“SƏSLƏRİ YALTAQLARIN SƏSİNDƏN DAHA ÇOX ÇIXIR”
Tarix: 16-01-2012, 12:23 | Çap et
“HƏBSİMİ BƏLA YOX, BÖYÜK MƏNƏVİ MİSSİYANIN BİR MƏRHƏLƏSİ SAYIRAM”
Məhbus gənc fəal, ABŞ-ın Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev “Media forum” saytının suallarını cavablandırıb.
2011-ci ilin martında tutulan Bəxtiyar Hacıyev 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
- Vətəndaş Bəxtiyar Hacıyev niyə hərbi xidmətə getmək istəmir? Yəni nəyə görə alternativ hərbi xidmətə can atır? Belə demişdiniz ki, hərbi xidmət çəkmək əqidənizə ziddir. Xahiş edirik bunun nə demək olduğunu oxucularımıza aydınlaşdırasınız.
- Məsələnin üç tərəfi var: siyasi, hüquqi və mənəvi.
Siyasi baxımdan hakimiyyət uzun illərdir ki, öz opponentlərini susdurmaq üçün ordudan siyasi təzyiq kimi istifadə edirdi. Bu vaxta qədər heç kim buna açıq müqavimət göstərməmişdi, bu yolu bağlamağa cəhd etməmişdi. Bütün ictimai qınaq risklərini nəzərə alaraq mən bunu etdim. Hakimiyyət nəhəng təbliğat maşınlarını işə salsa da, insanlarımız, xüsusilə gənclər məni anladı, müdafiə etdi.
Hüquqi baxımdan konstitusiyamızda alternativ xidmət nəzərdə tutulub, ölkəmiz Avropa Şurası qarşısında bununla bağlı qanun qəbul etməyi öhdəlik kimi götürüb. Amma qanunun qəbul edilməməsi əsas gətirilərək mənə qarşı cinayət işi açıldı, ən yuxarı həddə cəza verildi. Sonrakı proseslər də sübut etdi ki, həbsim hərbi xidmətlə bağlı hüquqi iş yox, fəallığımla bağlı siyasi sifarişdir.
Mənəvi baxımdan düşünürəm ki, vətəndaşın öz dövlətinə borcu bir il, ilyarım hərbi xidmətlə məhdudlaşmır. Saxlanıldığım həbsxananı əsgərlər qoruyurlar. Bəzən onlara baxıb düşünürəm ki, 1 il divarların digər tərəfində dayanıb, sonra şəxsi həyatımı yaşasaydım, bu ölkəyə daha çox xidmət etmiş sayılardım? Zənnimcə, mənim həbsim də Azərbaycanda müsbət dəyişikliklərə, dolayısı ilə ölkəmə xidmət edir.
- Demək olarmı ki, bilə-bilə özünüzü bəlaya saldınız?
- Qətiyyən. Birincisi, həbsimi bəla yox, böyük mənəvi missiyanın bir mərhələsi sayıram. Bu gün firavan yaşayan ölkələrin tarixində belə həbslər çox olub. Ölkələrini və dünyanı yaxşıya doğru dəyişən bir çox insan da həbsdə olub. Ədalət uğrunda mübarizədə həbs bəla yox, bəxtiyarlıqdır.
İkincisi, qərarlarımı yüz ölçüb, bir biçib verməyi sevirəm. ABŞ-dan Azərbaycana qayıdanda iki gənc fəal bir satirik videoya görə həbsdə idi. Bilirdim ki, bir videoya görə iki şəxsi həbsdə saxlayan hakimiyyət hər an məni də həbs edə bilər. Lakin bu məni qorxutmurdu, çünki hakimiyyətin istədiyindən fərqli olaraq indi gənclər üçün həbs qorxulu deyil.
- Orada sizə münasibət necədir? Həbsxana işçiləri sizinlə necə davranırlar, məhbus yoldaşlarınız arasında sizin mövqeyinizi dəstəkləyən varmı?
- Ümumiyyətlə, Penitensiar Xidmət müəssisələrində əməkdaşlar müsbət keyfiyyətləri ilə seçilirlər, mədəni, anlayışlıdırlar. Məhkumların əksəri həm özümə, həm də siyasi mövqeyimə hörmətlə yanaşır. Bəzən hava tozlu və soyuq olanda, su gəlməyəndə məhkumlar təbəssümlə “Sənə bu lazım idi?” soruşurlar.
- Hazırda nə oxuyursunuz?
- Hazırda fizika üzrə Nobel mükafatı almış Robert Laflinin “Fərqli kainat” kitabını oxuyuram. Öyrəşdiyimiz fizika qanunlarına fərqli baxmağa vadar edən, beyni çox yoran kitabdır.
Çox vaxt yerli və xarici mətbuatı, akademik və siyasi jurnalları oxuyuram. Bundan başqa hazırkı Harvard tələbələrinin göndərdikləri yeni dərs qeydlərini oxuyuram. Həbsdən şəxsi inkişaf üçün maksimum bəhrələnməyə çalışıram.
- Həbsxanadan məqalə yazıb müxalifətin vahid namizəd müəyyənləşdirməsini təklif etmisiniz. Sizcə, müxalifət düşərgəsinin ən şanslı namizədi kimdir?
- Vahid namizədlə bağlı təklif Azərbaycan müxalifətinə yox, xəyali bir dövlət olan Kovatia müxalifətinə yazılmışdı. Çünki bir çox halda müxalifətimiz iqtidarımız kimi yeni təkliflərə müqavimətlə yanaşır, təklifləri müzakirəsiz yerindəcə boğur.
Təklifə əks arqument budur ki, indi hədəfi dəyişmək olmaz. Nədir hədəf? Əvvəl demokratik seçki mühiti, sonra parlamentin buraxılması, sonra vicdan məhbuslarına azadlıq tələb olundu. Bu tələblərdə kiçik irəliləyiş, nəticə olmadan indi də İlham Əliyevin istefası tələb olunur.
Bu gedişlə 2013-cü ili təsəvvür etmək çətin deyil. Seçkiyə bir neçə ay qalmış hazırlıq başlayacaq, hakimiyyətin bir namizədinə qarşı narazıların beş-altı ənənəvi namizədi çıxacaq. Seçkidən sonra pərakəndə müxalifət bir neçə il yenidən prezidentin istefasını tələb edəcək. Halbuki 2012-ci ili müxalifət toparlanmağa, təşkilatlanmağa və ilkin seçkilərlə vahid namizədini müəyyənləşdirməyə sərf edə və 2013-cü ildə seçicilərə sadə seçim təklif edə bilər: hakimiyyətin namizədi və müxalifətin ilkin seçkilərdən qalib çıxmış namizədi.
Düşünürəm ki, ilkin seçkilərin keçirilməsi cəmiyyəti aktivləşdirməyə də, demokratik seçki mühitinin formalaşmasına da, yeni simaların üzə çıxmasına da daha çox töfhə verə bilər, nəinki parlamentin buraxılmasını, prezidentin istefasını tələb etmək. Yeni simalarla bağlı bircə məsələni qeyd edim. İctimai Palatanın Koordinasiya Şurasına seçkidə heç bir partiya üzvü və rəhbəri olmayan Leyla Əliyeva cəmi iki səs fərqlə ən çox səs toplayan ikinci şəxs oldu. Bunun hansı siqnal verdiyini isə Kovatia müxalifəti analiz etsin.
- Gənclər yeni etiraz aksiyası elan ediblər, bunun üçün sosial şəbəkələrdə kampaniyaya başlayıblar. Bununla bağlı hansısa tövsiyəniz varmı?
- Azərbaycanın xoşbəxt gələcəyini müstəqillik illərində böyümüş, cəsarətli, azad düşüncəli, təhsilli, vicdanlı və mənəviyyatlı gənclərdə görürəm. Çox şadam ki, belə gənclərin sayı sürətlə artır və səsləri yaltaqların, qorxaqların səsindən daha çox çıxır.
Gənclərə “Avroviziya” öncəsi siyasi mesajlarını daha kreativ, incəsənət yolu ilə çatdırmağı tövsiyə edirəm. Bəzən bir foto, video və ya mahnı onlarla aksiyadan daha təsirli ola bilər.
- Cəzanızı tam çəkəcəyinizi, yoxsa vaxtından qabaq azadlığa buraxılacağınızı düşünürsünüz?
