"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                 

HAKİMİYYƏT CƏZA MAŞININI İŞƏ SALMA YOLUNDA
Tarix: 20-09-2013, 10:56 | Çap et
HAKİMİYYƏT CƏZA MAŞININI İŞƏ SALMA YOLUNDA
PREZİDENTİN XƏBƏRDARLIĞI SEÇKİDƏN SONRA ÖZÜNÜ NƏZƏRƏ ÇARPDIRACAQ

DİA.AZ: - Bu gün Azərbaycanda oliqarx-məmurlar problemi cəmiyyətin daha çox müzakirə etdiyi mövzulardan biri olmasına rəğmən, həm də getdikcə adiləşən və artıq insanların iradəsinə zidd olsa belə normal qəbul edilən hala çevrilməkdədir. Buna səbəb isə addımbaşı rast gəldiyimiz məmur özbaşınalıqlarının qarşısının alınmasının mümkünsüzlüyüdür. Digər tərəfdən də mövcud şəraitdə “məmur özbaşınalıqları” ifadəsini təkcə vəzifəli şəxslərin bilavasitə özləri tərəfindən törədilən qanunsuz əməllərə şamil etmək düzgün deyil.

Hamıya məlumdur ki, bu şəxslərin yaxın qohumları, onların himayəsində olanlar bəzən həmin məmurun özündən belə daha artıq ambisiyalarını ortaya qoymaqla daha ciddi hüquq və qanun pozuntularına yol verirlər. Onlar özlərini daha imtiyazlı hiss etdiklərindən, hətta aşağıda hesab etdikləri vətəndaşları əzməkdən belə çəkinmirlər. Bunun adına isə qudurğanlıq, harınlıq deyilir. Ki, bu problemə prezident İlham Əliyev də dəfələrlə toxunub. Elə son Bərdə səfəri zamanı da bu barədə danışan dövlət başçısı yenidən mövqeyini “cəzalandırılacaqlar” xəbərdarlığı ilə təkrarlamış oldu.

Keçən günlərdə DİA.AZ olaraq ölkənin Müdafiə Sənayesi naziri Yavər Camalovun biznes imperiyasını idarə etməkdə ona kömək edən bəzi qohumlarının yol verdikləri müxtəlif qanun pozuntularından bəhs edən ilginc faktları diqqətinizə çatdırmışdıq. Məlum olduğu kimi Y.Camalov “Olimpik Star”, “Kral”, “Niaqara”, “Qızıl tac”, “Ambassador” və bir çox başqa obyektlərin də aid olduğu şadlıq evləri, otellər, sağlamlıq-istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Bundan başqa nazirin malik olduğu böyük biznes şəbəkəsi Rusiyanın paytaxtı Moskva şəhərində də kifayət qədər sahələri əhatə etmişdir.

Belə ki, mənbələr bu şəbəkəyə “Elita” ticarət mərkəzinin və əlbəttə ki, bir neçə restoran-şadlıq evi kompleksinin aid olduğunu bildirirlər. Maraqlıdır ki, bu komplekslər də Y.Camalovun Bakıdakı şadlıq evləri ilə eyni adlarla, “Kral”, “Niaqara” və sairə adlandırılıb. Ümumilikdə isə, məlumatlara görə, Müdafiə Sənayesi nazirinin Moskvadakı biznesinin aylıq dövriyyəsi 20 milyon ABŞ dollarından artıqdır. Yeri gəlmişkən qeyd edək ki, son vaxtlar ölkə mətbuatında Y.Camalovun təkcə Bakıda malik olduğu çoxsaylı mülklər barədə də maraqlı məlumatlar dərc olunmaqdadır. Hətta bəzi mənbələr nazirin Bakı və Bakıətrafı yaşayış məntəqələrində 50-yə yaxın villaya sahib olduğunu bildirirlər.

Təbii ki, bu qədər sərvətin qarşısında özünə, davranışına nəzarəti qoruyub saxlamaq hər adama nəsib olmur. Elə ötən yazılarda da biz Y.Camalovun qardaşı oğlu Samir Camalovun misalında bu mülahizəni kifayət qədər araşdırmışıq. Lakin bu yaxınlarda ölkə mətbuatı üçün yeni müzakirə mövzusuna çevrilmiş digər bir olay Camalovların başqa, fərqli bir simasını da ictimaiyyətə təqdim etmiş oldu. Bu dəfə isə söhbət Yavər Camalovun qardaşı Əlikram Camalovdan gedir. Bu xüsusda mətbuatda yayımlanan məlumatlarda bildirilir ki, hələ 2010-cu ildə Ə.Camalov “Dəmirbank”dan 3 milyon 950 min manat məbləğində kredit götürüb. Bunun müqabilində isə nə əsas borc nə də həmin məbləğə hesablanmış 386 min manat məbləğində faiz borcu banka ödənilməyib. Bu səbəbdən də artıq sentyabrın 24-də Əlikram Camalov məhkəmə qarşısına çıxa bilər.

Qeyd edək ki, məlumatlarda Ə.Camalovun “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının təsisçisi və direktoru olması, həmçinin “Dəmirbank”dan aldığı krediti də məhz bu müəssisəyə rəsmiləşdirdiyi bildirilir. Lakin təəssüflər olsun ki, biz hamımız milyonlarla vəsaitin bir məmurun əlində necə sürətli və müəmmalı şəkildə “yoxa çıxmasının” dəfələrlə şahidi olmuşuq. Yaxınlarının tutduğu yüksək vəzifə, günbəgün sürətlə artan var-dövlət və digər bu kimi məqamlar belə insanlarda özlərinin cəzasızlıq və toxunulmazlıqlarına dərin inam yaradır. Sirr deyil ki, bəzi oliqarx məmurların şəxsi sərvətləri hətta elə bir həddə gəlib çatır ki, onlar özlərini artıq dövlət daxilində ikinci bir dövlətdə hiss edirlər. Bu isə istənilən halda gec-tez acı nəticələrə gətirib çıxaran bir haldır...

Elə YAP-ın icra katibi Əli Əhmədovun də harınlamış məmurlara qarşı tədbirlərin görüləcəyi barədə fikirlər yürütməsi çox ciddi siqnal kimi qəbul edilməlidir. Əslində bu kateqoriyada icra başçısından tutmuş, nazir postuna qədər hər kəsə ciddi siqnal ötürülmüş olsa da, kimlərsə bunu ciddiyə almamaqdadır. Amma DİA.AZ-ın əldə etdiyi informasiyalardan belə bir təəssürat yaranır ki, nahaq yerə…

Mötəbər mənbənin bildirdiyinə görə, prezident seçkilərindən dərhal sonra çox ciddi mənsəb sahibləri də daxil olmaqla təxminən 20-yə yaxın məmurun sərt formada cəzalandırılması gözlənilir: «Onların siyahıları tutulub və əksəriyyəti barədə çox ciddi faktlar da toplanılaraq birbaşa olaraq dövlət başçısına təqdim edilib. Kimdir onlar? Bu bardə təxminlər yürütmək asandır. Amma zamana ehtiyac var və seçkilərdən sonra onlarla bağlı sərt tədbirlərə ictimaiyyət şahidlik edəcək».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru