Gədəbəyin icra başçısının qanunsuzluğuna dair ABŞ-dan məktub gəldi - İTTİHAM
Tarix: 30-12-2017, 10:25 | Çap et
Hazırda ABŞ-da yaşayan Gədəbəy sakini Rəşad Cəfərli sabiq vergilər naziri Fazil Məmmədovun kadrı olan Ramiz Yediyarovun əməlləri haqda redaksiyamıza məktub ünvanlayıb.
R.Cəfərli Gədəbəyin icra başçısı Ramiz Yediyarovun icra hakimiyyətini “vergi üsulu” ilə idarə etdiyini vurğulayır.
Məktubdan sitat: “O, ilk dəfə icra başcısı olduğuna, təcrübəsizliyinə görə vaxtilə icra hakimiyyətinin aqrar məsələlər üzrə muavini, keçmiş hərbiçi, idarə etmə kefiyyəti və səriştəsi olmayan Rüstəm Nağiyev tərəfindən yönəldildiyi bildirilir. Rüstəm Nağıyev onun adından iş adamlarından və sakinlərdən (vasitəçi rolunda) rüşvət və əlavə ödənişlər alıb. Bu şəxsin illərdir vergi orqanında işləməsi belə onun idarə etmə keyfiyyətinin inkişaf etdirməsinə zərrə qədər müsbət təsir etməyib”.
Cəfərli yazır ki, Gədəbəy rayon İcra Hakimiyyətindən verilən sərəncamı qurumun səlahiyətliləri pozurlar: “Belə ki, qanuni əsaslarla ev tikilməsinə dair Gədəbəy İcra Hakimiyyətinin özü tərəfindən bacım, 3 uşaq anası Cəfərova Sevinc Ədalət qızının adına 2015-ci ildə verilmiş sərəncama elə özləri tərəfindən hörmətsizlik edilmiş, qanunlara, dövlət aktlarına qarşı olaraq inşaat işinin aparılmasına imkan verməmişlər. R.Yediyarovun muavinləri, memarı, icra nümayəndələri, xüsusi mülkiyyətə təzyiq etmə yolu ilə Arıxdam bələdiyyə sədri vasitəsilə təxribat törədir, quldurluq edirlər. Təsəvvür edin ki, qanuni inşaat işinin aparılmasına dair bütün dövlət orqanlarından alınan lazımı rəylər əsasında İcra hakimiyyətinə müraciət edilir və həmin qurum layihənin təsdiqləyir, buna dair sərəncam verir, daha sonra isə, gəlir özünün vermiş olduğu sərəncamın icra edilməsinə quldurcasına maneə olur. Keçmiş vergi işçisi Ramiz Yediyarov savadsızca deyir ki, ”...get evini 20 metr aralıda tik". Burdan belə anlaşılır ki, ya bu başçı tamamilə savadsızdır, ya da vətəndaşları qanunsuzluğa, gözükölgəli olmağa yönləndirir və bilə-bilə...
Buna dair özü sərəncam verə bilmədiyi halda insanları aldadır ki, hələlik mən bu işə göz yumuram, gedin qanunsuz tikin. Sonra istədiyi vaxt gəlib həmin “qanunsuz tikilini” başımıza uçurmağa zəmin yaradır. Yuxarıda adlarını qeyd etdiyim vəzifəli şəxslərin mülkiyyət hüququna müdaxiləsinə dair məhkəmə orqanına müraciət edilib və onların haqsız olduqları isbat edilib".
Şikayətçi daha sonra yazır: “Rayon ərazisində mühafizə zolağına düşən xeyli sayda tikililər var. Hətta bəziləri hazırda tikilməkdədir.
Qanunu əsaslarla tikintiyə başlamaq istəyərkən illərdir icra hakimiyyətini öz mülkü kimi istifadə edən icra başçısının adını yuxarıda qeyd etdiyim müavinləri və memarı Hümbətov Babək, yerli icra nümayəndəsi Məmmədəliyev Seymur, bələdiyyə işçiləri Süleymanov Fəxrəddin və Ələsgərov Ramil tikinti aparılan yerə gəliblər. Onlar heç bir rəsmi sənəd təqdim etmədən, rəsmi əsas olmadan, öz vəzifələrindən sui-istifadə edərək qanunsuz və əsassız olaraq sanki xuliqan kimi tikinti işini dayandırmağa dair özbaşına göstəriş veriblər. İş aparan ustalara maneə olmaqla ölkə qanunlarını pozub, vətəndaşın mülkiyyət hüquqlarını tapdalayıb öz vəzifə və səlahiyyətlərini aşıblar. Bu şəxslər birbaşa məmur özbaşnalığı edirlər.
Dəfələrlə bu adamların qanunsuzluqlarından şikayət edilib, amma yenə də vətəndaşları incitməyə, onlarla qərəzlilik etməyə davam edirlər. Bu vəziyyət bəlkə analoqu olmayan bir özbaşınalıq, qanunu heçə sayma və həyasızlıqdır. Məhkəmələrdə icra hakimiyyəti adından çıxış edən qurumun şöbə müdiri, hüquqşünas İsgəndərov Zülfüqar apelyasiya məhkəməsinə heç bir sübut təqdim etmədilər. Əvəzində məhkəmədə haqlı vətəndaşa təzyiq göstərirlər.
İcra hakimiyyəti tərəfindən inşaat işinin aparılmasına dair qanuni sərəncamı, layihəsi, mülkiyyət hüququnu təsdiq edən sənədi, hətta 18 avqust 2017-ci il tarixli məhkəmə qətnaməsi olan evsiz, üç uşaq anası olan tək bir qadına qarşı qərəzliliklə, bürokratik əngəl törətmək üçün apelyasiya məhkəməsinə müraciət ediblər, bu instansiya məhkəməsində də uduzublar. Daha sonra vaxt udmaq üçün Ali Məhkəməyə müraciət ediblər ki, öz qanunsuzluqlarını, özbaşnalıqlarını unutdurmaq naminə vaxt udsunlar. Çox utancverici bir haldır. Bu məsələni ictimailəşdirməklə diqqəti Ramiz Yediyarovun qanunsuz, özbaşına əməllərinə çəkmək istəyirəm. Güman edirəm ki, Ramiz Yediyarovun əməlləri barədə onun himayədarı Fazil Məmmədov vəzifədə olanda onun köməyi ilə ölkə rəhbərliyindən gizlədilib. Ona görə də dəfələrlə iş adamlarına, yerli sakinlərə məhkəmələri uduzaraq dövlətə zərər verən, sakinləri narazı edən məmurlar öz vəzifələrini layiqincə icra etmək əvəzinə, insanlara qan uddururlar. Bu məmurlar barədə zamanında təbdirlər görülməsini xahiş edirik". "Yeni Müsavat"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|