Azərbaycan Dövlət Neft və Sənaye Universitetində nə baş verir? – Rektor öz vədinə xilaf çıxdı
Tarix: 25-06-2018, 10:09 | Çap et
19 iyun 2018-ci il tarixində Rubrika.az saytında “Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kütləvi narazılıq” başlığı ilə çap edilən yazı geniş rezonans doğurub. Bir daha xatırladaq ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "İstilik energetikası mühəndisliyi" kafedrasının bir qrup müəlliminin müraciəti əsasında hazırlanmış yazıda kafedra müdiri Sevinc Babayeva barəsində tənqidi fikirlər yer alıb. Rubrika.az saytına müraciət edən şikayətçilər Sevinc Babayevanın kafedraya düzgün rəhbərlik etmədiyini, öz əməlləri ilə kütləvi narazılıqlar formalaşdırdığını bildirirməklə onu öz işinin mahiyyətini dəqiq bilməməkdə, nəticədə onun rəhbərliyinin kafedranın bütün fəaliyyətini iflic etdiyini göstəriblər. Şikayətçilər S. Babayevanı ümumi işin ziyanına addımlar atmaqda, müəllimlərin fikirlərinə məhəl qoymamaqda, yalnız öz bildiyini etməkdə ittiham edirlər. Şikayətdə həmçinin bildirilir ki, S. Babayevanın təyinatının ilk günlərindən kütləvi narazılıqlar başlanmasına, kafedranın demək olar ki, bütün müəllimlıəri ayağa qalxaraq bu təyinata etiraz etməsinə rəğmən indiyə qədər rektor Mustafa Babanlı tərəfindən dəfələrlə vəd verilməsinə baxmayaraq heç bir tədbir görülməyib. Şikayət Rubrika.az saytında dərc olunandan dərhal sonra-21 iyun tarixində S. Babayeva redaksiyamıza zəng edərək guya yazıya mövqe bildirmiş, əslində isə əməkdaşlarımızı təhdid edərək özünün şərəf və ləyaqətinin alçaldıldığını iddia etmişdi. ? Sevinc xanıma öz mövqeyini ifadə etmək təklif olunsa da əsəbi halda bundan imtina edərək “sizinlə polemikaya getməyəcəyəm” deyərək bizi məhkəmə ilə hədələdi. Yuxarıda bəhs etdiyimiz yazılardan sonra redaksiyamıza Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən yenidən çoxsaylı şikayətlər daxil olub. S. Babayeva bizə zəng edərək iddia edirdi ki, kafedranın əməkdaşları ayağa qalxaraq redaksiyamızı az qala daş-qalaq etmək həddindədirlər. Amma redaksiyamıza universitetdə-konkret olaraq "İstilik energetikası mühəndisliyi" kafedrasında baş verənlərlə bağlı yeni-yeni faktlar daxil olub. Rubrika.az saytına müraciət edən şikayətçilər bildirirlər ki, S. Babayeva kafedranın fəaliyyətini öz yarıtmaz işi nəticəsində tamamilə iflic edib. Kafedranın əməkdaşı olan elmlər namizədi Rəşidə xanıma heç bir əsas olmadan nədənsə dərs tapılmır. 3 xarici dil bilən Rəşidə xanımı kafedradan uzaqlaşdırmağa müvəffəq olan S. Babayeva onun müraciətlərinə cavab vermir. Ümumiyyətlə S. Babayevanın “kriteryalarına” cavab verməyənlərə kafedrada dərs tapılmır. Cahan müəllimə də S. Babayevanın “dərs bölgüsündən” kənarda qalıb. Kafedrada onun ixtisasına uyğun dərs olduğu halda kafedra müduru Cahan xanımı da kənarlaşdırmağa müvəffəq olub. Şikayətçilər bildirirlər ki, təcrübəli müəllimləri kafedradan uzaqlaşdıran S. Babayeva onun “maraqlarına cavab verən” gənc magistrləri ətrafına toplayır. Nazim və Rəşad adlı magistrlər S. Babayevanın kafedrada ən “inanılmış” adamlarıdır. Kafedrada illərlə çalışan, püxtələşən təcrübəli müəllimlər, alimlər olmasına baxmayaraq magistrlər diplom yoxlamalarında, digər vacib işlərdə əsas rol oynayırlar. Ümumiyyətlə kafedrada çalışan müəllimlərin böyük əksəriyyəti S. Babayeva tərəfindən sıxışdırılır, digər kafedralara keçməyə məcbur edilirlər. Şikayətçilər bildirirlər ki, bu barədə ilk dəfə universitetin rektoru M. Babanlıya müraciət edəndə o, S. Babayevaya “ikinci dəfə belə hal baş verərsə işdən çıxarılacaqsan” deyə tapşırıq vermişdi. Maraqlıdır ki, belə hallar ikinci, üçüncü, dördüncü... dəfə baş versə də M. Babanlı verdiyi vədi yerinə yetirməyib. Nədənsə rektor S. Babayevaya toxunmasa da kimya kafedrasında bir il ərzində 3 dəfə dekan dəyişdirilib. Analoqu olmayan belə idarəetmə nəticəsində informatika kafedrasında da bir ildə 3 dəfə kafedra müdiri dəyişdirilib. Bir ildə digər kafedralarda 3 dəfə dekan, kafedra müdiri dəyişildiyi halda "İstilik energetikası mühəndisliyi" kafedrasında 3 ildə bir kafedra müdiri dəyişmək mümkün olmayıb. Bütün kafedra əməkdaşlarının şikayətlərini nəzərə almayan M. Babanlı universitetin nüfuzunu nəzərə almırmı? Beynəlxalq və yerli tədbirlərə ev sahibliyi edən bir universitetin maraqlarının bir nəfərə qurban verilməsi böyük narahatlıq doğurur. Şikayətçilər ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Təhsil naziri Ceyhun Bayramova müraciət edərək vəziyyətə təcili müdaxilə etmələrini xahiş edirlər. Universitetin rektoru M. Babanlı bütün tələblərə, etirazlara baxmayaraq S. Babayevanı müdafiə etməkdə davam edir. Savadlı kadrlar, müəllimlər digər universitetlərə, ən yaxşı halda isə başqa kafedralara keçməyə məcbur qalırlar. Müraciət müəllifləri bildirirlər ki, onların tələblərinə məhəl qoyulmazsa, yeganə çıxış yolu kimi mətbuat konfransı keçirərək Prezidentə müraciət edəcəklər. Çünki illərdir ki, ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinin alimlərinin müraciətlərinə, şikayətlərinə məhəl qoyan yoxdur. Təhsil naziri C. Bayramovun tezliklə məsələyə müdaxilə edəcəyinə inanan şikayətçilər nəhayət ki, onların da haqq səsinin eşidiləcəyi günü gözləyirlər. Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|