- Həbsimə siyasi sifariş verən şəxs azadlığa çıxmağıma siyasi göstəriş verəndə həbsdən çıxacam. Bunun nə vaxt olacağını isə daxili və xarici etirazlar müəyyənləşdirəcək. Həbsdə qaldığım hər gün hakimiyyət daha çox insanın rəğbətini, beynəlxalq dəstəkçilərini itirdiyini, tənqidlərin artan xətlə getdiyini görsə, vaxtından əvvəl həbsdən çıxa bilərəm.
- Əfv ərizəsi yazmısınızmı, əgər təklif olsa, bunu qəbul edərsinizmi?
- Günahlarıma görə Allahdan əfv diləməyi, səhvlərimə görə başqalarından üzr istəməyi böyüklük sayıram. Amma həbsimlə bağlı əfv istəyəcək tərəf varsa, bu, ədalətsizlik edən, hüquqlarımı pozan hakimiyyətdir.
Həbsdə olduğum ilk günlərdən indiyə qədər mənə dəfələrlə müxtəlif yollarla əfv ərizəsi yazmaq təklif olunub, buna etirazımı mətbuatda bildirmişəm. Axı nəyi etiraf edib əfv diləməliyəm? İttiham aktında yazılıb: “Bəxtiyar Hacıyev təhsil almaq adı ilə, əslində isə hərbi xidmətdən yayınmaq məqsədi ilə ABŞ-ın Harvard Universitetinə daxil olub”. Əfv ərizəsində bunu etiraf etməliyəm?
Düşünürəm ki, dövlətdə müdrik insanlar da var. Onlar nə hakimiyyətə, nə də dövlətimizə başucalığı gətirməyən bu prosesdə əfv ərizəsinə ilişib qalmamalıdırlar.
- Məhbusun düşüncəsini azadlığa çıxmaq istəyindən çox məşğul edən nəsə varmı?
- Digər məhbusları deyə bilmərəm, mənim yadıma həbsdən çıxmaq nadir hallarda düşür. Təbii ki, həbsdə olmaq xoş deyil. Amma həbsim düşüncəmi məşğul etmir, əzab vermir. Həbsdə olaraq da böyük məsələləri düşünmək və onlarla məşğul olmaq mümkündür.
- Həbsdən çıxandan sonrakı planlarınız nədir?
- Yəqin ki, əvvəl istirahət lazım olacaq. Daha sonra bir müddət xaricdə işləməyi və çox da gecikdirmədən bir şəxsi məsələni həll etməyi planlaşdırıram. Ancaq əminəm ki, nə vaxt, harada, hansı rolda olmağımdan asılı olmayaraq həmişə Azərbaycanın ictimai maraqları üçün çalışacam. Mən bunun əksini bacarmıram!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şahin Bağırovun TAM FİASKOSU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 03:32 |
|
|
|
• Trampın yeni sanksiya təhdidinə laqeyd görünən Kreml narahat olmalıdırmı? - GƏLİŞMƏ
Bu gün, 03:19 |
|
|
|
• İrəvanın KTMT oyunu: həm çıxmaq istəyir, həm risk etmir - Görünəni odur ki...
Bu gün, 03:12 |
|
|
|
• “Bayden Azərbaycana qarşı hər zaman qərəz nümayiş etdirdi” - deputat
Bu gün, 03:10 |
|
|
|
• “Əsəbi vaxtıma düşəndə efirdən baxıb onları söyürəm də...” - Ofeliya Sənani
Bu gün, 03:05 |
|
|
|
• Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır - Trampın nümayəndəsi
Bu gün, 00:27 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Dünən, 23:33 |
|
|
|
• Cavan olmam bir də mən... - VİDEO
Dünən, 23:29 |
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Dünən, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Dünən, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Dünən, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Dünən, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Dünən, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Dünən, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Dünən, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Dünən, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Dünən, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Dünən, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Dünən, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Dünən, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Dünən, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Dünən, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Dünən, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Dünən, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Dünən, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Dünən, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Dünən, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Dünən, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Dünən, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Dünən, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Dünən, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Dünən, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Dünən, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Dünən, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Dünən, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Dünən, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Dünən, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Dünən, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Dünən, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Dünən, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Dünən, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Dünən, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
|