NAXÇIVANDA YENİ İNQİLAB OCAQLARI
Tarix: 26-12-2011, 15:29 | Çap et
CƏYRİ VƏ NEHRƏM KƏNDLƏRİNİN SAKİNLƏRİ ŞİKAYƏTÇİDİRLƏR
DİA.AZ: - Bu günlərdə «Azadlıq» radiosunun «250+» rubrikasında aparıcı tərəfindən maraqlı bir ifadə işləndi: «Şimali Koreyaya getmək Naxçıvana getmək kimi çətindir». Təbii ki, Şimali Koreyaya bir əcnəbinin səfər etməsinin nədən çətn olduğu aydındır. Bir azərbaycanlının isə Naxçıvana gedə bilməməsinin səbəbi isə tamam fərqlidir.
Vasif Talıbovun özəl xanlığı
Naxçıvan adı gələndə ilk olaraq yaddaşlarda hazırki hakimiyyəti təşkil edən naxçıanlı qruplaşması assosasiya yaradır. Yəni ilk olaraq yada düşəni bu regiondan olanların yaratdığı siyasi qruplaşmadır. Ki, həmin qruplaşma hələ də ölkə müstəvisində əsas söz sahibi hesab olunur.
İkinci olaraq yada düşəni isə Vasif Talıbovdur. Naxçıvanın yenilməz, dönməz və əbədi xanı. Onun barəsində bu vaxta qədər mətbuatda çox yazılıb. Hətta adına lətifələr də qoşulub. Başınızı ağrıtsaq da, real faktlara keçməzdən öncə həmin lətifələrdən ikisini diqqətinizə çatdıracağıq.
1-Cİ LƏTİFƏ: Mətbuatın əsgərlərə məxsus malların qanunsuz olaraq satışa çıxarılmasından silsilə yazılar dərc etdiyi bir ərəfədir. Vasif Talıbov Naxçıvanda dükana girir və piştaxtadakı malları seyr edərkən, gözünə «Colqate» diş məcunu sataşır. Sən demə, Naxçıvan xanı bu diş məcununun adını kiril əlifbası ilə oxuyubmuş və qayıdıb yanındakılara deyir: «Bu müxalifət mətbuatı düz yazırmış ey, buna bax, SOLDATIN malını satırlar».
2-Cİ LƏTİFƏ: Parlamentin sədri Oqtay Əsədov Naxçıvana səfər edir. Orada onu Vasif Talıbov qarşılayır və Muxtar Respublikadakı yeniliklərlə, yeni tikililərlə parlament sədrini tanış edir. Vasif Talıbovun ərköyünlüyü həm də məmurlarımıza daha aydın olduğundan Oqtay Əsədov çox ehtiyatlı formada Naxçıvan xanını tərifləmək istəyir: «Vasif müəllim, vallah, adam bu yenilikləri görəndə sizə qibtə etməyə bilmir». «Qibtə» sözünü tam başa düşməyən Vasif Talıbov da qayıdıb cavabında deyir: «Mənə cənab prezidentdən başqa kimsə heç nə edə bilməz». Ətrafdakılar ona «qibtə» sözünün heç də pis məna ifadə etmədiyini bildirirlər. Vasif Talıbov yenə də fikrində qalır: «Dedim axı, mənə cənab prezidentdən başqa heç kəs heç nə edə bilməz»…
Əslində bu iki lətifə ilə Naxçıvanda mövcud idarəetmənin hansı səviyyədə olduğunu tam təsəvvür etmək mümkündür. Əgər əksər hallarda lətifələr daha çox hadisələrin şişirdilməsi üzərində qurulursa, bu lətifələrdə şişirtmə payı həddindən artıq az olduğundan bu gün Naxçıvanda yaşayan vətəndaşlarımızın halına qibtə etmək kiminsə ağlının ucundan da keçmir.
Bir sözlə, Naxçıvanı tamamilə özədləşdirmiş Vasif Talıbov bu gün Muxtar Respublikanın tam kralıdır və onun iradəsindən kənar bu bölgədə hətta hansısa əcnəbi jurnalist diktafonunu belə yandırmaq qüdrətində deyil.
Qul əməyi Naxçıvanda populyardır
Təbii ki, bu kimi narahatlıqlar Naxçıvanı ölkə mətbuatında da aktual edir. Biz də əməkdaşımızı Naxçıvana yollamaq qərarına gəldik və rastımıza çıxan faktlardan dəhşətə gəlməyə bilmirsən. Bu faktlar bir daha təsdiqləyir ki, özünə Naxçıvanda feodal cəmiyyət qurmuş Vasif Talıbovun nə demokratiyaya, nə də demokratik cəmiyyətə hansısa formada aidiyyatı yoxdur.
Naxçıvandakı əməkdaşımız bildirir ki, Naxçıvan yeganə bölgədir ki, burada yaşayan sakinlərin şikayətlərinə heç bir yerli dövlət qurumlarında baxılmır. Ona görə də MR sakinləri artıq gileylənmək, şikayətlənmək barədə ümumiyyətlə, düşünmürlər. Ən ağır vəziyyətdə olan zümrələrdən biri isə büdcə təşkilatında çalışanlardır. Vasif Talıbov onlara qul gözü ilə baxır. İşlədiyi idarənin profilindən asılı olmayaraq hər bir büdcə çalışanı Xanın düzənlədiyi iməcliklərdə işləmək məcburiyyətindədir. Əks halda, iş yerini itirməli olacaq. Ona görə də, Naxçıvanda sovet dövründən qalma iməclik ənənəsi - yəni Xana müftə kollektiv qulluq məsələsi hələ də aktualdır.
