YENİ İLİ KASIBLAR QEYD EDƏ BİLMƏYƏCƏK
Tarix: 21-12-2011, 11:45 | Çap et
RESTORANLARDA YENİ İL ŞƏNLİKLƏRİNİN ŞOK QİYMƏTLƏRİ
Yeni il şənlikləri yaxınlaşdıqca paytaxt Bakıda yerləşən əyləncə obyektləri öz proqramlarını təklif etməyə başlayıblar. Yaddaqalan bayram gesəsi və fanfarlar vəd edən bu məkanlar bir çoxları üçün əlçatmazdı. Modern.az Bakıda yeni il şənliyi təklif edən əyləncə məkanlarında təklif olunan qiymətləri araşdırıb. Maraqlı rəqəmlər ortaya çıxıb.
Ölkənin 1 nömrəli VİP məkanına çevrilməkdə olan “Buta Palace” sarayı 3, 4 və 5 yanvar 2012-ci il tarixlərində balaca uşaqlar üçün yeni il proqramı hazırlayıb. Bu tədbirlə bağlı açıqladıqları məlumatda təşkilatçılar vəd edirlər ki, həmin gün balacaları əfsanəvi dünyaya -dairəvi masaya aparacaq kuklalar gözləyir. Burada uşaqlar şirniyyatlardan ibarət xüsusi hazırlanmış menyüdən zövq alacaqlar. Hər bir uşağa peşəkar ofisiantlar tərəfindən yüksək xidmət göstəriləcək. Yeni layihə vəd edən təşkilatçılar onu müasir terminalogiyada həyata keçirəcəklər. Tamaşaçılar fentezi dünyasına düşəcəklər. Tamaşaçını bu əfsanəvi dünyaya tamamilə daxil etmək üçün “Buta Palace” vizual effektlərdən istifadə edəcək. Əlbəttə ki, proqramın əsas qonaqları Şaxta baba və Qar qız olacaq. Onlar balaca tamaşaçıları hədiyyələr və maraqlı müsabiqələrlə sevindirəcəklər. 3 zonaya ayrılmış “Buta Palace” həm uşaqlar, həm də onların valideynləri üçün nəzərdə tutulub. Valideynlər monitorlarla təchiz edilmiş rahat zonada əyləşərək əsas zalda Yeni il proqramını birbaşa izləyə bilərlər. Həmçinin, rahatlıq üçün furşet-bar xidməti təklif ediləcək. Balaca tamaşaçıları şən klounlar və nağıl personajları qarşılayacaq, onları "Sehirli Buta"nın nağıllar aləminə aparacaqlar. Orada isə onları hədiyyələr gözləyir. Biletin qiyməti hər uşaq üçün 25 manatdır. 3 yaşdan yuxarı uşaqla gələn valideyn də özünə bilet almalı olacaq. Əgər istəmirsə, qonşu zaldan içəridəki bayramı seyr edə bilər. Havayı..
“Grand Hotel Europe” (“Avropa” mehmanxanası) 31 dekabr 21:00-da təşkil edəcəyi Yeni il gecəsinə populyar aktyorların iştirakı ilə bayram şənliyi vəd edir. Gecənin aparıcıları -"Bu şəhərdə" yumoristik layihəsinin aktyorları Rafael və Coşqun olacaq. Təşkilatçılar gözəl Yeni il ab-havası, canlı musiqi, instrumental orkestr, müsabiqələr, rəqslər, geniş çeşidli bayram menyüsü, səhərə qədər diskoteka vəd edirlər. Biletlərin qiyməti isə vətəndaşın orta aylıq əmək haqqı civarındadır. 199 manat adi biletin qiymətidir. 299 manata isə VİP bilet satılır. VİP biletə Yeni il şou-proqramı, bayram süfrəsi, oteldə otaq və səhər yeməyi, “Olympus Spa və Health club”dan istifadə daxildir.
“Diamond Klub”da 2012-ci İli qarşılamaq sizlərə 60 manat (standart) və 100 manat (VİP) başa gələ bilər. Bu qiymət paketinə bayram proqramı, orijinal və əyləncəli müsabiqələr, prizlər və sürprizlər, ən məşhur Dj-lərdən unudulmaz setlər daxildir. Təşkilatçılar qəribə də olsa, Yeni il proqramını Şaxta babanın müşayiəti ilə keçiriləcəyini vəd edirlər. Bizcə hər halda orada kosa və keçəl olmamalıdır.
“Landmark” oteli də yeni il ehtiraslarından kənarda qalmayıb. Otelin 20-ci mərtəbəsində yerləşən “Sky Bar və Lounge” məkanına 150 manat ödəməklə 31 dekabrda keçiriləcək şənlikdə iştirak edə bilərsiniz.
31 dekabra “Monolit Plaza” da hazırlaşır. Təşkilatçılar həmin gün keçiriləcək Yeni ilə şənliyində iştirak edəcək Xose Bernardonu, ilk “Eurovision” təmsilçimiz Elnur Hüseynovu, Ukraynadan xüsusi qonaq pop-qrup “VIP”, Black Dj's musiqi qrupunu, ecazkar Go-Go Dancersi izləmək üçün 100 və 150 manat ödəmək lazım olduğunu bildirirlər. 100 manatlıq paketə Yeni il süfrəsi, içkilər, şou-proqram, 150 manatlıq paketə isə Yeni il süfrəsi, içkilər, şou-proqram, VİP otaqlar, növbəti səhər səhər yeməyi daxildir.
“Baku Kartinq”də keçiriləcək əyləncə gecəsinin qiyməti isə 20-40 manat arasında dəyişir.
“Inferno club” isə gələn qonaqlara bu gecənin ilin ən yadda qalan gecəsi olacağına söz verir. Bura gələnlər 31 dekabr günü alov şousu, oriental rəqs, Go-Go dance, bayram atəşfəşanlığı, müsabiqələr, hədiyyələr yağışına görə 50-100 manat ödəməlidirlər.
“Hyatt Park”ın uşaqlar üçün təşkil edəcəyi Yeni il şənliklərinin qiyməti böyüklər üçün 30 manat, uşaqlar üçün 50 manatdır. Təşkilatçılar bayram tədbirinə şəhid uşaqlarını, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin uşaqlarını dəvət etməyi planlaşdırır.
Belə. Bizim kiçik qiymət araşdırmamız çoxları üçün pessimist ovqat yaratsa da, kədərlənməyə dəyməz. Əgər bayrama qədər iş yerindən əmək haqqınızı almısınızsa, o zaman bazardan bayram bazarlığı edib ailənizi başınıza yığın. TV-də bayram gecəsini Zeynəb Xanlarova ilə keçirmək nəsib olanlar evdə bişirlən ləzzətli plovu yeyib şampanı partlada bilərlər. Əsas odur ki, Yeni il gəlir.. Yeni arzularlarla…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39 |
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34 |
|
|
|
• Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30 |
|
|
|
• Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22 |
|
|
|
• ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20 |
|
|
|
• Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19 |
|
|
|
• Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18 |
|
|
|
• Roşka yenidən həbs edildi
Bu gün, 12:05 |
|
|
|
• Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01 |
|
|
|
• Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54 |
|
|
|
• "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51 |
|
|
|
• Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38 |
|
|
|
• Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27 |
|
|
|
• Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25 |
|
|
|
• Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19 |
|
|
|
• Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15 |
|
|
|
• Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10 |
|
|
|
• İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04 |
|
|
|
• İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00 |
|
|
|
• Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54 |
|
|
|
• Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52 |
|
|
|
• Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45 |
|
|
|
• İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35 |
|
|
|
• Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29 |
|
|
|
• “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20 |
|
|
|
|