çərçivəsində keçirəcək.
- Hazırda YAP-da seçki hazırlıqları hansı səviyyədədir?
- Yeni Azərbaycan Partiyasının üzvü kimi deyə bilərəm ki, partiyamız daxildə seçki kampaniyasına ciddi hazırlaşır. Təşkilati işlər, siyasi texnologiyalar üzərində iş gedir. YAP üzvləri qarşıdan gələn seçkilərdə bütün resurslarını ortaya qoymaq və cəmiyyətdəki böyük potensialını növbəti dəfə göstərmək əzmindədir.
Biz başqa partiyaların da seçkidə iştirak etmək, öz namizədlərini müdafiə etmək hüquqlarına hörmətlə yanaşırıq. Hesab edirik ki, bizim irəli sürəcəyimiz namizəd partiyamızın sədri, indiki prezident cənab İlham Əliyev seçkilərdə favorit olacaq və böyük səslə yenidən qalib gələcək.
- Amma seçkiyə 5 ay qalmasına baxmayaraq, İlham Əliyevin özünün bununla bağlı mövqeyi ortada deyil. Bu, qeyri-müəyyənlik kimi qəbul edilə bilər, yoxsa bu da bir taktikadır?
- YAP-ın başqa partiyalardan fərqi var. Başqa partiyaların mövqeyi olmadan liderləri öz namizədliyini elan edirlər, sonradan isə partiya həmin bəyanatı təsdiqləyir. YAP isə ümumilikdə 600 minlik üzvünün iradəsini vaxtaşırı səsləndirir, cəmiyyətin mövqeyini öyrənir və öz ali toplantısında namizədini elan edir. İndidən YAP üzvləri budəfəki seçkidə namizədin cənab İlham Əliyev olacağını bildirirlər.
- Əvvəlki seçkilərdə hakimiyyətyönlü siyasi qüvvələrin birliyi var idi və YAP-ın namizədinə dəstək verirdilər. Nədənsə son dövrlər bu dəstək görünmür. YAP ehtiyac görmür, yoxsa...
- Yeni Azərbaycan Partiyası güclü təşkilat kimi ayrı bir blok yaratmağa ehtiyac duymur. Ancaq bununla belə, bizimlə tərəfdaşlıq edən, cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyən istənilən siyasi təşkilatla əməkdaşlıq etməyə, onlarla birgə seçki kampaniyası aparmağa hazırıq.
- Aydın müəllim, seçkiyə gedən opponentlərinizin durumunu necə dəyərləndirirsiniz?
- Müxalifət qüvvələri ilk növbədə demokratik mühitdən istifadə edərək özlərinin mövqelərini hərtərəfli ortaya qoyublar. Adları hallanan namizədlərin bir qismi əvvəlki seçkilərdə iştirak ediblər, bir qisminin adı yenidir. Bu baxımdan, qarşıdakı seçkidə hər hansı qeyri-adi hadisənin olacağını gözləmirəm. Birincisi, bu namizədlərin sosial bazaları zəifdir, bir qisminin isə populist çıxışlardan başqa cəmiyyətə təqdim edəcəyi nəsə yoxdur. Ќəzərə alaq ki, bu gün müxalifətin ümumilikdə sosial bazası zəifdir, müxalifətdən olan namizədlər seçici səsi uğrunda deyil, müxalifətin sosial bazasının səsini daha çoxunu qazanmağa çalışacaqlar. Bunun əks-sədası artıq müxalifətin nəzarəti altında olan mətbuat səhifələrində indidən görünür. Bir-birlərini cəsarətsizlikdə, sosial bazanı oğurlamaqda ittiham etmək müxalifət düşərgəsində artıq adi hala çevrilib. Bu gün müxalifət bir-birinin fəaliyyətinə böyük qısqanclıqla yanaşır. Eyni ssenari gedir, bir seçki başa çatdıqdan sonra bloklar yaradılır, danışıqlar aparılır, blok və vahid namizədlə çıxış etmək istəyən qüvvələr hərəsi öz siyasi mənzilinə çəkilərək, öz namizədini irəli sürür. Ona görə də mən deyərdim ki, indiki müxalifət ən azı 100 il hakimiyyətə gəlmək iqtidarında deyil. Müxalifət namizədləri budəfəki prezident seçkilərində də əsasən bir-birlərinin sosial bazasını ələ keçirməyə çalışacaqlar. Bu isə onlara heç bir uğur vəd eləmir. Təbii ki, bu, onların seçimidir. Hakim partiya nə onların işinə qarışır, nə də hər hansı məsləhət vermək fikrindədir. Biz öz namizədimizin təbliğində, onun tərəfdarlarının daha çox olmasında maraqlıyıq. Bu istiqamətdə Konstitusiyanın və qanunun bizə verdiyi imkanlardan maksimum istifadə etməyə çalışacağıq.
- Müxalifət düşərgəsində hazırda Milli Şuranın yaradılması və daha geniş birlik modelinin ortaya qoyulması istiqamətində müzakirələr gedir. Bu barədə nə düşünürsüz?
- Əslində, Milli Şuranın nə olduğunu nə bu ideyanı irəli sürənlər, nə də onu təbliğ edənlər axıra qədər dərk edə bilmədilər. Əgər bu, hansısa ümumi orqandırsa, belə orqanlar müxalifətdə kifayət qədərdir və bunun səmərəsizliyi ortadadır. Yox, yeni bir strukturdursa, heç bir müxalifət partiyası yeni bir strukturda təmsil olunmaq arzusunu bildirməmişdi. Sadəcə olaraq, bir neçə nəfər bu layihə vasitəsi ilə siyasi imic qazanmaq, tərəfdarlarının sayını çoxaltmaq istəyirdi, amma belə götürəndə nəinki cəmiyyətdə, heç müxalifət daxilində də bu ideyaya maraq yaranmadı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru