KÜR DAŞQINLARI İLƏ BAĞLI TƏZYİQLƏR DAVAM EDİR
Tarix: 18-01-2012, 16:49 | Çap et
TƏZQYİQLƏRLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ
DİA.AZ: - 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının və qrunt sularının təsirinə məruz qalmış, mülkiyyət hüquqlarının bərpası məqsədilə 1 saylı Bakı İnzibatı İqtisad Məhkəməsinə müraciət etmiş İmişli rayon sakinləri Elman Şahbazov və Əsəd Xəlilov yerli İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri tərəfindən təzyiq və təqiblərə məruz qalıblar. Bu barədə məlumatı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına zərərçəkənlərin özləri və qohumları veriblər. Verilən məlumatlara görə yanvar ayının 17- də (dünən) keçirilməsi nəzərdə tutulan məhkəməyə gəlmək istəyən iddiaçıların evinə gələn İmişli rayon İcra Hakimiyyətinin əməkdaşları onlara icra başçısı Əbülfəz Ağayevin tapşırığını çatdıraraq məhkəməyə getməməyi, iddialarını geri götürməyi tapşırıblar.
Məhkəməyə müraciət edən, 1- ci qrup müharibə veteranı, Qarabağ qazisi Elman Şahbazov bildirib ki, ona icra hakimiyyəti və polis tərəfindən təzyiq edərək hədə- qorxu gəliblər ki, şikayətini geri götürsün, yoxsa onun üçün ağır olar; “Mən isə onlara bildirdim ki, mən haqqımı tələb edirəm. Evim qəzalı vəziyyətdədir, yaşaya bilmirəm. Şikayətimi eşidən yoxdur. Necə olur ki, rayonda evi normal şəkildə olan imkanlı, vəzifəli şəxslərə ev tikilir, amma mənim kimi kasib, arxasız, evi qəzalı insanlara ev tikilmir? Mən Qarabağ müharibəsində iştirak etmişəm, kantuziya almışam. Odun- alovun içindən keçib gəlmişəm, belə hədələr məni qorxutmur. Lazım gəlsə mən özümə intihar edərəm, amma mübarizəmdən dönmərəm. Avropa İnsan Haqları məhkəməsinə qədər gedəcəm”. Xatırladaq ki, Elman Şahbazov ona qarşı edilən ayrı- seçkilik və şikayətinə obyektiv baxılmadığı üçün 2011- ci ilin may ayında dövlət başçısının İmişliyə səfəri zamanı aclıq aksiyası keçirmiş və onunla görüşə cəhd etsə də rayon icra hakimiyyəti və polis şöbəsi onun bu istəyinin reallaşmasına imkan verməmişdir.
Digər iddiaçı Əsəd Xəlilov isə ona edilən təzyiqlə bağlı dövlət başçısına müraciət edib və məktubunun surətini “Kür” Vətəndaş Cəmiyyətinə təqdim edib. Məktubda deyilir; “12 yanvar 2012-ci ildə deputat Xanhüseyn Kazımlının əmisi oğlu Zamin-bankın prezidenti Rəmzi Kazımov mənim mobil telefonuma zəng edib bildirdi ki, şikayətini dayandır, İqtisad Məhkəməsindəki şikayətini geri götür, mən sənə zamin dururam. Əks halda sənin üçün yaxşı olmayacaq. Bu mənə açıq təhdid idi, mafia birləşib. Problemimi həll etmək əvəzinə məni 70 yaşımda həbs etməklə hədələyirlər. 16 yanvar 2012-ci ildə mən kənddən Bakıya çıxan günü kəndin icra nümayəndəsi Şəmsəddin Pənahov İcra hakimiyyətinin bir qrup adamı ilə qapıma hücum edib, qardaşım Fərhadın daşdan tikilimiş yarımçıq binasını dönə-dönə videoya çəkdirib. Evi kişisiz görüb, evdəki qadınlara ”Əsəd dövləti aldatdığı üçün həbs olunacaq, ona bizdən yazdığı şikayətlər baha oturacaq, bu kəndin ağası da mənəm, qoçusu da mənəm, lotusu da mənəm”- deyərək hədələyib çıxıb gedib. Bütün bu oyunların arxasında İmişli RİH-nin başçısı Əbülfəz Ağayev, onun birinci müavini Səfa Ağayev, hüquqşunası Rahim Zahidov, onların əlaltıları Şəmsəddin Pənahov dayanır. Mən onları məhkəmədə ifşa edəcəyəm. Mən bu dünyadan binəsib köçməyəcəyəm. Mərhum eks-prezident H. Əliyevi ona görə sevirdim ki, xəyanəti və qoluzorluğu bağışlamırdı. Çoxunu bu dünyada cəzalandırıb. O böyük insan sağ qalsa idi Əbülfəz, Səfa Ağayevlər, Şəmsəddim Pənahovlar indi vəzifədə yox, başqa yerdə idilər...”
Xatırladaq ki, 17 yanvara təyin olunmuş məhkəmə prosesi hakim Fəqan Əliyevin xəstə olması səbəbi ilə 26 yanvar 2012- ci ilə keçirilib. Digər iddiaçı Əmir Həsənovun FHN və Nazirlər Kabinetinə qarşı iddiası isə qismən təmin edilib. Ona Nazirlər Kabinetinin 197s saylı sərəncamında nəzərdə tutulan müvafiq kompensasiyanın ödənilməsi qərara alınıb.
Öz hüquqlarının müdafiəsi uğrunda dinc, sivil yolla mübarizə aparan insanların təzyiq və təqiblərə məruz qalması ilə bağlı “Kür” Qərargahı etiraz bəyanatı yayıb. Bəyanatda Kür Araz daşqınlarının təsirinə məruz qalan insanların hüquqlarını bərpa etmək əvəzinə onlara yerli icra hakimiyyəti orqanlarının hədə- qorxu gəlməsi qətiyyətlə pislənilir, insanların öz fikirlərini azad şəkildə ifadə etmək, sərbəst toplaşmaq azadlığının təmin olunması, məhkəməyə müraciət etmək kimi elementar hüquqlarının qorunması tələb edilir.
Xatırladaq ki, 07 yanvar 2012- ci ildə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvlərinin Sabirabadda daşqınların təsirinə məruz qalmış yerli sakinlərlə görüşü yerli İcra hakimiyyəti və polis tərəfindən dağıdılmış, Qərargah üzvləri Sabirabad və Saatlı polis şöbəsinin əməkdaşları tərəfindən polis zorakalığına məruz qalmışlar. Qərargahın Sabirabad rayon İcra hakimiyyətinin başçısı Nazim İsmayılova müraciət edərək yanvarın 07- də baş tutmayan görüşün 21 yanvarda keçirilməsi ilə bağlı məktubuna hələ ki, rəsmi cavab verilməyib. “Kür” Qərargahının koordinatoru Oqtay Gülalıyevin isə son bir həftə ərzində Facebook- dakı sehifəsinin giriş şifrəsi 3 dəfə bərpa edilməsinə baxmayaraq sındırılaraq dəyişdirilib. Dünən isə onun [email protected] email ünvanına müdaxilə edilib və şifrəsi oğurlanıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Bu gün, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Bu gün, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Bu gün, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Bu gün, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Bu gün, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Bu gün, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Bu gün, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Bu gün, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Bu gün, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Bu gün, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Bu gün, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Bu gün, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Bu gün, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Bu gün, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Bu gün, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Bu gün, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Bu gün, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Bu gün, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Bu gün, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Bu gün, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Bu gün, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Bu gün, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39 |
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34 |
|
|
|
• Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30 |
|
|
|
• Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22 |
|
|
|
|