“Salyan Oil” MMC-nin vurduğu ziyan bununla bitmir - İTTİHAM
Tarix: 21-11-2017, 11:35 | Çap et
...Zəngin təbiəti, florası, faunası, yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Vətənimiz qürur mənbəyimizdir. Təbii sərvətlərimizin qorunması və bu sərvətlərdən təyinatı üzrə düzgün istifadə edilməsi dövlətimizin əsas strateji məqsədlərində önəmli yer tutur. Təbiətin qorunması və zənginləşdirilməsi üçün hər il dövlət büdcəsindən külli miqdarda pul xərclənir. Hətta xaricdən, xarici ölkələrdən müxtəlif növ heyvanlar gətirilərək Azərbaycanın qoruq və yasaqlıqlarına buraxılır. Əlbəttə, təbiətimizə və ekologiyamıza göstərilən diqqət və qayğı turizm sektorunun inkişafında önəmli rol oynayır. Məlumdur ki, iqtisadiyyatımızın inkişafına, o cümlədən, neft sektorunun potensial gücündən səmərəli istifadə etmək üçün dövlətlərarası müqavilələr əsasında xarici şirkətlər bu sahəyə böyük yatırımlar edirlər. Bu da ölkəmizin bütün sahələrində yüksək inkişafa və xalqımızın həyat səviyyəsinin yüksəlməsinə səbəb olur. Haqlı olaraq ölkəmizdə xarici neft şirkətlərinin fəaliyyəti üçün dövlətimiz yüksək səviyyədə şərait yaradıb. Sözsüz ki, xarici şirkətlər də bağlanan müqavilələrdə öz üzərlərinə bir çox öhdəliklər götürüblər ki, bunlardan biri də ekologiyanın qorunması və fəaliyyət göstərdikləri yerlərdə bitki örtüyünü qorumaq, yaşıllıqlar salmaq, eyni zamanda ağac əkməkdən ibarətdir. Ölkəmizdə fəaliyyət göstərən xarici neft şirkətlərinin bu sahədə öz öhdəliklərinə necə riayət etmələri barədə jurnalist araşdırması aparmaq qərarına gəldik. Bu məqsədlə Çin Xalq Respublikasının Salyan rayonunda fəaliyyət göstərən “Salyan Oil” MMC-də səlahiyyətimiz daxilində bir araşdırma apardıq. Kaş aparmayaydıq. Gördüklərimiz bizi dəhşətə gətirdi. Şirkətin neft çıxardığı ərazilər böyük rus yazıçısı M.Qorkinin vaxtilə Bakı haqqında dediyi məşhur kəlamı xatırladırdı. “... məşhur rəssamın əli ilə çəkilmiş cəhənnəm...” Dövlətimizin inamından və humanistliyindən sui-istifadə edən “Salyan Oil” MMC-nin məqsədi neft hasil etmək deyil, təbiətimizi məhv etməkdən ibarətdir. Şirkətin neft hasil etdiyi Kürsəngi ərazisi başdan-başa erroziyaya uğrayaraq tamamilə bitki örtüyü üçün yararsız hala düşmüşdür. Ərazidə nə bir ağac, nə bir kol, nə də bir yaşıl tala qalmamışdır. Hər tərəfdə qalxıb-enən, heç bir zövq oxşamayan, sovet dönəmindən qalma, bir dəfə də olsun rənglənməyən quyu nasosları bəlkə də ölkəmizə verdikləri xeyirdən dəfələrlə artıq ziyan vururlar. Şirkət müqavilə şərtlərini pozaraq, quyulara gedən yolların ətrafında və nəzərdə tutulan digər yerlərdə ağac əkməmiş, heç bir yaşıllıq salmamışdır. Mütəxəssislərin söylədiklərinə görə, quyu nasoslarının təmiri zamanı yaxınlıqda bir neçə metr dərinlikdə çala qazılmalı və çalanın içərisinə plyonka döşənməlidir ki, neft quyusundan çıxan mədən suları həmin çalada yığılsın və təmirdən sonra yığılan yeraltı su texnika ilə ümumi rezervuara daşınsın. Əfsuslar olsun ki, quyuların ətrafında təlimata uyğun çalalar qazılmadığı üçün həmin simpur suyu birbaşa açıq sahələrə axıdılır. Nəticədə ətrafda olan bütün təbii varlıqlar məhv edilir. Adı çəkilən Kürsəngi ərazisində ağac, kol və bitki örtüyü məhv edildiyi üçün ərazidə hər hansı bir sürüngənə və ya quş növünə rast gəlmək mümkün deyil. Bunun nəticəsidir ki, bu ərazinin təbiəti ölü təbiətdir. Hər kəsə məlumdur ki, aqrar sahənin inkişafında böcəklərin müstəsna xidməti var. Böcəklərin məhv edilməsi əslində insan yaşayışının məhv edilməsidir. Kürsəngi ərazisində bütün ərazi eroziyaya uğradığına görə bitki örtüyü məhv edilmişdir. Buna görə də orada böcəklərin varlığından söhbət belə gedə bilməz. Nəticədə isə ətraf kəndlərdə aqrar sektor iflasa uğramışdır. “Salyan Oil” MMC-nin vurduğu ziyan bununla bitmir. Şirkətin neftayırma sexi kustar üsulla hazırlanmış peçlərdən ibarətdir. Tüstü bacalarında filterlərin və digər qoruyucu vasitələrin olmamasına görə, hər gün atmosferə tonlarca mazut qurumu atılır. Neftayırma sexinə yaxın məsafədə yerləşən fərdi təsərrüfatlara külli miqdarda ziyan dəyir. Belə ki, əhalinin bağları quruyur, bostanları isə məhsul vermir. Sexdə xam neftin tərkibindən simpur suyu ümumi anbarlara vurulur. Anbarlar ötən əsrin 80-ci illərindən qaldığı üçün alt təbəqəyə sərilən plyonka çadırlar çoxdan çürüyərək istismar müddətini başa vurmuşdur. Buna görə də anbarlara vurulan neftli su yer altına sızaraq ərazidə torpaqların eroziyasına səbəb olmuşdur. “Salyan Oil” MMC-nin balansında olan yüzlərcə quyular var ki, istismar müddətini başa vuraraq ləğv edilmişdir. Bu quyular həm sovet dönəmindən qalanlar, həm də Çin şirkətinin fəaliyyəti dövründə yarananlardır. Adı çəkilən quyular tam nəzarətsiz qaldığına görə bu quyulardan atmosferə qaz, torpağın səthinə isə neftlə çirklənmiş yeraltı sular axır. Şirkətin sözçüsü Taryel Yolçuyev suallarımızı cavablandırarkən bildirdi ki, “Salyan Oil”-in rəhbərliyi bizə hansı təlimatı verirsə, biz də ona uyğun hərəkət edirik. T.Yolçuyev onu da dedi ki, ekologiyanı qorumaq onların işi deyil. Onların işi hansı yolla olur olsun neft hasil etməkdir. Təbiəti qorumaq isə aidiyyatı nazirliyin işidir. Bu məsələyə görə bizi narahat etməyin. Əks halda sizi məhkəməyə verərik. Tariyel Yolçuyevin verdiyi cavablardan elə bildik ki, o Çin Xalq Respublikasının vətəndaşıdır. Ona görə təbiətimizə qarşı bu qədər laqeyd və amansızdır. Ancaq yanılmışdıq. Taryel bəy Azərbaycan vətəndaşıdır və işğal olunmuş rayonlarımızın birində doğulub boya-başa çatmışdır. Onda təbiətimizə qarşı bu biganəlik hardandır? Bax, onu bilmədik. *** “Salyan Oil” təkcə təbiətimizi deyil, yollarımızı da bərbad vəziyyətə salıb. Şirvan-Salyan magistral yolunu Kürsəngidən keçməklə Bakı-Astara magistralına birləşdirən və bir neçə kəndə xidmət edən yolu da şirkətin ağır tonnajlı maşınları istifadəsiz hala salıb və heç bir məsuliyyət hiss etmirlər. Adı çəkilən maşınlar neft quyularına getmək üçün təyinatı üzrə çəkilən yollarla deyil, istədikləri şəkildə getdikləri üçün torpağın hər tərəfi cadar-cadar olmuşdur. “Salyan Oil” geoloji-kəşfiyyat şöbəsi haqqında da xoşagəlməz sözlər eşitdik. Babalı deyənlərin boynuna, deyirdilər ki, neftin ehtiyatı, hasilatı və sərfiyyatı bir-birinə uyğun gəlmir. Bu və digər xəbərlər barədə oxucularımıza ətraflı məlumat verəcəyik. Ona da ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Salyan Oil” MMC-nin təbiətimizə qarşı törətdiyi qətliamı araşdıracaq və tədbir görəcəkdir. Mirhüseyn Alarçaylı Bakı-Salyan-Bakı \\tezadlar.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40 |
|
|
|
• KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34 |
|
|
|
• Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19 |
|
|
|
• Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14 |
|
|
|
• Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05 |
|
|
|
• Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
• “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48 |
|
|
|
• Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41 |
|
|
|
• Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40 |
|
|
|
• BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28 |
|
|
|
• "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21 |
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
|