GÖYÇAY SAKİNLƏRİ BAŞÇININ ƏLİNDƏN CANA DOYUBLAR
Tarix: 20-09-2013, 12:28 | Çap et
YAYDA GÜNƏŞİ, QIŞDA QARI PROBLEM GÖRƏN RAYONUN ACI YAŞANTILARI
DİA.AZ: - «2007-ci ildən sonra Göyçayda problem əlindən tərpənmək olmur. Rayonun icra başçısının dəyişməsi ilə əhalinin durumu çətinləşməyə başladı. İcra başçısı Mənsur Məmmədovun vəzifə normativlərindən kənar işlər görməsi rayonun sosial-iqtisadi inkişafının ləngiməsinə səbəb olub». Bu sözləri redaksiyamıza verdiyi açıqlamada icra hakiminin fəaliyyətindən narazı qalan bir qrup Göyçay sakini bildirdi. Onların sözlərinə görə, 2007-ci ilin dekabr ayından Rayon İcra Hakimiyyətinin başına keçən məmur qanuna zidd fəaliyyəti ilə camaatı özündən narazı salıb: «Nazirlərdən birinin yaxın qohumu olan başçı ona arxayın olaraq rayonda əməlli-başlı hegemonluq edir.
İxtisasca mühəndis-texnoloqdur. İdarəetmə işlərində yanlış təcrübələrdən yararlanmaqla insanlara əlavə problemlər yaradır. Rayonumuzda bir sıra sahələrdə çatışmazlıqlar var. Biz demirik, prezident rayonun inkişafına dəstək olmur. Ölkə başçısı sağ olsun, rayonu həmişə diqqətdə saxlayır. Ancaq icra hakimi Göyçayın gözəlləşməsinə ayrılan vəsaitləri öz məqsədləri üçün istifadə edir. Rayonun ən görməli yerləri onun və yaxın adamlarının nəzarəti altındadır.
Yaşıllıqların çoxunu qırıb özünə obyekt tikdirib. Bu ərazilərin bir hissəsini isə sahibkarlara satıb. Başçı sanki rayonda hakimi-mütləqdir. Coğrafi cəhətdən əlverişli olan kəndlərdə onun möhtəşəm villaları var. Camaat müxtəlif problemlərin əlində aciz qalsa da, başçı kef içində yaşayır».
Narazı vətəndaşların bildirdiyinə görə, rayonda ciddi su problemi var. Havalar isti keçdiyindən suya olan tələbat ikiqat artıb: «Göyçayın içməli su ilə təminatı yox səviyyəsindədir. Ən yaxşı halda insanlara içmək üçün palçıqlı su verirlər. Halbuki, digər rayonlarda həmin suyu ya heyvanlara verirlər, ya da suvarma işlərində istifadə olunur. İcra hakimi bizi nə yerinə qoyub bilmirik. İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişik. İcradan deyirlər ki, bu bizlik deyil, Su İdarəsinə gedin. İdarədə isə «gedin hara istəyirsiniz şikayət edin, biz sizə su verən deyilik» deyib başlarından edirlər». Sakinlər deyir ki, rayonun mavi yanacaq və enerji ilə təminatı da ürəkaçan səviyyədə deyil: «Yay fəsli olmasına baxmayaraq, kəndlərdə hər gün işığın verilməsində fasilələr yaranır. Aidiyyəti şəxslər bunu yeni işıq xətlərinin çəkilməsi ilə əlaqələndirsə də, yalan deyillər. Yeni işıq xətləri üçün büdcədən vəsait ayrılıb. Pulları yeyiblər. Köhnə işıq xətləri dəyişilmədiyindən hər gün qəzalar baş verir. Qazın verilməsində də eyni problemlər yaşanmaqdadır. Rayona yaxın bəzi kəndlər istisna olmaqla, əksər yaşayış massivlərində mavi yanacaq yoxdur.
Qaz xətləri olsa da, qazın üzünə həsrət qalmışıq». Apardığımız araşdırmalar isə göstərir ki, icra hakimi rayona rəhbərlik etdiyi 6 il ərzində dövlət büdcəsinə dəhşətli zərbələr vurub. Rayonda aparılan abadlıq və quruculuq işlərinin sürətləndirilməsi məqsədilə büdcədən ayrılan vəsaitlərin çoxu müxtəlif şəxslərin cibinə gedib. İcra başçısı bu yaxınlarda rayonda fəaliyyət göstərən və rayondan kənarda yaşayıb işləyən göyçaylı sahibkarlardan təxminən 5 milyon manat vəsait toplayıb. Və bildirib ki, bu pul rayonda bir sıra obyektlərin tıkilməsinə xərclənəcək. Lakin həmin məbləğin 3 milyon manatını özünə götürüb.
Bir vaxtlar onun bütün maliyyə işlərini Elsevər adlı köməkçisi görürmüş. Elsevər bir dəfə başçıya 500 min manata yaxın pul atıb və elə buna görə də həm işini, həm də əldə etdiyi əmlakları itirməli olub. Verilən məlumata görə, icra başçısı qazla təmin edilməyən ərazilərdə büdcə təşkilatlarının binalarının - məktəblərin, xəstəxanaların, bağçaların, iaşə obyektlərinin qızdırılması üçün nəzərdə tutulan yanacaq pulları özünə məxsus olan «İdrak» MMC tərəfindən mənimsənilir: «Onun gəlişindən sonra hektarla torpaq sahəsi satılıb. Bu işdən milyonlar əldə edib. Heç nədən çəkinməyərək internat məktəbinin bir hissəsini müxtəlif şəxslərə satıb. Burda Şamaxının deputatı Elxan Süleymanovun "Oskar” mağazalar şəbəkəsi də fəaliyyət göstərir. Həmçinin Qubanın icra başçısı Mübariz Ağayevin də həmin ərazidə obyektləri var».
Qarşı tərəfə də cavab haqqı tanıyırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06 |
|
|
|
|