Yaşına-başına baxmadanr hər kəs Xan üçün müftə işləməlidir. Keçən il isə Şahbuz rayonunda təşkil olunan belə iməcliklərin birində 2 nəfər dünyasını dəyişdi. Təbii ki, buna görə hansısa yüksək rütbəli məmur cəzaladırılmadı. Çünki ölənlər Vasif Talıbovun gözündə qul olanlar idi. Qulun isə heç bir haqqı və hüququ olmur.
Xanın bu iməcliklərindən cana doymuş MR sakinləri bildirirlər ki, hətta bu ölümlər belə qanunsuz işlərin durdurulması ilə nəticələnmir: «Yəqin ki, bu günlərdə də Babək rayonunda kimsə öləcək. Çünki iməcliklər ard-arda düzülür».
Cəyri absurdu: İkinci dükanın fəaliyyəti qəti qadağandır
Onu da bildirək ki, Naxçıvanda ən böyük ikinci kənd Cəhri kəndi hesab olunsa da, bu kənddə cəmi-cümlətanı bir alış-veriş dükanı var. Təbii ki, burada hansı marağın güdüldüyünü təxmin etmək çox asandır. Kənd sakinləri bildirirlər ki, onlar həmin dükandan alver etmək məcburiyyətindədirlər: «Dükanda isə mallar Naxçıvanla müqayisədə ikiqat baha qiymətə satılır. Başqa yolumuz qalmadığından, biz də bu dükandan alver etmək məcburiyyətindəyik».
Dəfələrlə bu məsələ ilə bağlı yuxarı instansiyalara müraciət etsələr də, heç nə alınmayıb. Çünki həmin yeganə dükanın daha samballı yerlərə bağlı olması Cəhri kəndinin sakinlərinin talan edilməsini tam olaraq şərtləşdirdiyindən, kimsə problemin həlli barədə düşünməyi belə ağlından keçirmir.
Maraqlı orasıdır ki, sakinlər dəfələrlə icra hakimiyyətinə ikinci dükanın açılması üçün müraciət ediblər. Və nəticəsi bilirsinizmi, nə olub? Müraciət edənlər hüquq-mühafizə orqanları tərəfindən təqib olunublar, onlara müxtəlif formada təzyiqlər edilib.
Yuxarıda da dedik axı, Naxçıvanda şikayətlər eşidilmədiyindən kimsə giley-güzar barədə düşünmür. Amma sakinlər «lənət sənə kor şeytan» deyib, ikinci dükanın açılması üçün hətta Vasif Talıbova da müraciət ediblər. Amma yenə də onları eşidən olmayıb. Qeyd etdiyimiz kimi, əksinə, şikayətçi düşdüklərinə görə, özləri hədəfə çevriliblər.
Deputatlar kənd sakinlərini hakimiyyətə qarşı qaldırır
Onu da bildirək ki, Cəyri kəndindən kifayət qədər tanınmış simalar çıxıb. Onların arasında məmur olanı da var, deputatı da. Amma buna baxmayaraq, kəndin heç bir problemi həll olunmur. Kənd sakinləri deyirlər ki, Eldar İbrahimov da, Siyavuş Novruzov da onların həmyerliləridir:
«Onların da Cəyridəki problemlərdən xəbərləri var. Amma bir dəfə də olsun hansısa problemin həllinə yardım etməyiblər. Hətta dükan məsələsi barədə də məlumatlıdırlar. Şəxsən Siyavuş Novruzova dəfələrlə məlumat verilib».
Sakinlər bildirirlər ki, amma buna rəğmən dükan məsələsi ilə bağlı da kömək edən olmayıb: «Çünki Cəyridəki yeganə dükanın sahibi Siyavuş Novruzovun qohumlarıdır. Ona görə də nə icra başçısı, nə də MR rəhbərliyindən kimsə Cəyridə ikinci marketin açılmasına nail ola bilmir».
Bir sözlə, aydın olur ki, Siyavuş Novruzovun Cəyridən olması bu kəndin sakinlərinin yox, yalnız onun qohum-əqrəbasının işinə yarayır. Sakinlər bildirirlər ki, dəfələrlə Bakıda da deputatla görüşmək istəsələr də, buna nail ola bilməyiblər: «Siyavuş Novruzov ağzını açanda elə danışır ki, guya bu hakimiyyət üçün vacib adamdır. Hakimiyyətə lazımlı olan adam 9 minlik kəndi bu hakimiyyətə qarşı çevirərmi».
Sakinlər bildirirlər ki, onlar zaman-zaman ölkənin ictimai-siyasi həyatında fəal olublar: «İndi də bizi siyasətə qoşulmağa məcbur edirlər. Bu, 9 minlik kəndin dərdini eşidən yoxdur».
Onu da xatırladaq ki, həqiqətən də Naxçıvanda əss inqilabi hərəkətlənmələr Cəyri və Nehrəm kəndlərindən start götürüb.
Mövzu diqqətimizdədir…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Bu gün, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Bu gün, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Bu gün, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Bu gün, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Bu gün, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Bu gün, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Bu gün, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Bu gün, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Bu gün, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Bu gün, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Bu gün, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Bu gün, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Bu gün, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Bu gün, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Bu gün, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Bu gün, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Bu gün, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Bu gün, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Bu gün, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Bu gün, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Bu gün, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Bu gün, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39 |
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34 |
|
|
|
• Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30 |
|
|
|
• Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22 |
|
|
|
|