Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                 

EKSPERT İNSTİTUT DİREKTORUNU İTTİHAM ETDİ
Tarix: 27-05-2013, 11:52 | Çap et
EKSPERT İNSTİTUT DİREKTORUNU İTTİHAM ETDİ
ƏLÖVSƏT OSMANLI MƏTBUAT KONFRANSINA HAZIRLAŞIR

DİA.AZ: - Ekspert, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı ilə Təhsil Problemləri İnstitutunun (TPİ) direktoru Abdulla Mehrabov arasındakı ziddiyyət kulminasiya həddinə yaxınlaşır. Belə ki, birinci tərəf riyaziyyat kurikulumlarında minlərlə ciddi səhvin olduğunu bildirir və israrla tələb edir ki, onlar Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasovun və ya Abdulla Mehrabovun iştirakı ilə müzakirə olunsun, əks tərəfsə bu tələbə qarşı biganəlik göstərir. Ona görə də Əlövsət Osmanlı Abdulla müəllimə davamlı surətdə məktublar ünvanlayır. Bu seriyadan növbəti məktubunu o, dünən göndərib. Əlövsət müəllim məktubun mətnini DİA.AZ-a da yollayıb. Maraqlı olacağını nəzərə alaraq onu oxucuların diqqətinə çatdırırıq.

“Hörmətli Abdulla müəllim! Keçən ilin sentyabrından bəri sizə və tabeçiliyinizdə olan Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasova bir neçə məktub ünvanlamışam. Məktublarımın əsas qayəsi bu olub ki, təhsil proqramlarımız (kurikulumlar) biabırçı gündədir, gəlin onları müzakirə edək. Təəssüflər olsun ki, təklifimi süngü ilə qarşıladınız, hər şeyi qulaqardına vuraraq mənimlə danışmaq istəmədiniz, hətta rəsmi məktublarıma cavab verməyi belə özünüzə “rəva” bilmədiniz. Yalnız yeni nazirin gəlişindən sonra sizdə bir az “yumşalma” əmələ gəldi və nəhayət, müzakirənin keçirilməsinə razılıq verdiniz. Mayın 16-sına nəzərdə tutulmuş bu tədbirdə, mən də daxil, mərkəzin rəhbəri Ənvər Abbasov və 12 nəfərdən ibarət işçi qrupu iştirak etməli idi. Lakin Ənvər Abbasovun olmaması səbəbindən tədbir baş tutmadı. Onun iştirakı isə 3 səbəbdən çox vacib idi:

1) Abbasov Kurikulum Mərkəzinin direktoru olmaq¬la, kurikulumların hazırlanmasına rəhbərlik etmiş (əsas cavabdeh) şəxsdir;

2) Müzakirə prosesində yalnız əks tərəflərin (mən və işçi qrupun) iştirakı problemin həllinə yox, ziddiyyətə gətirib çıxara bilərdi;

3) Mayın 14-də telefon danışığı zamanı qəbul etdiyimiz əsas şərtlərdən biri də məhz Abbasovun müzakirədə iştirakı idi.

Hətta onda sizdən xahiş etmişdim ki, Ənvər müəllimin gəlməyəcəyi təqdirdə köməkçiniz vasitəsi ilə bunu mənə bildirin, mən də gəlməyim. Lakin sayğısızlıq göstərərək bunu etmədiniz və belə bir arzuolunmaz vəziyyət yarandı, yəni tədbir alınmadı. İndi də bəzi əməkdaşlarınız birbaşa sizə aid olan günahı mətbuatda hər vəchlə mənim üzərimə yıxmağa çalışırlar. Heç olmazsa, özünüzdə güc taparaq onları başa salın ki, müzakirənin alınmamasının səbəbkarı Əlövsət Osmanlı yox, Abdulla Mehrabov idi...

Əslində, dövlətin strateji məsələsi olan təhsilin məzmununun əsas daşıyıcılarından birinin – təhsil proqramlarının (kurikulumların) müzakirəsini “qapalı” şəraitdə keçirmək anormal haldır. Hesab edirəm ki, siz bunu bircə məqsədlə edirsiniz: “Kurikulum” adlandırdığınız yaramaz nəsnələrdəki paxırlar üzə çıxmasın! Məhz ona görə də bu prosesə “kənar” şəxslərin qatılmasını istəmirsiniz.

Bir daha bəyan edirəm: Yalnız riyaziyyat kurikulumlarında (əgər kurikulum demək mümkünsə!) minlərlə ciddi səhv var! Çox ağır iddiadır, deyilmi?! Bunun qarşısında susmağınızın səbəbi isə hələ də mənə aydın deyil. Axı siz təhsilin məzmunu ilə bağlı aparıcı institutun rəhbəri, nazirliyin kollegiya üzvüsünüz, yüksək ad və titullar daşıyan bir şəxssiniz! Mənə görə, təhsilimiz ətrafında belə məsələlər ortaya çıxanda birinci reaksiya verən siz olmalısınız! Amma heç nə sizin vecinizə deyil, bu dəhşətli ortamda kənarda dayanırsınız, əvəzi¬ni¬zə isə bəzi üzdəniraq əməkdaşlarınız özlərini ortalığa atırlar və cid¬di bir işə hədəflənmiş məsələni “şou” müstəvisinə endirmək is¬təyirlər. Onlar bununla məni qaralamağa çalışırlar, sonucda isə özlərini komik vəziyyətə salırlar, guya bu qaralamalarla kurikulumlarınız düzələcək. Görün “alovlu” müdafiəçilərinizdən biri usanmadan so¬sial şəbəkələrdə mənim barəmdə nə yazır: “Osmanlı ürəyiyanan və düzəlişlər etmək istəyən adam idisə riyaziyyat mütəxəssislərinin qarşısında niyə söz deyə bilmədi? Qoy tənqidlərini, təkliflərini verəydi də. Amma əsl mütəxəssisləri, riyaziyyatçıları görən kimi, yalnız ixtisasca dilçi olan Ənvər müəllimin olmasını tələb elədi. Çox gülünc bir olay idi. Əlövsət Osmanlı riyaziyyat fənn kurikulumunu hazırlayan işçi qrupunun qarşısında 5 dəqiqə belə otura bilməyib otağı tərk etdi”...

İxtisasca bioloq olan bu əməkdaşınızın “riyaziyyat kurikulumlarında minlərlə ciddi səhv var” iddiası ilə çıxış edən şəxsə qarşı işlətdiyi mənasız və məntiqsiz fikirlərə diqqət yetirdinizmi?! Onları oxuyarkən bir alim, bir direktor olaraq öz-özünüzə nə düşündünüz? Heç olmazsa, demədinizmi, balam, sən hara, riyaziyyat(çılar) hara, get öz işinlə məşğul ol?! Nə isə...

Hörmətli Abdulla müəllim! Mənim mövqeyim dəyişməzdir. Bir daha diqqətinizə çatdırıram: Riyaziyyat kurikulumları haqqında iddialarım Ənvər Abbasovun və ya sizin iştirakınızla müzakirə olunmalıdır! Əgər bu formatda müzakirədən yenə imtina edəcəksinizsə, onda məcbur olub iradlarımı yaxın günlərdə keçirmək istədiyim mətbuat konfransında açıqlayacam”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru