“ROYAL BANK”I KİMLƏR VƏ NECƏ TALAN EDİBLƏR?
Tarix: 24-06-2013, 13:17 | Çap et
ƏMANƏTÇİLƏRİN BATAN PULLARININ İZİ İLƏ
DİA.AZ: - Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası ləğv edilən “Royal Bank”la bağlı məlumatlar səngimək bilmir. Bank fəaliyyətini dayandırsa da, hələ də özü ilə bağlı fərqli məlumatların hesabına gündəmdə olaraq qalır. Xatırladaq ki, keçən günlərdə bankda pullarını itirmiş əmanətçilərin harayını diqqətinizə təqdim etmişdik. Və bunun ardından əslində əmanətçilərin pullarının kimlər tərəfindən və necə talan edildiyi yönünda araşdırmalara başladıq.
DİA.AZ-a daxil olan yeni məlumatlarda adı çəkilən bankda həyata keçirilən başqa maxinasiya faktlarından bəhs edilir. Qeyd edək ki, biz, ötən günlərdə bu bankla bağlı ardıcıl yazılar dərc etmiş və bankın səlahiyyətli şəxslərinin həyata keçirdiyi böyük maxinasiyalar barədə məlumat vermişdik. Bu dəfəki məlumatlar da eyni xarakterlidir.
Belə ki, keçən yazılarımızda da haqqında bəhs etdiyimiz “Royal Bank”ın 1 saylı filialının müdiri Hikmət Rəcəbovun da “şagird”i olan və ən son adı çəkilən bankın Əhmədli filialının rəhbər postunu tutan Müşviq adlı bankirin həyata keçirdiyi maxinasiyalarla bağlı ilginc məlumatlar əldə etmişik.
Onu da bildirək ki, biz, DİA.AZ olaraq, Hikmət Rəcəbovdan çox yazmışıq. Onun Almaniyadan avtobomilləri oğurlayıb Azərbaycana gətirib satan dəstə ilə əlbir olduğu barədə verdiyimiz məlumatlardan sonra nədənsə, heç bir hüquq-mühafizə orqanları bu məsələnin üstünə getmədi, H.Rəcəbovu çağırıb, məsələ ilə bağlı dinləmədi.
Biz, elə o zamandan H.Rəcəbovun polis sistemi tərəfindən niyə bu formada qorunduğunu araşdırmağa başladıq və çox ilginc məlumatlar əldə etdik. Belə ki, əldə etdiyimiz məlumata görə, H.Rəcəbov keçmiş daxili işlər naziri müavini olan Natiq Talıbovun yeznəsidir. Həmçinin, onu da öyrənə bildik ki, Natiq Talıbov “Royal Bank”ın son günlərinəcən bu bankın Müşahidə Şurasının üzvü olub.
Qeyd edək ki, əslən bakılı olan N.Talıbov 90-cı illərdə Ayaz Mütəllibovun hakimiyyəti dövründə daxili işlər nazirinin müavini postuna qədər yüksəlmişdi. Ancaq AXC hakimiyyətə gəldikdən və İsgəndər Həmidov daxili işlər naziri təyin olunduqda sonra N.Talıbov 50 yaşı tamam olduğu zaman tutduğu vəzifədən azad edilmişdi. Son dövrlərə qədər isə o, fəaliyyətini Ədliyyə Nazirliyində Penitensiar Xidməti idarəsinin rəis müavini vəzifəsində çalışırdı.
Bakıda kifayət qədər hörmət və nüfuz sahibi olan N.Talıbov elə bu üzdən də təqaüddə chixaraq, “Royal Bank”ın Müşahidə Şurasının üzvü seçilir. Bundan sonra isə “Royal Bank”ın qapıları Rəcəbov qardaşlarının üzünə taybatay açılır. Onlar N.Talıbovun başını uca etmək üçün fəaliyyətə başlayırlar.
H.Rəcəbov bu bankda 1 saylı filial müdiri olarkən, N.Talıbovun da köməkliyi ilə qardaşı Mehdi Rəcəbovu “Royal Bank”ın Qaradağ filialına müdir təyin etdirir.
Qardaşı H.Rəcəbovun Almaniyadan oğurlanaraq Azərbaycanda satılan maşın biznesində əli olduğunu bilən Mehdi Rəcəbov da bu işdən uzaq qalmamaq qərarına gəlir. Qeyd edək ki, M.Rəcəbov “Royal Bank”ın Qaradağ filialının müdiri olduğu dövrdən bəri o, həm də avtomobil biznesi ilə məşğul olur. Hazırda onun şəhərin bir neçə yerində avtosalonu var. Bu biznesdə isə M.Rəcəbova “Şəkili” qruplaşması yardımçı olurdu. Bu qruplaşma üzvləri M.Rəcəbovun “Royal Bank”da həyata keçirdiyi iri maxinasiya əməliyyatlarında da ona köməklik göstərən əsas adamlardandır.
Mehdi Rəcəbovun “Şəkili” qruplaşmasının üzvləri ilə “Royal Bank”ın Qaradağ filialında həyata keçirdiyi maxinasiya sistemi isə alqışa layiqdir. Onlar müthiş zəka işlədərək, bu bankda 5 milyon manatlıq maxinasiyaya yol veriblər. Adı çəkilən şəxslərin metodu ilə tanış olduqda, siz də eynən bizim kimi düşünəcəksiniz.
Belə ki, “Şəkili” qruplaşmasına etibar edən avtomobil sahibləri özlərinin 200-250 min manat dəyərində olan maşınlarını satması üçün onların avtosalonuna satlığa qoyurdular. Həmin avtomobillərin texniki pasportları isə sahiblərindən xəbərsiz Mehdi Rəcəbov tərəfindən kopyalanır, yeni saxta texniki pasport çıxarılırdı. Daha sonra avtomobil 1 saatlıq DİN-nin BDYP-ya diaqnostikaya aparılırdı. Orda isə M.Rəcəbovun və “Şəkili” qruplaşmasının yaxın adamı olan diaqnostikanın işçisi, əslən tovuzlu Mehdi adlı şəxs çox asanlıqla və saxta yolla həmin avtomobili diaqnostikadan keçirirdi. Saxta texpasportda başqa bir şəxsin ad-soyadı yazılaraq, qeyd yerinə maşının “Royal Bank”ın Qaradağ filialı tərəfindən girova qoyulduğu qeyd olunurdu.
Bunun ardınca avtomobil yenidən salona qaytarılırdı. Maşının orijinal texniki pasportu isə “Şəkili”lər də qalırdı. Təzə və saxta texpasport vasitəsilə isə “Royal Bank”ın Qaradağ filialından maşının maya dəyəri qədər pul çıxarılaraq, M.Rəcəbovla “Şəkili” qruplaşması arasında bölünürdü.
Bu barədə məlumat verən mənbəmiz bildirir ki, daha sonra bu maxinasiya sistemi adi hala çevrilib və adı çəkilən şəxslər bu yolla qeyd olunan bankdan 5 milyon manata yaxın pul çıxarıblar.
Bu müthiş maxinasiyanın üstü isə belə açılır: Öz avtomobilini “Şəkili”lərin avtosalonuna qoyan şəxslərdən biri bir müddət sonra avtomobil satılmadığı üçün onu salondan çıxarır və Bakıda sürməyə başlayır. Günlərin birində isə “Royal Bank”ın problemli kreditlər şöbəsinin işçiləri avtomobilin qarşısını kəsir və onun sahibinə maşının banka məxsus olduğunu və dərhal onu təhvil verməsini bildirir. Bank işçiləri bildirir ki, uzun müddət bu maşına görə götürülən kredit ödənilmir. Avtomobilin sahibi söhbətin hansı kreditdən getdiyini soruşduqda isə ona bildirirlər ki, 250 min manat qiyməti olan həmin maşına görə, “Royal Bank”ın Qaradağ filialından elə 250 min manat məbləğində kredit çıxarılıb. Buna görə də maşın banka aiddir. Maşının sahibi isə avtomobilin orijinal texpasportunu bank işçilərinə göstərir və bildirir ki, avtomobil ona məxsusdur və heç vaxt “Royal Bank”dan kredit götürməyib.
Bankın işçiləri isə əllərindəki saxta texpasportla orijinalını tutuşdurduqda anlayırlar ki, sürücü haqlıdır və avtomobil ona məxsusdur, məsələnin günahkarı isə filial müdiri Mehdi Rəcəbovdur.
Bunun ardınca M.Rəcəbovun bu əməllərindən bankın Müşahidə Şurasının sədri Əli Cam xəbər tutur.
Əldə etdiyimiz məlumatda o da bildirilir ki, Mehdi Rəcəbov bir sıra avtosalon müdirlərinə 2 min manatlıq “faiz” verərək, guya maşını baha satacağını və əlavə gəlir götürəcəyini bildirərək, həmin maşını “müştəriyə göstərmək” üçün avtosalondan bir saatlıq çıxarır, bu bir saat ərzində avtomobilə saxta texniki pasport hazırlayır, onu dostu Mehdinin əli ilə diaqnostikadan keçirir və dərhal da rəhbərlik etdiyi filialdan külli miqdarda kredit çəkirmiş.
Daha sonra isə maşını salona qaytarır, müştərinin maşını bəyənmədiyini bildirərək onu salon sahibinə təhvil verir. Əvvəlcədən ödədiyi 2 min manatı isə geri istəmir. Çünki bilir ki, gec-tez avtosalon sahibləri ona narazçılıqlarını bildirəcəklər və onda da M.Rəcəbov onlara aldıqları 2 min manatı xatırladacaq. Sonda elə bu cür də olur. Mehdi həmin avtosalalon sahiblərinə onunla əlbir olub, az miqdarda olsa da, pul qazandıqlarını xatırladır.
Qeyd edək ki, bütün bu cinayətlərin üstü 2009-ci ildə Əli Cam tərəfindən açılıb. Ancaq nədənsə, nə Rəcəbov qardaşları, nə “Şəkili” qruplaşmasının üzvləri, nə də BDYP-nin diaqnostika şöbəsinin Mehdi adlı işçisi hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmayıb.
Maxinasiyalarının üstü açıldıqdan sonra “Şəkili” qruplaşmasının üzvləri Mehdi Rəcəbovla birgə bankdan çıxardıqları pulların yarısını – 2,5 milyon manatı “Royal Bank”a geri qaytarıb və bildiriblər ki, pulun digər yarısı M.Rəcəbovdadır. Mənbəmiz deyir ki, o zamanlar bankın Müşahidə Şurasının üzvü olan N.Talıbov Hikmət və Mehdi Rəcəbov qardaşlarının cinayət məsuliyyətinə cəlb olunmaması üçün çox əziyyət çəkib.
Ancaq həqiqət budur ki, Rəcəbovlar öz məsuliyyətlərindən boyun qaçıra bilsələr də, “Royal Bank” Mərkəzi bankın qarşısındakı məsuliyyətindən boyun qaçıra bilmədi.
Onu da bildirək ki, yazıda adları çəkilən hər bir şəxsin mövqeyini yayımlamağa hazırıq.
Qeyd edək ki, növbəti günlərdə oğurluq avtomobil mafiyasında kimlərin əli olduğu barədə yazacağıq. MTK- “Olimpus” Elmir, “Avtosalon” Feruz və Telman, “Əlibayramlı” Cahid, Tovuzda “Pioner Vahid”in oğlu Üzeyir, “Kor” ləqəbli Mahir və s.-nin fəaliyyətləri barədə silsilə yazılar dərc edəcəyik.
Bizi izləməyə davam edin.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
|